Məhkəmə qərarları › İş №2-1(102)-1543/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1543/2024

22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1543/2024 22.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məcburi dövlət sosial sığorta haqqının fərdi şəxsi hesabda qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı "xxxx" ASC-nin Balakən filialının xx.xx.2022-ci il tarixli 229 nömrəli arayışına əsasən xx.xx.20 16-cı ildə "xxxx" ASC-nin Balakən filialının kassasına 36,50 manat vəsait ödədiyinə görə məcburi dövlət sosial sığorta haqqının fərdi şəxsi hesabında qeydə alınması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(107)-100/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2016-cı il tarixli qəbzə əsasən iddiaçı "xxxx" ASC-nin Balakən filialına 35,50 manat məcburi dövlət sosial sığorta haqqı ödənmişdir.

2. İddiaçı xx.xx.2023-cü il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialına müraciət edərək Kapital Bank ASC-nin Balakən filialının xx.xx.2022-ci il tarixli 229 nömrəli arayışına əsasən xx.xx.2016-cı il tarixdə Kapital Bank ASC-nin Balakən filialının kassasına (mdss təyinatlı) 36,50 manat ödədiyinə görə 2020-ci ilin yanvar ayından avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

3. Cavabdeh tərəfindən verilmiş 3-17-1/2-S-82847/2023 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, 2016-cı il üzrə Nazirliyin elektron proqram təminatlarında iddiaçıya aid sığortaedən kimi uçot məlumatları (sığortaedənin uçot nömrəsi və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) aşkar edilmədiyindən sözügedən il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqının fərdi şəxsi hesabında öz əksini tapmaması məsələsinin araşdırılması mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək "xxxx" ASC-nin Balakən filialının xx.xx.2022-ci il tarixli 229 nömrəli arayışına əsasən xx.xx.2016-cı ildə "xxxx" ASC-nin Balakən filialının kassasına (DSMF torpağın MDSS təyinatı) ilə 36.50 manat vəsait ödədiyinə görə ödənilməmiş məcburi dövlət sosial sığorta haqqının fərdi şəxsi hesabında qeydə alınmaqla 2020-ci ilin yanvar ayından avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçının vəkili xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək "xxxx" ASC-nin Balakən filialının xx.xx.2022ci il tarixli 229 nömrəli arayışına əsasən xx.xx.12016-cı ildə "xxxx" ASC-nin Balakən filialının kassasına (DSMF torpağın MDSS təyinatı) ilə 36,50 manat məcburi dövlət sosial sığorta haqqının fərdi şəxsi hesabında qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə təmin edilmişdir. İddiaçının əsaslandırması:

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1972-ci ildən əmək fəaliyyətinə başlamışdır.1972-1973, 1979-1997-ci illərdə Balakən rayonu Sarıbulaq kəndi keçmiş S.Vurğun adına kolxozda, xx.xx.1976-ci ildən xx.xx.1977-ci ilədək, xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək keçmiş Balakən rayon Tütün Fermentləmə zavodunda işləmişdir. Eyni zamanda xx.xx.2016-ci il tarixdə "xx xx" ASC-nin Balakən filialında mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə ilə bağlı 36,50 manat ödənişi etmişdir. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar cavabdehə müraciət etmişdir. Bununla bağlı cavabdeh tərəfindən ona xx.xx.2023-cü il tarixində məktub ünvanlanaraq tələbinin təmin olunmasından imtina etmişdir. Cavabdehin etirazları:

7. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, xidməti yoxlama zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müvafiq Forma B2 və B3 məlumatları təqdim edilmədiyindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə məlumatlar sığortaolunanların fərdi şəxsi hesablarında əks olunmamışdır. Digər tərəfdən ilkin sübutetmə yükü qanunvericilikdə üzərinə düşən əmək pensiyasının təyin olunma sı ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir. Bütün bunları nəzərə alaraq iddiaçının iddiasının icrası mümkün hesab edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-1(116)-1930/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdehin üzərinə iddiaçının xx.xx.2016-cı il tarixli qəbzə əsasən ödədiyi 35,50 manat dövlət sosial sığorta haqqının iddiaçının şəxsi fərdi hesabında qeydə alınması öhdəliyi qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı, sözügedən vəsaitin fərdi hesabında əks etdirilməsini cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur.

10. İş materialları ndan görünür ki, iddiaçının təqdim etdiyi xx.xx.2016-cı il tarixli "xxxx" ASC-nin Balakən filialına ödəmiş olduğu qəbzə əsasən 35,50 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Müvafiq qəbz xx.xx.2016-cı il tarixində tərtib edildiyindən nəzərə alınmalıdır ki, ödənilmiş həmin pul məbləğini, iddiaçının fərdi hesabının sığorta hissəsində əks etdirmək cavabdeh orqanın vəzifəsi olmuşdur. İddiaçı həmin pul məbləğini buna səlahiyyəti olan müvafiq orqana təqdim etməklə, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı qanunvericiliyin onun üzərinə qoyduğu vəzifəni yerinə yetirmişdir. Cavabdeh orqan, təqdim edilmiş həmin qəbzin mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim edə bilməmiş, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2 018-ci il tarixədək pensiya kapitalının qeydə alınmamasını bildirmişdir.

11. Cavabdeh orqan iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının olmamasına, iddiaçı tərəfindən ümumiyyətlə heç bir ödəniş edilmədiyi halda istinad edə bilərdi. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən müvafiq ödənişin edilməsi sözügedən qəbzlə sübut olunur və müvafiq qəbzin mövcudluğu iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının olmaması ilə bağlı cavabdehin dəlillərinin əsassızlığını sübut edir.

12. Buna görə də xx.xx.2016-cı il tarixli "xxxx" ASC-nin Balakən filialının təqdim etdiyi mədaxil qəbzində qeyd edilmiş pul məbləği iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qədər qeydə alınmalıdır.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərə k qərarın ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(107)-100/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1930/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri Maddi h üquq normalarının pozulmasına dair dəlillər:

17. Müvafiq dövrdə qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində qeyd edildiyi kimi, məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqım sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur.

18. Həmçinin Qanunun 13.2-ci maddəsinə və Nazirliyin Kollegiyasının xx. xx.2021-ci il tarixli **********1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu Qaydası”nın 2.1-ci bəndinə əsasən “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs”lərin sığortaçıda uçota alınması, uçotdan çıxarılması, həmçinin uçot məlumatlarına hər hansı dəyişikliyin edilməsi Dövlət Vergi Xidməti tərəfindən təqdim edilən məlumatlar əsasında aparılır. 19. 2016-cı il üzrə “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs”lər tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının sığortaolunanların fərdi şəxsi hesablarına daxil edilməsi təqdim edilmiş Forma B2 və Forma B3 məlumatları əsasında həyata keçirildiyindən, həmçinin iddiaçı tərəfindən yuxarıda qey d edilən dövrlər üzrə müvafiq hesabat məlumatları təqdim edilmədiyindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə məlumatlar sığortaolunanların fərdi şəxsi hesablarında əks olunmamışdır.

20. Cavabdeh tərəfindən iddiaçıya sığortaedən (torpaq mülkiyyətçisi) kimi uçota alınmağı məsələsinə baxılması üçün mülkiyyətində olan torpaq sahəsinə dair təsdiqedici sənədlərlə birlikdə yaşayış yeri üzrə Dövlət Vergi Xidmətinə müraciət edə biləcəyi izah olunmuşdur.

21. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq və bu bar ədə sığortaçıya hesabat vermək və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək vəzifəsi üzərində olan iddiaçı tərəfindən müvafiq Forma B2 və Forma B3 məlumatları təqdim edilmədiyindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə məlumatlar sığortaolunanların fərdi şəxsi hesablarında əks olunmamışdır. Prosessual hüquq normalarının pozulmasına dair dəlillər:

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1 və 58.7-ci maddələrinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi proses iştirakçılarının izahatları, ərizə və tə klifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa və əldə edilən sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirməyə borclu olduğu halda, bunları etməmişdir.

23. Sığortaedən üçün qanunvericiliyin tələbləri aşağıdakılardır: - məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq; - müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; - sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək; - sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək.

24. Qeyd olunan vəzifələrin sığortaolunana aid olmasına baxmayar aq, iddia tələbini əsaslı və qanuni sayaraq təmin edən həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən bu vəzifələrin hamısının yerinə yetirilib-yetirilməməsinə diqqət etməmiş, sadəcə olaraq iddiaçı tərəfindən sözügedən qəbzə əsasən ödənişin olunmasına fokuslanmışdır. Lakin cavabdeh tərəfindən verilmiş imtinadan da göründüyü kimi iddiaçıya 2016-cı il üzrə “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs”lər tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının sığortaolunanların fərdi şəxsi hesablarına daxil edilməsinin təqdim edilmiş Forma B2 və Forma B3 məlumatları əsasında həyata keçirildiyi, onun tərəfindən isə qeyd edilən dövrlər üzrə müvafiq hesabat məlumatları təqdim edilmədiyi, bu səbəbdən də ödənilm iş məcburi dövlət sosial sığorta haqları üzrə məlumatların sığortaolunanların fərdi şəxsi hesablarında əks olunmadığı bildirilmiş, əlavə olaraq sığortaedən (torpaq mülkiyyətçisi) kimi uçota alınmağı məsələsinə baxılması üçün mülkiyyətində olan torpaq sahəsinə dair təsdiqedici sənədlərlə birlikdə yaşayış yeri üzrə Dövlət Vergi Xidmətinə müraciət edə biləcəyi izah olunmuşdur.

25. Qeyd olunanlardan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, digər tərəfdən iddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir. Həmçinin imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

26. Göstərilənlərdən məlum olur ki, məhkəmə işi tam araşdırmamış və düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da pozuntuya yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

27. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məh kəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsa slandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, o cümlədən apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

33. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddianın əsaslarını lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

34. İşin halları ilə müəyyən edilir ki, iddiaçının təqdim etdiyi xx.xx.2016-cı il tarixli "xxxx" ASC-nin Balakən filialına ödəmiş olduğu qəbzə əsasən 35,50 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir.

35. Cavabdeh təqdim edilmiş həmin qəbzin mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim edə bilməmiş, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalının qeydə alınmadığını bildirmişdir.

36. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, iddiaçı müvafiq dövrdə torpaq sahəsinə dair mülkiyyəti təsdiq edən sənədi təqdim etməklə aidiyyəti qurumda uçota durmasa da, yuxarıda qeyd olunan vəsaiti təyinatı üzrə ödədiyindən, o, inzibati orqana həyata keçirdiyi fəaliyyət sahəsi üzrə etimad göstərmişdir və yaranmış etimad hüququ qanunla qorunur.

37. Eyni zamanda, iddiaçının həmin ödənişin onun fərdi hesabının sığorta hissəsinə köçürülməsində hüquqi marağı da aydındır görünür. Belə ki, həmin ödəniş onun gözlənilən əmək pensiyası hüququnun təmin olunmasına xidmət edir.

38. Məhkə mə kollegiyası, həmçinin nəzərə alır ki, sığortaedəndən və sığortaolunandan Qanunla müəyyən edilmiş məlumatların vaxtında və dürüst təqdim edilməsini tələb etmək Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hüququ, həmin şəxslər tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək isə sığortaçının vəzifəsidir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin qanunda nəzərdə tutulmuş səlahiyyətləri publik-hüquqi xarakter daşıdığından o, həmin səlahiyyətlərin icrasından imtina edə bilməz və bunun üçün əsaslar olduğu halda, məcburi dövlət sosial sığortasının məqsədləri üçün sığortaedəndən və sığortaolunandan qanunla müəyyən edilmiş məlumatla rı tələb etməli, sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etməlidir.

40. Hazırkı halda, cavabdeh yuxarıda qeyd olunan və təyinatı aşkar göstərilən ödənişi qəbul etməsinə baxmayaraq, məcburi dövlət sosial sığortasının məqsədləri üçün zəruri məlumatların fərdi şəxsi hesaba daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etməmişdir.

41. Beləliklə, cavabdeh orqan torpaq mülkiyyətçisi tərəfindən ödənilən sosial sığorta ödənişlərini iddiaçının fərdi hesabında qeyd edilməsindən imtina etməkdə haqlı olmamışdır.

42. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(107)-100/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar