Məhkəmə qərarları › İş №2-1(102)-1542/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1542/2023

24.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1542/2023 24.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2023-cü il tarixli, 2- 1(103)636/2023 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya DSMF-nin Nizami rayon şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. İddiaçı daha əvvəl ona təyin edilmiş pensiyanın yenidən hesablanması üçün cavabdehə müraciət etmişdir.

3. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********7 nömrəli məktubu ilə pensiyanın yenidən hesablanmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək: 1. 2009-cu ilin may ayının 27-d ə 57 yaşı tamam olduqdan sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxdığı vaxtda olan orta əmək haqqının 2009-cu ilin 4 ay (yanvar, fevral, mart, aprel), 2008-ci ilin 12 ayı, 2007ci ilin 8 ayı (may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları) cəmi 24 ayın nəzərə alınması; 2. xx.xx.1990-cı ildən xx.xx.1992-ci ilədək seçkili vəzifədəki fəaliyyətinin ümumi iş stajına daxil edilməsi;

3. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanarkən 2006-cı ildən 2020-ci ilin oktyabr ayının 1-dək aktiv məcburi sosial sığorta ödəyicisi olduğu halda ASC-nin rəhbəri aylıq məcburi sosial sığortanın ödənişlərini etməməsindən həmin dövrün ödənişləri onun pensiyasında nəzərə alınmadığından əmək pensiyasının yenidən hesablanaraq təyin edilməsi və yaranacaq fərqin hesablanaraq öd ənilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1974-cü ilin yanvar ayının 10-dan Bakı "xxxx" ASC-də müxtəlif peşə və vəzifələrdə işləmiş, həmin dövlət müəssisəsində əlli ildən çox əmək stajı var. 2006-cı ilin yanvar ayının 1-dən 2020-ci ilin oktyabr ayının 1- nə kimi Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan Bakı "xxxx" ASCnin idarə heyətinin sədrləri Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları üzrə süni yaratdıqları bir milyon manatdan çox borclarını ödəməmişlər. Pensiya təyin olunan tarixədək (2009-cu ilin may ayınadək) iddiaçının fərdi hesabında 355,68 manat pensiya sığorta kapitalı olduğu müəyyən edilmişdir. Məbləğin az olmasının səbəbi 2006-cı ilin yanv arından Bakı "xxxx" ASC-nin idarə heyəti sədrlərinin əmək haqqlarından yığılan sığorta pullarını on beş il ərzində mənimsəmələridir. Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2003-cü il tarixli 909 nömrəli Fərmanının 5-ci bəndinə əsasən təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq bütün müəssisə və təşkilatların rəhbərləri məcburi dövlət sosial sığorta haqlarının əmək haqqı ödənişləri ilə eyni vaxtda Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna tam ödənilməsinə şəxsən məsuliyyət daşıyırlar. Fərmanın tələbləri hər iki ASC-nin rəhbərləri tərəfindən kobud pozulmuşdur. İddiaçı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə Departamentinin cavabdeh "xxxx" ASC-nə qarşı “məcburi dövlət sosial sığorta haqqları üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia tələbi 1 saylı Bakı Yerli İqtisad Məhkəməsi xx.xx.2009-cu il tarixdə xx.xx.2010-cu il tarixədək olan dövr ərzində 488.933,14 manat (Qiyabi Qətnamə 2-1(81)-2476/2010) məbləğində məcburi dövlət sosial sığorta haqqları üzrə borcun ödənilməsi barədə tələbi irəli sürmüş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli və 2(82)-1363/2014 saylı qətnaməsi ilə təmin edilərək, cavabdeh "xxxx" ASC-dən xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək olan dövr ərzində Dövlət Sosial Müdafiə Fonduna yaranmış 571.159 (beş yüz yetmiş bir min yüz əlli doqquz) manat 35 (otuz beş) qəpik məbləğində pulun tutularaq, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə Departamentinə ödənilməsi qət edilmişdir. 2 sayl ı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli və 2(82)-1363/2014 saylı qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli və 22(103)-05/2016 saylı qərardadı ilə ləğv edilərək, iddiaçı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə Departamentinin cavabdeh "xxxx" ASC-nə qarşı "məcburi dövlət sosial sığorta haqqları üzrə yaranmış borcun tutulması" tələbinə dair iqtisadi işin icraatına xitam verilmişdir. Lakin burada xitam haqqında məhkəmə kollegiyasının qənaəti Azərbaycan Respublikası İPM-nin 2.2.7-ci maddəsinin tələbinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddialara iqtisadi qaydada deyil, inzibati qaydada baxılmalı olduğundan qoyulmuşdur. Yəni cavabdeh "xxxx" ASC -nin xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək olan dövr ərzində Dövlət Sosial Müdafiə Fonduna yaranmış 571.159 (beş yüz yetmiş bir min yüz əlli doqquz) manat 35 (otuz beş) qəpik məbləğində pul mübahisələndirilməmiş və işin icraatı baxımından xitam verilmişdir. "xxxx" ASC tərəfindən mənimsənilmiş 571.159 (beş yüz yetmiş bir min yüz əlli doqquz) manat 35 (otuz beş) qəpik məbləğində pul ona təyin olunmuş pensiyanın baza hissəsinin artımına və sığorta hissəsinə öz mənfi təsirini göstərmişdir. Bundan əlavə ona pensiyanın hesablanması zamanı "X1 haqqında" Qanunun 13, 17, 71, 72-ci maddələrini tətbiq etməmişlər və hüquqlarını pozaraq ona maddi və mənəvi zərər vurmuşlar. Belə ki, iddiaçının orta əmək haqqını 152,06 manat hesablayaraq Qanunun 13-cü maddəsinin "b" bəndində nəzərdə tutula n işlərdə çalışan işçilərə orta aylıq əmək haqqının 90 faizinədək hesablanmalı olduğu halda onlar yaşa görə pensiyanı qərəzli 83 faizlə hesablamışlar. “Əmək pensiyaları haqqında" Qanununun 9.8-ci maddəsinin tələblərinə uyğun qaydada Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş "X1 haqqında" Qanunun 13-cü maddəsinin "b" bəndinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş, "X1 haqqında" Qanunun 17-ci maddəsinə əsasən Qanunun 13-cü maddəsinin "b" bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə orta aylıq əmək haqqının 65%, lakin minimum pensiyadan az olmayan məbləğdə həmçinin orta aylıq əmək haqqının 90%-dən artıq olmamaqla pensiya təmin edilmişdir cavabı onlara təqdim etdiyi sənədlərə əsaslanmır. "Əmək pensiyaları haqqında" Q anunun 27-ci maddəsinə əsasən 1970-ci ilin oktyabr ayının 1-dən 2006-cı ilin yanvarın 1-dək onun pensiya kapitalı 38 il 7 ay üçün iş stajına uyğun hesablanmalıdır: 38 il 7 ay x 306 manat = 11842,20 manat:144 ay = 82,23 manat onun sığorta kapitalıdır. Cavabdeh isə bu məbləği azaldaraq 2,47 manat göstərməklə saxtakarlıq edir. İddiaçının 2009-cu ilin may ayının 27-də 57 yaşı tamam olduqdan sonra yaşa görə güzəştli şərtlərlə pensiya təyin olunması üçün sənədlərini DSMF-nin Bakı şəhəri, Nizami rayon şöbəsinə təqdim etmişdir. Cavabdeh onun pensiyasını hesablayarkən (2009-cu ildə) X1 haqqında Qanunun 72-ci maddəsinə əsasən 2004-2005-ci illərin əmək haqqlarından orta aylıq əmək haqqı hesablamışdır. xx.xx.2006-cı il tarixdən xx.xx.2009- cu il tarixə kimi əmək haqqını nəzərə almamışdır. Cavabdehin n əzərə almaq istəmədiyi 3 il 4 ayın əmək haqqından orta aylıq əmək haqqı aşağıdakı kimi hesablanmalıdır: 2006-cı il — 2159,13 manat - 12 ay, 2007-ci il — 2135,99 manat - 12 ay, 2008-ci il — 4332,31 manat - 12 ay, 2009-cu il — 2279,87 manat - 4 ay. Beləliklə, 3 il 4 ayın əmək haqqının cəmi 10907,30 manat təşkil edir. Bu məbləğin 25%-i — 2726,82 manatı sosial kapital hissəsidir. Cavabdeh pensiyanı hesablayarkən orta aylıq əmək haqqını 2007-ci ilin 8 ayını, 2008-ci ilin 12 ayını, 2009-cu ilin 4 ayının əmək haqqların nəzərə almalı olduğu halda, 2004-2005-ci illərin əmək haqlarını götürərək növbəti saxtakarlığını etmişdir. Qanunun 71-ci maddəsinə uyğun orta aylıq əmək haqqını cavabdeh aşağıdakı kimi hesablamalıdır: 2007-ci il - 8 ay - 2135,99 manat; 2008-ci il - 12 ay - 4332,31 manat 2009-cu il - 4 ay - 2279,87 manat. “X1 haqqında” Qanunun 71 və 72-ci maddələrinin tələblərinə uyğun olaraq orta əmək haqqı müəyyən edilir: Cəmi: 8030,78 manat: 24 ay = 334 manat 62 qəpik. Qanunun 27-ci maddəsinə əsasən qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması tələbinə uyğun xx.xx.2006-cı il tarixdən 2017-ci ilin 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə hesabın sığorta hissəsində qeydə alınır. Həmin maddənin tələbinə uyğun ilkin pensiyası hesablanarkən nəzərə alınmayan 2726,82 manat x 80% = 4908,27 manat sığorta kapitalı təşkil edir. Beləliklə, cavabdeh qanuna zidd onun yaşa görə güzəştli şərtlər lə pensiyanın məbləğini azaldaraq 2009-cu ilin iyun ayından bu günə kimi (13 il) mənəvi və maddi ziyan vurmuşdur.

6. Cavabdeh iddiaya dair yazılı etiraz verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya Fondun Nizami rayon şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə uyğun qaydada Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “X1 haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İşin faktiki hallarına əsasən müəyyən olunur ki, İddiaçı xx.xx.2006-cı iİ t arixədək ümumi iş stajı 34 il 28 gündür (xx.xx.1970-ci il tarixdən xx.xx.1971-ci il tarixədək, xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək, 10.01,1974cü il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlər). Həmçinin, İddiaçı orta aylıq əmək haqqının 152,06 manat məbləğində olması müəyyən edilmişdir. İddiaçının pensiyası 25 il stajına uyğun orta aylıq əmək haqqının 65 faizi, tələb olunan iş stajından artıq hər tam ili üçün 18 faiz ((34-25)*2) olmaqla, ümumilikdə 83 faiz (65+18) müəyyən olunur. İddiaçı iddia ərizəsində ona pensiya təyin edilərkən pensiyasının orta aylıq əməkhaqqının 90 faizi ilə hesablanmalı olmasını qeyd etsə də, Qanunun müvafiq maddəsində «b» bəndində nəzərdə tutulan işçilərin pensiyasının orta aylıq əmək haqqı nın 90 faizindən artıq ola bilmədiyi, hesablanma qaydasını 25 ilə müvafiq 65 faiz, tələb olunan iş stajından artıq hər tam il üçün iki faizə qədər artırıldığı qeyd olunmuşdur. İstinad olunan qanunvericilik normaları və işin faktiki hallarına əsasən müəyyən olunur ki, iddiaçının orta aylıq əmək haqqının 83 faizi 126,20 manat təşkil edir (152.06*83%). “Əmək pensiyaları haqqında” Qanunun əvvəlki redaksiyasının 27-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığorta olunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qayda da hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Qanuna uyğun olaraq, iddiaçının orta aylıq əməkhaqqından, yəni 126.20 manatdan 2006-cı il üçün pensiyanın baza hissəsi 25 manat baza hissə çıxılaraq 101.21 manat (126,20-25) müəyyən edilmişdir. Həmin məbləğin iddiaçıya pensiya təyin olunan tarixədək indeksləşdirilərək 154,52 manat (101,21*8,3 %+16,7%+20,8) olduğu müəyyən edilmişdir. Bununla da müəyyən olunur ki, iddiaçıya təyin edilməli olan pensiyanın sığorta hissəsi 154,52 manat təşkil edir. Həmçinin, iddiaçıya pensiya təyin olunan tarixədək fərdi hesabında 355,68 manat pensiya sığorta kapitalı müəyyən edilmişdir (2006-cı il tarixdən 2009-cu il tarixədək). Həmin pensiyanın sığorta kapitalı Qanunvericiliyin tələblərinə uyğun olaraq 144-ə bölünməklə pensiyanın sığorta hissəsi 2,47 (355,68:144) manat hesablanmışdır. İddiaçıya pensiya təyin olunan tarixdə pensiyanın baza hissəsi 75 manat təşkil edirdi. Həmin baza hissəsi yuxarıda qeyd edilən məbləğlərin üzərinə əlavə edilməklə iddiaçıya 231,99 (75+154,52+2,47) manat pensiya məbləği müəyyən edilmişdir. Daha sonra iddiaçıya pensiya təyin edilərkən hesablanmış 231,99 manat pensiya məbləği illər üzrə pensiyanın baza hissəsinin artımı və sığorta hissəsinin indeksləşdirilməsi ilə əlaqədar xx.xx.2019-cu il tarixinə 362,55 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa gör ə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Bununla əlaqədar xx.xx.2019-cu il tarixində 6 il və daha çox işlədiyinə gör ə işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 6844,05 manat sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 (144 ay - 72 ay (pensiyaçı kimi işlədiyi ayların miqdarı) aya bölünməklə (6844,05/72=95,06 manat) əmək pensiyasının (362,55 manat) üzərinə əlavə edilərək 457,61 (95,06+362,55) manat (xx.xx.2021-ci il tarixinədək indeksləşdirilməklə 594,40 manat)) müəyyən edilmişdir. Hal-hazırda İddiaçı əmək pensiyası 634.81 manat təşkil edir ki, həmin məbləğ iddiaçının müvafiq kart hesabına köçürülməklə ödənilir. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki hallarını nəzərə alınaraq qeyd olunmalıdır ki, İddiaçı təyin edilmiş pensiya yenidən düzgün hesablanmış və bu səbəbdən də cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur.

7. Bakı İnzibati Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2-1(112)-3479/2022 nömrəli qərarı ilə (hakim A.Əhədova) iddia qismən təmin edilərək, iddiaçının xx.xx.1991xx.xx.1992-ci il tarixədək əmək fəaliyyəti dövrü onun ümumi iş stajına daxil edilməklə pensiyanın yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçının xx.xx.2006-cı il tarixə qədər ümumi əmək stajını xx.xx.1970-ci il tarixdən xx.xx.1971-ci il tarixədək, xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək, xx.xx.1974-cü il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlər olmaqla 34 il 28 gün hesablamış, 25 il stajına uyğun orta aylıq əməkhaqqının 65 faizi, tələb olunan iş stajından artıq hər tam ili üçün 18 faiz ((34-25)*2) olmaqla, ümumilikdə 83 faiz (65+18) müəyyən etmişdir. Məhkəmə cavabdehin iddiaçının ümumi iş stajına uyğun olaraq orta əmək haqqının faizinin müəyyən edilməsi ilə bağlı hesablama qaydası ilə razılaşsa da ümumi iş stajının müddəti ilə razılaşmır. Belə ki, iddiaçının əmək kitabçası qeydlərindən görünür ki, iddiaçı xx.xx.1989-cu ildə Nərimanov rayon partiya komitəsinin Elektrosentrolit zavoduna ilk partiya təşkilatının katibi seçilmiş, xx.xx.1991-ci ildə həmin vəzifədən azad olunmuşdur. xx.xx.1992-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin qüvvədə saxladığı Bakı şəhər Məhkəməsinin xx.xx.1992-ci il tarixli qətnaməsinə əsasən işə bərp a olunmaqla 7 nömrəli Qəlib Qarışdırıcı və içlik hazırlama sexinə rəis vəzifəsinə qəbul edilmişdir. Cavabdeh qeyd edilən dövrlərdən iddiaçının seçkili vəzifədə olduğu xx.xx.1989xx.xx.1991-ci il tarixi onun ümumi iş stajına hesablamış, lakin iddiaçının işdən azad olunduğu və vəzifəyə bərpa olunduğu tarixədək olan dövrü, yəni xx.xx.1991-xx.xx.1992-ci ilədək olan dövrü onun iş stajına daxil etməmişdir. Məhkəmənin sorğusu ilə AR Ədliyyə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 10/128 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş Bakı şəhər Məhkəməsinin xx.xx.1992-ci il tarixli 3-26 nömrəli qətnaməsinə əsasən İddiaçı Elektrosentorilt zavoduna əvvəlki işinə-direktorun kadr və məişət üzrə köməkçisi vəzifəsinə bərabər başqa işlə təmin edilməsi zavodun mdriyyətinə tapşırılmış, Elektro sentrolit zavodundan bir illik məcburi proqul günləri üçün 3672 manat əmək haqqının İddiaçı verilməsi qət edilmişdir. Göründüyü kimi iddiaçı xx.xx.1992-ci ildə Elektrosentrolit zavoduna işə bərpa edildiyindən və ona məcburi iş buraxma üçün əmək haqqı ödənildiyindən hesab olunur ki, iddiaçının iş stajı azad edildiyi xx.xx.1991-ci il tarixdən işə bərpa edildiyi xx.xx.1992-ci il tarixədək olan dövr də onun ümumi iş stajına hesablanmalıdır.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam həcmdə təmin edilməsini xahiş etmişdir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsini n İnzibati Kollegiyasının 10 mart 2023-cü il tarixli, 21(103)-636/2023 qərarı ilə (hakimlər: M.Tağızadə - sədrlik edən və məruzəçi, K.Əkbərov və P.Hüseynov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. cavabdehin kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, hazırki iş üzrə pensiya işindən məlum olur ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ü çün müraciət etdiyi zaman müvafiq məhkəmə qətnaməsini inzibati orqana təqdim etməmişdir. İddiaçının sözügedən tələb üzrə inzibati orqana müraciəti olmamış, göründüyü kimi iddia ərizəsində də həmin halı qeyd etməmişdir. İddiaçının həmin tələblə bağlı ilkin müraciəti məhkəməyə olmuşdur. Belə ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə xx.xx.1991-ci il tarixdən xx.xx.1992-cİ il tarixədək olan əmək fəaliyyəti dövrünün onun ümumi iş stajına daxil edilməklə yenidən hesablanmasını xahiş etmişdir. Ümumilikdə, işin faktiki halları nəzərə alınaraq qeyd olunmalıdır ki, iddiaçıya təyin edilmiş əmək pensiyası cavabdeh orqan tərəfindən düzgün hesablanmışdır.

15. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-636/2023 nömrəli qərarında qeyd edilmişdir ki, “cavabdeh əgər məhkəmənin gəldiyi nəticə ilə razı olsaydı, iddiaçı tərəfindən dəqiqləşmə ərizəsi təqdim olunduqdan və məhkəmə tərəfindən icraata qəbul etdikdən sonra iddiaçının xx.xx.1991-xx.xx.1992-ci il tarixədək əmək fəaliyyəti dövrünü iddiaçının ümumi iş stajına daxil etməklə yenidən hesablaya bilərdi və həmin hissədə iş üzrə icraata xitam verilərdi. Lakin cavabdeh tərəfindən qeyd edilənlər nəzərə alınmamış, üstəlik apellyasiya şikayəti verilmişdir. Bu səbəbdən də cavabdehin apellyasiya şikayəti əsassız hesab olunaraq təmin edilməməlidir.”

16. Lakin məhkəmənin gəldiyi bu nəticə qanunvericiliyin tələblərinin kobud şəkildə pozuntusu hesab edilməlidir. Hansı ki, məhkəmə yekun qərar qəbul edərkən iş üzrə bütün halları nəzərə almamış, iddiaçının iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl ca vabdeh inzibati orqana müraciət edilməsinin vacibliyi şərtinə önəm verməmiş, yalnız şəxsi mülahizəsinə əsasən qərar qəbul edilmişdir. b. iddiaçının kassasiya şikayətinin dəlilləri

17. İddiaçı kassasiya şikayətində qeyd edir ki, "X1 haqqında" Qanunun 13,17, 71, 72ci maddələrinin tələbləri nəzərə alınmamışdır. Belə ki, iddiaçının orta əmək haqqını 152,06 manat hesablayaraq Qanunun 13-cü maddəsinin "b" bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə orta aylıq əmək haqqının 90 faizinədək hesablanmalı olduğu halda, yaşa görə pensiya qərəzli şəkildə 83 faizlə hesablanmışdır.

18. Həmçinin qeyd edilmişdir ki, İPM-nin 87.8-ci maddəsində deyilir ki, Apellyasiya instansiya məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarım dəyişd irmədən qüvvədə saxladıqda həmin qərardakı əsaslara istinad edə bilər. Lakin, hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməlidir. Müvafiq qərarda iddiaçının apellyasiya şikayətinin dəlilləri araşdırılmamış, hüquqi qiymət verilməmiş və dəlillər təkzib edilməmişdir.

19. Eyni zamanda iddiaçı kassasiya şikayətinə əlavə verərək bildirmişdir ki, 24 dekabr 2021-ci il tarixdən Bakı İnzibati Məhkəməsinin 7 iclasında, 13 yanvar 2023-cü il tarixdən Bakı Apellyasiya Məhkəməsinin 4 iclasında (xx.xx.2023; xx.xx.2023; xx.xx.2023; xx.xx.2023) şikayətin dəlilləri araşdırılmamış və dəlillərim təkzib edilməmişdir. Bakı İnzibati Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi öz saytlarında əvvəlcədən şikayət ərizələrini öz saytlarında yerləşdir məmişlər. Məhkəmə iclaslarında cavabdehin nümayəndələrinin növbə ilə dəyişməsi və Bakı Apellyasiya Məhkəməsi hakimlərinin isə 4 iclasda 3 dəfə əsassız dəyişdirilməsi ilə başa çatmışdır. Apellyasiya hakimlərinin belə asanlıqla dəyişdirilməsi mövcud qanunlara ziddir. Verilmiş etirazlara məhkəmə hakimləri əhəmiyyət verməmişlər. Hər iki məhkəmənin ümumilikdə 11 (on bir) iclaslarında məhkəmə hakimləri cavabdehin nümayəndələrindən bir dəfə də olsun onların iclaslardakı şifahi çıxışlarına aid yazılı cavab ala bilməmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ

20. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. K ASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məlum olduğu kimi, Bakı İnzibati Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2-1(112)3479/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı xx.xx.1991-xx.xx.1992-ci il tarixədək əmək fəaliyyəti dövrü onun ümumi iş stajına daxil edilməklə pensiyanın yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə rədd edilmişdir.

24. Həmin qərardan narazı qalan cavabdeh və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-636/2023 nömrəli qərarı ilə şikayətlər təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2-1(112)-3479/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

25. Apellyasiya instansiyası məhkəməsi tərəf indən həmin nəticəyə gələrkən müəyyən edilmişdir ki, hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş qanunvericiliyə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün vətəndaş “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi tarixə xx.xx.2006-cı il tarixədək olan iş stajı dövrü üzrə son 24 ay və yaxud xx.xx.2006-cı il tarixədək ardıcıl gələn istənilən 60 ay, yəni 5 ilin orta aylıq əmək haqqı barədə arayış təqdim edirdisə həmin orta aylıq əmək haqqının “X1 haqqında” Qanunun 17-ci maddəsi ilə nəzərdə tutulmuş faizi müəyyən edilərək pensiyanın baza hissəsi çıxıldıqdan sonra pensiyanın sığorta hissəsi müəyyənləşirdi.

26. Buna görə də apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, “qeyd edilənləri nəzərə alan birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “xx.xx.2006-cı il tarixdən fərdi hesabın sığorta hissəsi yalnız ödənilmiş məcburi dövlət sosial sığorta haqlarından hesablandığından, qanunla nəzərdə tutulmuş son 24 ay məhz ƏPQ-nun qüvvəyə minməsindən əvvəlki 24 ayı, yəni 2004- 2005-ci ilin orta aylıq əmək haqqını ifadə edir”.

27. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin sözügedən mövqeyi ilə razı deyil. Belə ki, Qanunda yuxarıda göstərilmiş müddətlərin seçilməsi hüququ (əvvəldə, ortada, sonda), məhz iddiaçıya aiddir, yəni həmin müddətləri iddiaçı özü istədiyi dövr üçün seçir, cavabdehin belə səlahiyyətləri yoxdur.

28. Belə olan halda iddiaçı adıçəkilən hissədə haqlı olduğundan iddiaçının iddiasının bu hissəsi qanuni və əsaslı olduğundan təmin edilməlidir.

29. Eyni zamanda apellyasiya məhkəməsinin qərarında göstərilmişdi r ki, “X1 haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.

30. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə nıralşadnətəV“ pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000 -ci il avqustun 1-dək hər il altı ay artırılır.

31. Həmin Qanunun 17-ci maddəsinə görə yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisn a olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz.

32. Həmin Qanunun 71-ci maddəsinə əsasən pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanır. Qanunun 78-ci maddəsinə əsa sən pensiya hesablanarkən müvafiq icra hakimiyyəti orqanı tərəfindən respublika üzrə pensiya hesablanması üçün təsdiq olunan orta əmək haqqının üçqat məbləğindən artıq olmayan orta aylıq əmək haqqı nəzərə alınır.

33. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2006-cı il tarixədək tələb olunan staja münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şə rtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir.

34. Bununla əlaqədar olaraq apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh iddiaçının xx.xx.2006-cı il tarixə qədər ümumi əmək stajını xx.xx.1970-ci il tarixdən xx.xx.1971-ci il tarixədək, xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək, xx.xx.1974-cü il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlər olmaqla 34 il 28 gün hesablamış, 25 il stajına uyğun orta aylıq əmək haqqının 65 faizi, tələb olunan iş stajından artıq hər tam ili üçün 18 faiz ((34-25)*2) olmaqla, ümumilikdə 83 faiz (65+18) müəyyən etmişdir.

35. Belə olan halda məhkəmə kollegiyası qeyd etmişdir ki, 1 nömrəli Siyahı əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasında orta əmək haqqının aşağı həddi 70%, yuxarı həddi tələb olunan iş stajından artıq hər tam il üçün 2% olmaqla 100%-dən artıq olmamaqla, 2 nömrəli Siyahı əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasında orta əmək haqqının aşağı həddi 65%, yuxarı həddi tələb olunan iş stajından artıq hər tam il üçün 2% olmaqla 90%-dən artıq olmamaqla hesablanırdı. Odur ki, cavabdeh tərəfindən hesablanma düzgün şəkildə aparılmışdır. Lakin cavabdeh tərəfindən iddiaçının ümumi stajı düzgün hesablanmamışdır. İddiaçının ümumi stajı 34 il 28 gün deyil, ümumilikdə 35 il 01 ay 27 gün hesablanmalı idi.

36. Belə ki, iddiaçının əmək kitabçası qeydlərindən görünür ki, iddiaçı xx.xx.1989-cu ildə Nərimanov rayon partiya komitəsinin “Elektrosentrolit” zav oduna ilk partiya təşkilatının katibi seçilmiş, xx.xx.1991-ci ildə həmin vəzifədən azad olunmuşdur. 37. xx.xx.1992-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin qüvvədə saxladığı Bakı şəhər Məhkəməsinin xx.xx.1992-ci il tarixli qətnaməsinə əsasən işə bərpa olunmaqla 7 nömrəli Qəlib Qarışdırıcı və içlik hazırlama sexinə rəis vəzifəsinə qəbul edilmişdir.

38. Cavabdeh tərəfindən iddiaçının seçkili vəzifədə olduğu xx.xx.1989-xx.xx.1991-ci il tarixi onun ümumi iş stajına hesablansa da, iddiaçının işdən azad olunduğu və vəzifəyə bərpa olunduğu tarixədək olan dövr (xx.xx.1991-xx.xx.1992-ci ilədək) nəzərə alınmamışdır.

39. Bu baxımdan apellyasiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddianı bu hissədə təmin edən birinci instansiya məhkəməsi doğru nəticəyə gəlmişdir.

40. Həmçinin ap ellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək pensiya kapitalı iddiaçının həmin dövrün qanunvericiliyinə uyğun olaraq təqdim etdiyi 2004-2005-ci illərin orta əmək haqqından hesablanmışdır.

41. Bununla bağlı apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı 2009cu ildə pensiya təyin edilmiş şəxs olduğundan onun xx.xx.2006-cı il tarixədək pensiya kapitalının Qanunun qüvvədə olan 27.1-ci maddəsinin 1 və 2-ci cümlələrinin tələbləri əsasında yenidən hesablanması nəzərdə tutulmamışdır.

42. Bundan başqa apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək yığdığı pensiya kapitalı xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş ƏPQ-nun, eləcə də 377 nömrəli Fərmanın tələbinə uyğun olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50%-i nəzərə alınmaqla hesablanmış və həmin kapital əsas götürülməklə xx.xx.2009-cu ildə pensiya təyin edilmiş, bu zaman istifadə etmədiyi pensiya kapitalı mövcud olmamışdır.

43. ƏPH Qanunun hazırkı 27.1-ci maddəsi isə istifadə olunmamış pensiya kapitalının 80% artırılmasını mümkün saymışdır. İddiaçı qeyd edilən tələbində haqlı olmadığından birinci instansiya məhkəməsi tərəfindən tələb təmin olunmamışdır.

44. Bununla yanaşı apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 2006-cı ildən 2020-ci ilin oktyabr ayının 1-dək işlədiyi müəssisənin ödəmədiyi aylıq məcburi sosial sığortanın ödənişlərinin nəzərə almaqla pensiyasının yenidən hesablanmalı olması ilə bağlı iddia tələbinı gəldikdə isə, birinci instansiya məhkəməsi müvafiq hüquq normalarını işin faktiki halları ilə qarşılıqlı şəkildə təhlil edərək yenə düzgün nəticəyə gəlmişdir.

45. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, müəssisənin aylıq məcburi sosial sığorta məbləğlərinin cavabdehə ödənilməməsi ilə bağlı nəzarətin həyata keçirilməsi, cavabdehin üzərində olan bilavasitə vəzifəsidir. Buna görə də, həmin məsələyə dair iddiaçıya iradlar bildirilməsi qanuna uyğun deyildir.

46. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiasının bu hissəsi də təmin edilməlidir.

47. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, cavabdehin kassasiya şikayəti isə təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2023-cü il tarixli, 2-1(103)-63 6/2023 nömrəli qərarı qismən, yəni Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-3479/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılması hissəsi, yəni iddiaçıya pensiya təyin olunan zaman “X1 haqqında” Qanunun 72-ci maddəsinə əsasən 2004-2005-ci illərin orta aylıq əmək haqqından deyil, pensiyaya çıxdığı vaxtda son 24 ayın yəni 2009-cu ilin 4 ay (yanvar, fevral, mart, aprel), 2008-ci ilin 12 ayı, 2007-ci ilin 8 ayının (may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları) orta əmək haqqı nəzərə alınmaqla hesablanması və 2006-cı ildən 2020-ci ilin oktyabr ayının 1dək işlədiyi müəssisənin ödəmədiyi aylıq məcburi sosial sığortanın ödənişlərini nəzərə almaqla pensiyası yenidən hesablanması hissəsinin rədd edilməsi hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin edilməli, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2023-cü il tarixli, 21(103)-636/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılması hissəsi, yəni iddiaçıya pensiya təyin olunan zaman “X1 haqqında” Qanunun 72-ci maddəsinə əsasən 2004-2005ci illərin orta aylıq əmək haqqından deyil, pensiyaya çıxdığı vaxtda son 24 ayın yəni 2009cu ilin 4 ay (yanvar, fevral, mart, aprel), 2008-ci ilin 12 ayı, 2007-ci ilin 8 ayının (may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları) ort a əmək haqqı nəzərə alınmaqla hesablanması və 2006-cı ildən 2020-ci ilin oktyabr ayının 1-dək işlədiyi müəssisənin ödəmədiyi aylıq məcburi sosial sığortanın ödənişlərini nəzərə almaqla pensiyası yenidən hesablanması hissəsinin rədd edilməsi hissələrində ləğv edilsin. İddia həmin hissələrdə təmin edilsin. İddiaçıya pensiya təyin olunan zaman “X1 haqqında” Qanunun 72-ci maddəsinə əsasən 2004-2005-ci illərin orta aylıq əmək haqqından deyil, pensiyaya çıxdığı vaxtda son 24 ayın yəni 2009-cu ilin 4 ay (yanvar, fevral, mart, aprel), 2008-ci ilin 12 ayı, 2007-ci ilin 8 ayının (may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları) orta əmək haqqı nəzərə alınmaqla hesablansın. İddiaçının 2006-cı ildən 2020-ci ilin oktyabr ayının 1-dək işlədiyi müəssisənin ödəmədiyi aylıq məcburi sosi al sığortanın ödənişlərini nəzərə almaqla pensiyası yenidən hesablansın. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2023-cü il tarixli, 21(103)-636/2023 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar