Məhkəmə qərarları › İş №2-1(102)-1545/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1545/2020

05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1545/2020 05.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmla kın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-757/2020 saylı, 10 mart 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 5 avqust 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: DƏDRX tərəfindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov prospektində istifadədə olan 0.0647 ha. torpaq sahəsində yerləşən 23 saylı, 3 mərtəbəli binada, 58 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı 14 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmla kın dövlət reyestrində 09.11.2006-cı il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının 349 saylı, 24 iyun 2009-cu il tarixli sərəncamı ilə Bakıxanov qəsəbəsi, S.Mehmandarov prospekti, 23 saylı evin 14 saylı mənzilinin “Ticarət obyekti” kimi istifadə olunmasına icazə verilmişdir. Cavabdeh tərəfindən 14.12.2006-cı il tarixdə tərtib edilmiş texniki pasporta əsasən ünvan 1 ünvanında yerləşən 14 saylı mənzilin sahibi iddiaçıdır. Mənzilin texniki göstəriciləri aşağıdakı kimidir: otaqların sayı – 3, ümumi sahə - 79.6 kv.metr, yaşayış sahəsi – 58.0 kv.metr, köməkçi sahə - 21.6 kv.metr, binanın həcmi – 5823.0 kub.m Mənzil ön giriş, 3 (üç) yaşayış otağı, hamam, tualet və mətbəxdən ibarətdir. Binanın (tikilinin) texniki təsvirinə dair ümumi məlumatlar aşağıdakı k imidir: binanın tikildiyi il – 1929, mərtəbələrin sayı – 3, mənzilin yerləşdiyi mərtəbə - 1, mənzillərin sayı – 18. “Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi” fəaliyyətini həyata keçirməyə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən lisenziya verilmiş “xxxx” MMC tərəfindən tərtib edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov prospekti 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair memarlıq planlaşdırmanın eskiz həllindən müəyyən edilir ki, sifarişçi İddiaçıdur. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 30.08.2019-cu il tarixli məktubda qeyd edilir ki, ünvan 3 ünvanında yerləşən 14 saylı mənzilin qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata al ınması ilə bağlı iddiaçının 07.08.2019-cu il tarixli ərizəsinə İdarədə baxılmışdır. Sözügedən ünvanda yerləşən mənzilə idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Həmçinin, sözügedən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçməsinə dair müvafiq icra hakimiyyətinin orqanın qərarı, qeyri-yaşayış sahəsinə dair istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı (istismarına icazə sənədi), müvafiq icra hakimiyyəti orqanı tərəfindən razılaşdırılmış layihə, qeyri-yaşayış sahəsinə keçirilmiş sahəyə dair bildiriş məktubu və texniki rəy sənədlər toplusuna əlavə edilməmişdir. İmtinanın maddi hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 7, 3.0.24, 11.1ci, Mənzil Məcəlləsinin 21.1 və 21.9-cu maddələrinə istinad e dilmişdir. İddiaçı 26 noyabr 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyətində olmaqla, ünvan 4 ünvanında yerləşən 14 nömrəli mənzilə dair 09.11.2006-cı ildə 204 saylı reyestr kitabının 21188 nömrəli vərəqində aparılmış qeydiyyatda düzəliş edilərək, həmin mənzilin qeyriyaşayış sahəsi kimi qeydiyyata alınması və dövlət reyestrindən yeni çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının qanuni mülkiyyətində olan Bakıxanov qəsəbəsi, S.Mehmandarov prospekti, 23 saylı evin 14 saylı mənzilinin ticarət obyekti kimi istifadə olunmasına Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyəti başçısının 349 saylı, 24 iyun 2009-cu il tarixli sərəncamı ilə icazə verilmişdir. Həmin mənzilə bitişik digər mənzillər də qeyri-yaşayış obyekti kimi istifadə edilir. ünvan 4, 14 saylı mənzilin qeyri-yaşayış obyekti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçı tərəfindən cavabdehə 07.08.2019-cu il tarixli ərizə ilə müraciət edilmişdir. Lakin cavabdeh inzibati orqanın 30.08.2019-cu il tarixli cavab məktubu ilə ərizənin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqanın imtina məktubunda qeyd edilən hallar ona görə əsassız hesab edilir ki, iddiaçının daşınmaz əmlakı üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan bütün sənədlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada ərizəyə əlavə edilməklə cavabdehə təqdim edilmişdir. İddianın maddi hüquqi əsası kimi “Daşınmaz əm lakın dövlət reyestri haqqında” Qanunun, 9.1, 10.2, 15-ci, Mülki Məcəllənin 139.1, 139.3-ci maddələrinə istinad edilmişdir. Cavabdehin iddiaya dair 30 avqust 2019-cu il tarixli etirazının məzmunu imtina məktubunun məzmunu ilə eyni olmuş, iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-1(82)-4244/2019 saylı iş) 26 dekabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçının xüsusi mülkiyyətində olmaqla, ünvan 4 ünvanında yerləşən 14 nömrəli mənzilə dair 09.11.2006-cı ildə 204 saylı reyestr kitabının 21188 nömrəli vərəqində aparılmış qeydiyyatda düzəliş edilərək, həmin mənzilin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması və dövlət reyestrindən yeni çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən 14 saylı mənzilin qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar iddiaçının ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının müvafiq daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X2-məruzəçi, X1 və X4, 2-1(103)-757/2020 saylı iş) 10 mart 2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli qərarı ləğv olunmuş, iş üzrə yeni qərar elan olunmaqla iddia rədd e dilmişdir. Apelyasiya instansiyası məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan mənzildə səlahiyyətli orqanın razılığı olmadan yenidənqurma və ya yenidən planlaşdırma işlərinin görülməsini, sahənin hazırki vəziyyətdə (otaqlar arasında ara divarın götürülməsi, ) istismarına icazə sənədinin olmamasını nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının 349 saylı, 24 iyun 2009-cu il tarixli sərəncamı müvafiq mənzilin qeyri yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi ilə tələb olunan mötəbər sənəd kimi qəbul edilə bilməz. İddiaçının mülkiyyətində olan mənzildən qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması ilə bağ lı qanunvericiliklə tələb olunan sənədlər cavabdehə təqdim olunmadığı üçün, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. İddiaçı 20 aprel 2020-ci il tarixdə qərarın surətini almış, 31 may 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: Sözügedən yaşayış sahəsi qeyri-yaşayış sahəsinə keçirilərkən daşınmaz əmlakın ümumi sahəsində hər hansı genişlənmə işləri görülməmiş, yükdaşıyan konstruksiyalara hər hansı müdaxilə olunmamış, yalnız iki otaq arasındakı sonradan bir qat qırmızı kərpiclə hörülmüş yükdaşıyan konstruksiya hesab olunmayan arakəsmə götürülmüşdür. Daha sonra Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyətinə müraciət edilərək yaşayış sahəsinin qey ri-yaşayış sahəsinə keçirilməsinə icazə verilməsi xahiş edilmişdir. İcra hakimiyyətinin mütəxəssisləri əraziyə gələrək daşınmaz əmlaka baxış keçirmiş, baxış zamanı yenidənqurma işləri aparıldığı müəyyən edilmədiyindən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilməsi barədə 24 iyun 2009-cu il tarixli 349 nömrəli sərəncam rəsmiləşdirilmişdir. Müvafiq daşınmaz əmlak binanın birinci mərtəbəsində yerləşir və birinci mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı qanunda hər hansı məhdudiyyət yoxdur. Birinci instansiya məhkəməsi öz qərarında yuxarıda qeyd olunanları nəzərə alaraq qanunvericiliyə uyğun qərar qəbul etmişdir. Apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən maddi hüquq normalarının tətbiqində konkret olaraq Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21 -ci maddəsinin (21.5, 21.6, 21.7, 21.8, 21.9) tətbiqində səhvə yol vermiş və qərarını düzgün əsaslandırmamışdır. Belə ki, yaşayış sahəsi qeyri-yaşayış sahəsinə keçirilərkən heç bir yenidənqurma işləri aparılmadığı halda məhkəmə müvafiq ünvanda ekspertiza keçirmədən, mütəxəssis rəyi almadan öz mülahizəsi əsasında bu qənaətə gəlmişdir. Məhkəmə prosesi zamanı tərəfimizdən şifahi olaraq sözügedən ünvanda ekspertiza keçirilməsinin zəruriliyi vurğulanmış, həmçinin cavabdeh orqan apellyasiya şikayətində müvafiq ekspertizanın keçirilməsini xahiş etmiş, lakin məhkəmə qeyd olunan vəsatətləri nəzərə almamış, eskiz layihə və texniki pasportu müqayisə edərək bu qənaətə gəlmişdir. Halbuki, müvafiq ekspertiza keçirilmədən və mütəxəssis rəyi alınmadan məhkəmənin vermiş olduğu qərar tam olaraq qanunsuz və əsassızdır. Sözügedən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsindən 10 il sonra həmin binada və mərtəbədə yerləşən və bizim mənzillə qonşu olan 1,2 və 8 nömrəli mənzillər də yalnız Sabunçu rayon İcra Hakimiyyətinin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçməsi barədə sərəncamları əsasında qeyri-yaşayış sahəsinə çevrilmiş və bizə verilmiş sərəncamla eyni məzmunlu sərəncam əsasında cavabdeh inzibati orqana müraciət edərək yaşayış sahələrinə qeyri-yaşayış sahəsi kimi çıxarışlar almışlar, (müvafiq çıxarışların surətləri qoşmaya əlavə edilmişdir) Qeyd olunan bu hal apellyasiya məhkəməsinin diqqətinə çatdırılsa da və müvafiq sorğuların verilməsi xahiş edilsə də məhkəmə buna münasibət bildirməmiş və heç bir araşdırma aparmamışdır. Göründüyü kimi cavabdeh orqan eyni iş lər üzrə əsassız olaraq fərqli qərarlar qəbul etmiş bununla da “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsində təsbit olunmuş bərabərlik prinsipinin şərtlərini kobud şəkildə pozmuşdur. Belə ki, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Şikayətin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 178.1, 178.2, Mənzil Məcəlləsinin 20.1, 21.1, 21.5,, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1, 2.2-ci maddələrinə istinad olunmuşdur. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı ünvan 4 ünvanında yerləşən 14 nömrəli mənzilə dair 9 noyabr 2006-cı ildə 204 saylı reyestr kitabının 21188 saylı vərəqində aparılmış qeydiyyatda düzəliş edilərək, mənzilin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması və dövlət reyestrindən yeni çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. Cavabdehə görə müvafiq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçməsinə dair hər hansı hüquqmüəyyənedici sənəd (müvafiq icra hakimiyyəti orqanının qərarı, istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı (istismarına icazə sənədi), qeyri-yaşayış sahəsinə keçirilmiş sahəyə dair bildiriş məktubu, texniki rəy və razılaşdırılmış eskiz layihəsi) təqdim edilməmişdir. Bu səbəbdən də, ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamışdır. İmtinanın əsası kimi Mənzil Məcəlləsinin 21-ci maddəsinə istinad edilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov prospektində istifadədə olan 0.0647 ha. torpaq sahəsində yerləşən 23 saylı, 3 mərtəbəli binada, 58 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı 14 nömrəli mənzil iddiaçının mülkiyyətindədir. İddiaçı mənzilin qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin 34 9 saylı 24 iyun 2009-cu ul tarixli sərəncamına istinad edir. Mənzil Məcəlləsinin 20.3-cü maddəsinə görə çoxmənzilli binalarda mənzillərin qeyriyaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin... İddiaçının mülkiyyətində olan mənzilin binanı birinci mərtəbəsində yerləşməsi mübahisə doğurmur. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qaydası Mənzil Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir. Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə görə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 21.2-ci maddə. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi bin anın mərtəbəli planı. 21.3-cü maddə. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. 21.4-cü maddə. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 21.5-ci maddə. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qə bul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. 21.6-cı maddə. Keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələb lər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. 21.7-ci maddə. Əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.8-ci maddə. Sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır. 21.9-cu m addə. Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.10-cu maddə. Keçirilmiş sahə yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilərk ən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunmalıdır. Apelyasiya instansiya məhkəməsinin qeyd etdiyi kimi, sadalanan maddi hüquq normalarının tələblərinə əsasən, müvafiq səlahiyyətli orqanın qərarı ilə yaşayış sahəsinin qeyri yaşayış sahəsinə keçirilməsi təsdiq edilir. Əgər keçirilən sahədə yenidənqurma və ya yenidən planlaşdırma işlərinin görülməsi tələb olunursa, sahənin keçirilməsinin təsdiq edilməsinə dair səlahiyyətli orqanın qərarında bu barədə göstərilməlidir. Yenidənqurma və ya yenidənplanlaşdırma işləri, başa çatdıqdan sonra sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təs diqlənməli, həmin orqan tərəfindən də dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyəti başçısının 349 saylı, 24 iyun 2009-cu il tarixli sərəncamının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakıxanov qəsəbəsi, S.Mehmandarov prospekti, 23 saylı evin 14 saylı mənzilinin “Ticarət obyekti” kimi istifadə olunmasına yalnız icazə verilmişdir. İddiaçının xüsusi mülkiyyətində olan mənzilin 2006-cı ildə tərtib edilmiş texniki pasportunun və “xxxx” MMC tərəfindən tərtib edilmiş “Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov prospekti 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin memarlıq planlaşdırmasının eskiz həlli”nin müqayisəli təhlilindən aydın olur ki, sözügedən mən zildən qeyri yaşayış sahəsi kimi istifadənin təmini məqsədləri üçün yenidənqurma işləri aparılmış, otaqlararası divar götürülmüş, mənzilə giriş dəyişdirilmiş, pəncərə qapı ilə əvəz edilmişdir. Buna baxmayaraq keçirilən sahədə (mənzildə) yenidənqurma və ya yenidən planlaşdırma işlərinin görülməsinə icazə verilməsinə dair səlahiyyətli orqanın qərarı, eləcə də həmin işlərin təsdiq edilməsinə dair sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı işin materiallarına əlavə edilməmişdir. Ən azından iddiaçı kasasiya şikayətində də bildirmişdir ki,...iki otaq arasındakı sonradan bir qat qırmızı kərpiclə hörülmüş, yükdaşıyan konstruksiya hesab olunmayan arakəsmə götürülmüşdür. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdud laşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuşdur. İddiaçı tələbinin əsası kimi qanunda nəzərdə tutulan əsas barədə cavabdehə mötəbər sübut, o cümlədən Mənzil Məcəlləsinin 21.6 və 21.9-cu maddəsində nəzərdə tutulan sənədləri təqdim etmədiyindən, məhkəmə kollegiyasının iclasında da belə sübuta malik olmadığını bildirdiyindən iddianın rədd edilməsi barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. İddiaçı şikayətində bildirmişdir ki, məhkəmə müvafiq ekspertiza keçirmədən eskiz layihə və texniki pasportu müqayisə edərək mənzildə yenidənqurma işlərinin aparıldığı qənaətinə gəlmişdir. Qanunvericiliyin tələbinə görə işə baxılarkən xüsusi bilik tələb olunan sualla rı izah etmək zərurəti yarandıqda ekspertiza təyin edilə bilər. İddiaçı özü eskiz layihənin düzgün tərtib edilməməsi ilə bağlı mübahisə açmamışdır. Hazırkı halda mənzilin əvvəlki texniki pasportu və hazırkı eskiz layihəsi mənzildə yenidən qurma işlərinin aparılmasını açıq-aşkar təsdiq edir. Mənzil Məcəlləsinin 23.1-ci maddəsində qeyd edilir ki, yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanita rtexniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. İddiaçının mənzildə ən azından mərtəbələrarası arakəsmələrin əvəz edilməsi və yerinin dəyişdirilməsi işlərini görməsi mübahisə doğurmadığından ekspertiza təyin edilməsinə zərurət olmamışdır. Ayrı-ayrı şəxslərin mülkiyyətində olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə icra hakimiyyəti orqanının oxşar qərarı əsasında həmin şəxslərin qeyriyaşayış sahəsinə hüquqlarının dövlət qeydiyyatına alınması barədə şikayətin dəlili ilə bağlı qeyd edilir ki, bu barədə şikayətə əlavə edilən sənədlər iddianın predmeti ilə bağlı, habelə birinci və apelyasiya instansiya məhkəmələrində müzakirə predmeti olmadığından şikayətin dəlili əsaslı sayıla bilməz. Apelyasiya instansiyası məhkəmə si işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Novruz oğlunun kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-757/2020 saylı, 10 mart 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar