Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1544/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə qərarına əsasən torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1954, FİN:xxxxxxx) cavabdeh Azər baycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-225/2022 nömrəli, 15 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 1414 nömrəli, 29 sentyabr 2000-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, Ə.Əlixanov küçəsi, 89 saylı binanın yaxınlığındaki torpaq sahəsi əlavə olunmuş cizgi əsasında abadlaşdırma, yenidənqurma və istira hət guşəsi təşkil edilməsi məqsədi ilə həmin binanın 61 -ci mənzilində yaşayan X4 ayrılmışdır.
2. Bakı şəhər Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 39 nömrəli, 05 fevral 2007-ci il tarixli “İddiaçı fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin alqı-satqı yolu ilə onun mülkiyyətinə verilməsi haqqında” Qərarı ilə Binəqədi rayonu, 6 mkr., Ə.Əlixanov küçəsi, 89 saylı yaşayış binasının yaxınlığında 150 kv.m bələdiyyəyə məxsus torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün əlavə edilmiş cizgiyə uyğun olaraq alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə ayrılmışdır.
3. Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinin 27 nömrəli, 05 fevral 2007-ci il tarixli qərarı əsasında torpaq sahəsinin alqı-satqı müqaviləsi tərtib edilərək təsdiq edilmişdir. 4. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 senty abr 2014-cü il tarixli, 21(81)-4220/2014 nömrəli qərarı ilə Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 39 saylı, 05 fevral 2007-ci il tarixli qərarı ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin plan və ölçüsünün hazırlanaraq verilməsi və alqı-satqı aktının qeydiyyata alınması vəzifəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilmişdir. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1353/2015 nömrəli, 31 mart 2015-ci il tarixli qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsinin 05 fevral 2007-ci il tarixli, 39 saylı qərarına əsasən X4 Binəqədi qəsəbə Bələdiyyəsinin hüdudları daxilində Binəqədi Qəsəbə ərazisində ayrılmış 150 kv.metr torpağın alqı-satqısına dair aktın tərtib edilməsi Bakı şəhəri Bi nəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə həvalə edilmişdir.
6. Bakı şəhər Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 40 nömrəli, 08 may 2015-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2inz(81)-1353/2015 nömrəli, 31 mart 2015-ci il tarixli qərarına əsasən Binəqədi Bələdiyyəsinin 05 fevral 2007ci il tarixli, 39 saylı qərarı ilə Bakı şəhəri, 6 mkr., Ə.Əlixanov küçəsi, 89 saylı yaşayış binasının yaxınlığında fərdi yaşayış evinin tikintisi üçün X2 mülkiyyətinə ayrılmış 150 kv.m torpaq sahəsinə dair alqı-satqı aktının tərtib olunub ona təqdim edilməsi qərara alınmışdır. 7. xx.xx.2015-ci il tarixli torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, ünvan 1 ünvanında yaşayan Cəfərova X5 rayonu Binəqədi Bələdiyyəsinə 10 dekabr 2014-cü il tarixdə torpaq sahəsi alm aq barədə müraciət etmiş və Binəqədi rayonu Binəqədi Bələdiyyə ərazisində 150 kv.m torpaq sahəsinin ona satılması barədə 08 may 2015-ci il tarixli 40 saylı qərar qəbul edilmişdir.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, ünvan 3 ünvanında yerləşən 0.03 ha yaşayış məntəqələrinin torpaqları X3 mülkiyyətindədir.
8. İddiaçı 150 kv.m. torpaq sahəsinə dair çıxarışın verilməsi barədə cavabdehə müraciət etmişdir. Onun müraciəti ilə əlaqədar cavabdeh orqanın ünvanladığı **********51 nömrəli, 06 iyul 2020-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, təqdim edilmiş alqı-satqı aktı keçmiş DTXK tərəfindən təsdiq edilməmiş və torpaq sahəsinə münasibət bildirilməsi üçün Mem arlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. Həmçinin, elektron kadastr baza məlumatına əsasən, ayrılmış torpaq sahəsinin perimetrik ölçü və faktiki sahəsi arasında uyğunsuzluq mövcuddur. Bununla yanaşı, torpaq sahəsi çoxmərtəbəli yaşayış binasının həyətindəki yaşıllıq massivində yerləşmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 sentyabr 2014-cü il tarixli, 2-1(81)-4229/2014 nömrəli qərarı ilə hazırlanmış plan və ölçü və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 mart 2015-ci il tarixli, 2-1(81)-1353/2015 nömrəli qanuni qüvvəyə minmiş qərarı ilə ona alqı-atqı əsasında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bə lədiyyəsinin 39 saylı, 05 fevral 2007-ci il tarixli qərarı ilə ayrılmış və hazırda faktiki mülkiyyətində olan 150 kv.m torpaq sahəsinə dair qanuni çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
10. İddia onunla əsaslandırılmışdır ki, Binəqədi rayon İcra Hakimiyyətinin 1414 saylı, 29 sentyabr 2000-ci il tarixli sərəncamına əsasən, uzun illər onun istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Ə.Əlixanov küçəsi 89 saylı binanın yaxınlığındakı 150 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında abadlaşdırma, yenidənqurma və istirahət guşəsi təşkil edilməsi məqsədilə ona ayrılmışdır. Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən qeyd olunan ünvanda iddiaçının istifadəsində olan torpaq sahəsinin yerləşmə cizgisi tərtib olu naraq təsdiq edilmişdir. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 39 saylı, 05 fevral 2007-ci il tarixli qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr., Ə.Əlixanov küçəsi 89 saylı binanın yaxınlığında 150 kv.m bələdiyyəyə məxsus torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün əlavə edilmiş cizgiyə uyğun olaraq alqısatqı yolu ilə onun mülkiyyətinə ayrılmışdır. Binəqədi Bələdiyyəsinin 27 saylı, 05 fevral 2007-ci il tarixli qərarı əsasında həmin torpaq sahəsinin alqı-satqı müqaviləsi tərtib edilərək təsdiq olunmuş, torpaq sahəsinin alqı-satqısına görə 05 fevral 2007-ci il tarixli, 034573 saylı qəbzlə 624 manat pul ödəmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə qarşı Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 39 saylı, 05 fevral 20 07-ci il tarixli qərarı ilə mülkiyyətinə verilmiş torpaq sahəsinin plan və ölçüsünün hazırlanaraq verilməsi və alqı-satqı aktının qeydiyyata alınması vəzifəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 sentyabr 2014-cü il tarixli, 2-1(81)4229/2014 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 39 saylı, 05 fevral 2007-ci il tarixli qərarı ilə mülkiyyətində olan torpaq sahəsinin plan və ölçüsünün hazırlanaraq verilməsi və alqı-satqı aktının qeydiyyata alınması vəzifəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə olunması qət edilm işdir. Qərar icra olunmuş, həmin torpaq sahəsinin plan və ölçüsü hazırlanaraq ona verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 mart 2015-ci il tarixli, 2-1 (81 )-1353/2015 qərarına əsasən, Binəqədi qəsəbə Bələdiyyəsinin hüquqları daxilində Binəqədi rayon qəsəbəsi ərazisində ayrılmış 150 kv.m. torpağın alqı-satqısına dair aktın tərtib edilməsi Binəqədi Bələdiyyəsinə həvalə edilmiş və icra edilmişdir. Qeyd edilən torpaq sahəsi ilə bağlı iddiaçı çıxarışın alınması üçün cavabdeh orqana müraciət edərək rəsmi sənədlərini təqdim etsə də, qanunsuz və əsassız olaraq ona çıxarışın verilməsi təmin edilməmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5407/2020 nömrəli, 16 sentyabr 2020ci il tarixli qərarı ilə (hakim Ş.A.Həsənova) iddia tələbi təmin edilmiş, Bakı şəhəri, 6-cı mikroray on, Ə.Əlixanov küçəsi, 89 saylı yaşayış binasının yaxınlığında yerləşməklə iddiaçının istifadəsində olan 150 kv.m torpaq sahəsi üzrə sonuncunun daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
12. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 13, 129-cu maddələrinə, Mülki Məcəllənin 139.1, 139.3-cü maddələrinə, Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə, “İnzibati icraat haqqında” Qanunun 5.1, 15, 19-cu maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1, 10.2, 12.1, 15ci maddələrinə, İPM-nin 52, 68.1, 68.2, 73.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
13. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmi n edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-509/2021 nömrəli, 18 mart 2021-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, İ.Ə.Kərimli və A.B.Nuriyeva) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5407/2020 nömrəli, 16 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edərək iddia tələbi rədd edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3cü bəndinə, 9-cu maddəsinə, 65-ci maddəsinin 1-ci bəndinə, 86-cı maddəsinin 2-ci bəndinə, Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci madd əsinə (xx.xx.2008-ci il tarixə qədər qüvvədə olan redaksiyasında), “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8, 10-cu maddələrinə istinad edərək cavabdeh inzibati orqanın imtinasını əsaslı hesab etmişdir.
16. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. b) kassasiya instansiyası məhkəməsində birinci icraat
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1266/2021 nömrəli, 07 iyul 2021-ci il tarixli qərarı ilə (hakimlər Z.M.Quliyev /sədrlik edən və məruzəçi/, R.S.Nəbizadə və S.Ə.Kərimov) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-509/2021 nömrəli, 18 mart 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş baxılması üçü n həmin məhkəməyə göndərilmişdir.
18. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sözügedən torpaq sahəsinin ümumi istifadədə olması iş üzrə hər hansı mötəbər sübutla təsdiq edilmir. Belə ki, bu məsələ ilə bağlı müvafiq səlahiyyətli orqana (Əmlak Məsələləri Dövlət Xidməti yanında X1 Təşkili üzrə Dövlət Agentliyi) heç bir sorğu göndərilməmiş, yəni həmin məsələ araşdırılmamış qalmışdır. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanını 2014-cü il tarixdə qüvvədən düşmüşdür, iddiaçıya bələdiyyə orqanının aktı isə qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən 2015-ci ildə verilmişdir, yəni apellyasiya instansiyası məhkəməsi sözügedən Fərmanın müddəalarını səhv tətbiq etmişdir. İd diaçının kassasiya şikayətində yazdıqlarının isə işin mahiyyətinə aidiyyəti yoxdur. b) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-225/2022 nömrəli, 15 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/, E.E.Nağıyeva və C.A.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5407/2020 nömrəli, 16 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, təkrar apellyasiya icraatı zamanı işin mübahisəli halları araşdırılmış və müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Bələdiyyəsinin 05 fevral 2007-ci il tarixli qər arına əsasən iddiaçının mülkiyyətinə ayrılmış, 6 mkr. Ə.Əlixanov küçəsi, 89 saylı yaşayış binasının yaxınlığında yerləşən 150 kv.m torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsi olmamış, Bakı şəhər İcra Hakimiyyətinin 31 avqust 2000-ci il tarixli 809 nömrəli sərəncamı ilə Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə ayrılmış yaşayış sahələri kateqoriyasına aid olmuşdur. Eyni zamanda, iş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından da müəyyən edildiyi kimi, iddiaçı mübahisələndirilən torpaq sahəsinin qanuni istifadəçisidir. Beləliklə, işin müəyyən edilmiş hallarına əsasən mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmasına dair cavabdehin imtinası mövcud qanunvericilik normalarına zidd olmuşdur.
21. Ap ellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin “torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin əlavə olunmaması” ilə bağlı dəlilinə qiymət verərkən qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi ilə bağlı alqı-satqı aktı qanuni qüvvəsini almış məhkəmə qərarının icrasına əsasən bağlanılmış, eyni zamanda mübahisəli torpaq sahəsinin planı və ölçüsü də qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən verilmişdir. Ona görə də mübahisəli torpaq sahəsi ilə bağlı müvafiq alqı-satqı aktının keçmiş DTXK tərəfindən təsdiq edilməsinin və torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin əlavə olunmasının cavabdeh inzibati orqan tərəfindən tələb edilməsinə zərurət yoxdur.
22. Apellyasiya insta nsiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin “torpaq sahəsinin çoxmərtəbəli yaşayış binasının həyətindəki yaşıllıq massivində yerləşməsi” barədə digər dəlilinə münasibətdə qeyd etmişdir ki, torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin 31 avqust 2000-ci il tarixli 809 nömrəli sərəncamı ilə Binəqədi rayonu Binəqədi bələdiyyəsinə ayrılması nəzərdə tutulan torpaq sahələrinin hüdudları daxilində yerləşmiş, dolayısıyla iddiaçının qanuni əsaslarla mülkiyyətinə verilmişdir.
23. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
24. İddiaçı müvafiq ünvanda yerləşən torpaq sahəsinə dair çıxarışın verilməsi məq sədilə cavabdeh orqana 22 may 2020-cİ il tarixdə poçt vasitəsilə müraciət etmişdir.
25. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, torpaq sahəsi çoxmərtəbəli yaşayış binasının həyətindəki yaşıllıq massivində yerləşmişdir. Həmçinin, elektron kadastr məlumatlarına əsasən ayrılmış torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü və sahə fərqi mövcuddur.
26. Şikayətdə eləcə də göstərilir ki, elektron kadastr məlumatlarına əsasən, bələdiyyə mülkiyyətində olan torpaq sahələri barədə elektron bazada məlumat aşkar edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılma sı və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Həmin Fərmanın 2.1-ci bəndinə əsasən, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin bu Fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş Tədbirlər Planına müvafiq olaraq 2020-ci ilədək təmin olunması müəyyən edilmişdir.
27. Lakin indiyədək Bakı səhəri ərazisində yerləşən bələdiyyə mülkiyyətinə aid olan torpaq sahələrinin elektron uçotunun aparılması və xəritələşdirilməsi həyata keçirilməmiş və həmin torpaq sahələri bar ədə məlumatlar elektron kadastr uçotu informasiya sistemi və rəqəmsal kadastr xəritəsinə daxil edilməmişdir.
28. Göründüyü kimi, yuxarıda qeyd olunan hallar və qanunvericiliyin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları kobud şəkildə pozulmuş və nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
30. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə
55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onla rla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə
67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır....
3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə
68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;...
32. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutu lmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat.... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir..... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər..... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
34. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsa slılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məza hir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
37. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
38. Hazırkı iş üzrə müəyyən olunur ki, mübahisəli torpaq sahəsi ilk öncə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 1414 nömrəli, 29 sentyabr 2000-ci il tarixli sərəncamına əsasən İddiaçı ayrılmış, sonradan həmin sahəyə dair məhkəmələrin qanuni qüvvəsini almış qəra rlarına əsasən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü verilmiş, Bakı şəhər Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 40 nömrəli, 08 may 2015-ci il tarixli qərarı ilə torpaq sahəsi alqı-satqı aktına əsasən İddiaçı satılmışdır. İddiaçı mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh alqı-satqı aktının keçmiş DTXK tərəfindən təsdiq edilməməsini, torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin əlavə olunmamasını, həmçinin elektron kadastr baza məlumatına əsasən, ayrılmış torpaq sahəsinin perimetrik ölçü və faktiki sahə arasında uyğunsuzluğun mövcud olmasını, bununla yanaşı torpaq sahəsinin çoxmərtəbəl i yaşayış binasının həyətindəki yaşıllıq massivində yerləşməsini əsas gətirərək iddiaçının müraciətini təmin etməmişdir.
39. Birinci kassasiya baxışı zamanı Ali Məhkəmənin hüquqi göstərişi ondan ibarət olmuşdur ki, sözügedən torpaq sahəsinin ümumi istifadədə olması iş üzrə hər hansı mötəbər sübutla təsdiq edilmir. Belə ki, bu məsələ ilə bağlı müvafiq səlahiyyətli orqana (Əmlak Məsələləri Dövlət Xidməti yanında X1 Təşkili üzrə Dövlət Agentliyi) heç bir sorğu göndərilməmiş, yəni həmin məsələ araşdırılmamış qalmışdır.
40. Ali Məhkəmənin göstərişinə uyğun olaraq apellyasiya icraatı çərçivəsində aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Bələdiyyəsinin 05 fevral 2007-ci il tarixli qərarına əsasən İddiaçı mülkiyyətinə ayrılmış, 6 mkr. Ə.Əlixanov küçəsi, 89 say lı yaşayış binasının yaxınlığında yerləşən 150 kv.m torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsi olmamış, Bakı şəhər İcra Hakimiyyətinin 31 avqust 2000-ci il tarixli 809 nömrəli sərəncamı ilə Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə ayrılmış yaşayış sahələri kateqoriyasına aid olmuşdur.
41. Eyni zamanda, iş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən iddiaçının mübahisələndirilən torpaq sahəsinin qanuni istifadəçisi olması da iş üzrə öz təsdiqini tapmışdır.
42. Göründüyü kimi, apellyasiya icraatı zamanı mbahisəli torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyətinin 31 avqust 2000-ci il tarixli 809 nömrəli sərəncamı ilə Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə ayrılması nəzərdə tutulan torpaq sahələrinin hüdudları daxilində yerləşməsi, dolayısı ilə qanuni əsaslarla bəl ədiyyənin mülkiyyətinə verilməsi müəyyən edildiyindən, “torpaq sahəsinin çoxmərtəbəli yaşayış binasının həyətindəki yaşıllıq massivində yerləşməsi” barədə cavabdehin kassasiya şikayətinin dəlili də əsassızdır.
43. Beləliklə, təqdim edilmiş bələdiyyə qərarı əsasında iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnu qeydiyyata almaqla müvafiq çıxarışın verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odu ki, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. B akı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-225/2022 nömrəli, 15 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.