Məhkəmə qərarları › İş №2-1(102)-1546/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1546/2023

19.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1546/2023 19.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (təhsil müddəti nəzərə alınmaqla əmək pensiyasının təyin edilməsi, işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi, pensiyasının təyin edilməsi və əvvəlki illər üçün ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-183/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı barəsində olan diploma əsasən, 1965-ci il tarixdən xx.xx.1969-cu il tarixinədək Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas məktəbində fortepiano ixtisası üzrə tam kursu bitirmişdir.

2. İddiaçıya məxsus əmək kitabçasında olan məlumatlara əsasən, o, xx.xx.1967-ci il t arixdən xx.xx.1969-cu il tarixədək işləmişdir.

3. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir.

4. İmtanada göstərilmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən sığorta stajı 23 il 9 ay 29 gün təşkil edir və xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində kapital qeydə alınmamışdır.

5. Ağdam rayon İcra Hakimiyyəti başçısının 07 fevral 2023-cü il tarixli, 5-31/2111- 2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Ağdam rayonu Quzanlı qəsəbəsində fəaliyyət göstərən Ağdam Musiqi kollecinin 23 iyul 1993-cü ilə qədər arxiv sənədləri məhv edildiyindən İddiaçı təhs il almasına dair arxiv arayışının verilməsi mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Ağdam rayonu Musiqi Məktəbində əyani təhsil aldığı 1965-1969-cu illərin və həmin musiqi məktəbində 1967-1969-cu illərində müəllim-pedaqoq işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağdam rayon Musiqi Məktəbində həm əyani oxumuş, həm də 1967-1969-cu illərdə müəllim işləmişdir. Həmin iş stajı əmək kitabçasında qeyd edilmişdir. Bundan əlavə Ağdam Musiqi Məktəbini bitirməyi barədə diplom almışdır. İddiaçı c avabdehə müraciət edərək təhsil illərinin iş stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, cavabdeh orqan bundan imtina etmişdir.

8. İddiaçı məhkəməyə ərizə verərək, 1965-1969-cu illərdə Ağdam rayon Musiqi məktəbində əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi, pensiyasının təyin edilməsi və geriyə 3 il pensiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmiş, xx.xx.2022-ci il tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.

9. Cavabdeh tərəfindən verilmiş iddia ərizəsinə qarşı etirazda qeyd edilmişdir ki, iddiaçının mübahisəli olmayan sığorta stajı ümumilikdə 23 il 08 ay 23 gün təşkil edir: 1) xx.xx.1967-ci il tarixli əmək kitabçasının surətinə əsasən; xx.xx.1967-ci il tarixdən xx. xx.1969-cu il tarixədək Ağdam rayon musiqi məktəbində işlədiyi 01 il 09 ay 19 gün; 2) xx.xx.1969-cu il tarixdən xx.xx.1988-ci il tarixədək Gəncə şəhər 1 saylı musiqi məktəbində işlədiyi 18 il 04 ay 11 gün; 3) xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Moskva şəhəri uşaq bağçasında işlədiyi 02 il 04 ay 23 gün; 4) xx.xx.1990-cı il tarixdən xx.xx.1992ci il tarixədək həmin müəssisədə işlədiyi 01 il 02 ay 03 gün. İddiaçının mübahisələndirilən sığorta stajı ümumilikdə 05 il 08 ay 28 gün təşkil edir: 1) 432085 nömrəli diploma əsasən xx.xx.1965-ci il tarixdən xx.xx.1969-cu il tarixədək Ağdam rayon musiqi məktəbində təhsil aldığı 03 il 09 ay 20 gün: Sözügedən dövr üzrə iddiaçının əyani təhsil almasını təsdiq edən arayış olmadığı üçün həmin dövrlər onun ümumi iş stajına daxil edilməmişdi r. 2) xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Moskva şəhəri uşaq bağçasında işlədiyi 01 il 11 ay 08 gün: Qeyd edirik ki, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında vətəndaşların pensiya təminatı ilə bağlı hər hansı müqavilə olmadığı üçün iddiaçının sözügedən əmək fəaliyyəti dövrü onun sosial sığorta stajına daxil edilməmişdir.

10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1931/2022 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmiş, İddiaçı xx.xx.1965-ci il tarixdən xx.xx.1969-cu il tarixədək Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas məktəbində təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2019- cu il tarixdən xx.xx.2022-ci il tarixədək yaşa görə əmək pensiyasının ödən ilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulmuşdur.

11. Məhkəmə hesab etmişdir ki, iddiaçının 1965-1969-ci illərdə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas məktəbində təhsil aldığı zaman qüvvədə olmuş qanunvericilik normalarına əsasən təhsil alma müddəti iş stajına aid edilmişdir. Cavabdeh iddiaçının sözügedən təhsil müddətini qiyabi olması səbəbindən sosial sığorta stajına daxil etməkdən imtina etmiş, lakin iddiaçının təhsilinin qiyabi olması ilə bağlı cavabdehin dəlilləri müvafiq sübut olmadığından əsaslı hesab edilə bilməz. Bir halda ki, iddiaçının əyani yaxud qiyabi təhsil alması ilə bağlı sübut yoxdur, bu hal iddiaçının xeyrinə şərh edilm əlidir.

12. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-183/2023 nömrəli (hakimlər: A.V.İsgəndərova-sədrlik edən və məruzəçi, A.V.Bayramov və R.Z.Mamedov ) qərarı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1931/2022 nömrəli qərarı İddiaçı xx.xx.1967-ci il tarixdən xx.xx.1969-cu il tarixədək Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas məktəbində təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə rədd edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.1965-ci il tarixdən xx.xx.1969-cu il tarixədək Ağdam rayon musiqi məktəbində təhsil almış, xx.xx.1967-ci il tarixli əmək kitabçasına əsasən xx.xx.1967-ci il tarixdən xx.xx.1969-cu il tarixədək Ağdam rayon məktəbində işləmişdir. iddiaçının xx.xx.1967-ci il tarixdən xx.xx.1969-cu il tarixədək təhsil aldığı illər ilə işlədiyi illər üst-üstə düşdüyündən yalnız bir əsasın nəzərə alınması mümkündür və həmin illər əmək kitabçasına əsasən inzibati orqan tərəfindən sosial sığorta staji kimi nəzərə alınmışdır

15. Cavabdeh, kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, Kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur. Kassasiya şikayətində xüsusi olaraq vurğulanmışdır ki, 432085 nömrəli diploma əsasən xx.xx.1965-ci il tarixdən xx.xx.1969-cu il tarixədək Ağdam rayon musiqi məktəbində təhsil aldığı (03 il 09 ay 20 gün) dövr üzrə iddiaçının əyani təhsil almasını təsdiq edən arayış olmadığı üçün həmin dövrlər onun ümumi iş stajına daxil edilməməlidir. Cavabdeh hüquqi mövqeyinin əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 7, 21.1 və 21.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Konstitusiyası: Azərbaycan Respublikasının Konstitusiyası Maddə

38. Sosial təminat hüququ. İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliy inə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var dır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. (xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiya) Maddə 7. 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu qanun qüvvəyə mindiyi günədək əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu ilin yanvar 1-dən başlayaraq 2012-ci il yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2016-cı il yanvarın 1-dək hər il 6 ay artırılır. (xx.xx.2017-ci il tarixədək qüvvədə olan red aksiya)... 20. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 21. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Q ərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək st ajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.... Bənd

8. Ali, orta ixtisas və peşə texniki tədris müəssisələrini bitirmiş şəxslərin əyani təhsil müddəti, habelə aspirantura, doktorantura və klinika ordinaturasında, kadr hazırlayan, ixtisasını artıran və yeni ixtisas verən məktəb və kurslarda təhsil müddəti diplom, vəsiqə, şəhadətnamə, eləcə də təhsil müddətləri göstərilməklə arxiv məlumatlarına əsasən verilən arayış və digər sənədlərə əsasən təsdiq olunur. Sənədlərdə belə mə lumatlar olmadıqda təhsil müddətini təsdiqedici sənəd kimi həmin təhsil müəssisələrində müvafiq illərdə əyani təhsil müddəti barədə verilən arayışlar əsas götürülə bilər, bu şərtlə ki, sənədlərdə təhsili tam başa vurması göstərilmiş olsun.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişd irmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayət mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası işin materiallarının və kassa siya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

27. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli ü çün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

28. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə mübahisəyə aid sənədlərin, faktların və digər mübahisəli halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərarın qəbuluna imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Bu prosessual məhkəm ə qənaəti prinsipinin tələblərindən və məhkəmə mübahisəsinin uzanmasının qarşısının alınması məqsədlərindən də irəli gəlir. Lakin apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır.

29. Belə ki, kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, 1965-ci il tarixdən xx.xx.1969-cu il tarixədək olan dövr üzrə iddiaçının əyani təhsil almasını təsdiq edən arayış olmadığı üçün həmin dövrlər onun ümumi iş stajına daxil edilməməlidir.

30. İddiaçıya məxsus əmək kitabçasında olan məlumatlara əsasən xx.xx.1967-ci ildən xx.xx.1969-cu il tarixədək Ağdam rayon musiqi məktəbində fortepiano müəllimi işləyib.

31. Apellyasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, iddiaçının xx.xx.1967-ci il tarixdən xx.xx.1969-cu il tarixədək təhsil aldığı ill ər sosial sığorta staji kimi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 8-ci bəndində qeyd edilmişdir ki, ali, orta ixtisas və peşə texniki tədris müəssisələrini bitirmiş şəxslərin əyani təhsil müddəti, habelə aspirantura, doktorantura və klinika ordinaturasında, kadr hazırlayan, ixtisasını artıran və yeni ixtisas verən məktəb və kurslarda təhsil müddəti diplom, vəsiqə, şəhadətnamə, eləcə də təhsil müddətləri göstərilməklə arxiv məlumatlarına əsasən verilən arayış və digər sənədlərə əsasən təsdiq olunur. Sənədlərdə belə məlumatlar olmadıqda təhsil müddətini təsdiqedici sənəd kimi həmin təhsil müəssisələrində müvafiq illərdə əyani təhsil müddəti barədə verilən arayışlar əsas götürülə bilər, bu şərtlə ki, sənədlərdə təhsili tam başa vurması göstərilmiş olsun.

32. İş materiallarına əlavə edilmiş, Ağdam musiqi kolleci tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, Ağdam Musiqi kollecinin 23 iyul 1993-cü ilə qədər arxiv sənədləri məhv edildiyindən iddiaçının təhsil almasına dair arxiv arayışının verilməsi mümkün olmamışdır.

33. Göründüyü kimi iddiaçının Ağdam Musiqi kollecində əyani təhsil alması apelyasiya məhkəməsi tərəfindən kifayət qədər ətraflı araşdırılmamışdır. İddiaçının yalnız əyani təhsili onun sığorta stajına hesablana bilər. Qiyabi təhsil formasında əmək fəaliyyəti ilə məşğul olmadığı halda həmin dövr sığorta stajına daxil edilə bilməz.

34. Apelyasiya instansiyası mə hkəməsi qərarında iddiaçının təhsil aldığı dövrdə həm də işləməsi faktına istinad edərək məhz əmək kitabçasına qeyd edilən dövrü onun sığorta stajına daxil etmiş, xx.xx.1967-xx.xx.1969-cu illərə aid dövr məhz əmək kitabçasında qeyd edildiyindən nəzərə almış, həmin illəri təhsil almasına görə deyil, əmək kitabçasında olan məlumatlara görə nəzərə almaqla dolayısı ilə iddiaçının həmin vaxt əyani təhsil almasını şübhə altına almışdır.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1-ci, 58.7-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv olunmalı, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.

36. İşə təkrar baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən bu qərarı n əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməli, bununla əlaqədar aidiyyəti dövlət orqanlarına, o cümlədən dövlət arxivinə, təhsil müəssisəsinin tabe olduğu yuxarı orqana, nazirliyə sorğular verilməli, aparılan araşdırmanın nəticəsindən asılı olaraq qərar qəbul edilməlidir.

37. Cavabdeh şikayətində iddianın rədd edilməsini xahiş etmişdir. Mübahisə üzrə əlavə araşdırmanın aparılmasına zərurət yarandığından bu hissədə şikayət təmin edilməməlidir.

38. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(104)-183/2023 nömrəli qərarı mübahisə olunan hissədə ləğv edilsin. İ ş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar