Məhkəmə qərarları › İş №2-1(102)-1542/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1542/2024

31.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1542/2024 31.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin mərhum şəxsə məxsus olmasına dair arayışın verilməsi; hüquqmüəyyənedici sənədin qüvvədə olması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə (üçüncü şəxslər X5 və İsrafilova Vəfa Oktay qızı) qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 dekabr 2023-cü il tarixli, 2-1(105)-396/2023 nömrəli qərarından üçüncü şəxs İsrafilova Vəfa Oktay qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə müraciət edərək Şamaxı rayonu, Göylər kəndində mərhum anası X4 məxsus olmuş 0,083789 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

2. Cavabdeh 13 iyul 2022-ci il tarixli, **********90 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus həyətyanı torpaq sahəsinin ölçüsü ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş A seriyalı, 223834 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində 837,89 kv.m qeyd olunmasına baxmayaraq iddiaçının faktiki istifadəsində yalnız 687 kv.m torpaq sahəsi mövcuddur. Ona görə də torpaq sahəsinin 837,89 kv.m ölçüdə qeydiyyata alınması mümkün olmamışdır. Həyətyanı torpaq sahəsinin 687 kv.m ölçüdə qeydiyyata alınması razılıq verilmədiyinə görə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə əsasən müraciətin icrasından imtina olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə ayrılmış 837,89 kv.m həyətyanı torpaq sahəsinin mərhum anası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu Göylər kəndində yerləşən 837,89 kv.m həyətyanı torpaq sahəsi iddiaçının mərhum anası X4 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə ayrılmışdır. Həmin torpaq sahəsinin zonası, normativ qiyməti, baş plandan çıxarış, əsas döngə nöqtələrini n koordinatları, torpaq sahəsinin qonşu sərhədləri və torpaq sahəsinin planı, miqyası həmin sənəddə qeyd edilmiş, sənəd imzalanmış və möhürlənmişdir. Həmçinin Şamaxı rayon Göylər kənd XDS İcraiyyə Komitəsinin 1972-1974-cü illərində təsərrüfatbaşına kitablarında iddiaçının təsərrüfatında 0,08 ha həyətyanı torpaq sahəsi, o cümlədən tikili altında 0,01 ha torpaq sahəsi olması qeyd olunmuşdur. Mərhum anasından miras qalmış həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh müraciətinin icrasından imtina etmişdir.

5. Cavabdehin iddia ərizəsinə dair yazılı etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırılmışdır.

6. Sumqayıt İnzibati Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2-1(118)2694/2022 nömrəli qərarı ilə (hakim V. E.Əzizova) iddia təmin edilmiş, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə ayrılmış 837,89 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, torpağın təsərrüfatbaşına kitablara əsasən iddiaçıya, daha sonra aqrar islahatları aparılan zaman mərhum anası N.Quliyevanın adına qeydə alınması iş materialları ilə təsdiq edilir. Hazırda həmin torpaq sahəsinin bir hissəsinin qonşu tərəfindən zəbt edilməsi mülkiyyət hüququnun mərhuma məxsus olması barədə arayışın verilməsini istisna edən hal deyildir. Torpaq sahəsinin plan və ölçü sənədi artıq 2010-cu ildə verilmişdir və iddiaçının tələbinin təmin edilməsi üçün əsaslar vardır.

8. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2023-cü il tarixli, 2-1(105)-396/2023 nömrəli qərardadı ilə X5 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2023-cü il tarixli, 2-1(105)-396/2023 nömrəli qərardadı ilə İsrafilova Vəfa Oktay qızı zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 dekabr 2023cü il tarixli, 2-1(105)-396/2023 nömrəli qərarı ilə (hak imlər H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.İ.Məmmədov və G.İ.Cabbarova) apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2-1(118)-2694/2022 nömrəli qərarı qismən – 37,89 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum anası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilmiş, bu hissədə yeni qərar qəbul edilməklə iddia rədd edilmiş, qərar qalan hissədə – Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə ayrılmış 800,00 kv.m (837,89 kv.m – 37,89 kv.m) həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum anası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəs ində dəyişdirilmədən saxlanılmışdır.

12. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə baxan məhkəmə aqrar islahat zamanı X4 ayrılan torpaq sahəsinin ölçüsü ilə bağlı ətraflı araşdırma aparmamış, Şamaxı rayon Aqrar İslahat Komissiyasının sözügedən qərarının arxiv surətini Dövlət Arxivindən tələb etməmiş, torpaq sahəsinin plan və ölçü sənədində göstərilən 837,89 kv.m torpaq sahəsinin qanuni əsaslarla iddianın mərhum anasına ayrılması əsası ilə iddianı tam həcmdə təmin etmişdir. Halbuki, araşdırma ilə müəyyən edilmişdir ki, 2001-ci ildə aparılan aqrar islahat zamanı X4 837.89 kv.m deyil, 0.08 ha torpaq sahəsi ayrılmış, A seriyalı, 223834 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilən 837,89 kv.m torpaq sahəsinin 37.89 kv.m hissəsi iddiaçının faktiki istifadəsində olan, lakin bələdiyyənin ehtiyat fonduna aid torpaq sahəsi olmuşdur. Belə olan halda, bələdiyyənin ehtiyat fonduna aid olan 37,89 kv.m torpaq sahəsinin mülkiyyət hüququ əsasında mərhuma məxsus olması işdə olan sənədlərlə sübuta yetirilmir. Birinci instansiya məhkəməsi isə iddia tələbini tam həcmdə təmin edilməsi nəticəsinə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bu hal isə qərarın ləğvi üçün əsasdır. Odur ki, 37.89 kv m torpaq sahəsinə dair hissədə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və bu hissədə iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Cavabdehin imtina məktubu, iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin yeganə əsası torpaq sahəsinin planı və ölçüsü sənədində sahənin ölçüsünün 837,89 kv.m göstərilməsinə baxmayaraq, faktiki istifadədə 687 kv.m torpaq sahəsinin olması, sahənin qalan hissəsinin qonşu tərəfindən zəbt edilməsi və iddiaçının həmin ölçüdə sahəyə münasibətdə hüquqların tanınmasına razılıq verməməsidir. Göründüyü kimi cavabdehin yeganə dəlili iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin sənəd üzrə torpaq sahəsindən az olmasıdır. Məhkəmə tərəfindən aparılan araşdırma zamanı sözügedən torpaq sahələrinin qonşu torpaqlar olduğu, həm də iş üzrə tərəflərin qohumluq münasibətlərində - X7 iddiaçının əmisi olduğu müəyyən edilmişdir. Şamaxı rayon Göylər kəndi üzrə yuxarıda qeyd edilən təsərrüfatbaşına kitabdan çıxarışlardan görünür ki, İddiaçı və X7 təsərrüf atlarında müvafiq olaraq 0,08 ha və 0,07 həyətyanı torpaq sahələri, yəni ümumilikdə, hər ikisinin birlikdə faktiki istifadələrində 0,015 ha torpaq sahəsi olmuşdur. Hazırda isə iddiaçının faktiki istifadəsində olan sahə 687 kv.m təşkil edir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı” ndan da görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə X8 ayrılmış və hazırda üçüncü şəxs X2 faktiki istifadəsində olan torpaq sahəsinin sənəd üzrə sahəsi 0,060897 ha, faktiki sahəsi isə 0,0842 ha təşkil edir. Torpaq sahəsi üzərində tikintialtı sahəsi 200 kv.m olan fərdi yaşayış evi mövcuddur. Torpaq sahəsinin faktiki koordinatları müayinə zamanı təyin edilmişdir, faktiki sahə sənəddə qeyd olunan sahədən 0,023303 ha çoxdur. Beləliklə müəyyən edilir ki, iddiaçının faktiki istifadəsində 687, üçüncü şəxsin faktiki istifadəsində isə 842 kv m torpaq sahəsi olmaqla, ümumilikdə hər ikisinin birlikdə faktiki istifadələrində 1529 kv m torpaq sahəsi vardır. X4 aqrar islahat zamanı ayrılmış 800 kv.m torpaq sahəsi naturada tam mövcud olsa da, hazırda bir hissəsinin hasar qonşusu olan üçüncü şəxs tərəfindən faktiki istifadə edilməsi imtina üçün əsas deyildir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar, təqdim edilməli olan sənədlərin siyahısı, həmin sənədlərə dair tələblər, hüquqların dövlət qeydiyyatından imtinanın halları konkret müəyyən olunmu şdur. Bu hal həmin normada nəzərdə tutulmamışdır. Bu səbəbdən aqrar islahat zamanı iddiaçının anası N.A.Quliyevanın mülkiyyətinə verilmiş 800 kv.m torpaq sahəsinin bir hissəsinin hazırda üçüncü şəxsin faktiki istifadəsində olması həmin torpaq sahəsi üzərində sonuncunun mülkiyyət hüququnun tanınmasını istisna edən hal deyildir. Bundan əlavə hazırkı işdə torpaq sahəsi naturada mövcuddur və üçüncü şəxsin faktiki istifadəsindədir. Bu hal isə ayrıca mülki məhkəmə icraatının predmetidir.

13. Üçüncü şəxs İsrafilova Vəfa Oktay qızı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

14. Üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçının mərhum anasının 8 00 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququ “Torpaq islahatı haqqında” Qanunun tələblərindən irəli gələn hüquqmüəyyənedici sənədə Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli, 03 nömrəli qərarına əsaslanır. Apellyasiya instansiya məhkəməsi Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli, 03 nömrəli qərarının X4 aid hissədə tələb etməsinə baxmayaraq üçüncü şəxsin mərhum atası X8 münasibətdə arxiv sənədlərini tələb etməmiş, iş üzrə hərtərəfli araşdırma aparmamışdır. Belə ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli 03 nömrəli qərarı ilə X1 və mərhum X4 ayrılmış torpaq sahələrini bir-birindən ayıran hasar 1998-ci ildə məhz üçüncü şəxs İddiaçı tərəfindən çəkilmiş, qeyd olunan sənədlərin də tərtibatı məhz İddiaçı tərəfindən aparılmışdır. Həmin vaxt X12 ağır dializ xəstəsi olduğundan və övladları Rusiya Federasiyasında yaşadığından, İddiaçı üçüncü şəxslərin mərhum atasına düşən hissəyə torpaq sahəsinin ölçüsü çox olsa da, faktiki 0.08 ha olmasına baxmayaraq həmin hissəyə öz anası X3 adına sənəd tərtib etdirmişdir. 2010-cu ildən 2018-ci ilədək qeyd olunan torpaq sahəsinin planı və ölçüsündə düzgün müəyyən edilməmiş sənədlər üçüncü şəxs İddiaçı olmuşdur. 2010-cu ildə torpaq sahəsinin planı və ölçüsü tərtib edilən zaman da hər iki torpaq sahəsini bir-birindən ayıran hasar mövcud olmuş, ləğv edilmiş Torpaq və Xəritəçəkmə Komitəsi üçüncü şəxsin atasının adına 0.0608 ha hissəyə torpaq sahəsinə dair sənəd versə də, torpaq sahəsinin dəqiq hüdudlarını ölçməmiş, X3 adına 0.08 ha hissəyə torpaq sahəsinin planı və ölçüsünü tərtib etsə də, faktiki 0.06 ha hissədən ibarət olduğunu müəyyən etmədən, qalan 0.2 ha hissənin hansı əraziyə düşməsini müəyyən etməmişdir. X1 faktiki olaraq ayrılmış torpaq sahəsi Şamaxı rayon Göylər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin təsərrüfatbaşına kitabından çıxarışa əsasən 1969-cu ildə tikilmiş ümumi sahəsi 90 kv.metr olan fərdi yaşayış evi və 0.08 ha həyətyanı torpaq sahəsinin olması qeydə alınmışdır. Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli 03 nömrəli qərarı ilə ayrılmış 837.89 kv.metr həyətyanı torpaq sahəsi üzərində mərhum X4 verilsə də, faktiki istifadəsində olan torpaq sahəsi 837.89 kv.metr olmamış, 687 kv.metrdən ibarət olsa da, nə üçüncü şəxs, nə də üçüncü şəxsin mərhum anası 2010-cu ildən hal-hazırkı vaxtadək hər hansı şəxsə qarşı, eləcə də üçüncü şəxs İsrafilova Vəfa Oktay qızının mərhum atası X9 qarşı zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etməmiş, 1969-cu ildən hal-hazırkı vaxtadək 687 kv. metr həyətyanı torpaq sahəsindən istifadə etmələrinə baxmayaraq həmin hissə ilə razılaşmış, çıxarış almaq istədikdə isə qonşu torpaq sahəsinin 200 kv.metr hissəsinə dair da mülkiyyət hüququnu təsdiq edən çıxarışı almaq niyyətində olmuşdur. 2010-cu ildə istifadəsində olan torpaq sahəsinin planı və ölçüsünü əldə etməsinə baxmayaraq torpağın mülkiyyətə verilməsinə dair çıxarış əldə etmək üçün daşınmaz əmlakın dövlət reyestr xidmətinə müraciət etməmiş, plan və ölçünün düzgün tərtib edilməməsi ilə bağlı hər hansı bir şəxsə qarşı, hər hansı formada iddia qaldırmamışdır. Mübahisələndirilən torpaq sahəsi 1969-cu ildən mərhum X6 və mərhum atam X7 arasında bölünmüş, hər iki torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2010-cu il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü ilə həyətyanı torpaq sahələrinin ümumi sahəsi göstərilsə də, nə mərhum atası, nə də mərhum üçüncü şəxsin anası tərəfindən nə 2010-cu ilədək, nə də 2010-cu ildən halhazırkı vaxtadək torpaq sahəsi ilə bağlı hər hansı iddia qaldırılmamışdır. Bundan başqa, inzibati məhkəmə araşdırması nəticəsində Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli 03 nömrəli qərarı ilə ayrılmış 837.89 kv. metr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilsə də, faktiki olaraq 837.89 kv.metr hissə onların istifadəsində, eləcə də mərhum atam X7 istifadəsinə verilmişdir. Şamaxı rayon Göylər kəndi üzrə yuxarıda qeyd edilən təsərrüfatbaşına kitabdan çıxarışlardan görünür ki, İddiaçı və X7 təsərrüfatlarında müvafiq olaraq 0,08 ha və 0,07 həyətyanı torpaq sahələri, yəni ümumilikdə, hər ikisinin birlikdə faktiki istifadələrində 0,015 ha torpaq sahəsi olmuşdur. Həmin sahənin 0.08 ha hissəsi X7, 0.07 ha hissəsi isə X3 istifadəsinə verilmişdir. Hazırda isə iddiaçının faktiki istifadəsində olan sahə 687 kv.m təşkil edir ki, bu da 0.07 ha hesabı ilə hesablanır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Mülki Məcəllə Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qey diyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq o laraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanu nvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.... Maddə

22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik... 22.2.. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri tə qdim edən vərəsənin adına rəsmiləşdirilir. 18. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə

10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakı n dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

19. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin z əruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edi lmişdir.

21. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edi lmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından, torpaq sahəsinin mərhum şəxsə məxsus olması barədə arayışın verilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

26. Mübahisənin müəyyən edilmiş hallarından görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə X4 Göylər kəndi ərazisindən 0,08 ha həyətyanı torpaq sahəsi ayrılmış, həmçinin torpaq islahatından daha əvvəl onun faktiki istifadəsində bələdiyyənin ehtiyat fonduna aid 0,0039 ha torpaq sahəsi olmuşdur. Daha sonra 2010-cu ildə sözügedən 0,0039 ha torpaq sahəsi də daxil olmaqla Göylər kəndində yerləşən 837,89 kv.m torpaq sahəsinə dair DTXK-nin Şamaxı rayon şöbəsi tərəfindən N.A.Quliyevanın adına A seriyalı, 223834 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir.

27. İddiaçının hüquqi marağı həmin to rpaq sahəsinin mərhum anası X4 məxsus olması barədə arayışın cavabdeh orqan tərəfindən təqdim edilməsinə nail olmaqdır.

28. Kollegiya qeyd edir ki, X4 0,08 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli, 03 nömrəli qərarı hazırda da öz hüquqi qüvvəsini saxladığından həmin sahəyə münasibətdə iddia tələbinin təmin olunması barədə məhkəmənin mövqeyi əsaslı olmuşdur. İddiaçının mərhum anasının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ qanunvericiliyin tanıdığı etibarlı hüquq müəyyənedici sənədə - Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli, 03 nömrəli qərarına əsaslanır. Həmin etibarlı hüquq müəyyənedici sənəd “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələblərinə əsasən iddianın tə min edilməsinə əsas verir. Bu səbəbdən, aqrar islahat zamanı iddiaçının anasının mülkiyyətinə verilmiş 800 kv.m torpaq sahəsinin bir hissəsinin hazırda üçüncü şəxsin faktiki istifadəsində olması həmin torpaq sahəsi üzərində sonuncunun mülkiyyət hüququnun tanınmasını istisna edən hal deyildir.

29. Kollegiya apellyasiya məhkəməsinin belə bir mövqeynin də haqlı hesab edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarları n qanuna uyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurur və yolverilməz hesab olunmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs İsrafilova Vəfa Oktay qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 dekabr 2023-cü il tarixli, 2-1(105)-396/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar