Məhkəmə qərarları › İş №2-1(102)-1546/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1546/2021

19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1546/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünsüzlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin nümayəndəsi X1 və cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ya nında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-520/2021 nömrəli, 09 fevral 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 18.03.2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən 4583 manat məbləğində “vergilərin hesablanması barədə” qərarının ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı öz nizamnaməsi əsasında fəaliyyət göstərən hüquqi şəx s olmaqla əhaliyə müxtəlif növ xidmətlər göstərməklə kommersiya fəaliyyəti ilə məşğul olan təsərrüfat subyekti olub. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 32B ünvanında yerləşən qeyri-yaşayış binası (avtomobillərə texniki xidmət məntəqəsi) “Afina-Q" MMC-nin xüsusi mülkiyyətində olmuş, 29.04.2017-ci ildə Xətai rayon İcra Hakimiyyəti tərəfindən sökülmüşdür. Əmlakın dağılması ilə bərabər bütün fəaliyyət infrastrukturu da ləğv edildiyindən, iddiaçının hər hansı fəaliyyət növü ilə məşğul olması mümkünsüz olmuşdur. Bundan sonra, müəssisə fəaliyyət göstərməmiş və ləğv edilməsi barədə vergi orqanına müraciət olunmuşdur. Bakı şəhəri Lokal Gəlirlər Departamentinin müvafiq qərarı ilə iddiaçıya əsassız olaraq 4583 manat məbləğində borc hesablanmışdır. Halbuki bundan qabaq, yəni 17.05.2018-ci il tarixli **********443900 saylı məktubla ‘‘Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında“ xəbərdarlıq iddiaçının ünvanına daxil olmuş və müəyyən edilmişdir ki, “Afina-Q" MMC-nin 16.05.2018ci il tarixə dövlət büdcəsinə 4309.0 manat, o cümlədən: vergilər üzrə 3266.23 manat, faizlər üzrə 1042.77 manat borcu vardır və 10 gün müddətində ödəniş edilməlidir. Bu hesablanma ilə bağlı məhkəməyə verilmiş iddiadan sonra cavabdeh orqan tərəfindən yenidən araşdırılma aparılacağı bildirilsə də, sonradan iddiaçının şəxsi hesab vərəqəsinə yenidən borc hesablanmış və bu borcun artaraq 4583 manat olması müəyyən edilmişdir. Cəmiyyətə məxsus avtomobillərə texniki xidmət məntəqəsi qismində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 32B ünvanında yerləşən qeyri-yaşayış obyekti üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin Xətai rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya məxsus əmlak söküldüyü üçün 2017-ci ilin aprel ayından İddiaçı MMC-nin fəaliyyəti dayandırılmış, bununla əlaqədar heç bir gəliri olmamış və maliyyə əməliyyatları aparılmamışdır.

3. Sonradan iddiaçının qanuni təmsilçisi məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən “Hesablanmış vergilərin xülasəsi barədə” 25 dekabr 2018-ci il tarixli **********524700 saylı qərarın və 22 avqust 2017-ci il tarixli **********-394900 saylı qərarın ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddia ərizəsinə əlavədə qeyd edilmişdir ki, iş materiallarından və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin məzmunundan müəyyən edilir ki, Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 25 dekabr 2018-ci il tarixli, **********524700 saylı “Hesablanmış vergilərin xülasəsi barədə” müvafiq qərarı ilə İddiaçı MMC-yə 4098.37 manat məbləğində borc hesablanmış, həmin borcun 2016-cı vergi ili üçün hesablanması bildirilmişdir. Bundan əlavə, İddiaçı MMC-yə Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 22 avqust 2017-ci il tarixli **********394900 saylı “Hesablanmış vergilərin xülasəsi barədə” müvafiq qərarı ilə 2996 manat məbləğində borc hesablanmış, bu borc isə 2017-ci ilin vergi borcu olaraq hesablanmışdır. İddia ərizəsində qeyd edildiyi kimi, cəmiyyətə məxsus avtomobillərə texniki xidmət məntəqəsi qismində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 32B ünvanında yerləşən qeyri-yaşayış obyekti üzərində iddi açının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, lakin Xətai rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya məxsus əmlak söküldüyü üçün 2017-ci ilin aprel ayından İddiaçı MMC-nin fəaliyyəti dayandırılmış, bununla əlaqədar heç bir gəliri olmamış və maliyyə əməliyyatları aparılmamışdır. İcarə yerləri ilə müqavilə münasibətlərinə xitam verildiyindən iddiaçı tərəf hər hansı gəlir əldə etməmiş və 2016-cı il üçün isə vergilərin ödənilməsi təmin edilmişdir. 5. 03.05.2019-cu il tarixdə cavabdeh vəsatət təqdim edərək, iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2-1(82)1633/2019 saylı qərarı ilə (hakim: X.İ manov) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin «Vergilərin hesablanması barədə» 25 dekabr 2018-ci il tarixli, **********524700 saylı qərarının ləğv edilməsi qərara alınmışdır.

7. Həmin məhkəmənin eyni tarixli qərardadı ilə (hakim: X.İmanov) iddia “22.08.2017ci il tarixli, **********-394900 saylı qərarın ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş qərardan iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş müddəti ötürdükdən sonra iddia ərizəsi ilə məhkəməyə şikayət verdiyindən iddia həmin hissədə mümkün sayıla bilməz.

9. İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 21(82)-1633/2019 saylı qərardadından, cavabdeh isə eyni tarixli qərardan apelyasiya şikayəti vermişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1220/2020 nömrəli iş üzrə 11 iyun 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən: A.Ə.Hüseyn, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2-1(82)-1633/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmşdır.

12. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Azərbaycan Respubl ikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)2159/2020 nömrəli iş üzrə 04 noyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: Z.M.Quliyev, hakimlər: R.S.Nəbizadə və İ.Ə.Şəfiyev) iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1220/2020 nömrəli iş üzrə 11 iyun 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan və mübahisələndirilən qərarlar elektron imza ilə təsdiq edilmədiyindən və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərarlar iddiaçıya çatdırılmamış hesab edilməlidir. Bundan başqa, 2017-ci təqvim ili başa çatmadığı halda cavabdeh tərəfindən 2017-ci ilin mə nfəət vergisinin bəyannaməsinin kameral yoxlanılması mümkün deyil. Kollegiya hesab edir ki, 2017-ci təqvim ili başa çatmadan həmin il üçün mənfəət vergisinin bəyannaməsinin təqdim edilməsi və təqdim edilmiş bəyannamənin kameral yoxlanılması o zaman mümkün olur ki, cavabdeh təqvim ili başa çatmadan həmin il ərzində sahibkarlıq fəaliyyətini müvəqqəti dayandırmış olsun. Lakin apelyasiya instansiyası yuxarıda qeyd olunan halları araşdırmamışdır. b) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

15. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-520/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: V.M.Məmmədov və N.Ş.Cəfərov) iddiaçının apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 n oyabr 2019-cu il tarixli, 2-1(82)-1633/2019 saylı qərardadı ləğv edilmiş, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.

16. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan və mübahisələndirilən qərarlar elektron imza ilə təsdiq edilmədiyindən və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından, iddiaçı tərəfindən hansı qaydada və hansı tarixdə həmin qərarın alınması araşdırılmalı və iddiaçının məhkəməyə müraciət edildiyi tarix nəzərə alınmaqla birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüklə bağlı şərtinə qiymət verilməlidir.

17. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAH ATLARİ a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə İnzibati Prosessual Məcəllənin tələblərinə cavab vermir. Belə ki, kassasiya instansiyası işi təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən həmin məhkəməyə bir sıra göstərişlər vermişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə təkrar baxılması zamanı Ali Məhkəmənin göstərişləri nəzərə alınmamış və hər hansı araşdırma aparmadan iddiaçı tərəfindən cavabdehin qərarının mübahisələndirilməsinin mümkünlüyünün araşdırılması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: 2

0. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər.

21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və y a qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 81.1.İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları ( tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hall arda şikayət vermək hüququna malikdirlər. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş şi kayət üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.

24. İPM-in 35.3-cü maddəsinin məzmunundan göründüyü kimi, iddianın mümkün sayılmaması barədə qərardaddan şikayət verilə bilər.

25. Yuxarıda (bu Qərarın 18-ci bəndində) istinad edilən normaların əlaqəli təhlili bu qənaətə gəlməyə əsas verir ki, məhkəmə qərardadlarından o halda şikayət verilə bilər ki, onların müstəqil mübahisələndirilməsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş olsun. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmamasına dair qərardadını ləğv edərək, işin baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul etmişdir. Bu qərardadlardan şikayət verilməsi İPM-in müvafiq normalarına ə sasən istisna edilir.

26. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayıla bilməz.

27. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-520/2021 nömrəli, 09 fevral 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar