Məhkəmə qərarları › İş №2-1(102)-1543/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1543/2022

27.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1543/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxslər: Zaqatala Rayon İcra Hakimiyyəti və X3 /xx.xx.1973-cü il təvəllüdlü; FİN: 0ZVS7RT/) qarşı “Zaqatala rayonu Muxax kolxozu Aqrar İslahat Komissiyasının 17 may 1998-ci il tarixli 2 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş mal damına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 may 2022-ci il tarixli, 2-1(107)10/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Zaqatala rayonu Muxax kolxozunun 17 may 1998-ci il tarixli 2 nömrəli qərarına əsasən kolxozun fəaliyyəti dayandırılmış, kolxozun səlahiyyətləri yerli aqrar islahat komissiyasına (YAİK-ə) verilmiş, torpaq və əmlakın dəqiq inventarlaşdırılması, əmlakın qiymətləndirilməsi aparılmış, əmlakdan pay almaq hüququ olan subyektlərin sayı dəqiqləşdirilmiş və ümumi iclasda təsdiq edilmişdir.

2. Zaqatala rayonu Muxax kənd YAİK-nın 4 may 2000-ci il tarixli 17 nömrəli qərarı ilə camış fermasında yerləşən mal damının xüsusi mülkiyyətə paylamaq üçün ayrılması qərara alınmışdır.

3. Zaqatala rayonu Muxax YAİK tərəfindən 14 oktyabr 2009-cu il tarixli “Əmlakdan pay haqqının verilməsi barədə akt” tərtib edilməklə və həmin tarixli 26 nömrəli qaimə ilə camış fermasında yerləşən mal damı iddiaçıya verilmişdir.

4. Zaqatala rayonu Muxax kolxozunun YAİK tərəfindən iddiaçının adına camış fermasında yerləşən mal damı ilə əlaqədar 14 oktyabr 2009-cu il tarixli “Əmlak payına mülkiyyət hüququ haqqında şəhadətnamə” verilmişdir.

5. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, sözügedən qeyri-yaşayış binası (mal damı) üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

6. Cavabdeh 17 oktyabr 2020-ci il tarixli, **********20 nömrəli məktubla iddiaçının müraciətindən imtina edərək bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin Qanunun 8.0.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas sayılır. Lakin iddiaçının təqdim etdiyi “Əmlak payına mülkiyyət hüququ haqqında şəhadətnamə” 14 oktyabr 2009-cu ildə qeydiyyata alınmışdır. Bu səbəbdən iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cav abdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı Zaqatala rayonu Muxax kolxozu Aqrar İslahat Komissiyasının 17 may 1998-ci il tarixli 2 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş mal damına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin həmin cavabdehin üzərinə qoyulması və cavabdeh Zaqatala Rayonu Muxax Bələdiyyəsinə qarşı mal damının yerləşdiyi torpaq sahəsinin ona satılması öhdəliyinin həmin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zaqatala rayon Muxax kolxozunun YAİK-nın 17 may 1998-ci il tarixli 2 nömrəli qərarına əsasən Muxax kolxozunun mülk iyyətində olan camış fermasındakı mal damı onun mülkiyyətinə verilmişdir. O bu mal damının dəyərini həmin dövrdə olan qiymətlə 72009000 manatı tam ödəmiş və bunanla əlaqədar Muxax kənd AİK-sı tərəfindən əmlak payına mülkiyyət hüququ haqqında şəhadətnamə də verilmişdir. Lakin həmin mal damının yerləşdiyi torpaq sahəsi və onun kənarında olan torpaq sahəsi onun razılığı və xəbəri olmadan başqa şəxsə verilmişdir. Buna görə də, həmin mal damı üçün adına qeydiyyat vəsiqəsi ala bilmir.

9. Cavabdehin məhkəməyə təqdim etdiyi iddia tələbinə yazılı etirazının dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir.

10. Digər cavabdeh Zaqatala rayonu Muxax Bələdiyyəsi məhkəməyə təqdim etdiyi 16 aprel 2021-ci il tarixli, 177 nömrəli arayışda göstərmişdir ki, iddiaçının mal damının yerləşdiyi torp aq sahəsi dövlət mülkiyyətində olmaqla Zaqatala Rayon İcra Hakimiyyətinin 15 noyabr 2001-ci il tarixli icarə müqaviləsi əsasında üçüncü şəxs X1 icarəsindədir. Belə ki, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının 7 noyabr 2001-ci il tarixli 149 saylı sərəncamı və 15 noyabr 2001-ci il tarixli12 saylı icarə müqaviləsi ilə Zaqatala rayonunun Dövlət ehtiyat fondundan heyvandarlıq və kənd təsərrüfatı məhsullarının istehsalı üçün 14 hektar torpaq sahəsi 50 il müddətinə X2 müvəqqəti istifadə üçün verilmiş, bununla bağlı JN 1653 KOD 40200001 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” tərtib edilmişdir.

11. Şəki İnzibati Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2-1(116)-440/2021 nömrəli qərardadı (hakim V.K.Qasımov) ilə iddia cavabdeh Zaqatala rayonu Muxax Bələdiyyəsinə qarşı “ma l damının yerləşdiyi torpaq sahəsinin ona satılması öhdəliyinin həmin cavabdehin üzərinə qoyulması” tələbinə aid hissədə mümkün sayılmamışdır.

12. Həmin qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmiş, qərardad qanuni qüvvəsini almışdır.

13. Şəki İnzibati Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2-1(116)-440/2021 nömrəli qərarı (hakim V.K.Qasımov) ilə iddia rədd edilmişdir.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudla şdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Lakin iddiaçı tərəfindən təqdim edilmiş həm “Əmlakdan pay haqqının verilməsi barədə akt”, həm də “Əmlak payına mülkiyyət hüququ haqqında şəhadətnamə” həmin maddədə nəzərdə tutulmuş vaxtda (2006-cı il iyulun 6-dək) deyil, bundan sonra, yəni 14 oktyabr 2009-cu ildə verilmişdir. Belə olan halda, həmin sənədlər mal damına iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilə bilməz. Eyni zamanda, mal damına iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş digər əsaslar da mövcud deyil.

15. İddiaçı həmin qərardan apellyasiya şikayət i verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il və 5 may 2022-ci il tarixli qərardadları ilə müvafiq olaraq X3 və Zaqatala Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

17. Məhkəmə sorğusu əsasında daxil olmuş Zaqatala Rayon İcra Hakimiyyətinin 15 mart 2022-ci il, 4/380 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə “X6 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 02 mart tarixli 250 nömrəli Fərmanı və “Azərbaycan Respublikası X6 Komissiyası haqqında” Əsasnamənin təsdiq e dilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel 313 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, Aqrar İslahat Komissiyası ləğv edilmişdir. Bu Fərmanın icrası olaraq Zaqatala rayon İcra Hakimiyyəti Başçısının 1 mart 2011-ci il tarixli, S-44 saylı Sərəncamı ilə Rayon Aqrar İslahat Komissiyası da ləğv edilmişdir.

18. Məhkəmə sorğusu əsasında daxil olmuş Zaqatala Rayon Dövlət Arxivinin 24 may 2022-ci il, 1563 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaşın 1996-2000-ci illərdə Muxax kənd YAİK-sı tərəfindən borclara saxlanılmış əmlakın vətəndaşların xüsusi mülkiyyətinə verilməsi siyahısında vətəndaşın özünə və ailə üzvlərinə camış damından verilmiş əmlak payı aşağıdakı kimi olmuşdur (əmlak min manatla hesablanmışdır): - İddiaçı – 141 - --//--//-- Şaban – 352 - --//- -//-- Güləbatın – 584 - --//--//-- Həlimət – 181

19. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 may 2022-ci il tarixli, 2-1(107)-10/2022 nömrəli qərarı (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, G.İ.Cavadova və R.R.Rəfiyev) ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2-1(116)-440/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilmiş, iddiaçının Zaqatala rayonu Muxax kolxozu Aqrar İslahat Komissiyasının 17 may 1998-ci il tarixli, 2 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş mal damına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

20. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Zaqatala rayonu Muxax kolxozunun Aqrar İslahat Komissiyasının 17 may 1998-ci il tarixli, 2 nömrəli qərarının tələbindən irəli gələrək kolxozun əmlakı olmuş mal damı iddiaçıya pay olaraq verilmiş, Zaqatala rayon Aqrar İslahat Komissiyasının fəaliyyət göstərdiyi 2009-cu ildə ona Zaqatala rayonu Muxax kolxozu YAİK-nın 14 oktyabr 2009-cu il tarixli əmlak payına mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Hal-hazırda həmin şəhadətnamə yalnız verilmə tarixinə görə mübahisələndirilir. Cavabdeh inzibati orqanın imtinası və birinci instansiya məhkəməsinin iddianı rədd edilməsi üçün əsas olaraq istinad etdikləri “Daşınmaz əmla kın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq İcra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlakın üzərində hüquqları təsdiq edən şəhadətnamənin dövlət qeydiyyatı üçün əsas sayılmasını göstərməklə heç də həmin tarixdən sonra verilmiş şəhadətnamənin dövlət qeydiyyatı üçün əsas olmasını istisna etmir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün qiymət verməmiş və istinad etdiyi normanın mənasını düzgün tətbiq etməmişdir.

21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh qeyd edir ki, apel lyasiya məhkəməsi tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 8, 10.2, 11.1 və 15.1.2-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş “26 nömrəli Qaimə”, “Əmlakdan pay haqqının verilməsi barədə Akt” və “Əmlak payına mülkiyyət hüququ haqqında Şəhadətnamə” 14 oktyabr 2009-cu il tarixində verilmişdir. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş şəhadətnamələr 2006-cı il iyulun 6-dək olmalıdır. Həmin daşınmaz əmlaka (mal damına) iddiaçının adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respubli kası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş başqa əsas mövcud deyildir. Məhkəmə kollegiyası qərarda göstərmişdir ki, həmin tarixdən sonra (2006-cı il iyulun 6dan) verilmiş şəhadətnamənin dövlət qeydiyyatı üçün əsas olmasına istisna edilmir. Belə olan halda məhkəmə kollegiyası həmin Qanunun hansı maddəsinin təsiri altına düşməsini də göstərməmişdir. İddiaçı tərəfindən sözügedən daşınmaz əmlakın (mal damının) texniki göstəricilərini özündə təsvir edən texniki pasport, plan-cizgi və həmin Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri qeydiyyat orqanına verilən ərizəyə əlavə olunmamışdır. İddiaçı tərəfindən sözügedən daşınmaz əmlaka (mal damına) dair təqdim edilmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmamışdır. İddiaçının təqdim et diyi “26 nömrəli Qaimə”, “Əmlakdan pay haqqının verilməsi barədə Akt” və “Əmlak payına mülkiyyət hüququ haqqında Şəhadətnamə” sənədinin verildiyi tarix 14 oktyabr 2009-cu il olduğundan həmin sənədlərin forması və məzmunu qanunla müəyyən edilmiş tələblərə cavab vermir və qeydiyyat orqanın sözügedən daşınmaz əmlakın (mal damının) dövlət qeydiyyatından imtinası qanuni olmuşdur. Mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən orqandır. Buna baxmayaraq, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlar ının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmişdir.

23. Bundan başqa, cavabdeh apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1 və 35.1-ci maddələrinin tələblərinin də pozulduğunu qeyd edərək hesab edir ki, məhkəmə xidməti vəzifəsinə görə müvafiq araşdırma aparmamışdır. Mövcud olan xəritələrdə həmin əmlakın yerləşdiyi torpaq sahəsi idarənin istifadəsində olan 1999-cu illərə aid elektron xəritədə X4 Fondu kimi göstərilmişdir. Ancaq həmin əmlakın yerləşdiyi torpaq sahəsi digər 2003-cü ilə aid, o cümlədən sonuncu illərə aid olan Torpaqların elektron kadastr uçotu informasiya sistemində tərtib olunmuş elektron xəritələrə əsasən Zaqatala rayon Muxax bələdiyyəsinə aiddir. Həmin torpaq sahəsi qeyd olunan 2003-cü ildən sonraki elektron xəritələrdə bələdiyyə mülkiyyəti, kənd təsərrüfatı təyinatlı, uqodiyası infrastuktur torpaqları kimi göstərilmişdir. Həmin qeyri-yaşayış binasının (mal damının) yerləşdiyi torpaq sahəsi daxil ümumilikdə 14 hektar ölçüdə X4 Fondunun torpağı kimi Zaqatala Rayon İcra Hakimiyyətinin 7 noyabr 2001-ci il tarixli, 149 saylı sərəncamına əsasən uzunmüddətli icarəyə iş üzrə tərəf kimi cəlb edilmiş X2 verilmişdir. Həmin icarə hüququna dair keçmiş DTXK-si tərəfindən JN-1653 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə” sənədi verilmişdir. X1 qeyd olunan torpaq sahəsi üzərindəki icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Lakin, məhkəmə X1 adına rəsmiləşdirilmiş “Torpaqdan müvəqqəti istifadə hüquq una dair Şəhadətnamə” sənədində göstərilmiş torpaq sahəsinin iddiaçının sözügedən daşınmaz əmlakın (mal damının) yerləşdiyi hissə ilə üst-üstə düşən hissəni müəyyən edərək ləğv etməmiş və nəticədə sənəd üzərinə sənədin işlənməsi öhdəliyi qoymuşdur. Məhkəmə inzibati orqanın üzərinə əlverişsiz, icrası mümkün olmayan öhdəlik qoymuşdur. Belə ki, Ərazi İdarəsinin xidməti istifadəsinə verilmiş məlumatlarda iddiaçıya YAİK tərəfindən əmlakın verilməsinə dair hərhansı bir məlumat yoxdur. Məhkəmə nəzərə almamışdır ki, Ərazi idarəsi daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı dövlət reyestrində qeydiyyatı mövcud hüquqmüəyyənedici sənədlər əsasında aparır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

24. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsin i və Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 may 2022-ci il tarixli, 2-1(107)-10/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;...

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 1

2. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... b) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikay ət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmə də işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Ka ssasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hazırkı qərarın 26-cı bəndinin “a” yarımbəndində qeyd olunan prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən və hazırkı qərarın 25-ci bəndində qeyd olunan maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

30. Belə ki, apellyasiya instansiya məhkəməsi iddianı təmin edərkən öz mövqeyini əsaslandırmışdır ki, Zaqatala rayonu Muxax kolxozunun Aqrar İslahat Komissiyasının 17 may 1998-ci il tarixli, 2 nömrəli qərarının tələbindən irəli gələrək kolxozun əmlakı olmuş mal damı iddiaçıya pay olaraq verilmiş, Zaqatala rayon Aqrar İslahat Komissiyasının fəaliyyət göstərdiyi 2009-cu ildə ona Zaqatala rayonu Muxax kolxozu YAİK-nın 14 oktyabr 2009-cu il tarixli əmlak payına mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Halhazırda həmin şəhadətnamə yalnız verilmə tarixinə görə mübahisələndirilir.

31. Məhkəmə kollegiyası kassatorun mübahisələndirilən qərarla bağlı dəlillərinə dair birinci növbədə qeyd edir ki, prosessual hüquq normalarının tələbləri baxımından apellyasiya instansiyası məhkəməsi öz qərarını əsaslandırmağa borclu dur.

32. Hazırkı iş üzrə iddia tələbini təmin edərkən apellyasiya instansiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5ci maddəsinə istinad etmiş və bildirmişdir ki, həmin norma 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlakın üzərində hüquqları təsdiq edən şəhadətnamənin dövlət qeydiyyatı üçün əsas sayılmasını göstərməklə heç də həmin tarixdən sonra verilmiş şəhadətnamənin dövlət qeydiyyatı üçün əsas olmasını istisna etmir.

33. Yəni apellyasiya məhkəməsi Zaqatala rayonu Muxax kolxozunun YAİK tərəfindən iddiaçının adına verilmiş 14 oktyabr 2009-cu il tarixli “Əmlak payına mülkiyyət hüququ haqqında şəhadətnamə”yə istinad edərək camış fermasında yerləşən mal damı üzərində iddiaçının mülkiyyət hü quqlarının qeydə alınmasına dair nəticəyə gəlmiş, lakin gəldiyi nəticə ilə bağlı müvafiq maddi hüquq normasına istinad etməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5ci maddəsində birmənalı şəkildə göstərilmişdir ki, yalnız 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

34. Apellyasiya məhkəməsi isə iddianı təmin edərkən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan halın konkret olaraq han sı norma ilə tənzimləndiyinə istinad etməmiş, ümumi şəkildə, 2006-cı il iyulun 6dan sonra verilmiş şəhadətnamənin dövlət qeydiyyatı üçün əsas olmasının istisna edilmədiyini qeyd etmişdir.

35. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12 və 58-ci maddələrinin tələbləri pozulmuşdur.

36. Belə ki, apellyasiya məhkəməsi iddianı təmin edərkən Zaqatala rayonu Muxax kolxozunun YAİK tərəfindən iddiaçının adına camış fermasında yerləşən mal damı ilə əlaqədar 14 oktyabr 2009-cu il tarixli “Əmlak payına mülkiyyət hüququ haqqında şəhadətnamə”yə istinad etmiş, lakin bununla bağlı tam, hərtərəfli və obyektiv araşdırma aparmamışdır.

37. Belə ki, iş üzrə müəyyən edilən hallardan göründüyü kimi, 14 oktyabr 2009-cu il tarixli “Əmlak payına mülkiyyət hüququ haqqında şəhadətnamə” məhz Zaqatala rayonu Muxax kolxozunun YAİK tərəfindən həmin komissiyanın 17 may 1998-ci il tarixli 2 nömrəli qərarı əsasında verilmişdir.

38. Apellyasiya instansiya məhkəməsinin sorğusu əsasında əldə edilmiş (iş vərəqə 137) Zaqatala rayonu Muxax kolxozunun YAİK-nın 17 may 1998-ci il tarixli 2 nömrəli qərarından görünür ki, həmin qərarla aqrar islahatların həyata keçirilməsinə dair kolxozun islahat proqramı təsdiq edilmiş, 17 may 1998-ci il tarixdən kolxozun fəaliyyəti dayandırılmış, idarə heyətinin bütün səlahiyyətləri Aqrar İslahat Komissiyasına verilmişdir.

39. İş vərəqə 175-də olan Zaqatala Rayon Dövlət Arxivinin 30 mart 2022-ci il tarixli, 26 nömrəli məktubunda qeyd olunmuşdur ki, Zaqatala rayon Muxax kolxo zunun YAİK 2002-ci ildə fəaliyyətini dayandırmışdır.

40. Bundan başqa, Zaqatala Rayon İcra Hakimiyyətinin 15 mart 2022-ci il, 4/380 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə “X6 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 02 mart tarixli 250 nömrəli Fərmanı və “Azərbaycan Respublikası X6 Komissiyası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel 313 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, Aqrar İslahat Komissiyası ləğv edilmişdir.

41. Qeyd edilənlərə baxmayaraq, apellyasiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan yekun nəticəyə gəlmiş, iş materialları ilə 2002-ci ildən fəaliyy ətinin dayandırıldığı müəyyən edilən yerli aqrar islahat komissiyasının 2009-cu ildə müvafiq şəhadətnamə verməsi barədə xüsusatı ətraflı araşdırmamışdır.

42. Halbuki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

43. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi iddianı təmin edərkən mülkiyyət hüquqlarının qeydə alınmalı olduğu daşınmaz əmlakla bağlı da müfəssəl araşdırma aparmamış, həmin əmlakın dəqiq sahəsi, konkret ölçüləri, naturada yerləşməsi və koordinatları ilə bağlı hər hansı mötəbər sübutlar əldə etmədən iddianın təmin e dilməsi ilə bağlı yekun nəticəyə gəlmişdir. Bu isə özlüyündə qeydə alınmalı olan daşınmaz əmlakın dövlət qeydiyyatının qeyri-dəqiqliyi ilə nəticələnəcəkdir.

44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 25-ci bəndində və 26-cı bəndinin “a” yarımbəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir.

45. Odur ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 may 2022-ci il tarixli, 2-1(107)-10/2022 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

46. İşə təkrar baxan məhkəmə işin hallarını Ali Məhkəmənin yuxarıda qeyd edilən hüquqi mövqeyini nəzərə almaqla təkrarən araşd ırmalıdır.

47. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 may 2022-ci il tarixli, 21(107)-10/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar