Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1546/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi qaraja texniki pasportun verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı X4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “X15” Şirkəti) “texniki pasportun verilməsi” tələb inə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-71/2022 nömrəli, 4 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 14 avqust 2008-ci il tarixdə verilmiş Daşınmaz Əmlakın Texniki Pasportuna əsasən Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 276 saylı məktəbin yanında yerləşən daş qaraj vətəndaş X6 məxsus olmuşdur.
2. Qarajın yerləşdiyi ərazidə aparılan abadlıq-quruculuq işləri çərçivəsində qarajın sökülməsi ilə əlaqədar olaraq Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şosesi, 2-ci kilometr 4 ünvanında yenidən tikintisinə icazə verilmişdir.
3. Binəqədi Rayon İcra H akimiyyəti başçısının 115 nömrəli 13 aprel 2018-ci il tarixli sərəncamında göstərilmişdir: “1.X1 Binəqədi rayonu,. Ə.Naxçıvani küçəsi, 276 saylı məktəbin yanında yerləşən daş qarajın rayon ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində sökülməsi ilə əlaqədar Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şosesi, 2-ci kilometr 4 ünvanında yenidən tikintisinə icazə verilsin.
2. X1 Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şosesi, 2-ci kilometr 4 ünvanında tikintisi nəzərdə tutulan qarajın təqdim edilən layihəsi ("xxxx" MMC) təsdiq edilsin.
3. Tikinti işləri aparılarkən sahədə aşkar olunmamış mühəndis kommunikasiya xətləri qeydə alınarsa, aidiyyəti təşkilatlarla razılaşdırmaqla onların sahədən köçürülməsi X1 vəsaiti hesabına həyata keçirilsin.
4. Tikinti işləri aparılarkən ətraf ə razinin sanitar-texniki normalara uyğun olaraq təmiz və yanğından mühafizə qaydalarına riayət edilməklə saxlanılması, qonşuluqda yaşayan sakinlərdə narazılıqlar yaradılmaması və tikinti işləri başa çatdıqdan sonra müvafiq sənədləşdirmə işlərinin aparılması vətəndaş X7 tapşırılsın.”
4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şosesi, 2-ci kilometr 4 ünvanda yerləşən 318.9 kv.m qeyri-yaşayış binası (yanacaqdoldurma məntəqəsinin əmlakı) X8 və X3 paylı mülkiyyətlərindədir. Çıxarışa əsasən, 0.03907 ha torpaq sahəsi üzərində mülkiyyət növü dövlət mülkiyyəti, hüququn növü istifadə hüququ kimi qeydiyyata alınmışdır.
5. Cavabdeh iddiaçının müraciətınə 15 noyabr 2019-cu il tari xli məktubla cavab verərək bildirmişdir ki, təqdim olunmuş layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur, belə ki, layihə daxilində rekonstruksiya işləri aparılmış və perimetrik ölçü, konfiqurasiya fərqi mövcuddur. Həmçinin, torpaq sahəsi və üzərində inşa edilmiş qeyriyaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bununla yanaşı, elektron kadastr baza məlumatına əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olduğu müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı 20 dekabr 2019-çu il tarixdə cavabdehə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şosesi, 2-ci kilometr 4 ünvanında inşa etdiyi hündürlüyü 5 metr, sahəsi 90,24 kv.m təşkil edən birmərtəbəli qaraja texniki pasportun tərtib olunması və verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
7. İddianın əsaslarına görə, cavabdehin texniki pasport verməkdən imtinası əsassız və qanunsuzdur. Cavabdeh qarajın layihəsi ilə faktiki vəziyyəti arasında uyğunsuzluq olduğunu göstərsə də, bu uyğunsuzluğun nədən ibarət olduğunu əsaslandırmayıb. Əslində, qarajın layihəsi ilə faktiki vəziyyəti arasında heç bir uyğunsuzluq mövcud deyil.
8. Cavabdehin torpaq sahəsi və üzərində inşa edilmiş qeyri-yaşayış binasına dair hüquqmüəyyənedici sənədlər təqdim olunmaması barədə bəhanəsi də əsassızdır. Bakı şəhəri Binəqədi rayonu Naxçıvani küçəsi 276 saylı orta məktəbin yanında iddiaçıya məxsus daş qaraj mövcud olub. 14 avqust 2008-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi həmin qaraja texniki pasport vermişdi. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 23 saylı 19 yanvar 2011-ci il tarixli qərarı və 206 saylı 23 may 2012-ci il tarixli sərəncamı ilə iddiaçının qarajının yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarsı Mübarizə İdarəsinə ayrılıb, bu səbəbdən iddiaçının qarajı da daxil olmaqla həmin torpaq sahəsində inşa edilmiş bütün qarajlar sökülüb. Buna görə də Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 115 saylı 13 aprel 2018-ci il tarixli sərəncamı ilə sökülmüş qarajın əv əzinə iddiaçıya Binəqədi rayonu Biləcəri qəsəbəsi Sumqayıt şosesi 2-ci kilometr 4 ünvanda yeni qaraj inşa etməsi üçün torpaq sahəsi ayrılıb, qarajın eskiz layihəsi təsdiq edilib. Həmin eskiz layihəsində iddiaçının tikəcəyi birmərtəbəli qarajın hündürlüyü 5 metr, sahəsi 9,6m.x 9,4m.= 90,24 kv.m. nəzərdə tutulub. İddiaçı hüquqmüəyyənedici sənəd olan Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 115 saylı 13 aprel 2018-ci il tarixli sərəncamını və eskiz layihəni 7 noyabr 2019-cu il tarixli ərizəsinə əlavə edib. 9. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 115 saylı 13 aprel 2018-ci il tarixli sərəncamı tikintiyə hüquqmüəyyənedici sənəd hesab olunur.
10. Cavabdehin guya iddiaçının inşa etdiyi qarajın Azərbayca n Respublikası Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olması barədə bəhanəsi də əsassızdır. Cavabdeh nəzərə almayıb ki, iddiaçının qarajı inşa etdiyi Binəqədi rayonu Biləcəri qəsəbəsi Sumqayıt şosesi 2-ci kilometr ərazinin hər tərəfi yaşayış evləri ilə məskundur. İddiaçının qarajı yaşayış sahələrinin içərisində, evlərin arasında yerləşir. Həmin ərazinin Azərbaycan Respublikası Neft Şirkətinə heç bir aidiyyəti yoxdur.
11. Cavabdehin müvafiq icra hakimiyyəti orqanının tikintinin inşa edilməsinə icazə barədə qərarının və istismara qəbul aktının təqdim olunmaması ilə bağlı bəhanəsi də əsassız və qanunsuzdur. Cavabdeh nəzərə almayıb ki, iddiaçının layihədə nəzərdə tutduğu ölçülərdə qaraj tikintisi üçün müvafiq icra orqanlarından icazə alması qüvvədə olan qanunvericilikdə nəzərdə tu tulmayıb. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 79.1.1-ci maddəsinə görə, hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan birmərtəbəli yardımçı tikililərin tikintisinə icazə tələb olunmur. İddiaçının tikdiyi yardımçı tikili hesab olunan birmərtəbəli qarajın hündürlüyü 5 metr, sahəsi isə 90,24 kv.m. təşkil edir. Digər tərəfdən Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 115 saylı 13 aprel 2018-ci il tarixli sərəncamının 1-ci bəndində qarajın tikintisinə icazə verilib. İddiaçıya torpaq sahəsi sökülmüş qarajının yerləşdiyi torpaq sahəsinin əvəzinə ayrılıb. Sökülmüş qaraja görə isə iddiaçıya hər hansı kompensasiya və yeni qaraj tikintisi üçün çəkəcəyi xərclər də ödənilməyib. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində tikintisinə icazə tələb olunmayan tikinti obyektləri, o cümlədən qarajlar üçün tikinti obyektinin istismarına icazə nəzərdə tutulmayıb. Cavabdehin etirazları:
12. Cavabdeh iddiaya dair yazılı etirazını imtina məktubuna uyğun əsaslandırmış, əlavə olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8, 10.2-ci, “Torpaq islahatı haqqında” Qanununun 6.2-ci və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46- cı, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4-cü, 48.3-cü, 74.1ci, 101.2-ci, 102.1-ci maddəsinə, “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 1 avqust 2018-ci il tarixli 226 nömrəli Fərmanının birinci bəndinə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası”na istinad edilmişdir.
13. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “X15” şirkəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1062/2020 nömrəli, 26 noyabr 2020-ci il tarixli qərarı ilə (hakim E.Ə.Əliyev) iddia təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şosesi, 2-ci kilometr 4 ünvanda inşa edilən hündürlüyü 5 metr, sahəsi 90,24 kv.m. təşkil ed ən birmərtəbəli qaraja iddiaçının adına texniki pasportun tərtib olunması və verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmuşdur.
15. Məhkəmə hesab etmişdir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin X3 Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 276 saylı məktəbin yanında yerləşən daş qarajın rayon ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində sökülməsi ilə əlaqədar Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şosesi, 2-ci kilometr 4 ünvanında yenidən tikintisinə icazə verildiyindən və həmin qeyri-yaşayış sahəsinin layihəsinin təsdiq edildiyindən, iddiaçının istifadəsində olan torpaq sahəsinin üzərində mövcud olan və hazırkı iddia ilə texniki pasportun verilməsi tələb olunan tikili onun tikintisinə (istismarına) icazə tələb olunmayan tikili hesab edildiyindən, cavabdeh inzib ati orqan texniki pasportun tərtibini istisna edən halların mövcudluğunu sübut edə bilməmiş, formal mülahizələrə istinad edərək, heç bir qanuni əsas gətirmədən məsələnin həllindən imtina etmişdir.
16. Cavabdeh və üçüncü şəxs “X15” Şirkəti həmin qərardan ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
17. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti qərarı mübahisələndirməmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Bakı Apellyasiya Məhkəməsinin 2-1 (103)-851/2021 saylı, 26 may 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
19. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə daxil olmuş 22 noyabr 2021-ci il tarixli, 10/3635 nömrəli ekspert rəyinə görə: - iddiaçı X9 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şosesi, 2-ci kilometr 4 ünvanında inşa edilən qarajın yerləşdiyi torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 156 №-li sərəncamı ilə Binəqədi rayonu, Sumqayıt şosesində, Biləcəri qəsəbəsinin şimal-qərb hissəsində yanacaqdoldurma məntəqəsinin layihələndirilməsi və tikintisi üçün ayrılmış torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyəti Memarlı və Şəhərsalma Baş İdarəsinin Şəhər Ərazisinin tikinti Planlaşdırma İdarəsi tərəfindən xx.xx.1994-cü il tarixdə təsdiq edilmiş 9381 №-li inşaat pasportuna əlavə edilmiş cizgində qeyd olunan ərazinin hüdudları daxilində yerləşdiyi müəyyən edilir; - idd iaçı X9 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şosesi, 2-ci kilometr 4 ünvanında inşa edilən qarajın yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Neft Şirkətinin 18 aprel 1994-cü il tarixli məktubunda qeyd olunanlara əsasən, "xxxx" NQÇİ-nin balansından çıxarıldığı müəyyən edilir; - iddiaçı X9 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şosesi, 2-ci kilometr 4 ünvanında inşa edilən qarajın yerləşdiyi torpaq sahəsinin X5 adına rəsmiləşdirilmiş 20 may 2017-ci il tarixdə reyestrdə **********975-06301 nömrəsi ilə qeydiyyata alınmış ½ hissəsi X2, ½ hissəsi X4 xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin texniki pasportunda göstərilmiş ərazinin hüdudlarından kənarda yerləşdiyi müəyyən edilir.
20. Bakı Apellyasiya Məhkəməsinin İn zibati Kollegiyasının 2-1 (103)-71/2022 nömrəli, 4 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, V.Ə.Baxışova və C.A.Yusifov) cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1062/2020 nömrəli, 26 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
21. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
22. Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti həmin qərardan ayrı-ayrılıqda kassasiya şikayətləri verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
23. Üçüncü şəxs “X15” Şirkəti qərarı mübahisələndirməmişdir. KASSASİYA İNSTANSİY ASİ MƏHKƏMƏSİNDƏ İCRAAT
24. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin 6 sentyabr 2022-ci il tarixli qərardadı ilə üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin şikayətdən imtinası qəbul edilmiş, onun şikayəti üzrə kassasiya icraatına xitam verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
26. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, müvafiq ünvanda yerləşən torpaq sahəsi və üzərində inşa edilmiş qeyri-yaşayış binasına (qaraja) dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində qe yd olunan hüquqmüəyyənedici sənədlərdən hər hansı biri təqdim edilməmişdir. Bundan başqa, müvafiq qeyri-yaşayış binasına dair təqdim olunmuş layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Belə ki, qeyri-yaşayış binası daxilində yenidənqurma (rekonstruksiya) işləri aparılmış və perimetrik ölçü, konfiqurasiya fərqi mövcuddur. Bundan əlavə, müvafiq qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin İdarənin elektron kadastr baza məlumatına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olduğu müəyyən edilmişdir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanuna müvafiq qaydada imtina məktubu ünvanlanmışdır. 27.Şikayətin maddi hüquqi əsası kimi Torpaq Məcəlləsinin 46, 55, 68, “Daşınmaz əmlakın döv lət reyestri haqqında” Qanunun 2, 8, 9.1.2, 11.1-ci maddələrinə istinad edilmişdir. b) kassasiya şikayətinə etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul o lunmuş aktlar;
30. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Maddə 79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin;...
31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkət lərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132,3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərarda dı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
33. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Şikayətdə fundamental hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansi yası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
36. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir və mübahisə üzrə işin hallarının zəruri həddə tam və hərtərəfli araşdırılması apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
37. Şikayətin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası cavabdehin həmin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və ya dəyişdirilməsinin əsası kimi qəbul etmir.
38. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə daxil olmuş 22 noyabr 2021-ci il tarixli, 10/3635 nömrəli ekspert rəyi ilə də müəyyən edilmişdir ki, iddiaçı X9 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şosesi, 2-ci kilometr 4 ünvanında inşa edilən qarajın yerləşdiyi torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 156 №-li sərəncamı ilə Binəqədi rayonu, Sumqayıt şosesində, Biləcəri qəsəbəsinin şimal-qərb hissəsində yanacaqdoldurma məntəqəsinin layihələndirilməsi və tikintisi üçün ayrılmış torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyəti Memarlı və Şəhərsalma Baş İdarəsinin Şəhər Ərazisinin tikinti Planlaşdırma İdarəsi tərəfindən xx.xx.1994-cü il tarixdə təsdiq edi lmiş 9381 №-li inşaat pasportuna əlavə edilmiş cizgində qeyd olunan ərazinin hüdudları daxilində yerləşdiyi müəyyən edilir.
39. Göründüyü kimi, iddiaçı tərəfindən inşa edilmiş qarajın yerləşdiyi torpaq sahəsi iddiaçının qanuni istifadəsindədir və onun bu hüququnun əsasını müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş sərəncam təşkil edir.
40. İddiaçı haqlı olaraq qeyd edir ki, onun inşa etdiyi, yardımçı tikili hesab olunan birmərtəbəli qarajın hündürlüyü 5 metr, sahəsi isə 90,24 kv.m. təşkil etdiyindən Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1, 79.1.1-ci maddələrinin tələbinə əsasən, həmin tikinti obyektinin tikintisinə icazə tələb olunmur. Hazırkı halda, həmin tikili iddiaçının istifadəsində olan torpaq sahəsində inşa edilmişdir. Tikilinin yerləşdiyi torpaq sahəsinin isə "xxxx" NQÇİ-n in balansından çıxarıldığını Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 18 aprel 1994-cü il tarixli məktubu ilə təsdiq etmişdir.
41. Beləliklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində təsbit olunmuş şərt iddiaçı tərəfindən ödənildiyindən, onun İPM-in 34.1-ci maddəsindən irəli gələn tələb hüququ vardır.
42. Apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti rədd edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-71/2022 nömrəli, 4 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.