Məhkəmə qərarları › İş №2-1(102)-1548/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1548/2020

05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1548/2020 05.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında D övlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra cavabdeh) qarşı “25 yanvar 2019-cu il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hal-hazıradək yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-656/2020 saylı, 18 mart 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 5 avqust 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür, əmək kitabçasına əsasən 10.06.1985-ci il tarixdən 27.04.1990-cı il tarixədək, 20.06.1990-cı il tarixdən 02.12.1991-ci il tarixədək fəhlə, 01.04.1992-ci il tarixdən 01.12.1999-cu il tarixədək 3-cü dərəcəli çilingər vəzifəsində işləmişdir. 16.10.2000-ci il tarixdən xxxxnə 3-cü dərəcəli tunel fəhləsi (tuneldə yalnız gecə işi), 01.06.2002-ci il tarixdən İV dərəcəli tunel fəhləsi, 01.02.2005-ci ildən V dərəcəli tunel fəhləsi, 01.06.2006- cı ildən Vİ dərəcəli tunel fəhləsi təyin edilmiş və 15.05.2008-ci il tarixdən öz xahişi ilə işdən azad olunmuşdur. 15.05.2008-ci il tarixdən 04.07.2014-cü il tarixədək ictimai iaşə kombinatında texnik vəzifəsində, 05.07.2014-cü il tarixdən yenidən xxxxnə İV dərəcəli tunel fəhləsi vəzifəsinə qəbul edilmişdir. “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 20 iyun 2019-cu il tarixli arayışda qeyd olunur ki, iddiaçı 16.10.2000-ci il tarixdən 15.05.2008-ci il tarixədək xxxx Tunel qurğuları xidmətində tunel fəhl əsi, süni qurğular təmirçisi peşələrində çalışıb (gecə işi yalnız tuneldə, xüsusi ağır və zərərli iş şəraitində). 18.07.2014-cü il tarixdən “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Tunel qurğuları xidmətinin 3 saylı tunel qurğuları distansiyasında tunel fəhləsi peşəsində işləyir. (tuneldə yalnız gecə işi, xüsusi ağır və zərərli iş şəraitində). Xüsusi zərərli iş şəraitində əmək stajı – 12 il, 06 ay, 10 gündən ibarətdir. xxxxndə tuneldə işləyən fəhlələrin iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 21.5-ci bəndi ilə tənzimlənir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 15 aprel 2019-cu il tarixli məktub dan görünür ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı 11 iyul 2019-cu il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə istinad edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdə onun 16.10.2000-15.05.2008-ci il tarixləri arasındakı dövr ərzində “xxxx” QSC-də əmək fəaliyyəti ilə məşğul olduğu tunel fəhləsi və süni qurğular təmirçisi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığından, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edi lməmişdir. İddiaçı 30 sentyabr 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 yanvar 2019-cu il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hal-hazıradək yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 10 iyun 1985-ci il tarixdən hal-hazıradək müxtəlif vəzifələrdə işləmişdir. Qeyd olunan əmək stajı ona məxsus əmək kitabçasında öz əksini tapmışdır. Onun 34 ildən çox ümumi sığorta stajı olmaqla həmin stajın 12 il 6 aydan çoxunu əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmişdir. Belə ki, 16.10.2000-ci ildən xxxxnə 3-cü dərəcə ilə (tuneldə yalnız gecə işi) tunel fəhləsi vəzifəsinə qəbul edil mişdir. 01.06.2002-ci il tarixdə 4-cü dərəcəli (tuneldə yalnız gecə işi) tunel fəhləsi vəzifəsinə keçirilmişdir. 01.02.2005-ci il tarixdə əməyin ödəmə dərəcəsi 5-ci dərəcə ilə təyin edilmişdir. 01.06.2006-cı ildən əməyin ödəmə dərəcəsi 6-cı dərəcə ilə təyin edilərək və süni qurğuların təmirçisi (tuneldə yalnız gecə işi) vəzifəsinə keçirilmişdir. 15.05.2008-ci il tarixdən xxxxnin ictimai iaşə kombinatı texnik vəzifəsinə 8-ci dərəcə ilə qəbul olunmuşdur. 05.07.2014-cü il tarixdə 4- cü dərəcə ilə (tuneldə yalnız gecə işi) tunel fəhləsi vəzifəsinə qəbul olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 289 saylı sərəncamına əsasən “BMP” və Az TMT SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “xxxx” QSC yaradılmışdır və 3-cü dərəcə ilə 23 saylı tunel sahəsinə tunel fəhləsi peşəsinə (t uneldə yalnız gecə işi olmaqla) qəbul edilmişdir. 08.12.2014-cü il tarixdən 3 saylı tunel qurğuları distansiyasının 31 saylı tunel sahəsinə 4-cü dərəcəli (yeraltı 24% zərərli) tunel fəhləsi peşəsinə keçirilmiş və hal-hazıradək həmin vəzifədə işləyir. 25 yanvar 2019-cu il tarixdə 60 yaşı tamam olmuşdur. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh ona əsassız olaraq pensiya təyin etməkdən imtina etmişdir. İddiaçının xüsusi və ümumi stajı barədə məlumatlar ona məxsus 15.06.1985-ci il tarixli əmək kitabçası ilə təsdiq olunur. 18.07.2014-cü il tarixdən “xxxx” QSC-nin Tunel qurğuları xidmətinin 3 saylı tunel qurğuları distansiyasında tunel fəhləsi peşəsində işləyir (xüsusi ağır və zərərli iş şəraiti, tuneldə yalnız gecə). Xüsusi ağır və z ərərli iş şəraitində əmək stajı 12 il 06 ay 10 gündən ibarətdir. Cavabdeh iddiaya dair etirazını onunla əsaslandırmışdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən göründüyü kimi onun nə “Əmək pensiyaları haqqında” 2006-cı il tarixli Qanuna əsasən, nə də “Vətəndaşların pensiya təminatı haqqında” əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə pensiya təyini üçün vacib olan xüsusi sığorta stajı tamam olmamışdır. İddiaçı 60 yaşı tamamladığı üçün yeni qanunvericiliyə əsasən pensiya tələb etsə də, “Əmək pensiyaları haqqında” Qanun ilə güzəştli şərtlərlə pensiya almaq üçün müəyyən edilmiş 12 il 6 aylıq xüsusi stajı doldurmamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi yeganə arayışdan görünür ki, o sadəcə 2000-2008-ci illərdə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə çalışm ışdır. İddiaçı məhkəməyə 2008-ci ildən sonrakı güzəştli sığorta stajını sübut edəcək hər hansı sənəd, arayış təqdim edə bilməmişdir. Həmçinin iddiaçının əmək kitabçasından görünür ki, açıq-aşkar kitabçada peşələrin adında düzəlişlər edilmiş, saxtalaşdırmağa cəhd edilmişdir. Belə ki, kitabçanın 6-cı səhifəsində “tunel qurğuları” sözünün silinmiş hansısa digər məlumatın əvəzinə daxil edildiyi açıq-aşkar görünür. Ona görə də bu əmək kitabçası mötəbər sübut qismində məhkəmədə istifadə oluna bilməz. Məhkəmə tərəfindən iddiaçıya vaxt verilmiş və əmək kitabçasında olan düzəlişin həqiqiliyinin təsdiq olunması təklif olunmuşdur. İddiaçı tərəfindən növbəti məhkəmə iclasında bununla bağlı iş yerinin möhürü ilə təsdiq edilmiş əmək kitabçasının düzəliş edilmiş hissəsi məhkəməyə təqdim olunmuşdur. Həmçi nin “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş A/477 saylı, 24 oktyabr 2019-cu il tarixli arayış məhkəməyə təqdim olunmuşdur. Həmin arayışdan görünür ki, iddiaçı 16.10.2000-ci il tarixdən-18.07.2014-cü il tarixədək xxxx Tunel qurğuları xidmətində tunel fəhləsi peşəsində çalışmışdır. 18.07.2014-cü il tarixdən “xxxx” QSC-nin Tunel qurğuları xidmətinin 3 saylı distansiyasında tunel fəhləsi peşəsində işləyir. Onun aylıq əmək haqqında daxil olan zərərin və gecə saatlarının faizi: zərərli işlə görə - 24%, gecə işinə görə 40%. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-1(81)-4232/2019 saylı iş) 16 dekabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmə k pensiyasının 60 yaşının tamam olduğu 25 yanvar 2019-cu il tarixindən təyin olunması, yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iddiaçının 25.01.2019-cu il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 23.01.2007-ci il tarixli qərarı ilə təsdiq olunan siyahının 25.1-ci bəndi üzrə nəzərdə tutulan sahədə güzəştli iş stajı verən peşədə işlədiyinə, eləcə də 60 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 dekabr 2019 -cu il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X5-məruzəçi, X4 və X2, 2-1(103)-656/2020 saylı iş) 18 mart 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh 3 iyun 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi 23 yanvar 2007-ci il tarixli 12 saylı barədə qərarı ilə müəyyənləşdirilmişdir. İddiaçının təqdim etdiyi “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş A/281 saylı, 20 iyun 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı 16.10.2000-ci il tarixdən15.05.2008-ci il tarixədək xxxx Tunel qurğuları xidmətində tunel fəhləsi, süni qurğular təmirçisi peşələrində çalışıb (gecə işi yalnız tuneldə, xüsusi ağır və zərərli iş şəraitində). 18.07.2014-cü il tarixdən “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Tunel qurğuları xidmətinin 3 saylı tunel qurğuları distansiyasında tunel fəhləsi peşəsində işləyir (tuneldə yalnız gecə işi, xüsusi ağır və zərərli ış şəraitındə). Lakin qeyd edilən peşələrin heç biri Nazirlə Kabinetinin 12 saylı Qərarı ilə təsdiq edilmiş siyahısında göstərilməmişdir. Arayışda qeyd edilən peşələrin 12 saylı Qərarla təsdiq edilmiş siyahın ın 21.5-ci bəndində göstərilsə də, həmin bəndə qeyd edilən peşələr göstərilməmişdir. İddiaçının işlədiyi peşələr həmin siyahıda qeyd edilmədiyindən 1 saylı İnzibati-İqtisadi məhkəməsi qərarında iddiaçının işlədiyi peşənin Siyahıda hansı bənddə yazılmasını göstərməmişdir. Beləliklə, iddiaçının işlədiyi peşələr ona güzəştli şərtlərlə pensiya hüququ vermir. “Əmək pensiyaları haqqında” Qanunda birdəfəlik olaraq ödəniş nəzərdə tutulmamışdır. Əmək pensiyalarının ödənilməsi məcburi dövlət sosial sığorta ayırmaları üzrə daxilolmalar hesabına həyata keçirilir ki, bu da hər ay üçün sığorta edənlər tərəfindən ödənilən vəsaitlər hesabına formalaşır. Keçmiş dövr üçün yaranmış böyük borc məbləğləri isə hissə-hissə ödənilir. Həmin məbləğin birdəfəlik ödənilməsi üçün əlavə vəsait tələb olunur ki, bunun da Fondun büdcəsində birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Lakin, keçmiş dövrlər üçün yığılmış borcun ödənilməsi faktiki olaraq vətəndaşın müraciət etdiyi tarixdə hüququ yarandığı tarixdən hesablanır, gecikmiş ayların sayına bölünməklə aparılır. “Əmək pensiyaları haqqında” Qanunda dəyişikliklər edilməsi barədə, Qanunun 32.11-ci maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şik ayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün ə saslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı zərərli iş şəraitində işlədiyini bildirib həmin dövr nəzərə alınmaqla ona 60 yaşının tamam olduğu 25 yanvar 2019-cu il tarixdən yaşa görə güzəştli şərtlə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı hesab edir ki, “xxxx” QSC-d ə işlədiyi dövr nəzərə alınmaqla ona güzəştli şərtlə əmək pensiyası təyin edilməlidir. İddiaçı xx xxxxxx 1959-cu ildə anadan olmuşdur, 25 yanvar 2019-cu ildə 60 yaşı tamam olmuşdur. İddiaçı pensiya hüququnun 25 yanvar 2019-cu ildə yarandığını bildirdiyindən “Əmək pensiyaları haqqında” Qanunun həmin hazırda qüvvədə olan normaları tətbiq edilməlidir. 25 yanvar 2019-cu il tarixə kimi iddiaçının ümumi stajının 25 ildən çox olması mübahisə doğurmur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığor taolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.5-ci bəndində Metropolitenlər bölməsində gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr peşəsi göstərilmişdir. İddiaçının 25 yanvar 2019-cu ilə qədər güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlə peşəsində işlədiyi müddətin 12 il 6 aydan a z olmaması müəyyən edilməlidir. “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 20 iyun 2019-cu il tarixli arayışa əsasən iddiaçı 16.10.2000-ci il tarixdən-15.05.2008-ci il tarixədək xxxx Tunel qurğuları xidmətində tunel fəhləsi, süni qurğular təmirçisi peşələrində çalışıb (gecə işi yalnız tuneldə, xüsusi ağır və zərərli iş şəraitində). 18.07.2014-cü il tarixdən “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Tunel qurğuları xidmətinin 3 saylı tunel qurğuları distansiyasında tunel fəhləsi peşəsində işləyir (tuneldə yalnız gecə işi, xüsusi ağır və zərərli iş şəraitində). Xüsusi zərərli iş şəraitində əmək stajı – 12 il, 06 ay, 10 gündən ibarətdir. xxxxndə tuneldə işləyən fəhlələrin iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 21.5-ci bəndi ilə tənzimlənir. İşdə olan iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı 10.06.1985-ci il tarixdən 27.04.1990-cı il tarixədək, 20.06.1990-cı il tarixdən 02.12.1991-ci il tarixədək fəhlə, 01.04.1992-ci il tarixdən 01.12.1999-cu il tarixədək 3-cü dərəcəli çilingər vəzifəsində işləmişdir. 16.10.2000-ci il tarixdən xxxxnə 3-cü dərəcəli tunel fəhləsi (tuneldə yalnız gecə işi), 01.06.2002-ci il tarixdən İV dərəcəli tunel fəhləsi, 01.02.2005-ci ildən V dərəcəli tunel fəhləsi, 01.06.2006- cı ildən Vİ dərəcəli tunel fəhləsi təyin edilmiş və 15.05.2008-ci il tarixdən öz xahişi ilə işdən azad olunmuşdur. 15.05.2008-ci il tarixdən 04.07.2014-cü il t arixədək ictimai iaşə kombinatında texnik vəzifəsində, 05.07.2014-cü il tarixdən yenidən xxxxnə İV dərəcəli tunel fəhləsi vəzifəsinə qəbul edilmişdir. İddiaçının iş yerinin möhürü ilə təsdiq edilmiş əmək kitabçasının düzəliş edilmiş hissəsi məhkəməyə təqdim olunmuşdur. Bununla bağlı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş A/477 saylı, 24 oktyabr 2019-cu il tarixli arayışdan müəyyən edilir ki, iddiaçı 16.10.2000-ci il tarixdən18.07.2014-cü il tarixədək xxxx “Tunel qurğuları xidməti”ndə tunel fəhləsi peşəsində çalışmışdır. 18.07.2014-cü il tarixdən “xxxx” QSC-nin Tunel qurğuları xidmətinin 3 saylı distansiyasında tunel fəhləsi peşəsində işləyir. Onun aylıq əmək haqqında daxil olan zərərin və gecə saatlarının faizi: zərərli işlə görə - 24%, gecə işinə görə 40%. Bəhs edilən sənədlə rə görə iddiaçının 60 yaşının tamam olduğu 25 yanvar 2019-cu il tarixə deyil, arayışın verildiyi 20 iyun 2019-cu il tarixə güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşədə 12 il 06 ay 10 gün işləməsi təsdiq edilmişdir. Odur ki, iddiaçı 60 yaşının tamam olduğu vaxt 25 il ümumi staja malik olsa da, bu dövrdə güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşədə 12 il 6 ay işləməsi 60 yaşının tamam olduğu vaxt deyil, 60 yaş 5 ayında, yəni 25 iyun 2019-cu ildə tamamlanmışdır. Bu səbəbdən iddiaçının güzəştli şərtlə yaşa görə pensiya hüququ 25 yanvar 2019-cu il tarixdə deyil, 25 iyun 2019-cu il tarixdə yarandığından apelyasiya məhkəməsinin qərarı dəyişdirilməli, əmək pensiyasının hesablanmasının əvvəli 25 iyun 2019-cu il tarixdən sayılmalıdır. Apelyasiya məhkəməsinin qərarına görə yaranmış pensiya fərqi hesablanaraq birdəfəlik iddiaçıya ödənilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş ikinci cümləsinə əsasən, bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının pensiya hüququ 1 yanvar 2019-cu il tarixdən sonra yarandığından apelyasiya məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş ikinci cümləsinin tələbini nəzərə almamışdır. Odur ki, yaranmış pensiya fərqinin hesablanaraq birdəfəlik iddiaçıya ödənilməsi hissəsində apelyasiya məhkəməsinin qərarı dəyişdirilməli, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki a yların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməli, kasasiya şikayəti qismən təmin edilməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-656/2020 saylı, 18 mart 2020-ci il tarixli qərarı dəyişdirilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaş 5 ayının tamam olduğu 25 iyun 2019-cu il tarixdən təyin olunması, ötən dövr üçün he sablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar