Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1547/2021 28.09.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: polis əməkdaşının ölümünün xidməti vəzifəsinin icrası ilə bağlı olmasına dair arayış verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “xidməti vəzifəsinin icrası ilə bağlı vəfatetmə barədə arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının 05.04.2021-ci il tarixli, 2-1(103)767/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı X7 ilə 15.03.2019-cu il tarixində nikah bağlamışdır.
2. İddiaçının əri X2 Nərimanov RPİ 18-ci PŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışmış, 23.12.2019-cu il tarixində “İlgək diuretikləri ilə zəhərlənmə” diaqnozu ilə vəfat etmişdir.
3. İddiaçı cavabdehə müraciət edərək mərhum ərinin xidməti vəzifəsinin icrası ilə bağlı vəfat etməsi haqqında arayış verilməsini xahiş etmiş, cavabdeh 16.03.2020-ci il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, iddiaçının mərhum əri S.Bayramovun metil spirti ilə zəhərlənmə nəticəsində ölməsi müəyyən edildiyindən onun ölü mü xidməti vəzifəsinin icrası ilə bağlı hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əri X2 xidməti vəzifəsinin icrası ilə bağlı vəfat etməsi barədə arayış verilməsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, mərhum əri 23.12.2019-cu il tarixdə 18-ci PŞ-də növbətçi əməliyyat qrupunda xidməti vəzifəsini icra etmiş, saat 07:30 radələrində özünü pis hiss etdiyindən dəvət edilmiş X5 Yardım Məntəqəsinin əməkdaşları tərəfindən 18-ci PŞ-nin inzibati binasında xidməti otağından əvvəlcə Bakı şəhəri 5 saylı Kliniki Xəstəxanaya, daha sonra isə X10 aparılmış və orada kəskin metil zəhərlənməsi diaqnozu ilə vəfat etmişdir. Dəfələr lə DİN-ə müraciət etmiş, lakin orqan tərəfindən əri Bayramovun xidməti vəzifəsini icra edərkən vəfat etməsi barədə arayış verilmədiyindən onun himayəsində olan azyaşlı uşaqlarına birdəfəlik icbari dövlət sığorta ödənişlərinin verilməsi və ailə başçısını itirməyə görə pensiya təyin edilməsi məsələsini həll edə bilmir. DİN-dən daxil olmuş məktubda ərinin metil spirti ilə zəhərlənməsi nəticəsində ölməsi müəyyən edildiyindən onun ölümünün xidməti vəzifəsinin icrası ilə bağlı hesab edilmədiyi göstərilmişdir. İddiaçı göstərilənlərə əsasən cavabdehin imtinasını əsassız hesab edir.
6. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir.
7. Bakı İnzibati Məhkəməsinin 16.10.2020-ci il tarixli, 2-1( 112)-5663/2020 nömrəli qərarına əsasən (hakim – Aytən Oruczadə) iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mərhum yoldaşının metil spirti ilə zəhərlənmə nəticəsində ölməsi Bakı şəhər Təcili və X6 Stansiyasının məktubu ilə təsdiqləndiyindən, həmçinin, bu hal iddiaçı tərəfindən də mübahisələndirilmədiyindən, cavabdehin imtinası qanunazidd olmadığından, iddiaçının iddiası təmin edilməməlidir.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.04.2021-ci il tarixli, 21(103)-767/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Vidadi Məmmədov, hakimlər – Elmira Nağıyeva və Anar Tanrıverdiyev) iddiaçının apellyasiya şikayətinin tə min edilməməsi, Bakı İnzibati Məhkəməsinin 16.10.2020-ci il tarixli, 2-1(112)-5663/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
11. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Məhkəmə qərarı iddiaçıya 25.05.2021-ci il tarixində təqdim edilmişdir.
13. İddiaçı 23.06.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.04.2021-ci il tarixli, 2-1(103)-767/2021 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, məhkəmə iddiaçının ərinin ölümünün onun xidməti fəaliyyəti zamanı baş vermədiyini qeyd etsə də nəzərə almamışdır ki, iddiaçının mərhum ərinin vəfat etdiyi gün xidməti vəzifəsini yerinə yetirməsini, əməliyyat qrupuna rəhbərlik etməsini nəzərə almamışdır. Beləliklə, məhkəmə işə baxarkən “İnzibati icraat haqqında” Qanunun 19.2, 24-cü, “Polis haqqında” Qanunun 3 və 37-ci maddələrini işin hallarına düzgün tətbiq etməmiş, İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinin, Ali Məhkəmə Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24.11.2005ci il tarixli 4 nömrəli Qərarının 2.4 və 6..3-cü bəndlərinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X4 izahat verərək kassasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.
17. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Polis haqqında” Qanunun 37.1-ci maddəsinə əsasən polis əməkdaşının həyat və sa ğlamlığı “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına sığortalanır.
19. Həmin Qanunun 37.2-ci maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya) almış, sağlamlığına digər zərər dəymiş polis əməkdaşına və ya onun ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada və həcmdə kompensasiya verilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.04.2000-ci il tarixli 73 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiy aların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi” Qaydalarına 2 nömrəli əlavəyə əsasən polis əməkdaşı həlak olduqda, vəfat etdikdə onun ailəsinə birdəfəlik kompensasiyanın müəyyən edilməsi üçün aşağıdakı sənədlər tələb olunur: ölüm haqqında şəhadətnamə; əməkdaşın ölümünün bilavasitə xidməti vəzifəsinin icrası ilə bağlı olduğu haqqında Daxili İşlər Nazirliyi tərəfindən müəyyən olunmuş müvafiq xidmətin rəyi; ailə üzvlüyünü təsdiq edən arayış; vərəsəlik hüququna malik ailə üzvünün ərizəsi.
21. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddia çının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
22. Həmin Məcəllənin 96.11-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
23. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
24. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şi kayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Belə ki, hazırkı qərarın 20-ci bəndində göstərilən norm adan göründüyü kimi, polis əməkdaşı vəfat etdikdə onun ailəsinə birdəfəlik kompensasiyanın müəyyən edilməsi üçün əməkdaşın ölümünün bilavasitə xidməti vəzifəsinin icrası ilə bağlı olduğu haqqında müvafiq xidmətin rəyi təqdim edilməlidir.
29. Bununla əlaqədar olaraq da iddiaçı cavabdeh inzibati orqandan mərhum ərinin xidməti vəzifəsinin icrası ilə bağlı vəfat etməsi barədə arayış verilməsini xahiş etsə də, inzibati orqan həmin arayışı verməkdən imtina etmişdir.
30. İddiaçı mərhum ərinin xidməti fəaliyyətini yerinə yetirərkən vəfat etdiyini iddia etsə də, cavabdeh bunun əksinə istinad edir. Məhkəmələr də cavabdehin mövqeyini haqlı hesab etmişdir. Kassasiya şikayətinin əsas dəlili də ondan ibarətdir ki, iddiaçının ərinin ölümünün xidməti vəzifəsinin icrası ilə bağlı olmadığına dair məhkəmələr in gəldiyi nəticə əsassızdır.
31. Ali Məhkəmə Kollegiyası kassatorun dəlillərini əsassız hesab edir. Belə ki, işin məhkəmələr tərəfindən araşdırılmış hallarına görə DİN Daxili Təhqiqatlar İdarəsində aparılmış yoxlama zamanı məlum olmuşdur ki, polis baş leytenantı X2 21.12.2019-cu il tarixində restoranda qəbul etdiyi spirtli içki keyfiyyətsiz olduğuna görə halı pisləşmiş, nəticədə iki gün sonra “Metil spirti ilə zəhərlənmə” səbəbindən vəfat etmişdir. Beləliklə, toplanmış materiallar sabiq polis əməkdaşı X2 ölüm faktının məhz xidməti vəzifələrin icrası ilə bağlı olmasını deməyə əsas vermir.
32. Bununla da müəyyən olunur ki, iddiaçının tələbləri hazırkı qərarın 18-19-cu bəndlərində qeyd olunan maddi hüquq normalarının tələblərinə uyğun gəlmir.
33. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.
34. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.04.2021-ci il tarixli, 2-1(103)-767/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.04.2021-ci il tarixli, 21(103)-767/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.