Məhkəmə qərarları › İş №2-1(102)-1544/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1544/2019

22.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1544/2019 22.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və üçüncü şəxs QSC «xxxx» KB-na qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1544/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, üçüncü şəxs QSC «xxxx» KB-nın vəkili Vəkil iştirakı, İ.Muradovun katibliyi ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanın da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və üçüncü şəxs QSC «xxxx» KB-na qarşı bildirişin dövlət qeydiyyatına alınmasının qanunsuz hesab edilməsi və qeydiyyatın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-309/2019 saylı qərarından üçüncü şəxs QSC «xxxx» KB-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondu və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və üçüncü şəxs «xxxx» QSC-yə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, «xxxx» QSC ilə «xxxx» MMC arasında xxxx 2011ci il tarixdə kredit müqaviləsinin, qeyd olunan kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasını təmin etmək məqsədi ilə “xxxx” QSC ilə İddiaçı arasında ipoteka müqaviləsinin bağlandığını, ipoteka müqaviləsinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, 2210-cu məhəllə, Babək prospekti, 28 c ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ipotekaya qoyulduğunu, 2015-ci ildə bankın adıkeçən ipoteka predmetlərinə tutma yönəldilməsi üçün Yasamal rayon məhkəməsinə iddia ilə müraciət etdiyini, guya bank tərəfindən ona ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin göndərildiyini, həmin bildirişin qeydə alınması üçün bank tərəfindən xxxx 2015-ci il tarixdə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət olunduğunu və mü vafiq bildirişin dövlət qeydiyyatı aparıldığını, lakin müvafiq bildirişləri qəbul etmədiyini, üçüncü şəxsin də öz növbəsində ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün cavabdehə ərizə ilə müraciət edərkən ərizədə bildirişin ipoteka qoyan tərəfindən nə zaman qəbul edildiyini göstərmədiyini və bildirişin ümumiyyətlə qəbul edilməsini təsdiq edən sənədləri ərizəyə əlavə etmədiyini bildirərək, Bakı şəhəri, Nizami rayonu, 2210-cu məhəllə, Babək prospekti, 28C ünvanında yerləşən qeyri-yaşayış sahəsinə tutma yönəldilməsi barədə «xxxx» QSC tərəfindən tərtib edilmiş xxxx 2015-ci il tarixli, **** saylı bildirişin dövlət qeydiyyatına alınmasının qanunsuz hesab edilməsi və bu qeydiyyatın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2017-ci il tarixli, 2-1(82)-300/2017 saylı qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və üçüncü şəxs «xxxx» QSC-yə qarşı Bakı şəhəri, Nizami rayonu, 2210-cu məhəllə, Babək prospekti, **** ünvanında yerləşən qeyri-yaşayış sahəsinə tutma yönəldilməsi barədə «xxxx» QSC tərəfindən tərtib edilmiş xxxx 2015-ci il tarixli, **** saylı bildirişin dövlət qeydiyyatına alınması qanunsuz hesab edilmiş və bu qeydiyyatın ləğv edilməsi barədə iddiası təmin edilməmişdir (hakim – Z.M.Tağıyev). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1137/2018 saylı, xxxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən V.M.Məmmədov, hakimlər S.S.Seyidova və S.F.Hacıyev) İddiaçı apellyasiya şikayəti tə min edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(102)-1589/18 saylı qərarı ilə (sədrlik edən İ.K.Hüseynov, hakimlər N.İ.Rəsulbəyova və Z.M.Quliyev) İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-309/2019 saylı qərarı ilə (sədrlik edən Ü.A.Mayılov, hakimlər M.N.Tağızadə və K.N.Abiyeva) İddiaçı Kamil oğlunun apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnz ibati-İqtisadi Məhkəməsinin xxxx 2017-ci il tarixli qərarıləğv edilmiş, iddia tələbi təmin edilərək, Bakı şəhəri, Nizami rayonu, 2210-cu məhəllə, Babək prospekti, 28 C ünvanında yerləşən qeyri-yaşayış sahəsinə tutma yönəldilməsi barədə «xxxx» QSC tərəfindən tərtib edilmiş xxxx 2015-ci il tarixli, **** saylı bildirişin dövlət qeydiyyatına alınması qanunsuz hesab edilmiş və bu qeydiyyatın ləğv edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından üçüncü şəxs QSC «xxxx» KB-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondu və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilib, iş üzrə icraata xitam verilməsi və ya məhkəmə qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına qayt arılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il xxxx tarixli ***** nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydaları”nın 7.7-ci bəndinə əsasən Bank tərəfindən bildiriş ipoteka qoyana göndərilməsinə dair qəbz əlavə edilmiş və cavabdeh orqan tərəfindən də qanunvericiliyin tələblərinə uyğun olaraq bildiriş qeydə alınmış, cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olduğundan, iddiaçının hər hansı hüquqları nın pozulmasına səbəb olmamış, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinin tələbinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin sürətini isə ona nəməlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər, həmin Qanunun 36.3-cü maddəsinə əsasən İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır, ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir, qeydiyyat orqanı ərizəni onun verildiyi gün q əbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Tərəflərin izahatları Üçüncü şəxs QSC «xxxx» KB-nın vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarının ləğv edilib, iş üzrə icraata xitam verilməsi və ya məhkəmə qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı Kamil oğlu və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı Kamil oğlunun və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzə rə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, üçüncü şəxs QSC «xxxx» KB-nın vəkili Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 21(103)-309/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, «xxxx» QSC ilə «xxxx» MMC arasında xxxx 2011-ci il tarixdə kredit müqaviləsi bağlanmış, qeyd olunan kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasını təmin etmək məqsədi ilə «xxxx QSC» ilə İddiaçı arasında bağlanmış ipoteka müqaviləsinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, 221 0-cu məhəllə, Babək prospekti, *** ünvanında yerləşən qeyri-yaşayış sahəsi ipotekaya qoyulmuş, «xxxx» QSC tərəfindən tərtib edilmiş xxxx 2015-ci il tarixli pretenziya məktubunda bank kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi üçün məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq edilmiş, həmin məktub başqa şəxslərlə yanaşı iddiaçıya da ünvanlanmış, «xxxx» MMC-nin xxxx 2015-ci il tarixli aktına görə xxxx 2015-ci il tarixdə «xxxx» KB tərəfindən qaimə nömrəsi 254643 olan ünvan 4 ünvanında olan İddiaçı məktub göndərilmiş, kuryer ünvana getmiş, lakin şəxsin ünvanı bağlı olduğundan, məktub geri qaytarılmış, «xxxx QSC» xxxx 2015-ci il tarixli, **** saylı ərizə ilə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək, xxxx 2015-ci il tarixli ipoteka predmetinə tutma yönəldilməsinə dair Bildirişinin qeydiyyata alınmasını xahiş etmiş, cavabdehin «xxxx» QSC-yə ünvanladığı **********22 saylı, xxxx 2015-ci il tarixli məktubunda İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2210-cu məhəllə, 28c saylı (ü/s 2214.9 kv.m olan 4 mərtəbə və mansard) qeyri-yaşayış binasına dair tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alındığı bildirilmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, məhkəmələr tərəfindən dövlət poçtu vasitəsi ilə İddiaçı dəfələrlə Yasamal rayonu, B.Bağırova küçəsi, ev 2a, mənzil 26 ünvanına məktublar göndərilmiş və bu məktublar həmin ünvana çatdırılmış, digər tərəfdən X1 186-cı bəndinə əsasən əgər ünvan sahibi göndərişdə göstərilən ünvanda yaşamırsa, müvəqqəti yoxdursa və ya yeni yaşa yış yerinə köçübsə, poçt müəssisəsi poçtalyona, yaxud başqa işçiyə mənzil-istismar sahələri, yerli icra və yerli özünüidarə orqanları və digər orqanlar vasitəsi ilə ünvan sahibinin yeni yaşayış yerini aydınlaşdırmağı həvalə edir və nəticəsinə uyğun olaraq, həmin işçi öz imzası ilə F.20 arayışı tərtib edir, bu arayışı çatdırılmayan məktub və ya banderolun ünvan yazılmayan hissəsinə, yaxud poçt kartının ünvan tərəfinə yapışdırır, ünvan sahibini axtarmaq üçün bütün tədbirlər görüldükdən sonra, verilməmiş göndəriş geriyə, üstündə yazılan ünvana qaytarılır, «xxxx» QSC tərəfindən cavabdehə ünvanlanmış xxxx 2015-ci il tarixli «ipoteka predmetinə tutma yönəldilməsi haqqında” bildirişin dövlət qeydiyyatına alınmasına dair ərizəyə bildirişin ipoteka qoyana, yəni iddiaçıya verilməsini təsdiq edən sən əd əlavə edilməmiş və ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilməmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinin tələbinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alı nmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsinin xxxx 2009-cu il tarixli, 47 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, texniki sənədlərin tərtib edilməsi və dövlət reyestrindən arayışların verilməsi ilə əlaqədar tələb olunan Sənədlərin siyahısı”nın 22-ci bəndinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ipoteka saxlayanın ərizəsi; bildirişin ipoteka qoyana təsdiq etmə üsulu ilə göndərilməsinə dair qəbz və dövlət rüsumunun ödənilməsi barədə qəbz təqdim edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xxxx 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «İpoteka haqqında» Qanunun 36.3-cü maddəsi tələb edir ki, qeydiyyat orqanına verilən ərizədə bildirişin ipoteka qoyana verildiyi güngöstərilməlidir. Bildirişin ipoteka qoyana verildiyinə dair məlumat işdə yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasınin xxxx 2018-ci il tarixli qərarında verilmiş göstərişləri yerinə yetirərək, işə yenidən baxan apellyasiya məhkəməsi tərəfindən «xxxx» QSC tərəfindən cavabdehə ünvanlanmış xxxx 2015-ci il tarixli «ipoteka predmetinə tutma yönəldilməsi haqqında” bildirişin dövlət qeydiyyatına alınmasına dair ərizəyə bildirişin ipoteka qoyana, yəni iddia çıya verilməsini təsdiq edən sənədin əlavə edilmədiyi və ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilmədiyi müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası «xxxx» QSC tərəfindən cavabdehə ünvanlanmış xxxx 2015-ci il tarixli «ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınmasına» dair ərizəyə bildirişin ipoteka qoyana, yəni iddiaçıya verilməsini təsdiq edən sənədin əlavə edilmədiyini, həmçinin ərizədə bildirişin ipoteka qoyana verildiyi günün göstərilmədiyini nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-c i maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-309/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 yanvar 2019 -cu il tarixli, 2-1(103)-309/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar