Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1548/2025 02.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlilliyin təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı “iddiaçıya xx.xx.2024-cü il tarixdən 2 il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” OFP-nin 1-ci dərəcə məhdudlaşdırılması halının təyin edilm əsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 2-1(107)122/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1988-cı ildə Şəki rayonu, Babaratma kəndində anadan olmuşd ur. 2006-cı ilin yanvar ayında hərbi xidmətə yollanmış və 2007-ci ilin iyul ayında hərbi xidmətdən tərxis olunmuşdur. 2016-cı ilin oktyabr ayından maxe olaraq yenidən ordu sıralarına qayıtmış, daha sonra 2020-ci ilin sentyabr ayının 27də başlayan 44 günlük Vətən Müharibəsində xidmət etdiyi hərbi hissənin tərkibində torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərə qoşulmuşdur. Cəbhənin Füzuli istiqamətindən döyüş əməliyyatlarına başlamış, xidmət etdiyi hərbi hissə ilə birlikdə Xocavənd şəhərinə qədər döyüşə-döyüşə getmişdir. Döyüşlərin gedişində birinci dəfə 14 oktyabr 2023-cü ildə Füzuli istiqamətində gedən döyüşlərdə yanına minamyot düşməsi nəticəsində travma almışdır. Döyüş yoldaşları tərəfindən ona ilkin tibbi yardım göstərildikdən sonra Füzuli RMX-ya gətirirmiş d aha sonra isə Ağcabədi RMX-ya köçürülmüşdür. 5 gün xəstəxanada müalicə aldıqdan sonra yenidən könüllü olaraq döyüş bölgəsinə qayıtmış və döyüşə davam etmişdir. Müharibə Azərbaycan Ordusunun mütləq qələbəsi ilə başa çatdıqdan sonra “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalları ilə təltif edilmişdir. 44 günlük Vətən Müharibəsi bitdikdən sonra o, xidmətinə davam etmişdir. Müharibədən sonra səhhətində ciddi problemlər yaranmış, 2021-ci ilin iyul ayında Silahlı Qüvvələrin Baş X3 Bölməsində müayinə və müalicə olunduqdan sonra 29 iyul 2021-ci ildə kafi vəziyyətdə stasionardan çıxarılmışdır. Xəstəxanadan hərbi hissəyə qayıtmış, N sentyabr 2021-ci ildən yenidən müalicə olunmaq üçün Müdafiə Nazirliyin Baş Klinik Hospitalına göndərilmiş və 09 oktyabr 2021-ci ilə kimi xəstəxanada müayinə və müalicə olunmuşdur. 09 dekabr 2021-ci ildə təkrarən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına müalicə olunmaq üçün göndərilmiş, 15 yanvar 2022-ci kimi xəstəxanada müayinə və müalicə olunmuşdur. Hərbi hospitalda müayinə və müalicə olunduqdan sonra yenidən hərbi hissəyə qayıtmış, artıq vəziyyəti düzəlmədiyindən 2022-ci ilin mart ayında ordu sıralarından tərxis edilmişdir. Ordu sıralarından tərxis edildikdən sonra isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixatriya Xəstəxanası”nda ambulator müayinə olunmuşdur. Bundan sonra ona əlilliyin təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin diaqnozun öz təsdiqini tapmaması əsas gətirilərək imtina cavabı verilmişdir. Həmin imtina cavabı ilə razılaşmadığına görə hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
3. Cavabdehin iddia tələbinə qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının sağlamlıq vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış; Diaqnoz: “Üzvi mənşəli şəxsiyyət pozuntusu kəskin ifadəli şəxsiyyət və davranış pozuntusu davamlı dekompensasiyalarla depressiv daxilolmalarla və intihar fikirləri ilə Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə beyin travması baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı”; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması; Səbəb: “Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir.” Şəki rayon sakini xx.xx.1988-ci il təvəllüdlü İddiaçı (FİN: 2LNV3VM) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 972 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi mənşəli davamlı şəxsiyyət pozuntuları. Baş-beyin zədələn məsi nəticəsində yaranan davranış pozuntusu. Orta (mülayim) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020) keçirilmiş qapalı kəllə-beyin travması, başbeyin silkələnməsinin davamlı, vegetativ damar davamsızlığı, sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopativa ilə nəticəsi. Partlayış travması (xx.xx.2020), sol bazu, sağ baldır nahiyəsinin kor qəlpə, saq qamış sümüyünün distal epifizin qopmuş sırığına görə aparılmış yaraların birincili - cərrahi işlənməsindən, yad cismin (metal qəlpə) xaric edilməsindən sonrakı bərkimiş dəri çapıqları, bitişmiş sınığı. Alnın sağ yarısının yumsaq toxumaların yad cismi (metal qəlpə) diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınm ışdır” kimi müəyyənləşdirilmişdir; “Mikrositoz, funksiyanın pozulmaması ilə. Hər iki gözün sadə miopik astiqmatizmi 1.0D nəticəsində görmə itiliyinin 0,8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. Burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün cüzi dərəcədə pozulması ilə. Açıq dişləm, ikincili hissəvi adentrva, dişlərarası məsafə 10 (on) mm. Çeynəmə səmərəliyi N.İ.Agapova görə 36%” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 6440/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Baş-beynin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, koqnitiv funksiyalar ın zəifləməsi. MMSE-24” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 11197781 nömrəli xəstəlik tarixindən çıxarışda diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu’’ kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 1590 nömrəli tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” kimi müəyyənləşdirilmişdir (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 xx.xx.2023-xx.xx.2023-cü il tarixli, 10526/23 nömrəl i xəstəlik tarixindən çıxarışında diaqnoz “Baş-beynin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, koqnitiv funksiyaların zəifləməsi. MMSE-24” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, başgicəllənmədən, əsəbilikdən, gərginlikdən, yuxu və yaddaş pozuntularından, qıcolmadan şikayətlənmişdir. Ünsiyyətə daxiİ olarkən bir çox şikayət söyləmiş, emosional labil olmuş, mühakimə qabiliyyəti və tənqidi qorunmuşdur. Əsəbləşəndə özündə olmadığını, ətrafa xəsarət yetirdiyini bildirmişdir. Qollarında səthi cızıqlar izlənilmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli isterik tip şəxsiyyət pozuntusu, aktiv diqqətin enməsi ilə” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları olunmamışdır. Nəticədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul olunması xahiş edilmişdir.
4. Şəki İnzibati Məhkəməsinin (hakim: V.Ə.Musayev) 04 noyabr 2024-cü il tarixli 21(116)-1973/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Cavabdeh PHŞ-nin üzərinə İddiaçı xx.xx.2024-cü il tarixdən 2 il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” OFP-nin 1-ci dərəcə məhdudlaşdırılması halının təyin edilməsi öhdəliyi qoyulmuşdur.
5. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyünün müəyyən edilməsi məqsədilə xx.xx.2024-cü il tarixli, 2-1(116)-1973/2024 nömrəli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə Psxiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin ekspertlərinə həvalə edilmişdir. Sonuncunun xx.xx.2024-cü il tarixli, 4474 nömrəli məktubuna əlavə edilmiş Ambulator Məhkəmə-Psxiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 2639 nömrəli rəyində qeyd edilmişdir ki, İddiaçı qoyulmuş “üzvi mənşəli şəxsiyyət pozuntusu kəskin ifadəli şəxsiyyət və davranış pozuntusu davamlı dekompensasiyalarla depressiv daxilolmalarla və int ihar fikirləri ilə Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə beyin travması baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı, F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Baş beyin xəstəliyi travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntusu davamlı dekompensasiyalarla, F06.7 Yüngül koqnitiv pozuntu, yüngül koqnitiv pozuntu koqnitiv funksiyaların enməsi ilə, T 90.5 Kəllədaxili travmaların nəticələri, kəllə daxili travmaların nəticələri, partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə beyin travması baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı” diaqnozları düzgün təyin edilmişdir. İddi açı barəsində səhiyyə müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə əsas diaqnoz olaraq üzvi mənşəli şəxsiyyət pozuntusu qeyd edilmişdir. Sözügedən diaqnoz F07.0 kodu ilə “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə psixi və davranış pozuntuları (7) olaraq 7.6.2-ci bənddə (baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular) nəzərdə tutulmuşdur. Həmin bəndə qiymətləndirmə üçün iki hal fərqləndirilmişdir. 7.6.2.1-ci bəndə münasibətdə orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 35-60 % (əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sər bəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı), 7.6.2.2-ci bəndə isə münasibətdə isə orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 65-80% (məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti) müəyyən edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya qoyulmuş diaqnozda göstərilən xəstəliklərin Azə rbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin hansı bəndində nəzərdə tutulmuş xəstəliklərin əhatə dairəsinə düşməsi ilə bağlı müvafiq göndərişi tərtib etmiş səhiyyə müəssisəsinə (Şəki rayon Psixiatriya Xəstəxanası) sorğu verilmişdir. Sözügedən səhiyyə müəssisəsi iddiaçının xx.xx.2022-ci ildən xəstəxananın müşahidəsində olmasını və qoyulmuş diaqnozların istinad olunan Meyarlara Əlavənin 2.7.7 hissə, 7.6.2-ci bəndi, 2.6.6-cı hissə 6.1-ci bəndində nəzərdə tutulmuş xəstəliklərin əhatə dairəsinə düşdüyünü bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya qoyulmuş diaqnoz, barəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş tibbi anamnez məlumatları və iş materiallarında olan digər tibbi sənəd lər nəzərə alınmaqla, onun sağlamlıq vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2.1-ci bəndi əsasında qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan tibbi göndərişin məzmunundan görünür ki, iddiaçının sağlamlıq vəziyyəti məhz Əlavənin 7.6.2.1-ci bəndində sadalanan hallara uyğundur. Qeyd edilən halların 2 ildən az olmayaraq baş verməsi və intihar fikirləri ilə müşaiət olunması onu deməyə əsas verir ki, faktiki olaraq iddiaçıya qoyulmuş diaqnoza münasibətdə - 2 il müddətinə orqanizmin funksiyalarının pozulmasının birinci dərəcə məhdudlaşması halı müəyyən edilməlidir. Yuxarıda qeyd edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə - X4 PHŞ-nin tə qdim etdiyi ekspert rəyində iddiaçıya qoyulmuş diaqnozların partlayış travması(xx.xx.2020) nəticəsində yaranmasının inkar edilmədiyi qeyd olunmuşdur. Bu isə iddiaçıda hal-hazırda müəyyən edilən diaqnozla Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının qərarı ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 972№-li xəstəlik haqqında şəhadətnamədə müəyyən edilmiş diaqnoz arasında səbəbliəlaqənin mövcudluğunu sübut edir. Eyni zamanda, iddiaçıya qoyulmuş diaqnozun partlayış travması əsasında yaranması işdə olan N saylı hərbi hissə tərəfindən verilmiş travma haqqında arayışla da sübuta yetirilir. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçıya Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi üçün kifayət qədər əsaslı dəlillər mövcud olduğundan cava bdeh orqanın imtinası əsassız olmuşdur.
6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
7. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, T.H.Həsənov və R.R.Rəfiyev) 23 yanvar 2025-ci il tarixli, 21(105)-122/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya qoyulmuş diaqnoz, barəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş tibbi anamnez məlumatları və iş materiallarında olan digər tibbi sənədlər nəzərə alınmaqla onun sağlamlıq vəz iyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2.1-ci bəndi əsasında qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan tibbi göndərişin məzmunundan görünür ki, iddiaçının sağlamlıq vəziyyəti məhz, Əlavənin 7.6.2.1-ci bəndində sadalanan hallara uyğundur. Qeyd edilən halların 2 ildən az olmayaraq baş verməsi və intihar fikirləri ilə müşayiət olunması onu deməyə əsas verir ki, faktiki olaraq iddiaçıya qoyulmuş diaqnoza münasibətdə - 2 il müddətinə orqanizmin funksiyalarının pozulmasının İ dərəcə məhdudlaşması halı müəyyən edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə təsdiq edilmiş xx.x x.2023-cü il tarixli, 972 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, iddiaçıya “Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi mənşəli davamlı şəxsiyyət pozuntuları. Baş beyin zədələnməsi nəticəsində yaranan davranış pozuntusu. Orta (mülayim) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu Partlayış travması (xx.xx.2020) keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin davamı veqetativ damar davamsızlığı, sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticəsi Partlayış travması (xx.xx.2020), sol bazu, sağ baldır nahiyəsinin kor qəlpə, sağ qamış sümüyünün distai epfizin qopmuş sınığına görə aparılmış yaraların birincili-cərrahı işlənməsindən, yad cisimin (metal qəlpə) xaric edilməsindən sonrakı bərkimiş dəri çapıqlar ı, bitişmiş sınığı, Alının sağ yarısının yumşaq toxumaların yad cismi (metal qəlpə)” diaqnozu qoyulmuş, travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Yuxarıda qeyd edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə X4 PHŞ-nin təqdim etdiyi ekspert rəyində iddiaçıya qoyulmuş diaqnozların partlayış travması (xx.xx.2020) nəticəsində yaranmasının inkar edilmədiyi qeyd edilmişdir. Bu isə iddiaçıda hal-hazırda müəyyən edilən diaqnozla Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının qərarı ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 972 nömrəli xəstəlik haqqında şəhadətnamədə müəyyən edilmiş diaqnoz arasında səbəbli əlaqənin mövcudluğunu sübut edir. Eyni zamanda iddiaçıya qoyulmuş diaqnozun partla yış travması əsasında yaranması işdə olan N saylı hərbi hissə tərəfindən verilmiş travma haqqında arayışla da sübuta yetirilir.
9. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
10. Cavabdehin kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə işə baxarkən sırf tibbi sənədləri və ekspert rəyini vətəndaşın xeyrinə tövsif etməklə qərar qəbul edərək qeyd edilən diaqnozdakı xəstəliklərdən əziyyət çəkməsi səbəbindən iddiaçıya əlilliyin təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki, ekspert iddiaçının heç bir instrumental müayinəsini həyata keçirmədən və şəxsi stasionar olaraq ən azı 20 gün müşahidə etmədən, sırf tibbi sənədlərə əsasən rəy təqdim etmişdir. Bundan əlavə, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir. Şəxsə əlillik təyinatı aparılması üçün şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır. Sözügedən hal, yəni iddiaçıda əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlərin, davranış pozuntularının olmaması onun müayinəsi zamanı Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Diaqnozların nəticəsindən aydındır ki, iddiaçı barəsində həmin göndərişlər əsasında əlillik təyin edilməsi üçün lazım olan tibbi əsaslar mövcud olmadığı üçün Agentlik tərəfindən onun barəsində əlillik təyin edilməsi mümkün olmamışdır. Hazırkı mübahisədə hər iki instansiya məhkəməsi iddiaçının əyani mü ayinədə olması və keçirilən instrumental müayinələr nəticəsində barəsində qəbul edilən “diaqnozun təsdiqini tapmaması” barədə qərarı nəzərə almadan, instrumental müayinələr aparılmadan sırf onun təqdim etdiyi tibbi sənədlər əsasında verilmiş Məhkəmə-X5 PHŞ-nin rəyinə, tibbi sənədlərə və diaqnozun meyarlarda olmasına istinad edərək əsassız qərar qəbul etmişdir. Göründüyü kimi, iddiaçının əyani müayinəsi və instrumental müayinələr nəticəsində göndərişdə qeyd edilən diaqnozların onda olmaması müəyyən edildiyindən, cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla, yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə əlillik təyin etmişdir. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbi əsasları ehtiva edən qanunvericiliklə tənzimlənmiş proseduralar əsasınd a aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 12. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə
46. Sübutların təqdim edilməsi və tələb olunması... 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi bar ədə sübut tələb olunması qadağandır. 13. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyi r. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.... 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsm iləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür.... 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.... 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqd im edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir....
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir.... 3.
1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
16. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) fun ksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik; 2.2. " Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qü vvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu: 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra- xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa.
17. A zərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılma lıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qa rşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassız olmaqla, apellyasiya instansiyası məhkəmə si tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ya etirazın və apelyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.
24. Cavabdehin kassasiya şikayətinin əsas dəlillərindən biri ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
25. Bununla bağlı qeyd olunmalıd ır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
26. Bu mənada, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu, məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəst əlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
27. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin olunmasından imtina məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
28. Bu mənada, kassasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
29. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya əlillik təyin edilməli olub-olmaması ilə bağlı lazımi qaydada araşdırma aparmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 21(107)-122/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qər