Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1545/2021 11.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xətai rayon Xidmət Nümayəndəliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili İlkin Alızadənin iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şə xsin Xətai rayon Xidmət nümayəndəliyinə qarşı əvvəlki illər üzrə müavinətin hesablanıb ödənilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-762/2021 nömrəli iş üzrə 03.05.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 11 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı cavabdehin imtina məktubunun qanunsuz hesab edilməsi və 01.01.2006-cı ildən sonra ona ödənilməli məbləğin hesablanıb birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1992-ci ildə könüllü olaraq hərbi xidmətə getmiş, 703 saylı döyüşən ordunun tərkibində Tər-Tər, Ağdərə uğrunda gedən döyüşlərdə iştirak etmiş, müharibə iştirakçısı və “müharibə veteranı” adını qazanmışdır. Lakin, həmin döyüşlərdə iştirakını təsdiq edən sənədi məhkəmə vasitəsi ilə pozulmuş hüquqlarını 2018- ci ilin sentyabr ayında bərpa etdirib, 14 noyabr 2018-ci ildə “müharibə veteranı” vəsiqəsini almışdır. Vəsiqəsini aldıqdan sonra 2019-cu ilin yanvar ayında tələb olunan sənədləri toplayıb DSMF-nin Xətai rayon şöbəsinə yazılı ərizə ilə müraciət edərək sosial müavinətini 01.01.2006-cı ildən təyin edilib ödənilməsini xahiş etmişdir. 11 yanva r 2019-cu ildə şöbə tərəfindən ünvanlanmış **********7 saylı cavab məktubunda şöbə müavinətlər haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsaslanaraq müavinətin 14.11.2018-ci il tarixdən edilib ödəniləcəyini bildirmiş, Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2006 tarixli 55 İİİ Q saylı Fərmanı ilə təsdiq edilmiş “Sosial müavinətlər” haqqında Qanunun maddələrini təhrif edərək, onun hüquqlarını pozmuşdur.
3. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsi (dəyişdirilməsi) barədə ərizə təqdim edərək, DSMF-nin Xətai rayon şöbəsinin üzərinə ona 14.11.2015-ci il tarixdən 14.11.2018-ci il tarixədək olan dövr üçün müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin ödəni lməsi öhdəliyinin qoyulması barədə qərarın çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
4. Birinci instansiya məhkəməsinin 19.11.2020-ci il tarixli, 2-1(112)6377/2020 nömrəli (sədrlik edən hakim Nəriman Abıyev) qərarı ilə iddianın təmin edilməsi, iddiaçıya 14.11.2015-ci il tarixdən 14.11.2018-ci il tarixədək müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin hesablanıb ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsinin Xətai rayon Xidmət Nümayəndəliyinin üzərinə qoyulması qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1, 3.1, 9.1-ci maddələr ini, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 2, 3-cü maddəsinin 1-ci hissəsini və 7-ci maddələrini rəhbər tutaraq belə hesab etmişdir ki, iddiaçının iddiası qanuni və əsaslıdır.
6. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 19.11.2020-ci il tarixli, 2-1(112)-6377/2020 nömrəli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.05.2021-ci il tarixli, 2-1(103)-762/2021 nömrəli (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Aida Hüseyn) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 19.11.2020-ci il tarixli, 2-1(112)-6377 /2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 3.1, 4.0.1, 5, 7.0.6, 9.1-ci maddələrinə, eləcə də birinci instansiya məhkəməsinin istinad etdiyi maddi hüquq normalara əsaslanaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
9. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. İddiaçıya müharibə veteranı vəsiqəsi 14.11.2018-ci il tarixində verildiy indən həmin tarixdən də müavinət ödənilməlidir.
10. Cavabdeh öz mövqeyinin hüququ əsası kimi “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci, “Veteranlar haqqında” Qanunun 3, 7, 12-ci maddələrinə, İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9-cu maddələrinə istinad etmişdir.
11. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin X1 03.05.2021-ci il tarixli, 2-1(103)-762/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili İ.Alızadə kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək b ildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 03.05.2021-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
14. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
15. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal ba xımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
17. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 03.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcə lləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
19. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
20. Cavabdehin kasasiya şikayətində əsas dəlili ondan i barətdir ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. İddiaçıya müharibə veteranı vəsiqəsi 14.11.2018-ci il tarixində verildiyindən həmin tarixdən də müavinət ödənilməlidir.
21. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 23. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun müddəalarına müvafiq olaraq veteran vəsiqəsi veteranlıq statusunu təsdiq edən sənəddir.
24. Müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin və Əsasnamənin Silahlı Qüvvələrə tətbiqinə dair Müdafiə Nazirinin 4 saylı 06 yanvar 1998-ci il Əmri ilə təsdiq edilmiş ‘Təlimat’ın tələblərinə uyğun olaraq verilir.
25. Azərbaycan Respublikası “Sosial müavinətlər haqqında” Qanununun 1.0.1-ci maddəsinə görə, sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrıayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir.
26. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşl arı bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər.
27. Həmin Qanunun 4.0.1.6-cı maddəsində qeyd olunmuşdur ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə aylıq müavinətlər ödənilir.
28. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir.
29. Həmin Qanunun 10-1.5-ci maddəsinə görə keçmiş müddət üçü n alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq ödənilir.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.05.2021-ci il tarixli, 2-1(103)-762/2021 nömrəli qərarında gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir.
31. Qərarda göstərilən normanın məzmunundan aydın olur ki, aylıq müavinətlər onun almaq hüququnun yarandığı gündən, lakin “Sosial müavinətlər haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra təyin edilir və ən çoxu müraciət edilməzdən əvvəlki 3 il üçün ödənilir. Belə olan halda, hazırkı iş üzrə cavabdehin “iddiaçının sosial müavinət alması hüququnun onun veteran vəsiqəsinin aldığı vaxtdan yaranması” ilə bağlı mövqeyi əsassızdır.
32. Belə ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etdiyinə görə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 14.11.2018-ci il tarixli M/V seriyalı 084867 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. “Sosial müavinətlər haqqında” Qanun isə 01.01.2006-cı il tarixindən qüvvəyə minmişdir. Odur ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən iddiaçının müraciət etməzdən əvvəlki 3 il üçün ona təyin olunmuş müavinəti tələb etmək hüququ vardır.
33. Bu səbəbdən də Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək qanuni və ədalətli qərar qəbul etmişdir.
34. Bütün yuxar ıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 03.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.05.2021-ci il tarixli, 21(103)-762/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.