Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1548/2023 24.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1959-cİ il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilmə si və ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 mart 2023-cü il tarixli, 2-1(103)349/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 15 yanvar 1977-ci il tarixli HT-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı əmək fəaliyyətinə 1 yanvar 1977-ci il tarixdə başlamış, həmin tarixdən 14 mart 1977-ci il tarixədək sovxozda dalandar, 1977-ci ilin mart ayından 1984-cü ilin iyul ayının 9-dək sovxozda tütünçü işləmişdir. Sonuncu qeyd olunan tarixdən 1988-ci ilin 30 noyabr tarixinədək isə, sovxozda laborant vəzifəsində çalışmışdır. 17 may 1990-cı il tarixdən Bakı Kondisioner Zavodunda Plastik kütlə sexinə 2-ci dərəcəli köməkçi fəhlə p eşəsi üzrə işə qəbul olunmuş, 1 sentyabr 1990-cı il tarixdən həmin sexdə plastik kütlə tökücüsü vəzifəsinə keçirilmiş və 2 fevral 1998-ci il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad olunmuşdur. 5 fevral 1998-ci il tarixdən 10 iyun 2004-cü il tarixədək “Tempr” firmasında satıcı, 15 iyun 2004-cü ildən 1 dekabr 2004-cü ilədək “Yeni Turan” müəssisəsində xadiməçi işləmişdir. 2. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 15 noyabr 2021-ci il tarixli arayışında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1990-cı ildə 606 saylı xx.xx.1990-cı il tarixli əmrlə plastik kütlə sexinə 2 dərəcəli köməkçi fəhlə sexinə işə qəbul olunub, xx.xx.1990-cı ildə 276 saylı xx.xx.1990-cı il tarixli əmrlə həmin sexdə 2 dərəcəli plastik kütlə tökücüsü peşəsinə keçirilib, xx.xx.1998-ci il tarixli əmrlə öz xahişi ilə işdən azad olunub. İddiaçı plastik kütlə tökücüsü işlədiyi müddətdə ABS (akrilo, nitril, butadion, stirol) poliamid, politilen və s. materiallarla işləmişdir. İş vaxtı o polistrol UPS1002, polistrol və sair plastik materiallardan istifadə etmişdir. İş prosesində plastik materialı tökücü maşının silindirində 200-220 S temperaturda əridilərək kondisionerin plastik hissələrini tökmüşdür. Tökmə zamanı istehsal prosesində stinol buxarları ifraz olunur ki, bu da insan orqanizmi üçün zərərlidir. İddiaçı çalışdığı peşə “Ümumi peşələr” bölmə plastik kütlə tökücüsü peşəsi güzəştli təqaüdə çıxmaq hüququ verir.
3. İddiaçı cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 1 dekabr 2021-ci il tarixli, **********9 nömrəli məktub ilə iddiaçının ümumi iş stajı 20 i ldən az (19 il, 7 ay, 14 gün), güzəştli iş stajı isə 10 ildən az (7 il, 8 ay, 15gün) təşkil etməsi səbəbindən ona pensiya təyin edilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin 1 dekabr 2021-ci il tarixli **********9 saylı məktubunu qanunsuz hesab edib, onun pensiya hüququnu yarandığı 52 yaşı tamam olan tarixdən güzəştli şərtlərə görə əmək pensiyasının təyin edilib ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, məlum hadisələrlə əlaqədar Ermənistandan Azərbaycana köçərkən 30 noyabr 1988-ci il tarixdən Azərbaycanda işə qəbul olunmuş, yəni 17 may 1990-ci il tarixədək iş stajında fasilə olmuşdur. Həmin dövrün fasiləsiz iş stajı hesablanması barədə əmək kitabçasının 4-cü səhifəsində AMİŞ Rəyasət Heyətinin 11 yanvar 1990-cı il tarixli qərarına əsasən lazımi qeydlər aparılmışdır. 1 dekabr 1988-ci il tarixdən 17 may 1990-ci il tarixədək olan dövr nəzərə alındıqda, onun ümumi iş stajı 21 il 1 ay 2 gün olur. Güzəştli iş stajını hesabladıqda isə, 15 mart 1997-ci il tarixdən 10 iyul 1984-cü il tarixədək sovxozda tütünçü işlədiyi dövr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərişçilərin siyahısı»nın 5-ci bəndində 224050 kodu ilə kodlaşdırılmış “tütün istehsalı və bərpa” XXİİ Yeyinti Sənayesi. bölməsinin tütünün istehsalı a) fəhlələr yarım bəndində 1 yanvar 2006-cı il tarixədək qüvvədə olan və «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin z) bəndində bilavasitə kənd təsərrüfatı məhsulları istehsalında çalışan tütünün becərilməsi, yığılması və yığılandan sonrakı emalında işləyənlər güzəştli şərtlərlə pensiya almaq hüququ olduğu, həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş, siyahının “27.Yeyinti sənayesi” bölməsinin, “27.5 Tütün istehsalı və bərpa olunmuş tütünün istehsalı” bəndinin “27.5.1 Tütün istehsalı” a) fəhlələr yarımbəndində göstərilənlərə əsasən 15 mart 1977-ci il tarixdən 10 iyul 1984-cü il tarixədək sovxozda tütünçü işlədiyi dö vr 7 il 3 ay 25 gün, kondisioner zavodunda 17 may 1990-ci il tarixdən 2 fevral 1998-ci il tarixədək plastik kütlə tökücüsü kimi işlədiyi dövr 7 il 8 ay 15 gün güzəştli iş stajına aid olduğu üçün ümumilikdə güzəştli iş stajı 15 il 10 gün olur. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən cavabdehə 2019-cu ilin noyabr ayının 20-də lazım olan sənədləri təqdim edərək ərizə ilə müraciət etmişdir. Araşdırma aparmadan 6 dekabr 2019-cu il tarixdə imtina cavabı verilmişdir. Onun 20 ildən çox ümumi, 10 ildən çox güzəştli şərtlərlə iş stajı var. Qanunda dəyişiklik edilənə, yəni 1 iyul 2017- ci il tarixə qədər 52 tamam olduğuna görə «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddənin tələblərinə müvafiq olaraq həmin Qanun 1 yanvar 2006-ci il tarixdə qüvvəyə minənədək tələb olunan şərtlə r ümumi və güzəştli iş stajını nəzərə alaraq ona pensiya təyin edilməli idi. Cavabdehin məktubunda göstərdiyi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması 1 iyul 2017-ci il tarixdən sonra pensiya hüququ olan şəxslərə şamil olunur.
6. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun yazılı etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2-1(112)-4860/2022 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia rədd edilmişdir.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 20 ildən az – 19 il 7 ay 14 gün (xx.xx.1977 – xx.xx.1988-ci il, xx.xx.1990-xx.xx.1998-ci il tarixlər arasındakı dövrlər) təşkil edir. Bu hal iddia ərizəsinə və ona məxsus əmək kitabçasına əsasən müəyy ən edilir.
9. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 mart 2023-cü il tarixli, 2-1(103)-349/2023 nömrəli qərarı ilə (hakimlər: A.Hüseyn - sədrlik edən və məruzəçi, V.Baxışova və R.Qurbanov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin 20 iyun 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia qismən təmin edilərək cavabdehin 1 dekabr 2021-ci il tarixli **********9 saylı məktubu qanunsuz hesab edilmiş, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşının tamam olduğu 10 iyul 2011-ci il tarixdən təyin olunması və müraciət etdiyi xx.xx.2019-cu il tarixdən əvvəlki üç ilə, yəni xx.xx.2016-cı il tarixdən ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 20 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən onun 52 yaşdan (xx.xx.2011-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
12. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun, eləcə də iddia dair etiraz ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 mart 2023-cü il tarixli, 2-1(103)-349/2023 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edi lir.
16. Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar-52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.... Qeyd: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən, həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Maddə
67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 17. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. 18. “İnzibati icraat haqqında” Qanun Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədl ərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” XXİİ. Yeyinti sənayesi” bölməsinin “5. Tütün istehsalı və bərpa olunmuş tütünün istehsalı” bəndində fəhlələr 2240500a (tütün istehsalı üzrə) və 2240502a (bərpa edilmiş tütünün istehsalı üzrə) “XXXİİİ. Ümumi peşələr” bölməsində 23200000 – 13399 kodu ilə plastik kütlələrin tökücülər
20. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün ha zırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
25. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutlar ı prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
29. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı ona 52 yaşının tamam olduğu, yəni hüququnun yarandığı xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə yö nəlmişdir. 30. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
31. Bu qərarın 15-16-ci və 30-cu bəndlərində istinad olunan normaların müddəaları baxımından, iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: iddiaçının ən azı 20 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 10 ilini güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən 2 nömrəli siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplanması; güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajının, yəni ümumi iş stajının və güzəştli pensiya hüququ verən stajın həmin Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanılması.
32. Nəzərə almaq lazımdır ki, hazırkı mübahisəyə münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün bu qərarın 15-16-cı bəndlərində istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin iddiaçıya münasibətdə ödənildiyi işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur. Başqa sözlə, iddiaçı tələb olunan ümumi və xüsusi stajı xx.xx.2006-cı il tarixinə kimi tam toplamış və həmin normalarla müəyyən olunmuş müvafiq yaş həddinə çatmışdır.
33. Kassasiya şikayətinin iddiaçının işlədiyi xx.xx.1977-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində Ermənistan Respublikası Vardenis rayonunun “Zərkənd” sovxozunda işlədiyi dövrün arxiv sənədləri əsasında dəqiqləşdirilməsi mümkün olmaması barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının məsuliyyət sferasına aid olmadığı və təqsirkar davranışına bağlı olmadığı hallarda, onun əmək kitabçasında qeyd edilən iş stajının cavabdeh tərəfindən yoxlanılmasının bu və ya digər səbəbdən mümkün olmaması, xüsusən də hazırkı mübahisəyə münasibətdə iddiaçının əmək fəaliyyətinin müəyyən dövrü ilə bağlı müvafiq sənədlərin başqa ölkənin (Ermənistan Respublikasında) səlahiyyətli qurumlarına aid olduğu nəzərə alındıqda, iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz.
34. Oxşar işlər üzrə formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyindən də görünür ki, iddiaçının müvafiq müəssisələrdə iş fəaliyyəti və müvafiq stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur (həmçinin bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 iyul 2020-ci il tarixli, 2-1(102)-1431/2020 nömrəli, 28 yanvar 2021-ci il tarixli, 2-1(102)-45/2021 nömrəli qərarları).
35. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır.
36. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanunazidd olmuş və onun Azərbaycan Respublikası Konstitusiyasının 38- ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
37. Odur ki, iddiaçıya hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə apellyasiya məhkəməsinin qərarı əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 mart 2023-cü il tarixli, 21(103)-349/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.