Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1544/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyə görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publi k hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2023cü il tarixli, 2-1(103)-559/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus NZ ******* nömrəli hərbi biletə əsasən, o, xx.xx.1979-cu ildə hərbi xidmətə çağırılmış, xx.xx.1981-ci ildə hərbi xidmətdən tərxis edilmişdir.
2. İddiaçıya məxsus xx.xx.1976-cı il tarixli əmək kitabçasına əsasən, o, xx.xx.1976-cı il tarixdə Bakı ANİB 2708 Avtokolonda 2-ci dərəcəli a/elektrik vəzifəsinə qəbul edilmiş, xx.xx.1978-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1978-ci il tarixdə Bakı tütün kombinatı “Krasnıy Oktyabr” Təchizat şöbəsinə yükləyici vəzifəsinə qəbul edilmiş, xx.xx.1979-cu il tarixdə işdən azad edilmişdir. xx.xx.1981-ci il tarixdə 4 nömrəli Bakı yük Aviabazasına 2-ci dərəcəli avtoelektrik qəbul edilmiş, xx.xx.1981-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1982-ci il tarixdə MTTİ Azərbaycan SSR Səhiyyə Nazirliyi “Aztibtəchizat” fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1982-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1982-ci il tarixdə təlimatçı metodist qəbul edilmiş, xx.xx.1984-cü il tarixdə işdən azad edilmişdir. xx.xx.1984-cü ildə Trikotaj idman məhsulları fabriki “Dinamo” 1 nömrəli sahəyə 1-ci dərəcəli boyaçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1988-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1989-cu il tarixdə Şaumyanov r-nu Prof. Dezinf eksiya şöbəsində dezinfektor vəzifəsinə təyin edilmiş, xx.xx.1989-cu il tarixdə “İdman” istehsalat birliyinə keçirilmiş, xx.xx.1989-cu il tarixdə köçürülmə ilə istehsalat gimnastikası metodisti vəzifəsinə qəbul edilmiş, xx.xx.1989-cu il tarixdə sağlamlıq zonasına metodist kimi qəbul edilmiş, xx.xx.1991-ci il tarixdə “Xəzər” kiçik müəssisəsinə istehsalat müdiri vəzifəsinə qəbul edilmiş, xx.xx.1992-ci il tarixdə 1 nömrəli trikotaj sexinə 4 dərəcəli keyfiyyət üzrə nəzarətçi keçirilmiş, xx.xx.1992-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1992-ci il tarixdə Fiziki tərbiyə və idman üzrə Azərbaycan Respublikası Dövlət idman komissiyasının İdman tikintiləri birliyi “İdman” İstehsalat birliyindən köçürülmə ilə “Pəhləvan” kiçik müəssisəsinə direktor qəbul edilmiş, xx.xx.1993-cü ildə işdən azad edi lmişdir. xx.xx.1993-cü il tarixdə “Eko neft" kiçik müəssisəsinə istehsalat müdiri vəzifəsinə qəbul edilmiş, xx.xx.1994-cü il tarixdə vəzifəsindən azad edilmişdir. xx.xx.1994-cü il tarixdə “Kəpəz” kooperativi Trikotaj sexinə baş usta qəbul edilmiş, xx.xx.1994-cü il tarixdə vəzifəsindən azad edilmişdir. xx.xx.1994-cü ildə “Natiq” idman klubuna cüdo güləşi üzrə məşqçi müəllim təyin edilmiş, xx.xx.1998-ci ildə işdən azad edilmişdir. xx.xx.2001-ci ildə Təhsil Respublika İdman Mərkəzinin RİOEUGİM cüdo güləşi məşqçi-müəllim vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2002-ci ildə işdən azad edilmişdir.
3. İddiaçıya məxsus ******* nömrəli, xx.xx.2003-cü il tarixli əmək kitabçasına əsasən, o, xx.xx.2003-cü ildə “Natiq” idman klubuna cüdo güləşi üzrə məşqçi-müəllim vəzifəsinə qəbul olunmuş, xx.xx.2005-ci il də işdən azad edilmişdir. xx.xx.2006-cı ildə Səbail rayonu X2 Məktəbinə məşqçi-müəllim vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2008-ci ildə işdən azad edilmişdir. xx.xx.2008-ci ildə Təhsil Respublika İdman Mərkəzi RİOEUGİM cüdo güləş bölməsinə məşqçi-müəllim işinə qəbul edilmiş, xx.xx.2009-cu ildə işdən azad edilmişdir. xx.xx.2009-cu ildə Təhsil Respublika İdman Mərkəzi RİOEUGİM cüdo bölməsinə məşqçi-müəllim vəzifəsinə qəbul edilmiş, xx.xx.2013-cü ildə işdən azad edilmişdir. xx.xx.2014-cü ildə Respublika Olimpiya İdman liseyinə tərbiyəçi müəllim vəzifəsinə qəbul edilmiş, xx.xx.2015-ci ildə işdən azad edilmişdir.
4. Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatına əsasən, iddiaçı xx.xx.2020-ci il tarixdən ümumi xəstəlik – gözdən əlil səbəbi ilə müddətsiz üçüncü dərəcə əli ldir.
5. İddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı DOST Mərkəzinə müraciət edərək, ona əlilliyə görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
6. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********5 nömrəli məktubu ilə iddiaçının müraciətindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, təqdim edilən xx.xx.1976-ci il tarixli və xx.xx.2003-cü il tarixli № ******* saylı əmək kitabçasına əsasən, iddiaçının tələb olunan 18 il 24 gün sığorta stajı olmasına baxmayaraq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (22020,81 manat) əmək pensiyasının minimum (27600 manat) məbləğindən az olmayan pensiya təminatına imkan vermir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2020-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1976-cı ildən əmək fəaliyyətinə başlayaraq müxtəlif yerlərdə işləmişdir. 18 il iş stajı olmuşdur. Sonradan 1994-1998-ci illər ərzində “Natiq” idman klubunda cüdo güləşi üzrə müəllim vəzifəsinə qəbul edilmiş, 2005-ci ilin 26 sentyabr tarixinədək bu işdə çalışmışdır. Sonradan eyni vaxtda xx.xx.2001-ci ildən xx.xx.2002-ci il tarixədək və xx.xx.2009-cu ildən xx.xx.2013-cü il tarixədək “T əhsil” RİM 1 nömrəli Respublika ixtisaslaşdırılmış X1-Gənclər İdman Məktəbinin cüdo bölməsində məşqçi-müəllim vəzifəsində işləmişdir. Ona pensiya təyin edilməsi məqsədi ilə cavabdehə müraciət etmiş, müraciətinə cavab olaraq onun 18 illik iş stajı nəzərə alınsa da, “Natiq” və “Təhsil” idman klubunda işlədiyi dövrlər nəzərə alınmamışdır. Hansı ki, həmin dövrdə o, işləmişdir və “Təhsil” idman mərkəzində işləməyi barədə arayışı vardır. Gözündə yaranan xəstəliklə əlaqədar xx.xx.2020-ci il tarixdən ona üçüncü dərəcəli əlillik verilmişdir. Onun “Natiq” idman klubunda və “Təhsil” idman mərkəzində işləməyi nəzərə alınsaydı, ona pensiya düşürdü. Lakin cavabdeh bilərəkdən onun Konstitusion hüquqlarını pozaraq, bu iki təşkilatda işləməyini nəzərə almamışdır.
9. Cavabdeh iddia tələbinə dair təqdim etdi yi yazılı etirazda qeyd etmişdir ki, iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - “DTSERX”) xx.xx.2020-ci il tarixli qərarı ilə əlillik səbəbi - “Ümumi xəstəliklə əlaqədar’’ olmaqla, İİİ dərəcəli əlillik təyin edilmiş və o, əlillik statusu qazanmışdır. Bundan sonra iddiaçı “Əmək pensiyaları haqqında” qanuna uyğun olaraq əlilliyə görə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Cavabdeh isə ona pensiyanın təyin olunmasından imtina barədə qərar qəbul etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Burada qanunun qeyd edilən müddəasına əsasən, İİİ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 10 mart 2017-ci il tarixindən etibarən (bu tarixdə maddəyə dəyişiklik edilərək yeni redaksiyada verilib) 2 şərtin ödənilməsi tələb olunur: 1) 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. Bu iki şərt eyni zamanda mövcud olmalıdır. İddiaçıya pensiyanın təyin olunması üçün 12.1-ci maddənin hər iki şərti ödənmir. İddiaçının xx.xx.2006-cı ilədək əmək kitabçası ilə təsdiq olunan 17 il 1 ay sosial sığorta stajı və xx.xx.2006-cı ildən sonra 8870,56 manat məbləğində pensiya kapitalı mövcuddur. Bununla yanaşı, iddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək “Kəpəz” kooperativində, xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək “Natiq” İdman klubunda işlədiyini iddia edir. Qeyd etmək lazımdır ki, iddiaçının işlədiyini iddia etdiyi illərə və müəssisənin mövcudluğuna dair məlumatları dəqiqləşdirmək üçün cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Milli Arxiv İdar əsinə xx.xx.2021-ci il tarixdə **********7 nömrəli sorğu göndərilmişdir. Sorğuya gələn cavab məktubunda qeyd olunan müəssisələrin arxiv sənədlərinin Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin filialına təhvil verilmədiyi qeyd edilmişdir. Cavabdeh orqan tərəfindən əmək kitabçasında göstərilən müəssisələrin mövcudluğunun yoxlanılması məqsədi ilə Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə xx.xx.2021-ci il tarixində **********8 nömrəli sorğu ünvanlanmışdır. Sorğuya gələn xx.xx.2021-ci il tarixli **********783300 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, “Kəpəz” Kooperativi adı ilə dövlət qeydiyyatına alınmış bir neçə fərqli hüquqi şəxs aşkar edilmiş, “Natiq” idman klubu adlı kommersiya qurumu isə aşkar edilməmişdir. Qeyd olunanlara əs asən, iddiaçının işlədiyini iddia etdiyi müəssisə onun işlədiyi dövrdən sonra dövlət qeydiyyatından keçmişdir. Müəssisənin qeydiyyat məsələlərində aşkar olunan ziddiyyətlər vətəndaşın həmin müəssisədə işlədiyinə dair ciddi şübhə doğurur. İddiaçının vəziyyətində əmək fəaliyyəti dövründə sığortaedən tərəfindən sosial sığorta haqları ödənilmədiyindən, həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunun tələblərinə uyğun deyil. Qeyd olunanlara əsasən, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilərkən əmək kitabçası ilə təsdiqlənən 17 il 1 ay sosial sığorta stajına əsasən pensiya kapitalı hesablanmalıdır. İddiaçı cavabdeh orqana müraciət edən zaman onun sığorta stajı 17 il 1 ay olsa da, (belə ki, qanunla tələb olunan staj 14 il 6 aydır ) fərdi hesabın sığorta hissəsində qeydə alı nmış pensiya kapitalı 11964,6 manat məbləğində olmuşdur. İddiaçının İİİ dərəcəli əlilliyə görə əmək pensiyasının təyin olunması üçün qanunla tələb olunan sığorta stajına malik olmasına baxmayaraq, pensiya kapitalı yetərli olmamışdır. İddiaçıya münasibətdə tələb olunan sığorta stajı: 1) 61 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 46 il (əmək qabiliyyətli yaş dövrü); 2) 46 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 184 ay; 3) 184 ay: 12 ay = 15 il 3 ay. Qeyd edilən hesablamadan da göründüyü kimi, iddiaçının pensiya hüququnun yaranması üçün tələb olunan sığorta stajı 15 il 3 aydır. Bununla da iddiaçının pensiya hüququnun yaranması üçün tələb olunan ilkin şərt ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 13.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyas ının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 17 saylı qərarının 4.3.4-cü bəndinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı 01 iyul 2017-ci il tarixdən sonra əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. İddiaçının mövcud olan pensiya kapitalı: iddiaçının 17 il 1 ay stajını (2006-cı ilə qədər) “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən hesabladıqda 4910,3 manat pensiya kapitalı yaranır: 17 il tam iş stajı x 306 manat = 5202 manat. 5202 +8,3% +16,7% +20,8% +1,5% +5,7% +7,9% +1,1% +2,4% +1,4%+4%+12,4%+5,7%=14321,83 manat. İddiaçının 2006-cı ildən sonrakı dövr üçün fərdi hesabın sığorta hissəsində mövcud olan pensiya kapitalı 8870,56 manat təşkil edir. İddiaçının hazırki dövrə mövcud olan pensiya kapitalı 23192,39 manat (14321,83+8870,56 ) təşkil edir. İddiaçının sığorta davamiyyəti əmsalı 184/192 = 0,9583-dür. Sığortaolun anın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur: 0,9583x144=138. Pensiya sığorta kapitalı (PSK=23192,39) alınmış rəqəmə bölünərək (23192,39: 138 = 168,060797 manat) pensiyanın məbləği 168,06 manat məbləğində müəyyən edilir. İddiaçıya münasibətdə tələb olunan pensiya kapitalı isə 27600 manatdır. İddiaçının pensiya kapitalı toplam olaraq 11964,6 manat təşkil etməkdədir ki, bu da tələb olunan pensiya kapitalı məbləğindən azdır. Göründüyü kimi, iddiaçıya təyin olunan aylıq pensiya ödənişi 168,06 manatdır ki, bu da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən əmək pensiyasının minimum məbləğindən (xx.xx.2020-ci tarixində 200 manat məbləğindən) aşağıdır. Belə olan halda, “Əmək pensiyaları haqqında” Azərbaycan Respub likası Qanununun tələblərinə uyğun olaraq iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir.
10. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubunda bildirilmişdir ki, iddiaçının xx.xx.1974-xx.xx.1976-cı ilədək Bakı şəhəri 23 nömrəli texniki peşə məktəbində təhsil dövrü, xx.xx.1979-xx.xx.1981-ci ilədək hərbi xidmət dövrü, xx.xx.1976-xx.xx.1978-ci illər, xx.xx.1978-xx.xx.1979-cu illər, xx.xx.1981xx.xx.1981-ci illər, xx.xx.1982-xx.xx.1982-ci illər, xx.xx.1982-xx.xx.1984-cü illər, xx.xx.1984-xx.xx.1988-ci illər, xx.xx.1989-xx.xx.1992-ci illər, xx.xx.1992-xx.xx.1993-cü illər, xx.xx.1993-xx.xx.1994-cü illər, xx.xx.1994-xx.xx.1994-cü illər, xx.xx.1996-xx.xx.1998-ci illər, xx.xx.2001-xx.xx.2002-ci illər, xx.xx.2003-xx.xx.2005-ci illər üzrə əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla, xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 24 il 7 ay 12 gün təşkil edir. İddiaçının ümumi iş stajına əsasən, xx.xx.2006-cı il tarixə pensiya sığorta kapitalı (24 il tam iş stajı x 306 manat) +(306 manat: 12 ay x 7,4 ay)=7532,7 manat təşkil edir. İddiaçının 01.01 2006-cı il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7532,7 manat pensiya kapitalının sonuncu müayinəyə dair 2788003AAB3F nömrəli arayışa əsasən əlilliyə görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2020-ci il tarixə indeksləşdirilmiş məbləği 21277,77 manat təşkil edir ki, bu da aşağıdakı qaydada müəyyənl əşdirilir: 7532,7 + 8,3% + 16,7% + 20,8% + 1.5% + 5,7% + 7.9% + 1,1% + 2,4% + 1,4% + 4% + 12,4% + 5,7% + 3% + 2,6% + 16,6 = 21277,77 manat. Əlavə olaraq, iddiaçının xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində 8628,95 manat pensiya kapitalı qeydə alınmışdır.
11. Bakı İnzibati Məhkəməsinin (hakim A.Ə.Əhədova) 8 iyul 2022-ci il tarixli, 21(112)-821/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2020-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı işin mübahisələndirilən halı iddiaçının xx.xx.2006-cı il tarixədək əmək kitabçasında qeyd edilən xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək “Kəpəz” kooperativində, xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək “Natiq” İdman klubunda işlədiyi dövrlərin yoxlanılmasıdır. İddiaçının qeyd edilən iş stajını təsdiq edən əmək kitabçası mövcuddur. Əmək kitabçasında 24-25-ci səhifələrində iddiaçının “Kəpəz” kooperativinə xx.xx.1994-cü il tarixli 15 nömrəli əmrlə işə qəbul edildiyi, xx.xx.1994-cü ildə 21 nömrəli əmrlə işdən azad edildiyi barədə qeydlər göstərilmiş, həmin qeydlər direktorun imzası və müəssisəyə aid möhürlə təsdiq olunmuşdur. Eləcə də, əmək kitabçasının 26-27-ci səhifəsində xx.xx.1994-cü ildə 06 nömrəli əmrlə “Natiq” idman klubuna məşqçi-müəllim təyin edildiyi, xx.xx.1998-ci il tarixli 11 nömrəli əmrlə işdən azad edildiyi barədə qeydlər edilmiş, həmin qeydlər direktor S.Məmmədovun imzası və müəssisənin möhürü il ə təsdiqlənmişdir. Təqdim edilmiş ******* nömrəli əmək kitabçasının 2-3-cü səhifələrində iddiaçının xx.xx.2003-cü ildə 19 nömrəli əmrlə “Natiq” idman klubuna məşqçi-müəllim təyin edildiyi, xx.xx.2005-ci il tarixli 22 nömrəli əmrlə işdən azad edildiyi barədə qeydlər edilmiş, həmin qeydlər sədr C.Nuriyevin imzası və müəssisənin möhürü ilə təsdiq edilmişdir. Hər iki əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliyinə şübhə ediləcək hallara rast gəlinməmişdir. Cavabdeh orqan istinad etdiyi imtinanın əsasını təşkil edən “Natiq” idman klubu və “Kəpəz” kooperativində olan əmək fəaliyyəti dövrünün nəzərə almamasını əsaslandıra bilməmişdir.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansi yası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, Ş.A.Məmmədova və P.A.Hüseynov) 28 fevral 2023-cü il tarixli, 2-1(103)-559/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin olunmamış, Bakı İnzibati Məhkəməsinin 8 iyul 2022-ci il tarixli, 2-1(112)-821/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsinə verdiyi, apellyasiya şikayətində göstərdiyi, sonradan isə həmin şikayətin əlavəsində qeyd etdiyi hesablamaların hər birində iddiaçının sığorta kapitalını müxtəlif məbləğlərdə hesablamışdır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh öz sahəsinə aid qanunvericiliyin tətbiqini düzgün həyata keçirməmiş, düzgün hesablamanı aparmaqda aciz və professionallıqdan uzaq olmuşdur.
16. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
17. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun, iddia tələbinə yazılı etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.... Maddə
71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı... İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.... 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədl əri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.... Maddə
11. Əlilliyə görə əmək pensiyası (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada) 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağl amlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur.... Maddə
12. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada) 12.1. Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir....
21. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir..
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”:
3. İş stajını təsdiq edən sən əd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilən sənədlər olmadıqda əmək stajını sübutedici kimi həmkarlar ittifaqı üzvlük bileti və hesablaşma kitabçası qəbul edilə bilər. Bu halda hesablaşma kitabçası əmək haqqı verilməsi qeydi aparılan dövrü, həmkarlar ittifaqı bileti ilə orada əmək haqqından və ya təqaü ddən üzvlük haqqı verilməsi barədə qeydlər olan müddəti təsdiq edə bilər. Həmkarlar ittifaqı bileti olmadıqda staj həmkarlar ittifaqı üzvünün uçot kartı üzrə orada üzvlük haqqı verilməsi qeyd olunan müddət üzrə qəbul edilə bilər.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”:
1. Ümumi müddəalar 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.... 24. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kolleg iyasının 13 may 2022-ci il tarixli **********1 nömrəli Qərarı ilə ləğv edilmişdir): 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... 25. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin təl əbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Ma ddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə ba xılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetinin yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin halla rının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
33. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə uyğun olaraq İİİ dərəcə əlillik təyin edilmiş iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlərin birlikdə mövcud olması zəruridir: 1) “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsində göstərilən sosial sığorta stajına malik olması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi.
34. Hazırkı iş üzrə iddiaçının xx.xx.2020-ci il tarixdən İİİ dərəcə əlil olması və “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin tələblərinə əsasən tələb olunan 15 il 3 ay müddətindən daha çox sosial sığorta stajına malik olması işin mübahisələndirilməyən hallarıdır.
35. Cavabdeh sadəcə olaraq, iddiaçının xx.xx.2006-cı il tarixədək əmək kitabçasında qeyd edilən xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək “Kəpəz” kooperativində, xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək “Natiq” İdman klubunda işlədiyi dövrlər mübahisələndirir və həmin dövrlər in sosial sığorta stajına daxil edilməsinin mümkünsüzlüyünü, buna görə də tələb olunan pensiya kapitalının yetərli olmamasını qeyd edir.
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin mübahisələndirdiyi - iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək “Kəpəz” kooperativində, xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək “Natiq” İdman klubunda olan əmək fəaliyyətinə dair müddətlərlə bağlı iddiaçının əmək kitabçasının məlumatlarının mötəbərliyini qəbul etməkdə haqlı olmuşdur. Belə ki, həmin müəssisələrin sənədlərinin arxivə təhvil verilməməsi və onların müvafiq orqanlarda qeydiyyatdan keçməməsinə dair məlumatların əldə edilə bilməməsi iddiaçının əmək kitabçasındakı həmin dö vrlərə aid qeydlərin mötəbərliyini şübhə altına almağa əsas ola bilməz.
37. Cavabdehin imtina məktubuna və şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, iddiaçıya məxsus əmək kitabçalarında mübahisələndirilən dövr üzrə aparılan qeydlər – iddiaçının işə qəbul edilməsi, işdən azad edilməsi barədə qeydlər müəssisə rəhbərinin imzası və möhürü ilə müvafiq qaydada təsdiq edilmiş, həmin qeydlərin mötəbərliyini şübhə altına alacaq xüsusatlar aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi iddiaçının qazandığı iş stajına dair əmək kitabçasındakı qeydlərin mötəbərliyinə təsir etməli deyil.
38. Eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, mübahisələndirilən müəssisələrdən biri – “Natiq” idman klubu Azərbaycan Respublikasının statistik vahidlə rin Dövlət reyestrində 12 fevral 1997-ci il tarixdə qeydiyyata alınmış və həmin müəssisənin xx.xx.1996-ci il tarixdə 845 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı müəyyən edilmişdir.
39. Hazırkı qərarın 25-ci bəndində qeyd edilən normanın tələbinə əsasən, sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Hazırkı iş üzrə iddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.
40. Beləliklə, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.
41. Qərarın 24-cü bəndində qeyd olunan, iddiaçının əmək pensiyası hüququnun yarandığı vaxtda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur.
42. Beləliklə də, cavabdehin mübahisələndirdiyi dövrlər iddiaçının sosial sığorta stajına daxil edilməli olduğundan, iddiaçıya münasibətdə 2-ci şərt (fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi) də ödənilmiş olur. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubundan görünür ki, cavabdehin mübahisələndirdiyi dövrlər nəzərə alınmaqla iddiaçının əlilliyə görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2020ci il tarixə indeksləşdirilmiş məbləği 21277,77 manat təşkil edir və əlavə olaraq, onun xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində 8628,95 manat pensiya kapitalı qeydə alınmışdır.
43. Göründüyü kimi, cavabdehin mübahisələndirdiyi dövrlər iddiaçının sosial sığorta stajına daxil edildikdə, onun pensiya kapitalı tələb olunan 27000 manatdan artıq təşkil edir.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2023-cü il tarixli, 21(103)-559/2 023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.