Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1545/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X1 rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun iştirakı ilə, İddiaçı cavabdeh DSMF-nin Yasamal rayon şöbəsinə qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 18 dekabr 2018-ci il tarixli, 2-1(103)-2884/18 saylı qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikay ətinə əsasən işə 17 aprel 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Çernobıl AES-də qəzanın aradan qaldırılmasında iştirak etməklə ciddi şüalanmaya məruz qalmış və nəticədə ÇAES əlili olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.12.1991-ci il tarixli 577 saylı qərarına əsasən bütün Çernobıl əlilləri kimi, o da o vaxt işlədiyi müəssisədə əmək haqqının dördqat məbləği qədər mükafat almışdır. “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunun 83-cü maddəsinə əsasən həmin dördqat əmək haqqından ÇAES əlillərinə pensiya hesablanması nəzərdə tutulmuşdur. Bu halda ödənilmiş dördqat məbləği, Çernobıl AES-də olduğu günlərin sayına bölünərək 25.4-ə vurulmal ıdır. Alınan məbləğ pensiyanın aylıq əmək haqqı sayılır. Ona təyin edilmiş pensiya məbləğinin həmin əlilliyə görə aldığı mükafatlar əsasında əmək haqqına uyğun olaraq hesablanması barədə DSMFnin Yasamal rayon Şöbəsinə müraciət etmişdir. İddiaçı cavabdeh DSMF-nin Yasamal rayon şöbəsinə qarşı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.12.1991-ci il tarixli 12№-li qərarına əsasən Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı ödənilmiş 4 qat məbləğ və ÇAES-dəki işə görə əsas iş yerində saxlanılan əmək haqqından tam aylarda qazandığı gəlir toplanaraq ayların sayına bölünməklə alınan əmək haqqı nəzərə alınmaqla 01.01.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ba rədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 22.10.2018-ci il tarixli iş № 2-1(81)-4241/2018, (sədrlik edən hakim R.Rzayev) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 22.10.2018-ci il tarixli qərarının ləğv edilməsibarədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 18.12.2018-ci il tarixli iş № 21(103)2884/2018 (hakimlər K.Abiyeva - sədrlik edən və məruzəçi, M.Tağıyev və Ü.Mayılov) qərarı ilə birinci instansiya məhkəməsinin 22.10.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqlarının həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi 01 yanvar 2006-cı il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiyası hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 man at (il olaraq hesablanma) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabların sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Vətəndaş İddiaçı 01 yanvar 2006-cı ilədək 25 il sosial sığorta stajı nəzərə alınmaqla 175,96 manat pensiya hesablanmışdır. Əmək pensiyalarının hesablanması zamanı orta aylıq əmək haqqının tətbiqini nəzərdə tutan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsi 01 yanvar 2010-cu il tarixdən edilmiş dəyişikliklərə əsasən qanundan çıxarılıb. Qanundan da göründüyü kimi pensiya hesabatı zamanı 01 yanvar 2006-cı ilədək təqdim olunmuş heç bir əmək haqqından pensiya hesablana bilməz. Həmin Qanunun 25-ci maddəsinə əsasən, sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqların ın ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi qətnamə qəbul edərkən yuxarıda qeyd edilən halları araşdırmamış və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə almamışdır. Bununla yanaşı məhkəmə işin müəyyən olunmuş hallarını və qətnaməni formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir əhəmiyyətli sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Proses sual Məcəllənin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 81.1-ci maddəsinə görə, inzibati-iqtisadi məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apelyasiya qaydasında apelyasiya instansiyası məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları (bundan sonra apelyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi 18 dekabr 2018-cu il tarixli, 2-1(103)-2884/2018 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvv ədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməs ini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 18 dekabr 2018-ci il tarixli, 2-1(103)-2884/2018 saylı qərarla, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yananda Dövlət Sosial X1 rayon Şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə, “Əmək pensiyaları haqqında” Qanunun (27 oktyabr 2009-cu ilədək olan redaksiyası) 10.2 və 27-ci maddələrinə, həmin Qanunun (01 iyul 2017-ci ilədək olan redaksiyası) 31.1, 37.7-ci maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, iddianı təmin etməklə birinci instansiya m əhkəməsi düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla qərarın ləğvi üçün əsas deyil. Məhkəmə kollegiyası cavabdehin kasasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh kasasiya şikayətinin tərtib olunmasına formal və səthi yanaşmış, belə ki, kasasiya şikayətinin 2-ci səhifəsində yazılmış 1, 2, 3 və 4-cü abzaslar həmin səhifənin 6, 7, 8 və 9-cu abzaslarında sözbəsöz eyni ilə təkrar edilmişdir. Digər tərəfdən cavabdeh kasasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 25, 27.1, 27.2-ci maddələrinə istinadən bildirmişdir ki, “1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsi qətnamə qəbul edərkən yuxarıda qeyd edilən halları araşdırmamış və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini nəzərə almamışdır”. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh hesab edir ki, cavabdehin bu dəlili əsassızdır, belə ki, əvvəla bilinməlidir ki, İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən inzibati mübahisələr üzrə məhkəmə qətnaməsi deyil, məhkəmə qərarı qəbul olunur. Bununla yanaşı cavabdehin kasasiya şikayətindəki "Əmək pensiyaları haqqında" Qanunun yuxarıda sadaladığı maddələri işin halları sayıla bilməz, bunlar maddi hüquq normalarıdır və əgər cavabdehin qənaətinə görə onların pozulması baş vermişsə, o zaman işin konkret hansı hallarının həmin maddi hüquq normalarına uyğun gəlməməsi öz əksini tapmalıdır. Lakin cavabdehin kasasiya şikayətində bunlar yoxdur. Eyni zamanda xüsusi olaraq qeyd edilməlidir ki, cavabdehin kasasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 dekabr 2018-ci il tarixli, 2(103)-2884/2018 saylı qərarından verildiyi halda, kasasiya şikayətinin başlığında (1 səhifə) kasasiya şikayətinin Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 27 sentyabr 2017-ci il tarixli, 2-(103)-1731/2017 saylı qərarından verildiyi göstərilmişdir ki, bu da cavabdehin Ali Məhkəməyə təqdim edilən kasasiya şikayətinə formal yanaşmasının bariz təzahürüdür. Bundan başqa kasasiya şikayətində yalnız 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli, 2-1(81)-4241/18 saylı qərarından bəhs edilir və cavabdehin qənaətinə görə apelyasiya instansiyası məhkəməsinin hansı maddi və ya prosessual hüquq normalarının düzgün tətbiq edilməməsindən ümumiyyətlə danışılmır. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, ap elyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehin nümayəndəsinin iddiaçının adına açılmış pensiya işinə istinadən apelyasiya məhkəməsinə verdiyi izahatından aydın olur ki, 2008-ci ildə pensiya təyini məqsədləri üçün əmək haqqının hesablanmasına qoyulmuş məhdudiyyət götürüldükdən sonra, iddiaçının Çernobıl AES-də baş vermiş qəzanın aradan qaldırılmasında iştirak etmiş şəxs kimi olduğu, Azərbaycan Respublikası Nazirlər Sovetinin 20 dekabr 1990-cı il tarixli, 7 saylı qərarına əsasən tarif dərəcəsinin 4 qat məbləğində pul vəsaiti pensiyanın hesablanması zamanı nəzərə alınmamışdır. Hazırda isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 27-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək (01 yanvar 2006-cı il) qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığorta olunan bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun bu Qanunun müddəalarına uyğun şərti çevrilmə aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək (01 yanvar 2006-cı il) qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşir. Lakin apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (27 oktyabr 2009-cu ilədək olan redaksiyası) 27-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların f ərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 01 yanvar tarixinə qeydə alınır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 10.2-ci maddəsinə və 27-ci maddəsinə “Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununa dəyişiklik və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904-İİİQD nömrəli Qanunu”na müvafiq olaraq edilmiş dəyişiklik, 01 yanvar 2010-cu il tarixindən qüvvəyə minmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, cavabdeh inzibati orqan, "Əmək pensiyaları haqqinda" Qanuna 27 oktyabr 2009-cu il tarixli qanunla edilmiş və 01 yanvar 2010-cu il tarixindən qüvvəyə minmiş əlavə və dəyişikliklər əsasında iddiaçıya, onun almış olduğu vəsaiti nəzərə almadan pensiya hesablamaqla, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2002-ci il tarixli 781 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu haqqında Əsa snamə”nin 8.6.1-ci maddəsinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əmək pensiyalarının maliyyələşdirilməsini təmin etmək Fondun əsas vəzifələrindəndir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi doğru olaraq qeyd etmişdir ki, iddiaçının pensiyanın yenidən hesablanarkən yaranmış fərqin ödənilməsi tələbi ilə bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (01 iyul 2017-ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun (01 iyul 2017-ci ilədək olan redaksiyası) 37.7-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiya sının məbləği müddətindən asılı olmayaraq ödənilir. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçıya Azərbaycan Respublikası Nazirlər Sovetinin müvafiq qərarına əsasən 4 qat məbləğində pul vəsaitinin ödənilməsinin mübahisə doğurmamasını nəzərə alaraq, iddia tələbində, eləcə də birinci instansiya məhkəməsinin iş üzrə qərarında iddiaçıya sözügedən pul vəsaitinin ödənilməsinə əsas olmuş, Azərbaycan Respublikası Nazirlər Sovetinin qərarının tarixinin və sayının “20 dekabr 1990-cı il tarixli, 7 saylı” əvəzinə, “20 dekabr 1991-ci il tarixli 577 saylı” kimi göstərilməsini formal xəta kimi qiymətləndirir və hesab edir ki, bu hal birinci instansiya məhkəməsinin iş üzrə qərarının ləğv edilməsi üçün əsas ola bilməz. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 18 dekabr 2018-ci il tarixli, 2-1(103)-2884/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-1545/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1545/2019
17.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver