Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1545/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək kitabçasında qeyd olunan iş illərinin sosial sığorta stajına daxil edilməsi; pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (Ş/V: xx.xx.1956-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Resp ublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2021-ci il tarixli, 2-1(103)-1146/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ВЧ seriyalı 055501 nömrəli hərbi biletin surətinə əsasən iddiaçı xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilədək həqiqi hərbi xidmətdə olmuşdur.
2. İT-İ seriyalı 002532 nömrəli əmək kitabçasının surətinə əsasən, iddiaçı xx.xx.1977-cü ildən xx.xx.2013-cü il tarixədək müxtəlif vəzifələrdə işləmişdir. 3. "xxxx" MMC tərəfindən verilmiş x x.xx.2021-ci il tarixli 01 nömrəli arayışda qeyd olunmuşdur ki, iddiaçı həqiqətən 21 fevral 1990 - 01 iyul 1996-cı illər ərzində Yekaterinburq (keçmiş Sverdlovsk) vilayət təsərrüfat hesablı “Qayğı” (Забота) müəssisəsinin "xxxx" (Бодрость) filialında direktor müavini vəzifəsində işləmişdir. 28 oktyabr 1996-cı ildən - 01 aprel 2006-cı ilədək "xxxx" (Бодрость Filialının bazasında yaranmış "xxxx" firmasında direktor müavini 2003-cü ildən isə baş mühasib vəzifəsində işləmişdir. İddiaçı hal–hazırda "xxxx" firmasının bazasında yaranmış (xx.xx.2013-cü il) "xxxx" MMC-də baş mühasib vəzifəsində işləyir.
4. İddiaçı cavabdehə müraciət edərək ona hesablanmış əmək pensiyasında dəqiqləşdirmə apararaq, 1992-2006-cı illər nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanaraq, yaranmış fərqin birdəfəlik ö dənilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətinə imtina cavabı ünvanlayaraq bildirmişdir ki, ona avtomatlaşdırılmış qaydada pensiya təyinat edilərkən 25 il 0 ay sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış 11.546,29 pensiya sığorta kapitalı nəzərə alınmışdır. "xxxx" MMC-də işlədiyi dövrün (1992-2006) arxiv sənədləri saxlanmaması səbəbindən yoxlamaq mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq aylıq pensiyanın məbləği dəyişmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək xx.xx.1992-xx.xx.2006-cı illərdə işlədiyi dövrlərin nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması vəzi fəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, əmək fəaliyyətinə birbaşa təyinatla 3 avqust 1977-ci tarixindən “Azərbaycan MeyvəTərəvəz Sənaye” Birliyinin MəlumatHesablama Mərkəzində ekspeditor kimi başlamışdır. Daha sonra xx.xx.1977-xx.xx.1979cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Əmək stajının davamı olaraq xx.xx.1979xx.xx.1990-cı illərdə Azərbaycan X1-Azərbaycan Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyi və Azərbaycan Dövlət Aqrar Sənaye Komitəsində fasiləsiz olaraq müxtəlif vəzifələrdə çalışmışdır. xx.xx.1990-xx.xx.1996-cı illərdə Yekaterinburq (keçmiş Sverdlovsk) vilayət təsərrüfat hesablı “Qayğı” (Забота) müəssisəsinin "xxxx" (Бодрость) filialında direktor müavini vəzifəsində işləmişdir. xx.xx.1996-xx.xx.2013- cü illərdə "xxxx" Firmasında direktor müavini icraçı direktor, xx.xx.2013-cü ildən hal-hazıradək isə "xxxx" MMC-də baş mühasib vəzifəsində çalışır. "xxxx" MMC “Gümrahlıq firmasının əvəzinə yaranmışdır. Əmək pensiyası hesablanması üçün 1973-2006-cı illərə əmək stajı ümumi 33 il təşkil edir. Lakin cavabdeh əmək pensiyası hesablayan zaman 1992-2006-cı illəri əmək stajına daxil etməmişdir. Həmin illərin nəzərə alınması üçün əmək kitabçasındakı qeydləri təqdim etdikdə cavabdeh qanunsuz olaraq həmin illərə əmək haqqı cədvəllərin tələb etmişdir. Əmək kitabçasında işlədiyi bütün dövrlər qurumların rəsmi möhürləri ilə təsdiqlənmişdir. 1992-2006-cı illərə tələb olunan əmək haqqı cədvəlləri saxlanmasa da "xxxx" MMC-nin rəhbərliyi onun həqiqətən (1992-1996-cı illərdə də "xxxx" (Бодрость)-filialinda, 1996-2013cü illərdə isə "xxxx" firmasında) işləməyini rəsmən təsdiq edir. Bütün bunlarla bağlı rəsmi müraciətini cavabdeh əsassız olaraq qiymətləndirməmiş və əmək pensiyasını 1992-2006cı illər (14 il) nəzərə alınmadan hesablamışdır.
7. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim etmişdir. Etirazın dəlillərinə görə, iddiaçının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi illərə dair əmrlər kitabı və əmək haqqı cədvəlləri mövcud olmadığından həmin illərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanmasının mümkün olmaması təşkil edir. Belə ki, iş materiallarında olan İT ******* nömrəli xx.xx.1977-ci il tarixli əmək kitabçasının surətindən məlum olur ki, iddiaçı xx.xx.1977-xx.xx.1977, xx.xx.1979xx.xx.1980, xx.xx.1980-xx.xx.1986, xx.xx.1986- xx.xx.19 88, xx.xx.1988- xx.xx.1989, xx.xx.1990-xx.xx.1992, xx.xx.1992-xx.xx.1996, xx.xx.1996-xx.xx.2000, xx.xx.2002xx.xx.2002, xx.xx.2003-xx.xx.2013-cü il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş 14 iyun 2021-ci il tarixli qarşılıqlı yoxlama aktına əsasən iddiaçının xx.xx.1992-xx.xx.2006-cı il tarixlərdə "xxxx" MMC-də işlədiyi dövrlərə dair arxiv sənədləri "xxxx" MMC-də qarşılıqlı yoxlama zamanı aşkar edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2011-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları”nın 5.1-ci bəndinə əsasən 2017- ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının baza və sığorta hissələrinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsi hesab edilir. İddiaçı xx.xx.1992xx.xx.2006-cı il tarixlərdə "xxxx" MMC-də işləməsinə dair əlavə sübutları (işə daxil olma və işdən azad olunma barədə əmr, əmək haqqı cədvəlləri və s.) təqdim edərək iş stajını təsdiq edə bilmədiyi üçün onun müraciətinə cavabdeh inzibati orqan tərəfindən haqlı olaraq imtina cavabı verilmişdir..
8. Bakı İnzibati Məhkəməsinin 2 dekabr 2021-ci il tarixli, 2-1(112)-12126/2021 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmiş, iddiaçının xx.xx.1992-xx.xx.2006-cı illərdə "xxxx" (Бодрость) müəssisəsində işlədiyi dövrlərin ümumi iş stajı kimi nəzərə alınaraq, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öh dəliyi cavabdehə həvalə edilmişdir.
9. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67, 69-cu maddələrinə, Əmək Məcəlləsinin 87.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1, 3-cü bəndlərinə, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 21.1, 31.2-1-ci maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci, İPM-nin 14.3, 73.1-ci maddələrinə istinad etməklə hesab etmişdir ki, mübahisələndirilən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və id dia tələbinin rədd olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2022-ci il tarixli, 21(103)-1146/2022 nömrəli qərarı ilə (hakimlər A.Oruczadə - sədrlik edən və məruzəçi, X.Cəmilova və M.Tağızadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmişdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdehin kassasiya şikayəti mahiyyətcə, imtina məktubu, etiraz ərizəsi, eləcə də apellyasiya şikayəti ilə eyni məzmundadır. Cavabdeh kassasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2022-ci il tarixli, 2-1(103)-1146/2022 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunl a nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxs lərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
17. Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdı r. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 19. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərd ən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində mü vafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında veril miş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, y uxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.
26. Hazırkı mübahisə mahiyyət etibarı ilə iddiaçının 1992-2006-cı illərdə işlədiyi dövrü nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması ilə bağlıdır
27. Kassasiya şikayətinin təkrarlanan dəlili ondan ibarətdir ki, iddiaçı xx.xx.1992xx.xx.2006-cı il tarixlərdə "xxxx" MMC-də işlədiyi dövrlərə dair arxiv sənədləri qarşılıqlı yoxlama zamanı aşkar edilmədi.
28. Bununla bağlı qeyd etmək lazımdır ki, mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının həmin dövrlərdəki əmək fəaliyyəti əmək kitabçası ilə təsdiq olunur. İddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məh kəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə haqlı olaraq iddiaçının əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirmişdir.
29. Belə ki, hazırkı qərarın 17-18-ci bəndlərində istinad olunan normaların müddəaları baxımından iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbə r hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Cavabdeh isə iddiaçının iş stajını təsdiq edən əlavə sübutlar tələb edərək, qeyd olunan normanın tələbini pozmuşdur.
30. Bundan əlavə, iş illərinə dair əmək kitabçasında aparılmış qeydlər barədə məlumatların cavabdeh tərəfindən qarşılıqlı yoxlanılmasının və həmin illər üzrə iş stajının düzgünlüyünün araşdırılmasının mümkün olmaması, həmin qeydlə rlə bağlı müvafiq sənədlərin arxivə təhvil verilməməsi iddiaçının məsuliyyət sferasına aid edilə və onun sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz.
31. Məhkəmə kollegiyası mübahisəyə dair işin faktiki hallarından və tətbiq edilməli olan normaların təfsirindən, eləcə də müəyyən olunmuş halların həmin normalara əsasən qiymətləndirilməsindən çıxış edərək hesab edir ki, əmək kitabçasında qeyd edilmiş mübahisələndirilən əmək fəaliyyəti dövrləri iş stajı kimi nəzərə alınmalı və iddiaçının sosial sığorta stajına hesablanmalıdır.
32. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
33. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2022-ci il tarixli, 21(103)-1146/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.