Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1543/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Bakı şəhər Cavabdeh2 və qeyrilərinə qarşı iş üzrə QƏRAR Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi 12.08.2020 giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhər Cavabdeh2 və qeyrilərinə (bundan sonra cavabdehlər) qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə BakıApelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-547/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarda dından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx xxxxxx 2019-cu il tarixdə cavabdehlərə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək maddi və mənəvi ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 62, 7-ci mərtəbədə olan 19 nömrəli mənzilin bilavasitə üstündə 8-ci mərtəbədəki 22 saylı mənzilin xx xxxx 2018-ci il tarixdən aparılmış qanunsuz yenidən planlaşdırma işləri Bakı şəhər Cavabdeh2 tərəfindən özbaşınalıqla dayandırılmamış və nəticədə xx.xx.2018-ci il tarixdə həmin mənzildə güclü su qəzası baş vermiş, xx xxxxxxxx 2018-cu il tarixədək davam edərək ona və həmin sırada yerləşən 1-ci mərtəbəyədək mənzillərə bərpa olunmaz ziyanın vurulması təhlükəsi yaranmaqla zərərçəkənlərin təhlükəsiz yaşamaq hüququnun təminatı pozulmuşdur. Hazırda ziyanın vurulmasından bir il üç ay keçsə də, hələ də vurulmuş ziyan dövlət tərəfindən ödənilməmişdir. Bununla bağlı o, cavabdehlərə dəfələrlə yazılı və şifahi müraciətlər etsə də, heç bir nəticəsi olmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X5, 2-1(81)-5318/2019 saylı iş) xx xxxxxx 2019-cu il tarixli qərardadı iləiddia mümkün sayılmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X3-məruzəçi, X2 və X1, 2-1(103)-547/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli q ərardadla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlamışdır. Apelyasiya instansiyası məhkəməsi iddianı mümkün saymamasını onunla əsaslandırmışdır ki, hazırkı inzibati məhkəmə icraatında iddia tələbi yalnız Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 30-cu maddəsində nəzərdə tutulmuş halda birgə cavabdehlərə qarşı yönəldilə bilərdi. İddiaçı birgə cavabdeh qismində cavabdehləri göstərsə də, onlara qarşı yönələn tələbin eyni faktiki və hüquqi hallara söykənməsini əsaslandıra bilməmişdir. İPM-nin 30.1-ci maddəsində deyilir ki, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qi smində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Göründüyü kimi, prosessual həmiştirakçılıq o zaman mümkündür ki, tərəflər mübahisə predmeti üzrə eyni hüquqi maraqlara malik olsunlar və ya eyni faktiki və hüquqi hallara söykənən hüquq və vəzifələrə malik olmaqlarını bildirsinlər. İddiaçı x xxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərardadın ləğv edilməsi xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Şikayət iddia ərizəsinə uyğun tərtib edilmişdir. əsaslandırma hissəsi: İddiaçı və cavabd ehlər məhkəmə iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddia tələbi ayrı-ayrı dövlət və digər or qanlara və ayrı-ayrı şəxslərə qarşı yönəlmişdir. İddiaçı iddiasında bildirmişdir ki, onun Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 62, 7-ci mərtəbədə olan 19 nömrəli mənzilin bilavasitə üstündə 8-ci mərtəbədəki 22 saylı mənzilin xx xxxx 2018-ci il tarixdən aparılmış qanunsuz yenidən planlaşdırma işləri Bakı şəhər Cavabdeh2 tərəfindən özbaşınalıqla dayandırılmamış və nəticədə xx.xx.2018ci il tarixdə həmin mənzildə güclü su qəzası baş vermiş, xx xxxxxxxx 2018-cu il tarixədək davam edərək ona və həmin sırada yerləşən 1-ci mərtəbəyədək mənzillərə bərpa olunmaz ziyanın vurulması təhlükəsi yaranmaqla zərərçəkənlərin təhlükəsiz yaşamaq hüququnun təminatı pozulmuşdur. Hazırda ziyanın vurulmasından bir il üç ay keçməsinə baxmayaraq hələ də vurulmuş ziyan dövlət tərəfindən ödənilməmişdir. Ap elyasiya məhkəməsinin mövqeyinə görə iddiaçı İPM-in 30-cu maddəsinin tələblərinə əməl etmədiyindən, İPM-in 13-cü maddəsinə uyğun olaraq ona yardım edilməsinə baxmayaraq konkret inzibati orqana qarşı konkret tələblə bağlı iddia ilə məhkəməyə müraciət etməmişdir. İPM-nin 30.1-ci maddəsinə əsasən, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirak çılar kimi çıxış edə bilərlər. Qanunvericiliyə görə prosessual həmiştirakçılıq o zaman mümkündür ki, tərəflər mübahisə predmeti üzrə eyni hüquqi maraqlara malik olsunlar və ya eyni faktiki və hüquqi hallara söykənən hüquq və vəzifələrə malik olmaqlarını bildirsinlər. İddia ərizəsində birgə cavabdehlər kimi göstərilmiş ayrı-ayrı şəxslərin və dövlət orqanlarının iddiaçıya hansı maddi və mənəvi ziyan vurması, belə ziyan vurulduğu halda mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmasını iddiaçı iddiasında əsaslandırmamış, iddia tələbini dəyişməmiş, iddiaçının maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə qeyd edilən cavabdehlərdən hər hansı birinə müraciətinin olmasına dair sübut təqdim olunmamış, hər bir cavabdehə münasibətdə iddia tələbi ayrıca göstərilməmişdir. Həmçinin İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilərək, müvafiq sübutların məhkəməyə təqdim edilməsi bildirilsə də, iddiaçı heç bir sübut təqdim etməmiş və məhkəmə iclasında iştirak etməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. İnzibati məhkəmə icraatı qaydasınd a verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elem entin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. İddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehlərə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadıqlarından, cavabdehin inzibati aktının etibarsız sayılması tələbinə dair iddi a mümkün sayılmamışdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhk əmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Bəhs olunanlara əsasən cavabdehlərin hərəkəti nəticəsində iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırm adığından iddia mümkün sayılmır. Kasasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-547/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1543/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1543/2020
12.08.2020
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver