Məhkəmə qərarları › İş №2-1(102)-1548/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1548/2022

12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1548/2022 12.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının ləğv edilməsi; səyyar vergi yoxlaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (VÖEN:**********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi nə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2022-ci il tarixli, 2-1(103)-32/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2015-ci il tarixli, **********971841 nömrəli qərarına əsasən xx.xx.2009-cü ildən xx.xx.2015-ci ilədək olan dövr üzrə İddiaçı MMCnin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, cəmiyyətdə səyyar vergi yoxlaması Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin vəsatətinə əsasən Binəqədi rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 5(001)402/2015 saylı Qərarına əsasən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxsləri barəsində başlanmış cinayət işi ilə əlaqədar təyin edilmişdir.

2. Yoxlamanın nəticəsi xx.xx.2016-cı il tarixli, **********973593 saylı Səyyar vergi yoxlaması Aktı ilə rəsmiləşdirilmiş, həmin Akt əsasında 29 avqust 2016-cı il tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********037308 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarla iddiaçıya 2009-cu ilin mənfəət vergisi üzrə 666.60 manat, 2011-ci ilin mənfəət vergisi üzrə 53.810.67 manat, 2012-ci ilin mənfəət vergisi üzrə 172.614.87 manat, 2013-cü ilin mənfəət vergisi üzrə 208.287.74 manat, 2014-cü ilin mənfəət vergisi üzrə 191.453.86 manat, 2010-cu ilin ƏDV üzrə 348.509.17 manat, 2012-ci ilin ƏDV üzrə 750.596.11 manat, 2013-cü ilin ƏDV üzrə 3.120.574.29 manat, 2014-cü ilin ƏDV üzrə 59.588.60 manat əlavə vergi məbləği hesablanmış, 2013-cü ilin mənfəət vergisinin azaldılmasına görə 104.143.87 manat, 2014-cü ilin mənfəət vergisinin azaldılmasına görə 95.726.93 manat, 2013-cü ilin ƏDV-nin azaldılmasına görə 1.560.287.15 manat, 2014-cü ilin mənfəət vergisinin azaldılmasına görə 29.794.30 manat maliyyə sanksiyası tətbiq edilmiş, həmçinin qərarla 2009-cu ilin ƏDV üzrə 144.60 manat, 2011-ci ilin ƏDV üzrə 66789.79, 2015-ci ilin ƏDV üzrə 909.284.31 manat məbləğin artıq hesablanması müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏ HKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı 28 sentyabr 2016-cı il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında 29 avqust 2016-cı il tarixli, **********037308 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, - Bakı Vergilər Departamenti tərəfindən İddiaçı MMC-nin fəaliyyətində növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticələri üzrə 11 iyul 2016-cı il tarixli akt tərtib olunmuşdur. Həmin akt MMC-nin rəhbəri tərəfindən imzalanmamışdır. Belə ki, akt səhv tərtib olunmuşdur. Bu səbəbdən də qurumun rəhbəri həmin aktla razılaşmamış və vergi orqanına yazılı etiraz təqdim etmişdir. Vergi orqanı tərəfindən akt əsası nda 29 avqust 2016-cı il tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********037308 nömrəli qərar qəbul olunmuşdur. İddiaçı MMC 29 avqust 2016-cı il tarixli sözügedən qərarla razılaşmır və hesab edilir ki, həmin qərar ləğv olunmalıdır. Aktda qeyd olunur ki, büdcəyə hesablanmalı ƏDV 3.303.049,41 manat azaldılmışdır. Yəni, 2009-cu ilin aprel-dekabr ayları üzrə 144,66 manat artıq, 2010-cu ildə 348.509.17 manat az, 2011-ci ildə 66.789,79 manat artıq, 2012-ci ildə 750.596,11 manat az, 2013-cü ildə 3.120.574.29 manat az, 2014-cü ildə 59.588,60 manat az, 2015-ci ildə 909.284,31 manat artıq hesablanmış, ümumilikdə 3.303.049,41 manat məbləğində azaldılmışdır. Qeyd olunan məbləğlə iddiaçı razılaşmır. Belə ki, həmin məbləğin hesablanma sına əsas olan 2013-cü ilin dekabr ayını əhatə edən bəyan olunmamış dövriyyə kimi qeyd edilən məbləğ üzrə iddiaçı tərəfindən mal, iş, xidmət göstərilməmiş, təhvil-təslim aktları olmamış, hansı müəssisə və ya müəssisələrlə aparılması barədə qeyd edilməmiş, 1 ayda (2013-cü ilin dekabr ayında) MMC-də 3.303.049,41 manat ƏDV hesablanmasına əsas olan dövriyyəyə uyğun xidmət göstərilməsi fiziki və texniki cəhətdən mümkün deyildir. İddiaçı rabitə xətlərinin çəkilməsi ilə, yalnız xidmət göstərilməsi ilə məşğul olmuşdur. Yoxlama aktının 3-4-cü vərəqələrində qeyd edilmişdir ki, MMC üzrə yoxlanılan dövrdə xidmətlərin dəyəri 1.517.198,07 manat təşkil etmişdir və bu da müqavilə öhdəliklərinə tam əməl edilməsi deməkdir. Həmin xüsusat üzrə 3.045.624,87 manat ƏDV-nin 2013-cü ilin dekabr ayı üzrə hesablanma sı ziddiyyət təşkil edir və həmin məbləğdə ƏDV-nin hesablanması bu və qeyd edilən digər səbəblərdən qəbuledilməzdir. Eləcə də, üzləşmə aktları, yerinə yetirilmiş işlərin təhvil təslim aktları və digər ilkin mühasibat sənədlərinə əsasən görülən işlərə görə avans alınmadığı, işlər tam təhvil verilmədiyi təqdirdə təqdim edilməmiş iş, xidmətlərə görə dövriyyənin hesabatlarda göstərilməsi mümkün deyildir. MMC tərəfindən təqdim edilən ƏDV bəyannamələrindən göründüyü kimi, görülən işlər tam başa çatdırılıb təqdim edildikcə hesabatlarda öz əksini tapmışdır. Tam təhvil verilməmiş işlərə görə vəsait daxil olduqca, hesablarda göstərilməsi nəzərdə tutulmuş, bu səbəbdən də 3.045.624,87 manat ƏDV-nin hesablanması əsassız hesab olunur. - Azərbaycan Respublikası Vergi Məcəlləsinin 161.3-cü maddəsinə əsasə n bu Məcəllənin 159.4-cü, 159.5-ci və 159.6-cı maddələrində göstərilən hallarda vergi tutulan əməliyyatın dəyəri təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin ƏDV nəzərə alınmadan formalaşan dəyərindən (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) ibarət olur. Vergi tutulan əməliyyatın dəyəri bu Məcəllənin 159.4-cü maddəsində göstərilən qaydada müəyyən edilir. Həmin Məcəllənin 159.4-cü maddəsinə əsasən vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatı vergi tutulan əməliyyat sayılır. Bundan başqa, 2013-cü ilin dekabr ayı da daxil olmaqla İddiaçı MMC tərəfindən “Aztelekom” İB-nin sifarişi əsasında görülmüş, tam təhvil verilməmiş, 3. 045.624,87 manat ƏDV-nin hesablanmasına əsas olan 17.000.000 manat dövriyyə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində ********* saylı cinayət işi gedişində təyin edilmiş yoxlama zamanı AR Maliyyə Nazirliyinin mütəxəssisləri tərəfindən şişirdilmiş məbləğ hesab olunaraq mənimsənilmiş məbləğ kimi qiymətləndirilmişdir. Cinayət işi üzrə MMC-nin bütün vergi yoxlaması zamanı əhatə olunan dövrdə dövriyyəsi üzrə 22.000.000 manatdan çox şişirdilmiş qiymət müəyyən edilmiş (2009 – 2015-ci illər üzrə dövriyyənin tam yarısı) və həmin mütəxəssis aktları üzrə hazırda 20 iyun 2016-cı il tarixli qərarla məhkəmə mühasibatlıq və məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. Göstərilməyən, başa çatmayan xidmətə görə vergi quruma (iddiaçıya) hesablana bilməzdi. Eləcə də, şişirdilm iş, mənimsənilmiş məbləğə (olmayan hesab edilən xidmətə görə) vergi məbləği hesablana bilməz. Hesab olunur ki, cinayət işi gedişində təyin edilmiş vergi yoxlamasının nəticəsində dair akt və cinayət işi gedişində təyin edilmiş Maliyyə Nazirliyinin yoxlamasının nəticələrinə dair akt ziddiyyətli olduğu üçün vergi yoxlaması zamanı görülmüş hesab edilmiş 41.000.000 manat məbləğində xidmətlərin cinayət işi gedişində 22.000.000 manat hissəsi görülməmiş hesab olunduğu üçün həmin aktlarda qeyd edilən məbləğlər (rəqəmlər) vergi yoxlaması zamanı nəzərə alındığı təqdirdə MMC-də ümumiyyətlə vergi borcunun olmaması müəyyən ediləcək. - Aktda göstərilən, iddiaçı tərəfindən “Türkan” firmasından 2012-ci ildə 1.281.487,88 manat, 2014-cü ildə 43.100 manat məbləğində, cəmi 1.324.587 manat məbləğində asbest d am örtüyü alınmış, həmin dam örtüyündən görülmüş işlərdə istifadə olunmaması ilə MMC razılaşmır. Həmin dam örtüyü İddiaçı MMC-nin icarəyə götürdüyü obyektin (ofis binasının) dam örtüyünün təzələnməsinə, habelə Tovuz rayonunda hazırda üzərinə həbs qoyulmuş MMC-nin direktorunun mülkiyyətindəki torpaq sahəsində tikilmiş, üstüörtülü çardaqların dam örtüyünün qurulmasına sərf edilmişdir. Lakin yoxlama dövründə MMC-nin rəhbərinin, baş mühasibinin və onların nümayəndələrinin yoxlamada iştirakının təmin edilməməsi nəticəsində təmir-tikinti işlərində istifadə edilmiş, mal-material xərcinə salınmış 2012-ci ilin dekabr ayında 230.667,82 manat, 2014-cü ilin dekabr ayında 7.758,11 manat olmaqla ümumilikdə 238.425,93 manat məbləğin azaldılması əsassız olaraq qəbul edilməmişdir. Halbuki, 26 oktyabr 2015- ci il tarixdə MMC-nin ofisində axtarış və götürmə aparılarkən həmin təsdiqedici sənədlər, yəni dam örtüyünün istifadəsini təsdiq edən sənədlər digər sənədlərlə birlikdə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən müvafiq protokol tərtib olunmadan aparılmış, yoxlama zamanı müvafiq xərc sənədlərinə istinad edilmədən 238.425,93 manat ƏDV məbləği səhv hesablanmışdır. Aktda İddiaçı MMC tərəfindən ƏDV bəyannamələrində aparılmış əvəzləşmələrin düzgünlüyü ödəniş sənədləri, ƏDV-nin sub-uçot hesabı və VHF-larına əsasən yoxlanılarkən müəyyən olunmuşdur ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələbləri pozulmaqla “Türkan” firması tərəfindən təqdim olunmuş 27 aprel 2013-cü il tarixli HF seriyalı VHF əsasında 2013-cü ilin aprel ayında 18.999,30 manat ƏDV tam məbləğdə əvəzləşdiri ldiyi halda 2013-cü ilin noyabr ayında təkrar əvəzləşdirilmişdir. Hesab olunur ki, aktda qeyd edilən bu xüsusat da səhvdir. “Türkan” firması üzrə əvəzləşdirmənin aparıldığı dövr üzrə yoxlama zamanı belə bir hal aşkar edilməmiş və həmin firma ilə eyni əməliyyat üzrə təkrar əvəzləşdirmə aparılmamışdır. İddiaçıya hesablanmış 3 epizod üzrə cəmi 4.279.268,17 manat ƏDV-nin azaldılması barədə aktın nəticələri yanlışdır, əsaslandırılmamışdır, yoxlama dövründə MMC tərəfindən “Türkan” firmasına təkrar əvəzləşmə və ilkin əvəzləşməyə dair sənədlər yoxlayıcı tərəfindən təqdim edilib müzakirə olunmamış, “Türkan” firmasından alınmış dam örtüklərinin istifadəsinə dair yerində baxış keçirilməsi təklif edilsə də, yoxlayıcı tərəfindən malların istifadə edildiyi yerlərə baxış keçirilməmiş və əsassız olaraq ma l qalığı hesab edilərək həmin məbləğə 238.425,93 manat ƏDV hesablanmışdır. Aktda qeyd olunur ki, vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotunu aparmamışdır. - Vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən olmadığından, yoxlama zamanı Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 55 saylı qərarına əsasən yoxlanılan dövr (2011– 2014-cü illər) üzrə işlərin görülməsindən və mal-materialların satışından əldə olunmuş 19.055.907,81 manat (ƏDV-siz) gəlir (müəssisə tərəfindən gəlir 2011 – 2014-cü illərdə 12.619.990,35 manat göstərilmişdir) məbləğinə görə şərti rentabellik tətbiq olunmaqla 635.196,94 manat mənfəət vergisi hesabla nmışdır. MMC bununla razılaşmır. MMC-də mühasibat uçotu tam qanuna uyğun olaraq aparılmışdır. Qurumun həmin dövrü əhatə edən kassa sənədləri. Müvafiq uçot jurnalları, bütün zəruri uçot və mühasibat işləri qanunla müəyyən edilmiş qaydada aparılmışdır. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində ********* saylı cinayət işi üzrə 2015-ci ilin dekabr ayından hal-hazıradək müəssisədə istintaq işi gedir. Bununla əlaqədar olaraq MMC-nin direktoru və baş mühasibi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 2015-ci ilin oktyabr ayında həbs olunmuş, istintaqla bağlı müəssisəyə aid olan podrat müqavilələri, bank sənədləri, kassa sənədləri, qaimə fakturalar, material hesabatları, dövriyyə cədvəlləri, icarə müqavilələri, satınalma müqavilələri, kredit müqavilələri, işlərin (xidmətlərin) təhvil-t əslim aktları, debitor və kreditor borcları haqqında olan sənədlər, müəssisənin möhürü və ASAN imzası Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən MMCnin ofisində axtarış aparılan zaman götürülmüşdür. Ona görə mənfəət vergisinin düzgün müəyyən edilməsi məqsədilə hesaba daxil olan vəsaitin, çəkilmiş mal-material xərclərinin dəyərinin ödənilməsinin yenidən yoxlanılması xahiş edilir. Belə ki, müəssisədə 78.790,16 manat mənfəət vergisi yarana bilməz. Mənfəət vergisi məbləğini uçot sənədləri, xərc sənədləri nəzərə alınmaqla hesablanmalıdır və bütün zəruri uçot və xərc sənədlərinin olmasına baxmayaraq Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işinin materiallarında olan xərc sənədləri nəzərə alınmadan qanunsuz və əsassız olaraq AR Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və AR Nazirlə r Kabinetinin 1 mart 2001-ci il tarixli, 55 saylı qərarına əsasən 20 faiz dərəcəsi ilə mənfəət vergisi hesablanmışdır ki, bu qərarın tətbiqi xərc sənədləri olan bir müəssisə üzrə yolverilməzdir. İşləməyən bir müəssisə üçün aktda göstərilən tam həcmdə təhvil verilməmiş işlərə görə müəssisə tərəfindən alınmayan vəsaitlərə görə və şişirdilmiş hesab edilən dövriyyəyə görə sanksiya 2.453.050,98 manat hesablanması absurddur. Vergi Məcəlləsinin tələblərinə müvafiq olaraq akta edilən etirazın düzgünlüyünü sübut edən sənədlər əlavə olunmalıdır. Bu sənədlər Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən hər hansı bir sənədləşmə aparılmadan 3 dəfə (ilkin olaraq axtarış, daha sonra direktorun həbsindən sonra 2 dəfə hissə-hissə olmaqla protokolsuz MMCnin əməkdaşlarından tələb edilməklə) götürülmüşd ür. Yaranmış vəziyyəti nəzərə alaraq, səlahiyyətli orqan kimi cinayət işində olan Maliyyə Nazirliyinin etirazda qeyd edilən müvafiq aktının vergi yoxlaması aktı ilə qarşılıqlı şəkildə araşdırılması, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işinə əlavə edilmiş müvafiq xərc sənədlərinin nəzərə alınması, aktda göstərilən nöqsanların aradan qaldırılması, təqdim edilməmiş iş, xidmətlərə görə hesablanmış ƏDV məbləği, xərc sənədləri mövcud olduğu halda 20 faiz dərəcəsi ilə hesablanmış mənfəət vergisinin əsassız olması, eləcə də MMC-nin maliyyə təsərrüfat fəaliyyətinin yoxlanıldığı cinayət işi gedişində hazırda Maliyyə Nazirliyinin aktı əsasında məhkəmə mühasibat və məhkəmə əmtəəşünaslıq ekspertizalarının təyin edilməsi, müəssisənin dövriyyəsinin şişirdildiyi nəzərə alınmaqla fa ktiki dövriyyənin müəyyən edilənədək vergi yoxlaması dayandırılmamış, aktın ləğvi xahiş olunsa da, cinayət işində olan hallar nəzərə alınmamışdır.

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, - Vergi Məcəlləsinin 71.4-cü və 67-ci maddələrinə uyğun olaraq vergi ödəyicisində 2009-cu və 2010-cu illər üçün mənfəət vergisi üzrə təqdim edilmiş sənədlər əsasında vergilər hesablanmışdır. Yoxlama nəticəsində müəyyən olundu ki, Vergi Məcəlləsinin 104.1 və 108-ci maddələrinin tələbləri pozulmaqla 2009-cu ildə sair xərclərin 3030,0 manat artıq göstərilməsi səbəbindən vergiyə cəlb olunan mənfəət 3030,0 manat, mənfəət vergisi 666,60 manat azaldılmışdır. 2010-cu il üzrə təqdim olunmuş mənfəət vergisi bəyannaməsi üzrə yoxlama ilə kənarlaşma aşkar olunmadı. Ve rgi ödəyicisi tərəfindən yoxlanılan dövr üzrə (2011- 2014-cü illər) vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyannamələrinə əsasən vergi ödəyicisinin yoxlanılan dövrdə gəlirin əldə edilməsi bağlı çəkilmiş xərclərinin 90,82 %-i mal-material xərclərinin payına düşür. Yoxlama ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində olan mühasibat uçotu sənədlərinə, bank və ƏDV depozit hesabından çıxarışlara əsasən müəyyən edilmişdir ki, cəmiyyətin gəlirlər, görülmüş və yerinə yetirilmiş işlər haqqında sənədlər “forma-2”lər və banka daxil olmuş vəsaitlər əsasında formalaşdığından və həmin “forma-2”-lər üzrə texniki hesabatlar tərtib edilmədiyindən real xərcləri müəyyən etmək mümkün olmamışdır. “Forma-2”-lər qarşılıqlı surətdə aparılmış əməliyyatlar əsasında dəqiqləşdirilmişdir. Vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş vergi bəyannamələrinə əsasən yoxlanılan dövr üzrə (yoxlama məlumatı nəzərə alınmadan) ümumilikdə 9925,90 manat mənfəət vergisinin hesablandığı nəzərə alınaraq, əlavə olaraq dövlət büdcəsinə 626833,74 manat məbləğində mənfəət vergisi ödənilməlidir. Vergi Məcəlləsinin 53.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli məbləğinə nisbətən azaldılmasına görə azaldılmış 626833,74 manat məbləğində mənfəət vergisinə 50% miqdarında, yəni 313416,87 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuş, lakin Vergi Məcəlləsinin 56.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 199870,80 manat miqdarında maliyyə sanksiyası tətbiq edilmişdir. - ƏDV bəyannamələrinin düzgünlüyü AVİS hesabat/axtarış informasiya sistemində olan məlumatlar və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olan sənədlər (Forma-2-lər, üzləşmə aktları, ilkin mühasibat sənədləri və sair) əsasında yoxlanarkən müəyyən edilmişdir ki, Vergi Məcəlləsinin 159.1, 159.5, 166.1 və 175.1-ci maddələrinin tələbləri pozulmaqla büdcəyə çatası ümumilikdə 3.303.049,41 manat müəyyən edilmişdir. Yoxlama ilə qarşılıqlı əlaqələrə, AVİS hesabat/axtarış informasiya sistemində olan məlumatlar və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olan sənədlərə (üzləşmə aktları, yerinə yetirilmiş işlərin təhvil-təslim aktları (Forma-2-lər), və digər ilkin mühasibat sənədlərinə), bank, ƏDV depozit hesabından çıxarış lara əsasən müəyyən olundu ki, cəmiyyət tərəfindən yerinə yetirilmiş işlərə görə tərtib olunmuş təhvil1təslim aktları üzrə məbləğlər ƏDV tutulan dövriyyələrdə düzgün göstərilməmişdir. Belə ki, 2009-cu ilin aprel-dekabr ayları üzrə dövriyyə 803,67 manat, ƏDV məbləği 144,66 manat artıq (o cümlədən dekabr ayında 144,66 manat artıq), 2010-cu ildə dövriyyə 1936162,06 manat, ƏDV məbləği 348509,17 manat ( o cümlədən dekabr ayında 348509,17 manat az) az, 2011-ci ildə dövriyyə 371054,39 manat, ƏDV məbləği 66789,79 manat artıq (o cümlədən noyabr ayında 16020,0 manat artıq, dekabr ayında 50769,79 manat artıq), 2012-ci ildə dövriyyə 2888490,50 manat, ƏDV 519928,29 manat az (o cümlədən dekabr ayında 519828,29 manat az), 2013-cü ildə dövriyyə 17230972,16 manat, ƏDV 3101574,99 manat az (o cümlədən dekabr ayında 3101574,99 manat az ), 2014-cü ildə dövriyyə 287947 17 manat, ƏDV 51830,49 manat az (o cümlədən dekabr ayında 51830,49 manat az) 2015-ci ildə dövriyyə 5051579,50 manat, ƏDV 909284,31 manat artıq (o cümlədən yanvar ayında 63980,0 manat artıq, fevral ayında 727519,99 manat artıq, aprel ayında 35785,36 manat artıq, may ayında 18618,74 manat artıq, iyul ayında 45756,0 manat artıq, avqust ayında 12324,22 manat artıq) ümumilikdə 3045624,18 manat(-144,66 + 348509, 17-66789,79 + 519928,29 + 3101574,99 + 51830,49 - 909284,31) məbləğində azaldılmışdır. Beləliklə, Vergi Məcəlləsinin 159.1 və 168.1-ci maddələrinin tələbləri pozulmaqla büdcəyə hesablanmalı əlavə dəyər vergisi 3045624,18 manat azaldılmışdır. - Cəmiyyət tərəfindən “Türkan” firmasından (VÖEN **********) 2012-ci ildə 1.281.487,88 manat, 2014-cü ildə 43.100,60 manat məbləğində, cəmi 1.324.587,88 manat məbləğində asbest dam örtüyü alınmış, həmin dam örtüyündən görülmüş işlərdə istifadə olunmamışdır və mühasibat sənədlərində qalıq kimi göstərilməmişdir. Yəni həmin materialların sərfiyyatı haqqında heç bir sənədləşmə aparılmadığı üçün cavabdeh tərəfindən həmin məbləğlər əskik gəlmə kimi qəbul edilmişdir. Beləliklə, Cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 159.5-ci maddəsinin tələbləri pozulmaqla büdcəyə çatası ƏDV məbləği 2012-ci ilin dekabr ayında 230667,82 manat, 2014-cü ilin dekabr ayında 7758,11 manat olmaqla, cəmi 238425,93 manat azaldılmışdır. Cəmiyyət tərəfindən təqdim olunmuş ƏDV bəyənnamələrində aparılmış əvəzləşmələrin düzgünlüyü ödəniş sənədləri, ƏDV-nin sub uçot hesabı və VHF-larına əsasən yoxlanılarkən müəyy ən olundu ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələbləri pozulmaqla “Türkan” firması tərəfindən təqdim olunmuş xx.xx.2013-cü il tarixli HF seriyalı VHF əsasında 2013-cü ilin aprel ayında 18999,30 manat ƏDV məbləği tam məbləğdə əvəzləşdirildiyi halda 2013-cü ilin noyabr ayında təkrar əvəzləşdirilmişdir. Yoxlama ilə müəyyən olunmuşdur ki, büdcəyə çatası əlavə dəyər vergisi yoxlanılan dövrdə ümumilikdə 3.303.049,41 (3045624,18 +238425,93 +18999,30) manat məbləğində az hesablanmışdır və həmin məbləğ büdcəyə ödənilməlidir. Eyni zamanda, büdcəyə çatası əlavə dəyər vergisi yoxlanılan dövrdə ümumilikdə 3.303.049,41 manat azaldılmasına baxmayaraq, aylar üzrə 4.279.268,17 manat azaldılmışdır. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 oktyabr 2016-cı il tarixli qərardadı ilə iş baxılm ası üçün aidiyyəti üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2-1(82)41/2018 nömrəli qərarı (hakim: xxx) ilə iddia təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 avqust 2016-cı il tarixli, **********037308 nömrəli qərarın ləğv edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 avqust 2016-cı il tarixli **********037308 nömrəli qərarı qəbul olunarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü və 56.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, sadalanan normalar vergi ödəyicis inə vergilərin hesablanması və bununla bağlı onun məsuliyyətə cəlb olunmasını müvafiq hesabat dövrünün qurtarması və pozuntunun müddət ərzində mümkün saydığı halda, vergi törədilməsi anından 3 il orqanı 29 avqust 2016-cı il tarixli qərarında vergi ödəyicisi kimi hazırkı iddiaçına son 3 il deyil, daha çox müddət üzrə vergilər hesablamış, eləcə də baş vermiş hüquq pozuntularının törədilməsinə görə onu məsuliyyətə cəlb etmişdir. Müvafiq dövrü əhatə edən səyyar vergi yoxlamasının məhkəmə qərarı ilə təyin olunmasına gəldikdə isə, nəzərə alınmalıdır ki, bu hal, vergi ödəyicisinə birbaşa vergilərin hesablanması yox, onun aidiyyəti vəzifəli şəxslərinin əməllərinin araşdırılması məqsədi daşıyır və yoxlama aktı ilə son nəticədə MMC-nin fəaliyyətində yol verilmiş pozuntular aşkarlana, eləcə də dövriy yəsi müəyyən oluna bilər. Lakin yoxlamanın aktı əsasında vergi orqanı məsuliyyətə cəlb etmə barədə qərar qəbul edərkən, müddətlə bağlı qeyd olunan normaların tələblərinə ciddi riayət etməlidir. Odur ki, 29 avqust 2016-cı il tarixli qərar digər xüsusatlar olmadan da, “son 3 il üzrə vergilərin hesablanması və müvafiq maliyyə sanksiyalarının tətbiq edilməsi” hissəsi istisna olmaqla, qalan hissədə qanunaziddir. Vergi ödəyicisi kimi iddiaçıya səyyar vergi yoxlaması ilə azaldılmış vergi məbləğləri (mənfəət vergisi və ƏDV) qurumun zəruri sənədləri yoxlamaya təqdim etməməsi ilə əsaslandırılmaqla və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67-ci və 83.9-cu maddələrinə istinad olunmaqla hesablansa da, sənədlərin təqdim olunmamasının səbəbləri tam araşdırılmamış və bu, sonda formal olaraq “əlaqəli məlumatlar”ın əldə olunmamasına istinadən şərti rentabellik düsturu tətbiq olunmaqla dövriyyənin və vergilərin düzgün müəyyən edilməməsi ilə nəticələnmişdir. Halbuki, sənədlərin təqdim olunmamasının səbəbi zəruri sənədlərin istintaq orqanına verilməsi olmuş və vergi ödəyicisinin mövcud olan və çatışmayan sənədləri əsasında istintaq orqanında aparılmış müvafiq cinayət işi üzrə məhkəmə hökmü ilə müəyyənləşdirilmiş dövriyyəsi fərqli məbləğ təşkil edir, həmin dövriyyəyə görə vergi ödəyicisinə hesablanmış vergi məbləğləri və onun ödəniş sənədləri əsasında verilmiş ekspertiza rəyinə görə isə, iddiaçının vergi borcu mövcud olmur. Qeyd olunmalıdır ki, məhkəmə hazırkı iş üzrə ekspertiza rəyi ilə razılaşmamaqla bağlı heç bir əsas müəyyən etməmişdir. Eləcə də vergi orqanının 29 avqust 2016-cı il tari xli, **********037308 nömrəli qərarı - əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Belə ki, həmin aktın özündə yalnız Vergi Məcəlləsinin 59.1-ci (ödənilməmiş məbləğlərə əlavə faiz hesablanması barədə müddəalar əks olunmuş) maddəsinə. Həmin Məcəllənin 62-ci və İPM-in 38.1-ci maddələrinə əsasən (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) maddəsinə, həmin məcəllənin 62-ci və İPM-in 38.1-ci maddələrinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş və inzibati məhkəmə icraatında kameral vergi yoxlamasının keçirilməsi üçün əsaslar, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Qanunvericiliklə (“İnzibati icraat haqqınd a” Azərbaycan Respublikası Qanununun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Odur ki, mübahisələndirilən inzibati aktın özündə yazılı şəkildə əsaslandırılması yetərli qiymətləndirilmir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 3 iyul 2019-cu il tarixli, 2-1(103)-1202/2019 nömrəli qərarı (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X8 və X3) ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 oktyabr 2018-ci il dəyişdirilmədən saxlanılmış dır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində birinci icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2022-ci il tarixli, 2-1(102)-136/2020 nömrəli qərarı (hakimlər: X2 (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, X7) ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 iyul 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir.

14. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, - iddia tələbini təmin edən, yəni mübahisələndirilən qərarı ləğv edən b irinci instansiya məhkəməsi və onun nəticəsi ilə razılaşan apellyasiya instansiya məhkəməsi 4 oktyabr 2018-ci il tarixli ekspert rəyinə istinad etmişdir. İş üzrə cavabdeh ekspert rəyinin nəticəsinə etiraz edərək bildirmişdir ki, “ekspertin 1(101)83/2017 nömrəli, 4 oktyabr 2018-ci il tarixli məhkəmə hökmünə istinad etməsi əsassızdır. Belə ki, yoxlama ilə 626.833,74 manat mənfəət vergisinin, 3.303.049,41 manat əlavə dəyər vergisinin, cəmi 3.929.883,15 manat məbləğində vergilərin azaldılmasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci və 56.1-ci maddələrinə əsasən 1.789.952,25 manat məbləğində maliyyə sanksiyaları tətbiq edilmiş və yoxlamanın nəticələrinə dair sənədlər Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. A zərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müvafiq cinayət işinin istintaqı dayandırılmışdır. Lakin ekspertin istinad etdiyi 1(101)183/17 saylı, 27 iyul 2017-ci tarixli hökmündə Cinayət Məcəlləsinin 179-cu, 308-ci, 313-cü maddələrinə əsasən məhkəmə istintaqı başa çatmışdır. Halbuki, vergi ödəməkdən yayınma ilə bağlı cinayət işi müvafiq işdən ayrılmış və hal-hazırda cinayət işinin Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılır. Həmin işlər arasında qarşılıqlı əlaqənin mövcud olmamasına baxmayaraq ekspert əsassız olaraq müvafiq hökmə istinad etmişdir. - Həmçinin, oktyabr 2018-ci il tarixli, 22528 nömrəli ekspert rəyində müəssisə üzrə ümumilikdə 2009-2015-ci illər üzrə büdcəyə çatası ƏDV və mənfəət vergisi məbləği ayrı-ayrı illər üzrə göstərilmədiyindən, bununla da vergi ödəyicisinə tətbiq edilməli olan maliyyə sanksiyasının məbləği müəyyən deyildir.” Lakin nə birinci instansiya məhkəməsi tərəfindən, nə də apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin yuxarıda qeyd olunan dəlillərinə qiymət verilməmişdir. Bundan əlavə, yuxarıda qeyd edildiyi kimi, iddiaçı barəsində mənfəət vergisi və ƏDV hesablanmasına əsas olmuş hallara-dövriyyənin düzgün göstərilməməsi, xərc sənədlərinin olmaması, istifadə edilməmiş malların qalıq kimi göstərilməməsi, eyni əməliyyat üzrə əvəzləşdirmənin təkrar aparılmasına məhkəmələr tərəfindən qiymət verilməmiş, yalnız dövriyyə ilə bağlı ekspert rəyinə istinad edilmiş, ekspertiza qarşısında yuxarıda göstərilən halların araşdırılması ba rədə sual qoyulmamış, ümumiyyətlə mübahisələndirilən qərarın qəbul edilməsinə səbəb olmuş hallar üzrə ətraflı məhkəmə araşdırması aparılmamış və qiymət verilməmişdir. Belə ki, səyyar yoxlama zamanı iddiaçının “Türkan” firmasından 1.324.587,88 manat mal aldığı, lakin təsərrüfat fəaliyyətində istifadə edilməmiş həmin malların əskik gəldiyi müəyyən olunduğu üçün 238.425,93 manat ƏDV hesablanmışdır. Bundan əlavə, iddiaçı Türkan firmasından əldə etdiyi xx.xx.2013-cü il tarixli e-VHF-ni (18.999,3 manat məbləğində) fərqli iki ayda (2013-cü ilin aprel və noyabr aylarında) əvəzləşdirmişdir. Başqa sözlə, iddiaçı eyni e-VHF-ni 2 dəfə, yəni təkrar əvəzləşdirmişdir. Buna baxmayaraq, məhkəmə mühasibatlıq ekspertizası bu məsələlərə ümumiyyətlə toxunmamaqla natamam araşdırma aparmış, məhkəmə isə öz növbəs ində ekspertin yol verdiyi nöqsana əhəmiyyət verməmiş və bu barədə hüquqi qiymətləndirmə aparmamışdır. Apellyasiya instansiya məhkəməsi yalnız ekspert rəyinə istinad etməklə nəticəyə gəlmişdir ki, ekspert rəyləri sübutun bir növü olmaqla iş üzrə digər sübutlarla və işin faktiki halları ilə birgə qiymətləndirilməlidir. - İşə baxan apellyasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, vergi orqanı iddiaçıya münasibətdə vergi hesablayarkən zəruri sənədlərin təqdim edilməməsinə istinad etsə də, sənədlərin təqdim olunmamasının səbəbi onların istintaq orqanında saxlanması olmuşdur. Halbuki, səyyar vergi yoxlaması məhz cinayət işində olan materialları əsasında aparılmışdır. Bundan başqa, işə baxan apellyasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, vergi orqanının 29 avqust 2016-cı il tarixli, **********037308 nömrəli qərarı - əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Belə ki, həmin aktın özündə yalnız Vergi Məcəlləsinin 59.1-ci (ödənilməmiş məbləğlərə əlavə faiz hesablanması barədə müddəalar əks olunmuş) maddəsinə, həmin Məcəllənin 62-ci və İPM-ın 38.1-ci maddələrinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş və inzibati məhkəmə icraatında kameral vergi yoxlamasının keçirilməsi üçün əsaslar, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibatı aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Qanunvericiliklə («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 61.5-cı maddəsındə nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasın ın tələb olunmadığı hallara gəldikdə isə hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Odur ki, mübahisələndirilən inzibati aktın özündə yazılı şəkildə əsaslandırılması yetərli qiymətləndirilmir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, vergi münasibətləri üzrə artıq mövcud olmuş inzibati praktika ondan ibarətdir ki, cavabdeh qurum tərəfindən vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarlar yalnız cədvəl kimi və müvafiq məbləğləri və dövrləri göstərilməklə qəbul edilir, həmin qərarların qəbul edilməsinin hüquqi və faktiki əsasları daha ətraflı isə səyyar vergi yoxlaması keçirildiyi halda aktda əks etdirilir. Bu isə o anlamı yaradır ki, həm vergi ödəyicisinə, həm də araşdırma aparan məhkəməyə vergilərin hesablanmasının hansı hallardan irəli gəldiyi və hansı hüquqi əsaslara söykəndiyi bəlli olur. Beləliklə, qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi yalnız inzibati iş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertizanın nəticəsinə əsaslanaraq qərar qəbul etməklə haqlı olmamışdır. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 iyul 2021-ci il tarixli, 2-1(103)-72/2021 nömrəli qərardadı ilə hazırkı iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə təqdim olunmuş 27 dekabr 2021-ci il tarixli, 9/5460 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, - 1, 2, 3 və 4-cü suallar üzrə: rə yin tədqiqat hissəsində göstərilənlərə əsasən, xx.xx.2016-cı il tarixli səyyar vergi yoxlaması aktı və həmin aktın nəticələrinə dair 29 avqust 2016-cı il tarixli vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə **********037308 nömrəli qərarı ilə müəyyən edilmiş dövr üzrə səyyar vergi yoxlamasında müəyyən edilmiş halların (mənfəət və ƏDV üzrə, dövriyyənin düzgün göstərilməməsi, xərc sənədlərinin olmaması, istifadə edilmiş malın qalıq kimi göstərilməməsi, eyni əməliyyat üzrə əvəzləşdirmənin təkrar aparılması) düzgün olmaması və iş materialları, eləcə də Bakı Ağır Cinayətlər Məhkəməsinin arxivində olan 159 cilddən ibarət ilkin mühasibat sənədləri ilə öz əksini tapmaması müəyyən olunur. Eləcə də, tədqiqat predmeti olan müəssisəyə dair cinayət işinin materiallarında müəssisəyə dair bütün gə lir və xərc sənədləri olduğu üçün Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 55 saylı qərarına əsasən şərti rentabellik tətbiq edilməsi VM-də nəzərdə tutulmamışdır. Eləcə də, iş materiallarında bütün gəlir və xərc sənədləri olduğu üçün rentabellik norması tətbiq edilmədi. Bütün göstərilənlərə əsasən müəssisə üzrə hesablanmalı olan vergi məbləği və ya maliyyə sanksiyası müəyyən edilmədi. İddiaçıya aid ilkin mühasibat sənədlərində, Maliyyə Nazirliyinin aktında öz əksini tapmışdır. Müəssisə tərəfindən hesablama metodu tətbiq edilmişdir. Həmçinin, gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid olan sənədlər ciddi hesabat sənədləridir və gəlirdən çıxılan xərc kimi nəzərə alınması qanuna uyğundur. Həmçinin, hazırda qüvvədə olan Vergi Məcəlləsinin 166.1ci maddəsində göstərilmişdir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın tarixi təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Lakin qeyd edilir ki, iş materiallarından göründüyü kimi müəssisə üzrə ƏDV vergisi hesablanmasına əsas olan 3303049,41 manat azaldılmış ƏDV dövriyyəsi üzrə görülmüş işlərə dair işlərin dəyəri (pul vəsaiti) Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aztelekom İB tərəfindən ödənilməmişdir. Yəni, malların (işlər və xidmətlər) dəyəri ödənilmədiyindən qüvvədə olan Vergi Məcəlləsinin 166.1-ci maddəsinin tələblərinə əsasən ƏDV hesablanması nəzərdə tutulmur. Eləcə də, cəmiyyət tərəfindən “Türkan” firmasından (VÖEN **********) 2012-ci ildə 1281487,88 manat, 2014-cü ildə 43100,60 manat məbləğində, cəmi 1324587,8 8 manat məbləğində asbest dam örtüyü alınmış, həmin dam örtüyündən görülmüş işlərdə istifadə olunması xərc sənədlərində öz əksini tapmışdır və bu səbəbdən də qalıq kimi göstərilməmişdir. Bu malların əksikgəlmə kimi göstərilməsi üçün əsas müəyyən edilmədi. Beləliklə də, həmin əməliyyat üzrə 238425,93 manat ƏDV-nin azaldılması təsdiq edilmədi. Habelə, “Türkan” firması tərəfindən təqdim olunmuş xx.xx.2013-cü il tarixli HF seriyalı VHF əsasında 2013-cü ilin aprel ayında 18999,30 manat ƏDV məbləği tam məbləğdə əvəzləşdirildiyi halda 2013-cü ilin noyabr ayında təkrar əvəzləşdirilməsi, beləliklə də 18999,30 manat ƏDV məbləği ödəniş məbləğindən artıq olaraq təkrar əvəzləşdirilməsi ekspertiza tədqiqatı zamanı müəyyən edilmədi. - 5, 6, 7, 8, 9 və 10-cu suallar üzrə: müəssisə üzrə gəlirin əldə edilmə si və xərcinə dair sənədlər öz əksini Bakı Ağır Cinayətlər Məhkəməsinin arxivində olan 159 cilddən ibarət iddiaçıya aid ilkin mühasibat sənədlərində, Maliyyə Nazirliyinin aktında öz əksini tapmışdır. Müəssisə tərəfindən hesablama metodu tətbiq edilmişdir. Həmçinin, gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid olan sənədlər ciddi hesabat sənədləridir və gəlirdən çıxılan xərc kimi nəzərə alınması qanuna uyğundur. Həmçinin, hazırda qüvvədə olan Vergi Məcəlləsinin 166.1-ci maddəsində göstərilmişdir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın tarixi təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Lakin iş materiallarından göründüyü kimi, müəssisə üzrə ƏDV vergisi hesablanmasına əsas olan 3303049,41 manat azaldılmış ƏDV dövriyyəsi üz rə görülmüş işlərə dair işlərin dəyəri (pul vəsaiti) Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” İB tərəfindən ödənilməmişdir. Yəni, malların (işlər və xidmətlər) dəyəri ödənilmədiyindən qüvvədə olan Vergi Məcəlləsinin 166.1-ci maddəsinin tələblərinə əsasən ƏDV hesablanması nəzərdə tutulmur. Eləcə də, cəmiyyət tərəfindən “Türkan” firmasından (VÖEN **********) 2012-ci ildə 1281487,88 manat, 2014-cü ildə 43100,60 manat məbləğində, cəmi 1324587,88 manat məbləğində asbest dam örtüyü alınmış, həmin dam örtüyündən görülmüş işlərdə istifadə olunması xərc sənədlərində öz əksini tapmışdır və bu səbəbdən də qalıq kimi göstərilməmişdir. Bu malların əksikgəlmə kimi göstərilməsi üçün əsas müəyyən edilmədi. Beləliklə də, həmin əməliyyat üzrə 238425,93 manat ƏDV-nin azaldılması təsdiq edil mədi. Habelə, “Türkan” firması tərəfindən təqdim olunmuş xx.xx.2013-cü il tarixli HF seriyalı VHF əsasında 2013-cü ilin aprel ayında 18999,30 manat ƏDV məbləği tam məbləğdə əvəzləşdirildiyi halda 2013-cü ilin noyabr ayında təkrar əvəzləşdirilməsi, beləliklə də 18999,30 manat ƏDV məbləği ödəniş məbləğindən artıq olaraq təkrar əvəzləşdirilməsi ekspertiza tədqiqatı zamanı müəyyən edilmədi.

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2022-ci il tarixli, 2-1(103)-32/2022 nömrəli qərarı (hakimlər: X12 (sədrlik edən və məruzəçi), X4 və X1) ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq qey d etmişdir ki, - 27 dekabr 2021-ci il tarixli ekspert rəyindən müəyyən edilmişdir ki, iddiaçı barəsində mənfəət vergisi və ƏDV hesablanmasına əsas olmuş hallar-dövriyyənin düzgün göstərilməməsi, xərc sənədlərinin olmaması, istifadə edilməmiş malların qalıq kimi göstərilməməsi, eyni əməliyyat üzrə əvəzləşdirmənin təkrar aparılması iş materialları, eləcə də Bakı Ağır Cinayətlər Məhkəməsinin arxivində olan 159 cilddən ibarət ilkin mühasibat sənədləri ilə öz əksini tapmamışdır. - Eləcə də, səyyar yoxlama zamanı iddiaçının “Türkan” firmasından 1.324.587,88 manat mal aldığı, lakin təsərrüfat fəaliyyətində istifadə edilməmiş həmin malların əskik gəldiyi müəyyən olunduğu üçün 238.425,93 manat ƏDV hesablanması, bundan əlavə, iddiaçı Türkan firmasından əldə etdiyi xx.xx.2013-cü il tarixli e-VHF-ni ( 18.999,3 manat məbləğində) fərqli iki ayda (2013-cü ilin aprel və noyabr aylarında) əvəzləşdirməsi ilə bağlı qeyd olunmalıdır ki, ekspert rəyi ilə müəssisə üzrə ƏDV vergisi hesablanmasına əsas olan 3303049,41 manat azaldılmış ƏDV dövriyyəsi üzrə görülmüş işlərə dair işlərin dəyəri (pul vəsaiti) Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” İB tərəfindən ödənilmədiyi, yəni, malların (işlər və xidmətlər) dəyəri ödənilmədiyindən qüvvədə olan Vergi Məcəlləsinin 166.1-ci maddəsinin tələblərinə əsasən ƏDV hesablanması nəzərdə tutulmadığı, eləcə də, cəmiyyət tərəfindən “Türkan” firmasından (VÖEN **********) 2012-ci ildə 1281487,88 manat, 2014-cü ildə 43.100,60 manat məbləğində, cəmi 1.324.587,88 manat məbləğində asbest dam örtüyü alınmış, həmin dam örtüyündən görülmüş işlərdə istifadə olunması xərc sənədlərində öz əksini tapdığı və bu səbəbdən də qalıq kimi göstərilmədiyi, həmin əməliyyat üzrə 238425,93 manat ƏDV-nin azaldılmasının təsdiq edilmədiyi, habelə, “Türkan” firması tərəfindən təqdim olunmuş xx.xx.2013-cü il tarixli HF seriyalı VHF əsasında 2013-cü ilin aprel ayında 18.999,30 manat ƏDV məbləği tam məbləğdə əvəzləşdirildiyi halda 2013-cü ilin noyabr ayında təkrar əvəzləşdirilməsi, beləliklə də 18.999,30 manat ƏDV məbləği ödəniş məbləğindən artıq olaraq təkrar əvəzləşdirilməsi müəyyən edilməmişdir.

19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayətinin dəlillərinin əsasın ı iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, aşağı instansiya məhkəmələri maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, hüququn tətbiq edilməsində səhv buraxaraq, tətbiq edilməli olan qanunu düzgün tətbiq etməmişdir. Həmçinin, məhkəmələr qanunvericiliyin tələblərini və iş üçün əhəmiyyətli olan bütün faktiki halları araşdırmamış, iddia tələbi üzrə mübahisə olunan məsələlərə tam araşdırma aparmadan və müəyyən məsələləri ümumiyyətlə tədqiq etmədən hüquqi qiymət verməklə düzgün nəticəyə gəlməmiş və iş üzrə əsassız və qanunsuz qərar qəbul etmişdir. iş üzrə həlledici rol oynamış məhkəmə-mühasibatlıq ekspertizasının rəyi heç bir sə nədə, əsaslanmaya istinad edilmədən verilmişdir. Məhkəmələrin mötəbər hesab etdiyi rəy üzrə cavabdeh tərəfindən etiraz rəsmi olaraq təqdim edilmişdir. Lakin etirazda qeyd olunan dəlillərə məhkəmə tərəfindən heç bir münasibət bildirilməmişdir.

21. Ekspert rəyində heç bir sənədə istinad edilməmiş, yalnız müəssisə üzrə hesablanmalı olan vergi məbləği və ya maliyyə sanksiyasının müəyyən edilmədi qeyd edilməklə, heç bir əsası olmayan rəy verilmişdir. Belə olan halda ekspertin bu şəkildə rəy verməsi yolverilməz olmaqla məhkəmə tərəfindən mötəbər hesab edilən ekspert rəyinin mötəbərliyini ciddi şəkildə şübhə altına alır. Belə ki, AR Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin məhkəməyə təqdim olunmuş 27 dekabr 2021-ci il tarixli 9/5460 nömrəli ekspert rəyinin nəticə hissəsində “Türkan” f irmasından 1.324.587,88 manat dəyərində asbest dam örtüyünün alınaraq işlərin görülməsi zamanı istifadə edilməməsi, eləcə də, mühasibat uçotunda qalıq kimi göstərilməməsi səbəbindən yaranmış malların əskikgəlmə nəticəsində 238.425,93 manat ƏDV hesablanmasına münasibətdə göstərilmişdir ki, “Türkan” firmasından 1.324.587,88 manat dəyərində asbest dam örtüyü alınmış, lakin həmin dam örtüyündən işlərin görülməsi zamanı istifadə edildiyi xərc sənədlərində öz əksini tapmışdır. Lakin ekspertin belə bir qənaətə gəldiyini əsaslandıran sübutların hansı sənədlərdən ibarət olduğu rəydə açıqlanmamış, istinad olunan “asbest dam örtüyü”nün istifadəsini təsdiq edən və işin istifadə edilmə dəyərini özündə əks etdirən hər hansı sənədlərin (Forma2, qaimə, faktura və s.) rekvizitləri göstərilməmişdir.

22. Həm çinin Yoxlama zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC-yə “Türkan” firması tərəfindən təqdim olunmuş xx.xx.2013-cü il tarixli HF seriyalı, 477063 nömrəli, 18.999,3 manat məbləğində VHF-nı iki dəfə, həm 2013-cü ilin aprel, həm də noyabr ayında əvəzləşdirməyə təqdim etmişdir. Lakin yoxlayıcı tərəfindən 2013-cü ilin noyabr ayında aparılmış ƏDV əvəzləşməsi yoxlama ilə təsdiq edilməmiş, nəticədə müəssisənin 18.999,3 manat məbləğində ƏDV hesablaması yaranmışdır. Lakin Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin məhkəməyə təqdim olunmuş 27 dekabr 2021-ci il tarixli, 9/5460 nömrəli ekspert rəyində qeyd edilən ƏDV əvəzləşdirilməsinin ləğvi ilə bağlı hesablama heç bir əsas və izahat olmadan, ümumi şəkildə sadəcə “2013-cü ilin noyabr ayında... 18.999,3 manat ƏDV məbləği ödəniş məbləğindən artıq olaraq təkrar əvəzləşdirilməsi ekspertiza tədqiqatı zamanı müəyyən edilmədi” qeydi ilə izah edilmiş, vergi ödəyicisinin 2013-cü ilin həm aprel, həm də noyabr ayında ƏDV məbləğini təkrar əvəzləşdirilməsi ilə bağlı təqdim etdiyi bəyannamə məlumatları nəzərə alınmamışdır. Halbuki, vergi ödəyicisinin məhz özü tərəfindən təqdim edilən bəyannamə məlumatlarına əsasən 2013-cü ilin aprel ayı üzrə xx.xx.2013-cü il tarixli HF seriyalı, 477063 nömrəli, 18.999,3 manat məbləğində əvəzləşdirilməyə təqdim edilmiş vergi hesab faktura (VHF) eyni seriya və nömrə, eyni məbləğ olmaqla 2013-cü ilin noyabr ayı üzrə bəyannamədə əvəzləşdirilməyə edilmişdir.

23. Bundan əlavə, rəydə xərc sənədlərinin olmaması səbəbi ilə NK-nin 55 saylı qərarına əsasən şərti rentabelliyin tətbiq edilməsi nəticəsində hesablanmış mənfəət vergisinin hesablamalarına münasibətdə bildirilmişdir ki, cinayət işi ilə əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsinin arxivində olan 159 cilddən ibarət ilkin mühasibat sənədlərinə əsasən müəssisənin həmin dövrü əhatə edən gəlir və xərc sənədləri mövcud olduğu üçün həyata keçirilmiş hesablama əsassızdır. Göründüyü kimi, bu mövqedə də ekspert mücərrəd olaraq ümumi şəkildə səbəb göstərərək vergi hesablamasını inkar etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

24. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

25. Vergi Məcəlləsi Maddə

3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə i lə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.... Maddə

15. Vergi ödəyicisinin hüquqları 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır:... 15.1.8. vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək; 15.1.9. müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək;... Maddə

38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən h əyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. [252] Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: § nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; § səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda.... 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqan ında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; [269] 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.5. bu M əcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Maddə

67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablam aq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablar ındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (-). 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli m əlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. (-). 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə

83. Vergi orq anları tərəfindən vergilərin hesablanması... Maddə 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Maddə

166. Vergi tutulan əməliyyatların aparıldığı vaxt 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: [870] 166.1.1. nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; 166.1.2. qarşılıqlı hesablaşmalar aparıldıqda öhdəliyin l əğv edildiyi və ya ödənildiyi vaxt; 166.1.3. malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt; 166.1.4. natura şəklində aparıldıqda, habelə barter edildikdə – aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt; 166.1.5. əvəzsiz təqdim edildiyi hallarda təqdimetmənin həyata keçirildiyi vaxt; 166.1.6. tələb hüququ güzəşt edildikdə – güzəşt edilən məbləğ üzrə tələb hüququnun güzəşt edildiyi vaxt.... 26. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun: Maddə 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Maddə 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Maddə 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Maddə 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrar lanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Maddə 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 27. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” (Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmişdir): Bənd 1.1. Bu Əsasnamə “ Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Bənd 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qey diyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 3.4. Reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: (-); 3.4.16. yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə); 4.5-1. Yoxlamanın dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlamanın başaçatma tarixindən ən geci 1 iş günü əvvəl bu Əsasnamənin 3.4.16-cı yarımbəndində göstərilən məlumatlar yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, Reyestrdə yerləşdirilməsi üçün informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir. 5.1. Yoxlamanın qeydiy yata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, istilik, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal), eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarlıq fəaliyyəti subyektlərinə sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. Çıxarışda aşağıdakı məlumatlar göstərilir: (-); 5.1.14. yoxlamanın dayandırılmasının, vergi yoxlamasının müddətinin artırılmasının tarixi və müddəti; 5.1.15. yoxlamanın dayandırılmasına, vergi yoxlamasının müddətinin artırılmasına əsas olan hallar. 5.2. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məluma tlara uyğun aparılır.

28. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalı dır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

29. Kassasiya şikayəti vaxtında verilmiş, formal bax ımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki ha lları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

34. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətlən dirməsi ilə də razılaşır.

35. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun bu qərarda istinad edilən normalarının tələblərindən göründüyü kimi, yoxlamalar yalnız həmin Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbir ləri tətbiq edilə bilməz. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.

36. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci bəndinin tələbinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsi ndə aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

37. Beləliklə, yoxlamanın reyestrdə qeydiyyata alınması ilə bağlı formal-hüquqi tələbə əməl olunmamasının nəticəsi (Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur) qanunvericilikdə aşkar olaraq tənzimlənmişdir və bu tənzimləmə imperativ xarakter daşıyır. Cavabdeh tərəfindən həmin tələb təmin olunmadığından, vergi yoxlamasının müddətinin artırılması barədə qərarlar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə uyğun reyestrdə qeydə alınmadığından onun tərəfindən aparılmış səyyar vergi yoxlaması iddiaçıya müna sibətdə hüquqi nəticə yaratmır.

38. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən iddiaçıya mənfəət vergisi hesablamışdır. Cavabdeh iddiaçının vergisini müəyyən edərkən Vergi Məcəlləsinin 67-ci maddəsinin ona verdiyi imkanlardan istifadə etməsinə dair hər hansı sübut təqdim etməmiş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı əsaslandırma verməmişdir.

39. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Cəmiyyətin xərclərini təsdiq edən sənədlərin mövcud olmasına rəğmən, onun əldə etdiyi mənfəəti birbaşa müəyyən etməyin mümkün olmadığına istinadən şərti rentabellik tətbiq olunmaqla cəmiyyətə mənfəət (gəlir) vergisinin hesablanması, nəticə etibarı ilə qeyd olunan qaydada iddiaçıya əlavə verginin hesablanması yuxarıda istinad olunan normaların ciddi şəkildə pozulması ilə müşayiət olunmuşdur. Qeyd olunan pozuntular cavabdehin qərarının ləğv olunması və iddianın təmin edilməsi üçün yetərli əsas hesab edilməlidir.

40. Həmçinin Vergi Məcəlləsinin 166.1-ci maddəsində göstərilmişdir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın tarixi təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Lakin iş materiallarından göründüyü kimi, müəssisə üzrə ƏDV vergisi hesablanmasına əsas olan 3.303.049,41 manat azaldılmış Ə DV dövriyyəsi üzrə görülmüş işlərə dair işlərin dəyəri (pul vəsaiti) Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” İB tərəfindən ödənilməmişdir. Yəni, malların (işlər və xidmətlər) dəyəri ödənilmədiyindən qüvvədə olan Vergi Məcəlləsinin 166.1-ci maddəsinin tələblərinə əsasən ƏDV hesablanması nəzərdə tutulmur.

41. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ləğv qanunvericiliyin tələbinə uyğun olmamışdır. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kolle giyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2022-ci il tarixli, 2-1(103)-32/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar