Məhkəmə qərarları › İş №2-1(102)-1545/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1545/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1545/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1951-ci il) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzr ə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2023-cü il tarixli, 2-1(104)-602/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1970-xx.xx.1972-ci illərdə hərbi xidmətdə olmuş, xx.xx.1967xx.xx.1969, xx.xx.1972-xx.xx.1976, xx.xx.1976-xx.xx.1982, xx.xx.1982-xx.xx.1983, xx.xx.1984-xx.xx.1989, xx.xx.1989-xx.xx.1997-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur.

2. Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2014-cü il tarixli, 05 nömrəli arayışına əsasən iddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" ASC-də şüşəüfürən vəzifəsində işləmişdir.

3. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitə sinin xx.xx.2016-cı il tarixli 10/06-İ-04-439 nömrəli arayışdan qeyd edilmişdir ki, Azərbaycan Respublikası Kommunal Təsərrüfatı Nazirliyinin İstehsalat və Təchizat İdarəsinin Kirovabad İstehsalat sexində xx.xx.1972-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək və Azərbaycan Respublikası Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin İstehsalat və Komplekləşdirmə İdarəsinin Kirovabad İstehsalat sexində xx.xx.1982-ci il tarixindən xx.xx.1983-cü il tarixədək işlədiyi “şüşə məmulatlarını üfürməklə hazırlayan fəhlə (şüşəçi)” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 15-ci bəndinin “bütün növ şüşə və şüşə məmulatları istehsalı” 15-ci yarımbəndinə daxildir.

4. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, təqdim olunan sənədlərdə qeyd olunan məlumatlara əsasən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (5 il 1 ay 15 gün (xx.xx.1972-xx.xx.1976 və xx.xx.1982-xx.xx.1983)) təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası K.T.N-nin “İstehsalat və təc hizat” İdarəsinin Kirovabad İstehsalat Sexində xx.xx.1972-ci il tarixdən xx.xx.1976-cı ilədək, xx.xx.1976-cı ildən xx.xx.1982-ci ilədək Aztok, Reklam Kirovabad filialında Azərbaycan Respublikası MKTN-nin “İstehsalat və komlektləşdirmə” İdarəsinin Kirovabad İstehsalat Sexində xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü ilədək şüşə məmulatların üfürməklə (civə ilə) hazırlayan fəhlə, xx.xx.1989-cu il tarixdən xx.xx.1997-ci ilədək "xxxx" ASC-də civə ilə şüşə üfürən vəzifəsində işləmişdir. Hal-hazırda təqaüd alır, ancaq bu işlədikləri illər düzgün qiymətləndirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə o güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malikdir. O, hazırki tələblə cavabdehə müraciət etsə də, müraciətinin təmin edil məsindən imtina etmişdir

7. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun yazılı etiraz verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" ASC-də şüşəüfürən vəzifəsində işlədiyini iddia edir. Həmin dövrlərdə iddiaçının 6 il 7 ay əmək fəaliyyəti dövrü "xxxx" ASC tərəfindən verilmiş arayış “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına uyğun olmadığından güzəşti iş stajı dövrü kimi qəbul edilməmişdir. Bundan başqa iddiaçının mübahisəsiz güzəştli iş stajı 5 il 1 ay 15 gün və mübahisəli güzəştli iş stajı 6 il 7 aydır. Göründüyü kimi mübahisəsiz dövr nəzərə alındıqda iddiaçının güzəştli iş stajı 11 il 8 ay 15 gün təşkil edir ki, bu da qanunla nəzərdə tutulan 12 il 6 aydan azdır.

8. Gəncə İnzibati Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2-1(114)-1131/2023 nömrəli qərarı ilə (hakim E. Axundov) iddia təmin edilərək, iddiaçıya hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

9. Məhkəmə iddiaçının "xxxx" ASC-də işlədiyi “şüşəüfürən” vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə olubolmaması ilə bağlı qeyd etmişdir ki, mübahisəli dövrlə bağlı arayışın Qaydaya uyğun tərtib edilməməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsini xx.xx.2016-cı il tarixli 10/06-İ-04-439 nömrəli arayışdan da görünür ki, id diaçının "xxxx" ASC-də işlədiyi “şüşəüfürən” vəzifəsinin iş xüsusiyyətləri sonuncunun Azərbaycan Respublikası Kommunal Təsərrüfatı Nazirliyinin İstehsalat və Təchizat İdarəsinin Kirovabad İstehsalat sexi və Azərbaycan Respublikası Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin İstehsalat və Komplekləşdirmə İdarəsinin Kirovabad İstehsalat sexində işlədiyi “şüşə məmulatlarını üfürməklə hazırlayan fəhlə (şüşəçi)” vəzifəsi ilə funksional eynilik təşkil edir və bu səbəbdən də iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına daxil edilməlidir. Məhkəmə əlavə olaraq cavabdehin etirazın qeyd etdiyi "xxxx" ASC-də xx.xx.1989-cu il tarixdən xx.xx.1997-ci il tarixədək şüşəüfürən vəzifəsində işlədiyi illərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına daxi l edilsə belə iddiaçının güzəştli iş stajının 11 il 8 ay 15 gün, yəni qanunla nəzərdə tutulan 12 il 6 aydan az olması” ilə bağlı qeyd etmişdir ki, etirazda xx.xx.1989-cu il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrün 6 il 7 ay olması qeyd edilsə də, bu düzgün deyil, belə ki, həmin dövr 7 il 7 ay təşkil edir ki, həmin dövrün də güzəştli iş stajı kimi nəzərə alınması iddiaçının güzəştli iş stajı qanunla nəzərdə tutulan tələbi ödəyir. Bununla yanaşı məhkəmə qeyd edir ki, “şüşəüfürən” vəzifəsinin arayışın düzgün tərtib edilməməsi səbəbindən xx.xx.1989-cu il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrün dövrün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına daxil edilməməsi hüququn hamılıqla qəbul edilmiş bərabərlik və ədalətlilik prinsiplərinə ziddir.

10. Cavabdeh həm in qərardan apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2023-cü il tarixli, 2-1(104)-602/2023 nömrəli qərarı ilə (hakimlər: A.İsgəndərova - sədrlik edən və məruzəçi, A.Bayramov və R.Mamedov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 15 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, hazırki tələb üzrə iddiaçının əmək fəaliyyəti və bu fəaliyyətdən yaranan əmək stajı əsasən 2006-cı ilə qədər olan dövrü əhatə edir. Habelə, şəxsə güz əştli şərtlərlə pensiya hüququ verən iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" ASC-də güzəştli şərtlərlə işlədiyi illər “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun hüquqi qüvvəsi olduğu dövrə aiddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınma sı üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmiş, cavabdeh tərəfindən də bu halı təsdiq edə b ilən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir.

13. Bundan başqa, işəgötürən tərəfindən verilmiş arayış məhkəmə icraatı zamanı dəqiqləşdirilmiş, "xxxx" ASC-nin direktoru tərəfindən verilmiş 22 noyabr 2023-cü il tarixli, 0306-M-005/2023 nömrəli məktubda İddiaçı əmək kitabçasında qeyd olunanlara əsasən onun vəzifəsinin Azərbaycan Respublikası NK-nin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərar ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 15-ci bəndinin “bütün növ şüşə və şüşə məmulatları istehsalı” 15.1-ci yarımbəndinə daxil olması qeyd edilmişdir. Arxiv məlumatlarının təqdim edilməməsi iddiaçının ziyanına şərh olunmamalı, sonuncunun hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdı r.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”mn Yüngül sənaye bölməsinin (26) toxuculuq sənayesi bəndinin (26.1) fəhlələr yarımbəndində darama-toxuma avadanlığının operatorları vəzifəsi nəzərdə tutulmuşdur. 28 aprel 2022-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əm ək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 4.1.20-ci bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Qeyd olunan maddi hüquq normaları pozulmuşdur. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 15 avqust 1972-ci il tarixli əm ək kitabçasının surətinə və AR-nın Dövlət Şəhərsalma və Arxitektura Komitəsini xx.xx.2016-cı il tarixli 10/06-1-04-439 nömrəli arayışa əsasən 5 il 1 ay 15 gün güzəştli iş stajı vardır. İddiaçının təqdim etdiyi AR-nın Dövlət Şəhərsalma və Arxitektura Komitəsini xx.xx.2016-cı il tarixli 10/06-1-04-439 nömrəli arayışa əsasən iddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1976-cı il tarixədək AR Kommunal Təsərrüfatı Nazirliyinin İstehsalat və Təchizat İdarəsinin sexində və xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək AR Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin İstehsalat və Komplektləşdirmə İdarəsinin Kirovabad İstehsalat sexində “şüşə məmulatların üfürməklə hazırlayan fəhlə” vəzifəsində işləmişdir. İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" ASC-də şüşəüfürən vəzifəsində işlədiyini iddia edir. Həmin dövrlərdə iddiaçının 7 il 7 ay əmək fəaliyyəti dövrü "xxxx" ASC tərəfindən verilmiş arayış “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əm ək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növü nə keçirilməsi və ödənilməsi Qaydaları»na uyğun olmadığından güzəşti iş stajı dövrü kimi qəbul edilməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 18. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq ol unan 2 nömrəli siyahısı üzrə: kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa... Qeyd: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən, həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” 21900000 XVİİİ. Şüşə istehsalatı, k eramik, çini və saxsı məmulatlar istehsalı. 2190100a—18856 şüşə üfürücüləri

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”

15. Şüşə istehsalatı, keramik, çini və saxsı məmulatların istehsalı 15.1. Bütün növ şüşə və şüşə məmulatları istehsalı fəhlələr: yanlıqdüzəldənlər şüşə məmulatlarını üfürməklə hazırlayan fəhlələr (şüşəçi)

21. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xid məti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.

1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul ed ə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

22. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQE Yİ

25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

26. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla b ağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

30. İddiaçının hüququ yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tələblərinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün 2006cı il yanvarın 1-dək iddiaçının ən azı 25 il ümumi sığorta stajına malik olması və həmin stajın ən azı 12 il 6 ayini güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən 2 nömrəli siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplanması şərtlərinin ödənilməsi tələb olunur.

31. İşin araşdırılmış hallarına görə iddiaçının hərbi xidmət və əmək kitabçasında əks olunan dövrlər nəzərə alındıqda onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən çox olması müəyyən olunur və bu cavabdeh tərəfindən də mübahisələndirilmir. Bundan əlavə cavabdeh iddiaçının 5 il 1 ay 15 gün güzəştli stajını da qəbul edir.

32. Hazırkı iş üzrə cavabdeh iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" ASC-də şüşəüfürən vəzifəsində güzəştli şərtlərlə işlədiyi illəri mübahisələndirir.

33. İşdən görünür ki, iddiaçının həmin dövr ər zində Azərticarəttexnika” ASC-də 4-cü dərəcəli şüşəüfürən vəzifəsində işləməsi ona məxsus əmək kitabçasında qeyd edilmiş və işəgötürənin möhürü və səlahiyyətli şəxsin imzası ilə təsdiqlənmişdir.

34. Bundan əlavə iddiaçıya həmin dövr ərzində "xxxx" ASC-də şüşəüfürən vəzifəsində işləməsinə dair xx.xx.2014-cı il tarixdə arayış təqdim edilmiş, həmçinin apellyasiya məhkəməsinin sorğusuna əsasən "xxxx" ASC-nin direktoru tərəfindən verilmiş 22 noyabr 2023-cü il tarixli, 0306-M-005/2023 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, iddiaçının vəzifəsi Azərbaycan Respublikası NK-nin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərar ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 15-ci bəndinin “bütün növ şüşə və şüşə məmulatları istehsalı” 15.1-ci yarımbəndinə daxildir.

35. Belə olan halda, iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" ASC-də şüşəüfürən vəzifəsində işlədiyi müddətin onun stajına əlavə edildikdə onun tələb olunan 12 il 6 ay xüsusi stajı yaranır.

36. Beləliklə, yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin iddiaçıya münasibətdə ödənildiyi işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə sübuta yetirildiyindən, məhkəmə kollegiyası eyni əsasları təkrarlamağı lüzumsuz hesab edir.

37. Bu səbəbdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təmin at hüququnun pozulmasına səbəb olmuşdur.

38. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

39. Apellyasiya instansiyası məhkəməsinin qərarı hazırki qərarın 17-21(a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Odur ki, kassasiya şikayətin əsassız olduğundan təmin edilməməli, şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2023-cü il tarixli, 2-1(104)-602/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar