Məhkəmə qərarları › İş №2-1(102)-1544/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1544/2020

12.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1544/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının X1 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR (İş № 2-1(102)-1544/20) (Açar sözlər: hüquq və azadlıqların pozulmasının tanınması; iddianın mümkünlüyü) Bakı şəhəri xx xxxxxx 2020-ci il Giriş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, X1 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “hüquq və azadlıqların pozulmasının tanınması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməs inin İnzibati Kollegiyasının 2-1(103)-528/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: X3 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət edərək, Müsavat Partiyasına münasibətdə X4 Konvensiyasının 11-ci maddəsi (yığıncaqlar və birləşmək azadlığı, Azərbaycan Respublikası Konstituasiyasının 49-cu maddəsi (sərbəst toplaşmaq azadlığı) ilə müəyyən olunmuş hüquq və azadlıqlarının pozulmasının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandı rmışdır ki, xx.xx.1992-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş Müsavat partiyası xx xxxxxx 2019-cu il tarixdə saat 15:00-dan 17:00dək Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Məhsul” stadionunda, Dərnəgül metro stansiyasının çıxışında olan meydanda, Gənclik metrosunun çıxışında Tofiq Bəhramov adına stadionun qarşısında olan meydanda “Siyasi məhbuslara azadlıq”, “Qarabağı işğaldan azad et” və digər şüarlarla mitinq keçirtmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən toplantı haqqında müvafiq icra hakimiyyəti orqanlarının qərarları tədbirin təşkilatçılarına onun keçirilməsinə azı 3 iş günü qalmış yazılı şəkildə çatdırılmalıdır. Həmin qərarlar aydın və əsaslandırılmış olmalı dır. Bakı şəhər İcra Hakimiyyəti əsaslandırmadan mitinqin keçirilməsinə rədd cavabı verərək bildirmişdir ki, “Bakı şəhəri, Yasamal rayonu, M. Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda əsaslı təmir işləri həyata keçirilir. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin İİİ hissəsinin 2-ci bəndinə əsasən metropolitenin mühafizə zonalarında dinc toplantıların keçirilməsi qadağan edilir. Metrostansiyaların qarşısındakı ərazilər əhalinin sıx hərəkət etdiyi metro çıxışı olduğu, eyni zamanda nəqliyyatın intensiv hərəkət etdiyi hissəsində yerləşdiyindən orada toplantının keçirilməsi icitmai təhlükəsizliyin təmin edilməsi baxımından çətinlik yaradır”. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı y azılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, “Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda əsaslı təmir işləri həyata keçirilir. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin İİİ hissəsinin 2-ci bəndinə əsasən metropolitenin mühafizə zonalarında dinc toplantıların keçirilməsi qadağan edilir. Metrostansiyaların qarşısındakı ərazilər əhalinin sıx hərəkət etdiyi metro çıxışı olduğu, eyni zamanda nəqliyyatın intensiv hərəkət etdiyi hissəsində yerləşdiyindən orada toplantının keçirilməsi icitmai təhlükəsizliyin təmin edilməsi baxımından çətinlik yaradır”. Qeyd olunanları nəzərə alaraq, planlaşdırılmış mitinqin xx xxxxxx 2019-cu il tarixdə saat 15:00-dan 17:0 0-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi, “X5” X2 təlim-idman bazasında keçirilməsini təklif edirik. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(81)4989/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki iddia müəyyən etmə və tanınma haqqında iddiaya aid edilə bilməz və belə bir iddianın Azərbaycan Respublikası İPM-nin 2.2.1-2.2.9-cu maddələrində nəzərdə tutulmuş iddia tələblərindən hər hansı birinə aidliyi müəyyən olunmur. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzib ati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 21(103)-528/2020 nömrəli qərardadı ilə iddiaçının verdiyi apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərardadı iddiaçıya xx xxx 2020-ci il tarixdə təqdim edilmişdir. İddiaçının nümayəndəsi həmin qərardaddan xx xxx 2020-cu il tarixdə kassasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini və iddianın icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. İşdə iştirak edən şəxslərin izahatları: Tərəflər məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Şikayət aşağıdakı səbəblərə gö rə təmin edilə bilməz. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı xx xxxxxxx 2019cu il tarixdə xx xxxxxx 2019-cu il tarixdə saat 15:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Məhsul” stadionunda, Dərnəgül metro stansiyasının çıxışında olan meydanda, Gənclik metrosunun çıxışında Tofiq Bəhramov adına stadionun qarşısında olan meydanda “Siyasi məhbuslara azadlıq”, “Qarabağı işğaldan azad et” və digər şüarlarla mitinq keçirtmək üçün müraciət etmişdir. Bakı Şəhər İcra Hakimiyyəti iddiaçıya ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli cavab məktubunda göstərmişdir ki, “Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda əsaslı təmir işləri həyata keçirilir. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin İİİ hissəsinin 2-ci bəndinə əsasən metropolitenin mühafizə zonalarında dinc toplantıların keçirilməsi qadağan edilir. Metrostansiyaların qarşısındakı ərazilər əhalinin sıx hərəkət etdiyi metro çıxışı olduğu, eyni zamanda nəqliyyatın intensiv hərəkət etdiyi hissəsində yerləşdiyindən orada toplantının keçirilməsi icitmai təhlükəsizliyin təmin edilməsi baxımından çətinlik yaradır”. İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirm ə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkindirməyə dair iddia mümkün sayılır. İPM-in 36.1-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə, iddiaçının məhkəməyə müraciət etdiyi zaman, cavabdeh inzibati orqan tərəfindən artıq icra olunmuş inzibati aktın qəbul edilməsi müəyyən edilmədiyindən hazırkı məzmunda iddia mümkünsüzdür. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşır və iddiaçının iddia ərizəsi ilə eyni məzmunlu kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün yetərli hesab etmir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür şikayətin təmin olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.9-cumaddəsinə əsasən Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Nəticəvi hissə: Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (103)-528/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar