Məhkəmə qərarları › İş №2-1(102)-1545/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1545/2023

28.09.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1545/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Nizami rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 10 mart 2023-cü il tarixli, 2-1(103)-523/2023 saylı qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Hazırkı iddiaçının mərhum əri X1 və digərlərinə məxsus olmuş, “Bakı Metropoliteni”nin “Əzizbəyov” (indiki Koroğlu) metrostansiyasının yaxınlığında yerləşən ticarət obyektləri Azərbaycan Respublikası Prezidentinin 1255 saylı, 1 fevral 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş «Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2005-2007-ci illər üçün Tədbirlər Planı»nın müddəalarının icrası ilə bağlı sökülmüşdür. Bakı şəhər İcra Hakimiyyətinin 20 fevral 2009-cu il tarixli, 77 nömrəli sərəncamı ilə cavabdehə obyektləri sökülmüş sahibkarlara onlara məxsus olmuş əvvəlki obyektlərin ölçüləri saxlanılmaqla itirilmiş iş yerlərinin bərpası, daha doğrusu torpaq sahələrinin ayrılması tapşırılmışdır. Həmin sərəncama əsasən Cavabdeh tərəfindən qəbul edilmiş 27 fevral 2009-cu il tarixli, 93 nömrəli sərəncamla 22 nəfər sahibkara, o cümlədən iddiaçıya torpaq sahəsi ayrılmışdır. Sərəncamda iddiaçıya ayrılmış torpaq sahəsində 25 kv.metr sahəsi olan obyektin tikintisi üçün müvafiq sənədlərin toplanması və təsdiq olunması üçün tədbirlər görülməsi iddiaçıya həvalə olunmuşdur. Sonradan Bakı şəhər İcra Hakimiyyətinin 12 mart 2012-ci il tarixli, 113 nömrəli sərəncamı ilə 20 fevral 2009-cu il tarixli, 77 nömrəli sərəncam ləğv edilmişdir.

2. İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin 12 mart 2012-ci il tarixli, 113 nömrəli sərəncamını mübahisələndirmiş, məhkəmə tərəfindən həmin sərəncam ləğv olunmuş və məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə mür aciət edərək, 27 fevral 2009-cu il tarixli, 93 nömrəli sərəncamın icrası ilə bağlı cavabdehin hərəkətsizliyi, eləcə də ona maneə yaradılması nəticəsində vurulmuş ziyanın əvəzi olaraq 200.000 manat maddi və 200.000 manat mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.

4. İddia belə əsaslandırılmışdır ki, İddiaçı uzun müddət “Koroğlu” (keçmiş M.Əzizbəyov) metrostansiyasının çıxışında yerləşən qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Söküntü ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 1255 saylı, 1 fevral 2006-cı il tarixli sərəncamının icra edilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 20 fevral 2009-cu il tarixli, 77 saylı sərəncam qəbul edilmiş və bu sərəncama əsasən “Əzizbəyov” (Koroğlu) metrostansiyası ərazisində f əaliyyət göstərmiş qeyri-yaşayış obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərti ilə sahibkarlara itirilmiş iş yerlərinin bərpa edilməsi rayon icra hakimiyyətinə tapşırılmışdır. Həmin sərəncama uyğun olaraq Bakı şəhəri Nizami RİH tərəfindən qəbul edilmiş 27 fevral 2009-cu il tarixli, 93 saylı sərəncamda 22 nəfər sahibkara Nizami rayonunda əvvəlki iş yerlərini bərpa etmək üçün 8 ünvanda torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur. Həmin sərəncama əsasən iddiaçıya yeni ünvanda 25 kv.m obyektin tikintisi üçün müvafıq sənədlərin toplanması və təsdiq olunması işləri həvalə edilmişdir. Bu işləri yekunlaşdırdığı ərəfədə Bakı ŞİH başçısı tərəfindən naməlum səbəbdən yuxarıda adıçəkilən sərəncam ləğv edilmişdir. İddiaçı bu halla razılaşmadığından, hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdi r. Onun iddiasına məhkəmə qaydasında baxılaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən iddia təmin olunmuş və ləğv edilmiş sərəncamın bərpası barədə qərar çıxarılmışdır. Beləliklə, Bakı ŞİH başçısının 20 fevral 2009-cu il tarixli,77 nömrəli sərəncamı öz hüquqi qüvvəsini bərpa etmişdir. Məhkəmə qərarları icra olunmadığından, onun (hazırkı iddiaçının) şikayəti əsasında qaldırılan məsələyə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli, 761 nömrəli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının göstərişinə əsasən Bakı ŞİH-in Apellyasiya Şurasında baxılmış və 30 aprel 2018-ci il tarixli, 1 nömrəli Qərarla Azərbaycan Respublikası Ali Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsini n qərarlarının icrası ilə bağlı müvafıq tədbirlərin həyata keçirilməsi Bakı şəhəri Nizami RİH-ə həvalə edilmişdir. Lakin, cavabdeh Azərbaycan Respublikası Prezidentinin 1255 saylı, 1 fevral 2006-cı il tarixli Sərəncamını, Bakı ŞİHin 77 saylı, 20 fevral 2009-cu il tarixli sərəncamını, dövlət orqanları tərəfindən verilən rəsmi rəyləri, çoxlu sayda qüvvədə olan məhkəmə qərarlarını, Azərbaycan Respublikası Prezidenti tərəfindən yaradılmış Apellyasiya Şurasının qərarlarını, hətta RİH-in özünün verdiyi 93 saylı, 27 fevral 2009cu il tarixli sərəncamı nəzərə almamışdır. Azərbaycan Respublikası Prezidentinin sözügedən köçürülmə işi ilə əlaqədar 1 fevral tarixli 1255 saylı Sərəncamı imzalandığı gündən qüvvəyə minib və indiyədək öz qüvvəsini saxlayır. Bu Sərəncamı icra etmək Bakı şəhəri Nizami RİH- in və bütün dövlət təşkilatlarının, eləcə də orda çalışan bütün məmurların birbaşa vəzifə borclarıdır. Beləliklə, iddiaçı bir sahibkar olaraq 14 ildir ki, bütün qanuni sənədlərin əldə olunmasına baxmayaraq, Bakı şəhəri Nizami RİH-in maneə yaradan hərəkətlərindən dövlət tərəfindən ayrılmış torpaq sahəsində öz sahibkarlıq fəaliyyətini bərpa edə bilməmişdir. Bakı şəhəri Nizami RİH yenə də heç bir qərara, qayda-qanuna məhəl qoymayaraq, məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyə zidd olaraq, qətnamənin icrasını təmin etməkdən boyun qaçırır. Bakı şəhəri Nizami RİH qətnamənin icrasını təmin etmək məsuliyyətini öz üzərindən yayındırmağa çalışır. Belə ki, Sərəncamda qeyd edilən sahə Bakı şəhəri Nizami RİH-in balansındadır və sərəncam da həmin orqan tərəfindən verilmişdir. Göründüyü kimi, iddiaçıya əmlakının sökülməsindən başlayaraq əmlak hüquqlarının kobud şəkildə pozulması dərin zərbə vurmuşdur. O, artıq 14 ildir ki, məhkəmələrə, icra hakimiyyəti və digər icra orqanlarına müraciət etməklə vaxt itirir. Məhkəmə mübahisələrinin onun xeyrinə yekunlaşdığı və müvafiq torpaq sahəsinin ona veriləcəyini gözlədiyi halda, belə hərəkətlər törətməklə ona mənəvi zərər vurulub və vurulmaqda davam edir. İddiaçının illərlə məhkəmələrdə, məhkəmə icraçılarının qəbulunda, Ədliyyə Nazirliyinin qəbul otağında, rayon və şəhər İcra Hakimiyyətlərinin inzibati binasında və s. çəkdiyi əziyyət və xərclərdən başqa, yekunda qətnamənin icrasına da maneçilik törədilmişdir. Beləliklə, Bakı şəhəri Nizami RİH öz sərəncamına zidd olaraq hərəkət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəl ləsinin 20.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına əsaslanaraq, məhkəmədən cavabdeh Bakı şəhəri Nizami RİH-dən ona (iddiaçıya) vurulmuş maddi ziyana görə 200.000 manat, mənəvi zərərə görə isə 200.000 manat pulun ödənilməsi barədə qərar çıxarılması xahiş olunur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı məhkəməyə təqdim olunmuş etirazda qeyd edilmişdir ki, qeyri-yaşayış sahələrinin tikintisi üçün Bakı ŞİH başçısı 20 fevral 2009-cu il tarixli, 77 saylı sərəncam qəbul edərək Bakı şəhəri Nizami RİH-ə aidiyyəti üzrə torpaq sahəsinin ayrılmasını tapşırmışdır. RİH göstərilən sərəncamın icra sını təmin etmək məqsədilə 27 fevral 2009cu il tarixli, 93 saylı sərəncamla rayonun müxtəlif ünvanlarında nəzərdə tutulan məqsəd üçün torpaq sahələri ayrılmışdır. Sonradan Bakı ŞİH başçısı 12 mart 2012-ci il tarixli, 113 saylı sərəncamı ilə özünün yuxarıda göstərilən sərəncamını ləğv etmişdir. Həmin sərəncam ləğv edildikdən sonra, Bakı şəhəri Nizami RİH başçısının 27 fevral 2009-cu il tarixli, 93 saylı sərəncamı öz qüvvəsini itirmiş hesab edilmişdir. Əlavə olaraq qeyd edilir ki, həmin müddətdə və hazırda torpaq sahələrinin ayrılmasına dair müstəqil sərəncam vermək rayon İcra Hakimiyyəti başçısının səlahiyyətinə aid olmamışdır. Azərbaycan Respublikası Prezidentinin «Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» 1 avqust 2018-ci il tarixl i, 226 nömrəli Fərmanı ilə Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlərinə aid edilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1240/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı (hakim R. Kərimli) ilə iddia tələbi təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqan Bakı şəhəri Nizami RİH-in 1 yanvar 2001-ci il tarixdən sonra torpaq ayırmaq səlahiyyəti olmadığından, habelə 27 fevral 2009-cu il tarixli, 93 nömrəli sərəncamın qəbulundan sonra cavabdehin hər hansı hərəkəti və ya hərəkətsizliyi zəruri olmadığından, cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə icraatında öz təsdiqini tapmır.

8. Yuxarıda qeyd olunan hərəkət və ya hərəkətsizlik mövcud olmaqla hüquqa zidd qiymətləndirilsə belə, iddiaçının tələb etdiyi 200.000 manat maddi ziyan məbləğinin nədə – real zərər, əldən çıxmış fayda və s. formada ifadə olunduğu müəyyən edilmir və bu tələb əsaslı sayıla bilməz.

9. Həmçinin qeyd olunan hal mövcud olduğu təqdirdə, iddiaçıya 200.000 manat mənəvi zərərin vurulması, yəni iztirab və sarsıntı keçirilməsi ilə bağlı hər hansı sübut təqdim edilmədiyindən, iddia həmin tələb hissəsində də təmin olunmamalıdır.

10. İddiaçı apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Ap elyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-523/2023 nömrəli (hakimlər M.Tağızadə - sədrlik edən və məruzəçi, K.Əkbərov və R.Səmədov) qərarı ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1240/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı qismən ləğv edilmiş, ləğv edilən hissədə yeni qərar qəbul edilmiş, iddia tələbi “cavabdeh Bakı şəhər Nizami RİH-dən iddiaçıya vurulmuş mənəvi zərərə görə 200.000 manat pulun ödənilməsi” hissəsində qismən təmin edilmiş, Bakı şəhəri Cavabdehndən 5000 (beş min) manat tutularaq İddiaçı ödənilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

12. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbinin “cavabdeh Bakı şəhər Nizami RİH tərəfindən iddiaçıya vurulmuş “mənəvi ziyana görə 200.000 manat pulun ödənilməsi” hissəsinə münasibətdə birinci instansiya məhkəməsi yanlış nəticəyə gəlmişdir. Belə ki, iddiaçıya məxsus obyektin dövlət ehtiyacları üçün sökülmüş olması və əvəzində kompensasiya ödənilməmiş olması işin mübahisəsiz halıdır. Baxmayaraq ki, söküntü ilə əlaqədar vurulmuş maddi ziyanın məbləğini müəyyən etmək mümkün olmamışdır, bu iddiaçıya məxsus obyektin dövlət ehtiyacları üçün sökülmüş olması və əvəzinin ödənilməmiş olması faktını aradan qaldırmır. Buna müvafiq olaraq məhkəmə kollegiyası işin sadalanan hallarını, o cümlədən iddiaçının cavabdehin qanunsuz hərəkətləri (müdaxilələri) nəticəsində qanunla qorunan hüquqlarını həyata keçirə bilmədiyini və buna görə uzun zaman mülkiyyət hüquqlarının həyata keçirilməsində məhdudiy yətlərə məruz qaldığını, bu illər ərzində gedən məhkəmə mübahisələri ilə bağlı onun mənəvi iztirab və sarsıntı keçirdiyinin istisna olunmadığını, həmin mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlılığını nəzərə alaraq mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə 5000 manat pulun tutulmasını ağlabatan və ədalətli hesab edir.

13. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın tam təmin olunmasını xahiş etmişdir.

14. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayəti iddia tələbinə qarşı etirazın məzmunu ilə eynidir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, apelyasiya i nstansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır.

16. İddiaçının kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun tərtib olunmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “İnzibati icraat haqqında” Qanun Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkə məyə şikayət verə bilər.

19. Mülki Məcəllə Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Maddə

157. Mülkiyyətin müdafiəsi 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublika sının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə

246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sa həsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.5. bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir. 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanları nın, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. 21. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun Maddə

1. Əsas anlayışlar 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur: 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan ist ifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; (-); 1.1.5. alınan torpaq-bu Qanunun 19-cu maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün alınması barədə müvafiq qərar qəbul edilmiş torpaq; 1.1.6. kompensasiya-bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz; 1.1.7. siyahıya alınma tarixi-bu Qanunun 11-ci maddəsinə müvafiq olaraq kompen sasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarix; (-). Maddə

3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. Maddə

4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əs asında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə

5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; M addə

23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qala n şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; Maddə

58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək ə hatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 22. “Qiymətləndirmə haqqında” Qanun Maddə

7. Qiymətləndirmənin nəticələri haqqında hesabat Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Maddə

8. Qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır.

23. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi” 2.0. Xidmətin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.8. daşınmaz əmlakın, o cümlədən torpaqların, tikililərin, binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış və bağ evlərinin, habelə özəlləşdirilən müəssisələrin qi ymətləndirilməsini təşkil etmək; 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.22. mülkiyyət növündən asılı olmayaraq, daşınmaz əmlakın qiymətləndirilməsini təşkil etmək və bu sahədə nəzarəti həyata keçirmək;

24. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.4. daşınmaz əmlakın, o cümlədən torpaqların, tikililərin, binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış və bağ evlərinin, habelə müəssisələrin qiymətləndirilməsini təşkil edir. 3.0. Bu Əsasnamə ilə müəy yən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmət aşağıdakı vəzifələri yerinə yetirir: 3.0.25. mülkiyyət növündən asılı olmayaraq daşınmaz əmlakın qiymətləndirilməsini təşkil etmək, daşınmaz əmlakın qiymətləndirilməsini (dövlət müəssisə və obyektləri istisna olmaqla) və bu sahədə nəzarəti həyata keçirmək, daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində qiymətləndiricilərin fəaliyyətinə nəzarət etmək;

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarı Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.

26. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008ci il tarixli qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş ve rməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

27. İnzibati Prosessual Məcəllə Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayətləri mümkündür. Şikayətlər vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.

29. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini t ənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

31. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

32. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyindən çıxış edərək məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının kas sasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini, cavabdehin kassasiya şikayətinin dəlilləri isə iddiaya qarşı etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətlərin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apelyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mö təbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

34. Apelyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir və bu səbəbdən məhkəmə kollegiyası, apelyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

35. Məhkəmə kollegiyasınin qənaətinə görə, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün və mübahisəyə dair işin müəyyən olunmuş hallarına uyğundur. Odur ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayətlər təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilmir. Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 10 mart 2023-cü il tarixli, 21(103)-523/2023 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar