Məhkəmə qərarları › İş №2-1(102)-1548/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1548/2021

12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1548/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsində çəkilmiş asfalt yolun və kanalizasiya xətlərinin cavabdehin vəsaiti hesabına sökülüb əvvəlki vəziyyətin bərpa edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Ha kimiyyətinə qarşı (üçüncü şəxs "xxxx" ASC) “torpaq sahəsində çəkilmiş asfalt yolu və kanalizasiya xətlərini cavabdehin vəsaiti hesabına söküb əvvəlki vəziyyətinə bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)662/2021 nömrəli, 2021-ci il 13 aprel tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək torpaq sahəsinin hasarlanmasına mane olan hərəkətlərdən çəkinməyi xahiş etmişdir.

2. Cavabdeh 2019-cu il 27 avqust tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 2019-cu il 1 1 dekabr tarixli çıxarışa (reyestr nömrəsi **********59) əsasən ünvan 1 ünvanında yerləşən 1,0 ha torpaq sahəsinin təyinatı (kateqoriyası); “Kənd təsərrüfatı təyinatlı torpaqlar”, mülkiyyət növü: “dövlət” olmaqla İddiaçı istifadəsinə verilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 13-cü maddəsinin 2-ci bəndində kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğuların quraşdırılmasına yol verildiyi nəzərə alınaraq əsaslı tikililərin inşası məqsədəuyğun hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2020-ci il 17 mart tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının d aimi istifadəsində olan Bakı şəhəri, ünvan 1 saylı ərazidə yerləşən 1 ha torpaq sahəsində cavabdehin icazəsi və göstərişi ilə çəkilmiş asfalt yolun və cavabdehin icazəsi ilə üçüncü şəxs tərəfindən torpaq sahəsindən çəkilmiş kanalizasiya xətlərinin cavabdehin və üçüncü şəxsin vəsaiti hesabına sökülərək torpağın əvvəlki vəziyyətdə bərpa edilməsi vəzifəsinin cavabdehə və üçüncü şəxsə həvalə edilməsini və cavabdehin iddiaçı tərəfindən istifadəsində olan qeyd edilən torpaq sahəsinin hasarlanmasına mane olan hərəkətlərdən çəkinmək vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin fəaliyyətinin təsiri ilə yaranan məhdudiyyətlər nəticəsində iddiaçı ya dəymiş 400.000 min (dörd yüz min) manat zərər və əldən çıxmış gəlir, 50.000 (əlli min) manat kompensasiya və 100.000 (yüz min) manat mənəvi zərər cəmi 550.000 (beş yüz əlli min) manat iddiaçıya ödənilməsini cavabdehə həvalə edilməsini xahiş etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4108/2020 saylı, 2020-ci il 24 sentyabr tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07.06.2017-ci il tarixli 2-1(82)95/2017 saylı qərarı ilə İddiaçı Bakı şəhəri, ünvan 1 saylı ərazidə yerləşən 1,0 ha. torpaq sahəsi üzərində daimi istifadə hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 2019-cu il 1 1 dekabr tarixdə daşınmaz əmlakın dövlət reyestrində 882 nömrəli reyestr kitabının 83612 saylı vərəqində qeydiyyata alınaraq, bu barədə iddiaçıya dövlət reyestrindən elektron çıxarış verilmiş, eyni zamanda 2019-cu il 11 dekabr tarixdə həmin torpaq sahəsinə dair A seriyalı 456494 saylı “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Göründüyü kimi, iddiaçının daimi istifadə hüququ dövlət səviyyəsində tanınmış və sonra bu barədə müvafiq çıxarış verilmişdir. Müəssisəsiyə məxsus torpaq sahəsini kənar şəxslər tərəfindən təkrar zəbt edilməsinin qarşısını almaq və sahibkarlıq fəaliyyətini nəhayət bərpa edərək kənd təsərrüfatı məhsulların istehsalı ilə sərbəst məşğul olmaq məqsədlə, iddiaçı 2019-cu il 13 dekabr və 2020-ci il 27 yanvar tarixlərdə Suraxanı rayon İcra Hakimiyyətinə və 6/T-57-07 6 nömrəli, 2020-ci il 27 yanvar tarixli ərizə ilə cənab Z.Nəğdəliyeva müraciət etmişdir. Cənab Z.Nəğdəliyevin qəbulunda olduqda deyilmişdir ki, kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvəqqəti tikililər, o cümlədən də hasar, torpağın kateqoriyasını nəzərə alaraq quraşdırmağa icazə verilir. Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən isə torpaq sahəsinin təyinatı “kənd təsərrüfatlı təyinatlı torpaqlardan" kateqoriyasına aid olmasına istinad edərək hasar tikməyə icazə verilməmişdir. Cavabdehin etirazları:

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4108/2020 saylı, 2020-ci il 4 noyabr tarixli qərardadı ilə iddia “Pirqulu" X1 daimi istifadəsində olan Bakı şəhəri, ünvan 1 saylı ərazidə yerləşən 1 ha torpaq sahəsində cavabdehin icazəsi və göstərişi ilə çəkilmiş asfalt yolun və cavabdehin icazəsi ilə üçüncü şəxs tərəfindən torpaq sahəsindən çəkilmiş kanalizasiya xətlərinin üçüncü şəxsin vəsaiti hesabına sökülərək torpağın əvvəlki vəziyyətdə bərpa edilməsi vəzifəsinin üçüncü şəxsə həvalə edilməsi” hissəsində və “ cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin fəaliyyətinin təsiri ilə yaranan məhdudiyyətlər nəticəsində İddiaçı dəymiş 100.000 min (yüz min) manat zərər və əldən çıxmış gəlir, 50.000 (əlli min) manat kompensasiya və 100.000 (yüz min) manat mənəvi zərər cəmi 250.000 (iki yüz əlli min) manat İddiaçı ödənilməsini cavabdehə həvalə edilməsi” hiss əsində mümkün sayılmamışdır.

9. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 4 noyabr tarixli, 2-1(112)-4108/2020 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı istifadəsində olan kənd təsərrüfat təyinatlı torpaq sahəsinin səmərəli təşkil edilməsi üçün yüngül konstruksiya ilə çəpərlənməsinə mane olan hərəkətlərdən çəkinmək vəzifəsi Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilmiş, iddia qalan hissədə - iddiaçının daimi istifadəsində olan Bakı şəhəri, ünvan 1 saylı ərazidə yerləşən 1 ha torpaq sahəsində çəkilmiş asfalt yolun və kanalizasiya xətlərinin cavabdehin vəsaiti hesabına sökülərək torpağın əvvəlki vəziyyətdə bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı əsaslı tikilinin inşa edilməsini deyil torpaq sahəsinin yüngül konstruksiya ilə çəpərlənməsinin tələb edir. Məhkəmə iddia tələbinin “iddiaçının istifadəsində olan torpaq sahəsinin yüngül konstruksiya ilə çəpərlənməsinə mane olan hərəkətlərdən çəkinmək vəzifəsinin Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin İddiaçı istifadəsinə verilməsi iş materialları ilə öz təsdiqini tapdığından, həmçinin iddiaçı torpaq sahəsinin yüngül konstruksiya ilə çəpərlənməsini tələb etdiyindən, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin “iddiaçının daimi istifadəsində olan Bakı şəhəri, ünvan 1 saylı ərazidə yerləşən 1,0 hektar torpaq sahəsində çəkilmiş asfalt yolu və kanalizasiya xətlərini cavabdehin vəsaiti hesabına söküb əvv əlki olan vəziyyətə bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsində asfalt yolu və kanalizasiya xətlərinin cavabdeh tərəfindən çəkilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Odur ki, iddia tələbi qeyd edilən hissədə əsassızdır və təmin edilməməlidir.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-662/2021 nömrəli, 2021-ci il 13 aprel tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 4 noyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddia tələbinin təmin olunmayan hissəsini mübahisə predmeti olan torpaq sahəsində kanalizasiya xətlərinin və asfaltın məhz cavabdeh tərəfindən çəkilməsi iş materialları ilə sübut olunmaması ilə əsaslandıraraq, eyni zamanda aparılmış araşdırmalarda cavabdehin nümayəndəsinin ardıcıl olaraq bir-birini inkar edən ifadələrinə həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən qiymət verilməmişdir. Cavabdehdən sübutların təqdim edilməsini həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi tələb edə bilərdilər. "xxxx" ASC-nin 2020-ci il 23 sentyabr tarixli, 07/07-1/3/13463 nömrəli iddiaçıya verilən cavab məktubunda göstərilmişdir ki, inşa işləri yerli icra orqanlarının razılığı və bilavasitə Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə həyata keçirilmişdir. İddiaçı hesab etmişdir ki, sübutları məhkəməyə təqdim etməyə və öz tələbinin haqlı olmasının sübuta yetirilməsinə çalışsa da, məhkəmə tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırılmamışdır.

16. Məhkəmə qərarında əks edilmiş hüqu qi mövqe və işin faktiki hallarına uyğun olmayan yekun nəticə əsassız olduğundan qəbul edilmiş qərar iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçının vəkili məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

18. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bunda n sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

19. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (f aktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qər arı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının iddianın təmin edilməyən hissəsində ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Şikayət qərarın mübahisələndirilən hissədə ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “iddiaçı torpaq sahəsində çəkilmiş asfalt yolunun və kanalizasiya xətlərinin cavabdehin vəsaiti hesabına sökülməsini tələb etsə də, həmin işlərin cavabdeh tərəfindən görülməsini təsdiq edən hər hansı sənəd-sübutu iş materiallarına əlavə etməmişdir.”

24. Məhkəmə k ollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bu qənaətlə bağlı əsaslandırmasını İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir.

25. İddiaçı haqlı olaraq qeyd edir ki, apellyasiya instansiya məhkəməsi işdə olan sübutlarla kifayətlənməyərək özü də mübahisənin düzgün həlli üçün zəruri prosessual hərəkətləri etməli idi. ”Azərsu” ASC-nin iddiaçıya ünvanladığı 2020-ci il 23 sentyabr tarixli, 07/07-1/3/13463 nömrəli cavab məktubunda göstərilmişdir ki, inşa işləri yerli icra orqanlarının razılığı və bilavasitə onların iştirakı ilə həyata keçirilmişdir.

26. Məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlili ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiya məhkəməsi prosessual qanunvericilikdə təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələblərini öz xidməti vəzifəsinə görə yerinə yetirməli olduğu halda, bunu etməmiş, ”Azərsu” ASC-nin 2020-ci il 23 sentyabr tarixli, 07/07-1/3/13463 nömrəli məktubundakı məlumatları tədqiq etməmiş, onları qiymətləndirməmişdir.

27. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın tam təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

29. Yu xarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-662/2021 nömrəli, 2021-ci il 13 aprel tarixli qərarı iddianın təmin olunmayan hissəsində ləğv edilir. İş həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar