Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1543/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı)cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra cavabdeh) qarşı “qərarın ləğv edilərək qaçqın statusunun verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-420/2019 s aylı, 1 fevral 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 4 iyun 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xxx noyabr 2017-ci il tarixdə öz ailəsi, arvadı və 3 uşağı ilə sərhədi qanuni keçərək Azərbaycan Respublikasına gəlibdir. 18 dekabr 2017-ci il tarixdə iddiaçı və ailəsi: 1989-cu il təvəllüdlü arvadı Jaghuri Farzanaya, qızı 2006-cı il təvəllüdlü Jaghuri Fatimaya, oğlu 2008-ci il təvəllüdlü Jaghuri Ahmad Maisama, oğlu 2015-ci il təvəllüdlü Jaghuri Ahmad Masouda qaçqın statusunun verilməsi haqqında vəsatətlə cavabdehə müraciət etmişdir. İddiaçının vəsatəti cavabdeh inzibati orqanda qeydiyyata alınmış və ***-**** saylı şəxsi iş açılmışdır. Bundan sonra iddiaçının əriz ə-anketi cavabdeh inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən onun şifahi izahatı əsasında doldurulub və iddiaçıdan və onun arvadı Jaghuri Farzanadan fərdi müsahibə alınıb. İddiaçı müsahibəsində müəyyən sosial qrupa aid olduğuna, etnik mənşəyinə görə, habelə polis məmuru kimi fəaliyyətinə görə terror təşkilatı Taliban tərəfindən, Talibandan aldığı əməkdaşlıq məktublarına görə yerli hökumət qüvvələri tərəfindən təqib olunmasını bildirib. Cavabdehin 12 mart 2018-ci ildə “qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında” qərarı ilə iddiaçının vəsatəti təmin edilməyib, ona qaçqın statusunun verilməsindən imtina olunub. Cavabdeh öz qərarını iddiaçının və onun arvadının izahatlarının mötəbər olmaması, iddiaçının 2 ay ərzində Kabildə hər hansı təhlükəli insident olmadan yaşaması və hər hansı problem olmadan ölkəni tərk etməsi ilə əsaslandırmışdır. İddiaçı həmin qərardan narazı olduğu üçün “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 13-cü maddəsinə müvafiq olaraq inzibati qaydada şikayət vermişdir. Cavabdehin 14 may 2018-ci il tarixli “inzibati şikayətin təmin edilməmi haqqında” qərarı ilə iddiaçının inzibati şikayəti təmin edilməmiş, 12 mart 2018-ci il tarixli qərar dəyişdirilmədən saxlanılmışdır. İddiаçı 21 iyun 2018-ci il tarixdə cаvаbdеhə qаrşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 12 mart 2018-ci il tarixli və 14.05.2018-ci il tarixli qərarlarının ləğv edilməsi və iddiaçıya, onun 1989-cu il təvəllüdlü arvadı Jaghuri Farzanaya, qızı 2006-cı il təvəllüdlü Jaghuri Fatimaya, oğlu 2008-ci il təvəll üdlü Jaghuri Ahmad Maisama, oğlu 2015-ci il təvəllüdlü Jaghuri Ahmad Masouda Azərbaycan Respublikasının ərazisində qaçqın statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1973-cü il tarixdə Əfqanıstan İslam Respublikasının Qəzni (Ghazni) vilayətinin Cağori kəndində doğulmuşdur və Əfqanıstan İslam Respublikasının vətəndaşıdır. O, etnik mənşəyinə görə Həzaralar qrupuna və İslamın şiə məzhəbinə aiddir. İddiaçı evlidir və 3 övladı var. Onun 6 bacısı var və onlardan 3-ü İsveçdə, digərləri Pakistanda yaşayırlar. İddiaçının valideynləri Əfqanıstanda Qəzni (Ghazni) vilayətində yaşayırlar. İddiaçı Əfqanıstandakı müharibə səbəbindən təhsil ala bilməyib və 10 yaşından başlayaraq atasına onun dükanında işləməklə kömək edib. 1986cı ildə iddiaçının ailəsi Pakistana köçür və təqribən 30 il ərzində orada yaşayır. 2016-cı ildə Pakistan polis qüvvələri tərəfindən əfqanlara qarşı pis münasibətə görə ailə Əfqanıstana qayıdır. Geri qayıtdıqdan sonra iddiaçının ailəsi Qəzni (Ghazni) vilayətinin Hotqool kəndində məskunlaşır və iddiaçı kənd təsərrüfatı ilə məşğul olmağa başlayır. 2017-ci ilin fevral-mart aylarında iddiaçı yerli polis məmuru kimi işləməyə başlayır. O, bu işi əmisinin polis şöbəsinin rəhbəri olan dostunun köməyi ilə əldə edir. İddiaçının vəzifəsi Kuley adlanan yerdə yerləşən qərargahı mühafizə etməkdən ibarət olur. İddiaçı polis məmuru kimi təqribən 5 ay müddətində işləmişdir. Polis kimi işə başladıqdan 2 ay sonra iddiaçı və onun dostu Zakir Taliban terror təşkilatından təh did məktubu alıblar. Təhdidlərlə yanaşı Taliban iddiaçı və onun dostundan müsəlman qardaşlığı naminə onlarla əməkdaşlıq etməyi tələb edib. 2 ay sonra iddiaçı və onun dostu eyni məzmunlu ikinci məktubu alıblar. Buna baxmayaraq iddiaçı polis məmuru kimi işləməyə davam edib. 2017-ci ilin avqust ayında iddiaçının hamilə olan arvadı ev işləri görən zaman yıxılıb və uşağını itirib. İddiaçı onu Kabildə yerləşən xəstəxanaya aparıb. İddiaçı Kabildə olan zaman onların Qəznidə (Ghazni) yerləşən qərargahına hücum olunub və iddiaçını komandiri və Dövlət Təhlükəsizlik Xidməti rəhbərinin müavini iddiaçıya zəng edərək ondan ən qısa vaxtda kəndə qayıtmasını tələb ediblər. İddiaçı anası ilə əlaqə saxlayıb və anası komandiri tərəfindən evlərinə basqın olunduğunu, onun sənədlərinin və Talibandan aldığı məktub un götürüldüyünü və atasının aparıldığını bildirib. İddiaçının atası müəyyən vaxt əsirlikdə olduqdan sonra kəndin ağsaqqallarının köməyi ilə azad olunub. İddiaçı 2 ay ərzində Kabilin Sərikarz adlanan rayonunda gizlənir. Bu vaxt ərzində o, Novruzəli adlanan şəxslə tanış olur və o, iddiaçıya və onun ailəsinə Əfqanıstanı tərk edib Azərbaycana gəlməyə kömək edir. İddiaçının Qəznidə (Ghazni) olan dostu Zaki isə Talibandan onlarla əməkdaşlıq etmək tələbi ilə aldığı məktuba görə həbs olunub. İddiaçı Taliban tərəfindən təhdid olunacağı qorxusu səbəbindən ölkəsinə qayıtmaq istəmir. O, eyni zamanda Talibandan aldığı məktuba görə onlara polis qərargahına hücum etməkdə köməklik göstərməkdə ittiham olunacağından qorxur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(81)-3183/2018 saylı iş) 17 sentyabr 2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, Azərbaycan Respublikasında qaçqın statusu irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib olunan, öz ölkəsinin himayəsindən istifadə edə bilməyən başqa ölkələrin vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə verilir. İddiaçı tərəfindən verilmiş müsahibə və digər sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı özü və ailəsi vətəndaşı olduğu ölkədə dövlət orqanları və digər şəxslər tərəfindən təqibə məruz qalmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib ol unmamışdır. İddiaçının Taliban hərəkatının üzvlərinin və Əfqanıstan İslam Respublikasının dövlət orqanlarının təqibindən ehtiyat etməsi ilə bağlı bildirdikləri ilə ona qaçqın statusunun verilməsinə əsas kimi qəbul oluna bilməz, belə ki iddiaçı tərəfindən belə təqib qorxusunun əsaslılığına dair nə cavabdehə, nə də məhkəməyə sübut təqdim edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X2məruzəçi, X3 və X4, 2-1(103)-420/2019 saylı iş) 1 fevral 2019-cu il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. İddiaçı 12 mart 2019-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edil məsi, iddianın təmin olunması və ya işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının mübahisələndirilən qərarı ləğv edilməli və İnzibati-Prosessual Məcəllənin 96.5-ci maddəsinə müvafiq olaraq iş yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir və ya yeni qərar qəbul edilməlidir. Apellyasiya instansiyası məhkəməsi kassatorun verdiyi izahatın ehtimal üzərində qurulduğunu hesab edərək səhv nəticəyə gəlmişdir. Kassatorun verdiyi müsahibə ilə müəyyən olunur ki, o, müəyyən sosial qrupa aid olduğuna, etnik mənşəyinə görə, habe lə polis məmuru kimi fəaliyyətinə görə Taliban terror təşkilatı tərəfindən, Talibandan aldığı əməkdaşlıq məktublarına görə isə yerli hökumət qüvvələri tərəfindən təqibə məruz qalır. Özünün, arvadının və uşaqlarının həyat və sağlamlıqlarına real təhlükə olduğu üçün apellyator vətəndaşı olduğu ölkəni tərk edərək ailəsi ilə birlikdə Azərbaycan Respublikasına gəlməyə məcbur qalıb. Şikayətin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 12, 148, 151-ci maddələrinə istinad olunmuşdur. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qə bul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İddiaçı cavabdeh inzibati orqandan ona qaçqın statusu verilməsinə dair vəsatətinin təmi n edilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə görə qaçqın-Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əs aslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. İPM-in 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından kollegiya qeyd edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşdır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi? İddiaçı ərizəsində bildirmişdir ki, 2017-ci ilin əvvəllərində təxminən 5 ay Əfqanıstanda yerli polis məmuru vəzifəsində işləmişdir. Polis kimi işə başladıqdan 2 ay sonra ona və dostu Taliban ter ror təşkilatından təhdid məktubu almışdır. Eyni zamanda onlarla əməkdaşlıq etməsi barədə də məktub almışdır. Bu barədə komandanlığına bildirməmişdir. Ailə vəziyyəti ilə bağlı Kabildə olarkən Qəznidə yerləşən qərargahlarına hücum olmuş, rəhbərliyi ondan təcili işə qayıtmasını tələb etmiş, anası isə bildirmişdir ki, iş yerindən gəlib evlərində axtarış aparmış, təhdid məktublarını aşkar edib götürmüşlər. Cavabdehin qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçının qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı ziddiyyətli izahatlar verilmişdir. İddiaçının müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əla mətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Göründüyü kimi, inzibati orqan qaçqın statusunun verilməsi ilə bağlı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən etməmişdir. Kollegiya hesab edir ki, cavabdehin gəldiyi bu qənaət əsaslı olmuşdur. Belə ki, bu qənaət ilk növbədə iddiaçının özünün verdiyi məlumatlara əsaslanmışdır. Qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Beləliklə, kollegiya hesab edir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında qaçqın statusu verilməkdən imtina edilərkən diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdir. Bu mənada, kassasiya şikayətində göstərilən qaçqın anlayışının maddi hüquqi şərtlərinin iddiaçıya münasibətdə düzgün tətbiq edilmədiyi ilə bağlı bildirilənlər əsaslı deyildir. İddiaçı kassasiya şikayətində bildirmişdir ki, cavabdeh onun əsaslı təqib qorxusunun, yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmamışdır. İddiaçının gətirdiyi dəlillər onun vətəndaşı olduğu ölkədə əsaslı təqib olunması üçün yetərli sayıla bilməz. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. Bəhs olunanlara əsasən kassasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-420/2019 saylı, 1 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1543/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1543/2019
04.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver