Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1542/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adının və vəsiqəsinin verilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi) “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 27 aprel tarixli, 2-1(103)-199/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etmişdir.
2. Cavabdeh 2019-cu il 5 iyul tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşlərdə iştirak etməsini sübut edən həmin dövrə aid arxiv materialları olduğu təqdirdə ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə müvafiq dövlət orqanının aidiyyəti komissiyasında baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2019-cu il 24 iyul tarixdə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi və müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı 1970-ci il 1 aprel tarixdə Ağdərə rayonu Umudlu kəndində doğulmuş, 1988-ci il 17 iyun tarixdən 1990-cı il 11 may tarixədək keçmiş sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Ermənistan Respublikasının Azərbaycan Respublikasına hərbi təcavüzü ilə əlaqədar 1990-cı ilin iyun ayından 1991-ci ilin oktyabr ayınadək Umudlu kənd özünümüdafiə dəstəsinin üzvü kimi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə fəal iştirak etmişdir. Barəsində hər hansı bir cinayət işi və ya təhqiqat materialı olmamışdır. Qeyd olunanlara əsasən o, faktiki olaraq müharibə veteranı sayılır. Lakin o, müharibə veteranı sayılsa da, rəsmi olaraq vəsiqə almadığı üçün müharibə veteranları üçün nəzərdə tutulan hüquqlardan istifadə edə bilməmişdir. Beləliklə, iddiaçı rəsmi qaydada müharibə veteranı adı və vəsiqəsi almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və sonra isə cavabdehə və Xidmətin Tərtər rayon şöbəsinə dəfələrlə müraciət etsə də, heç bir nəticəsi olma mışdır. Belə ki, cavabdeh tərəfindən müraciətinə cavab olaraq bildirilmişdir ki, özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşlərdə iştirak etməsini sübut edən həmin dövrə aid arxiv materialları olduğu təqdirdə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi məsələsinə müvafiq dövlət orqanının aidiyyəti komissiyasında baxıla bilər. O, imtina məktubunu cavabdehin qanunsuz və əsassız hərəkətləri hesab edir. Cavabdehin etirazları:
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə 2016-cı il 6 aprel tarixli, 310 nömrəli məktubla təqdim olunmuş “Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda erməni millətçi lərinə qarşı döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin adı siyahısı”nda iddiaçının adı olmadığı səbəbindən ona müharibə veteranı adının verilməsindən imtina olunmuşdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(083)-1485/2019 saylı, 5 noyabr 2019-cu il tarixli qərardadı ilə iş baxılması üçün ərazi aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 12 avqust tarixli, 2-1(112)-1067/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahıda adı keçən şəxsə müharibə veteranı adı döyüşlərdə iştirakı sübut edən sənədlərlə bi rgə təqdim edildiyi halda verilə bilər. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubundan bildirilmişdir ki, yerli icra hakimiyyəti orqanı tərəfindən siyahı təqdim edilsə də, həmin siyahıya iddiaçının döyüşlərdə iştirakı sübut edən sənədlər əlavə edilməmişdir. Həmçinin sözügedən siyahıda qeyd olaraq göstərilmişdir ki, həmin vaxt Ağdərə rayonunun rəhbərləri ermənilər olduğu üçün bu vətəndaşların Umudlu kəndinin özünümüdafiə dəstəsində iştirak etməsi barədə sənədləri yoxdur. Siyahıda göstərilən qeydin aparılması həmin siyahının iddiaçının döyüşlərdə iştirakını sübut edən digər sənədlərlə birgə təqdim edilmədiyini göstərir. Hazırkı halda göstərilən siyahı iddiaçının döyüşlərdə iştirakını sübut edən digər sənədlərlə birgə təqdim edilmədiyindən, siyahı iddiaçıya münasibətdə hər hansı hü quqi qüvvəyə malik deyildir. Həmin siyahıya əsaslanaraq ona “müharibə veteranı” adı və vəsiqəsi verilməsi mümkün deyildir.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 27 aprel tarixli, 2-1(103)-199/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 12 avqust tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏT İNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçının döyüşlərdə iştirakını sübut edən sənədlər, o cümlədən ən azı 3-4 arayış yerli icra hakimiyyəti orqanı tərəfindən təqdim edilmiş siyahıya əlavə edilmişdir. Bu hal onunla sübut olunmuşdur ki, apellyasiya instansiya məhkəməsi qərarın təsviri hissəsində Tərtər rayon icra hakimiyyəti tərəfindən verilmiş 629 saylı, 2016-cı il 5 iyul tarixli və AR SHXÇÜDX-nin Tərtər rayon Şöbəsi tərəfindən verilmiş 2018-ci il 28 noyabr tarixli, 709№-İi arayışlara istinad etmişdir ki, iddiaçı 1990-cı ilin iyun ayından 1991-ci ilin oktyabr ayınadək erməni s ilahlı birləşmələrinə qarşı Umudlu kənd özünümüdafiə dəstəsinin üzvü kimi kənd müdafiəsində fəal iştirak etmişdir. 1988-ci il 17 iyun tarixdən 1990-cı il 11 may tarixədək keçmiş sovet ordusu sıralarında xidmət etmişdir. Lakin məhkəmələr həmin arayışların olduğuna lazımi diqqət yetirməmiş və həmin arayışları tədqiq edib qiymətləndirməmişdir.
14. İddiaçı müharibə veteranı adı və vəsiqəsi almaq üçün tələb edilən iki mühüm şərtin ikisini də yerinə yetirmiş, özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxs kimi 1988-ci il 1 fevral tarixdən 1994-cü il 12 may tarixə qədər olan dövr çərçivəsində, yəni 1990-cı ilin iyun ayından 1991-ci ilin oktyabr ayınadək erməni millətçi dəstələrinə qarşı Tərtər, Ağdərə rayonunun ərazilərində, Umudlu kənd özünümüdafiə dəstəsinin üzvü k imi kənd müdafiəsində fəal iştirak etmiş və bu hal verilmiş arayışlar və yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahıda əks olunmuşdur. Belə olan halda iddiaçıya münasibətdə “Veteranlar haqqında” 1994-cü il 28 iyun tarixli, 841 №-li Qanunun 3-cü maddəsi tətbiq edilməklə ona müharibə veteranı adı və vəsiqəsi verilməlidir. Lakin iş materiallarına əsasən apellyasiya instansiya məhkəməsi işin bu hallarını hərtərəfli araşdırmamış və bu səbəbdən də həmin hallara qeyd edilən hüquq normalarına uyğun münasibət bildirməmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçı və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhk əmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi).
16. Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin birinci hissəsinin birinci və üçüncü abzaslarının müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək v eteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən, müharibə veteranı adı – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İ smayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş ə məliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sü but edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəl bəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir.
19. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkil də öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansi yası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
23. Apellyasiya instansiyası məhkəməsi gə ldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, iddiaçının döyüşlərdə iştirakını sübut edən sənədlər yerli icra hakimiyyəti orqanı tərəfindən təqdim edilmiş siyahıya əlavə edilməmişdir. Eyni zamanda sözügedən siyahıda qeyd olaraq göstərilmişdir ki, həmin vaxt Ağdərə rayonunun rəhbərləri ermənilər olduğu üçün bu vətəndaşların Umudlu kəndinin özünümüdafiə dəstəsində iştirak etməsi barədə sənədləri yoxdur. Siyahıda göstərilən qeydin aparılması həmin siyahının iddiaçının döyüşlərdə iştirakını sübut edən digər sənədlərlə birgə təqdim edilmədiyini göstərir.
24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bu qənaəti üzrə əsaslandırmasını İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi özü də təsdiq ed ir ki, Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 629 saylı, 05 iyul 2016-cı il tarixli arayışdan görünür ki, İddiaçı 1990-cı ilin iyun ayından 1991-ci ilin oktyabr ayınadək erməni silahlı birləşmələrinə qarşı Umudlu kənd özünümüdafiə dəstəsinin üzvü kimi kənd müdafiəsində fəal iştirak etmişdir.
25. Bundan başqa, Tərtər Rayon İcra Hakimiyyətinin Umudlu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən Tərtər Rayon İcra Hakimiyyətinə ünvanlanmış 1988-ci il fevral 1- dən 1991-ci il oktyabrın 9-dək Ağdərə rayonunun Umudlu kəndində aparılan döyüş əməliyyatlarında iştirak etmiş və kəndin müdafiəsində durmuş Umudlu kənd özünümüdafiə dəstəsi üzvlərinin siyahısı iş materiallarına əlavə edilmiş və həmin siyahıya baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçının adı siyahıda qeyd o lunmuşdur. Həmçinin Tərtər Rayon İcra Hakimiyyətinə verilmiş məhkəmə sorğusuna əsasən də həmin siyahının surəti məhkəməyə təqdim edilmişdir.
26. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş həmin siyahı, arayış və məktublardakı (sənədlərdəki) məlumatları yuxarıda istinad edilən Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin 8-ci yarımbəndində nəzərdə tutulmuş “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” müddəasının məqsədləri üçün İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinə əsasən öz xidməti vəzifəsinə görə araşdırmalı və qiymətləndirməli idi.
27. Hazırkı halda, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş həmin sənədləri qərarında yalnız sadalamaqla kifayətlən mişdir.
28. Digər tərəfdən, iddiaçı apellyasiya şikayətində öz tələbinin əsası kimi yuxarıda qeyd olunan siyahıda adları göstərilmiş beş nəfər şəxsə müharibə veteranı adı və vəsiqəsi verildiyini qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətindəki həmin dəlilinə hər hansı münasibət bildirməmişdir.
29. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı 1988-ci il 17 iyun tarixdən 1990-cı il 11 may tarixədək həqiqi hərbi xidmətdə olduğundan, 1988-ci il 1 fevral tarixdən 1991-ci il 9 oktyabr tarixədək Ağdərə rayonunun Umudlu kəndinin özünümüdafiə dəstəsinin tərkibində iştirak etmiş şəxslərin siyahısında yer ala bilməzdi.
30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini işin hallarına uyğun hesab etmir. B elə ki, iddiaçı bəyan edir ki, o, 1988-ci il 17 iyun tarixdən 1990-cı il 11 may tarixədək hərbi xidmətdə olmuşdur (bu, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi tərəfindən verilmiş 2018-ci il 28 noyabr tarixli, 709 saylı arayışla da təsdiq olunur) hərbi xidmətdən sonra 1990-cı ilin iyunundan 1991-ci ilin oktyabrınadək könüllü özünümüdafiə dəstəsinin tərkibində erməni işğalçılarına qarşı döyüşlərdə, yaşadığı Umudlu kəndinin müdafiəsində iştirak etmişdir. Yuxarıda qeyd olunan Umudlu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən Tərtər Rayon İcra Hakimiyyətinə ünvanlanmış 1988-ci il fevral 1-dən 1991-ci il oktyabrın 9-dək Ağdərə rayonunun Umudlu kəndində aparılan döyüş əməliyyatlarında iştirak etmiş və kəndin müdafiəsin də durmuş Umudlu kənd özünümüdafiə dəstəsi üzvlərinin siyahısında müddətin başlanğıcı kimi 1988-ci il 1 fevral tarixinin göstərilməsi iddiaçının 1990-1991ci illərdə Umudlu kənd özünümüdafiə dəstəsində iştirakına dair dəlilini şübhə altına almalı deyil. Belə ki, 1988-ci il fevral 1-dən 1991-ci il oktyabrın 9-dək olan müdafiə dövrü ümumi müddət olmaqla, özünümüdafiə dəstəsinə 1990-cı ildən qoşulmuş iddiaçıdan əvvəl, 1988-ci il 1 fevral tarixdən kəndin müdafiəsində iştirak etmiş digər şəxsləri ehtiva edir.
31. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 27 aprel tarixli, 2-1(103)-199/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.