Məhkəmə qərarları › İş №2-1(102)-1549/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1549/2019

22.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1549/2019 22.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “fərdi y aşayış evinə və onun altındakı torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2671/2018 saylı, 27 dekabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 22 may 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) ünvan 1 ünvanında yerləşən 5 otaqdan ibarət yaşayış evində 12.04.2006-cı ildən qeydiyyatda olmaqla 5 nəfər ailə üzvü ilə (özü, arvadı və 3 oğlu) yaşamaqları Nərimanov rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş 2 saylı forma arayışda qeyd edilmişdir. İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi nə dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə (bundan sonra - cavabdeh) müraciət etmiş, ərizəsinə 2 saylı forma arayışı, qaçqın və əlil olması barədə vəsiqələri, habelə ayrı-ayrı dövlət orqanlarından ona ünvanlanmış cavab məktublarının surətini əlavə etmişdir. Cavabdeh 10.01.2018-ci il tarixli məktubunda bildirmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə uyğun sənədlər olmadığından fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. Bundan sonra, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəmə yə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış evinə və onun altındakı torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən yaşayış evi və ona bitişik torpaq sahəsi 2006-cı ilin aprel ayından hal-hazıradək iddiaçının istifadəsindədir. İddiaçı müvafiq sənədləri toplayıb yaşayış evini və onun altındakı torpaq sahəsini hüquqi qeydiyyatdan keçirtmək məqsədi ilə cavabdehə ərizə ilə müraciət etsə də müraciəti təmin edilməmişdir. İddiaçı hesab edir ki, yaşadığı yaşayış evinə və onun altındakı torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsi barədə qərar qəbul edilməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 3 0 avqust 2018-ci il tarixli, 2-1(82)1184/2018 nömrəli qərarı ilə (hakim: X.X.İmanov) iddia təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı mübahisəli əmlakların qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8 və 10.2-ci maddələrində göstərilən sənədlərin hər hansı birini nə cavabdeh qeydiyyat orqanına, nə də məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də cavabdeh inzibati orqanın hazırki vəziyyətdə iddiaçıya imtina etməsi və imtinaya əsas kimi göstərdiyi hallar qanuni hesab edilir. Məhkəmənin həmin qərarından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2018-ci tarixli, 21(103)-26712018 nömrəli qərarı ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: Ü.A.Mayılov və K.N.Abiyeva) apel yasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 avqust 2018-ci il tarixli, 2-1(82)-1184/2018 nömrəli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilərək ünvan 2 ünvanında yerləşən 59.8 kv.m yaşayış, 34.8 kv.m köməkçi sahədən ibarət olmaqla fərdi yaşayış evi və onun altındakı torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının məskunlaşdığı ev və onun altında yerləşən torpaq sahəsinə mülkiyyət hüququ bilavasitə “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqı nda” Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2001-ci il tarixli 562 nömrəli Fərmanı əsasında yarandığından cavabdehin imtinası əsassız olmuşdur. Apelyasiya instansiya məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, araşdırmalar nəticəsində məlum olmuşdur ki, iddiaçı müvafiq fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə dair hər hansı bir sənəd təqdim etməmişdir ki, bu da müvafiq ünvanda inşa edilmiş yaşayış evinin özbaşına tikili olduğunu göstərir. Bundan əlavə, müvafiq tikili yaxınlıqdan keçən (10.3 metr) d əmir yolu xəttinin mühafizə zonasında yerləşir. Qeyd olunan səbəblərdən ərizənin icrası mümkün olmamış və idarə tərəfindən iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Bundan başqa, müvafiq daşınmaz əmlak barədə əvvəllər də dəfələrlə məhkəmə mübahisələri olmuş və 2 saylı Bakı İnzibati - İqtisadi Məhkəməsinin 2(82)-368/2012 saylı, 11.04.2012-ci il tarixli qərarına və digər qərar və qərardadlarına əsasən sözügedən tikiliyə dair hər hansı hüquqmüəyyənedici sənəd olmaması səbəbilə iddiaçının iddia tələbləri rədd edilmişdir. Lakin buna baxmayaraq, apelyasiya instansiya məhkəməsi qanunsuz olaraq eyni iddia predmeti üzrə, eyni tərəflər arasında və eyni iddia tələbi üzrə inzibati işə dair iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir. Şikayətdə daha sonra qeyd edilir ki, mü vafiq inzibati işlə bağlı sonuncu - 27.12.2018ci il tarixdə keçirilmiş məhkəmə iclası barədə bildiriş məhkəmə tərəfindən İdarəyə göndərilməmişdir. Yuxarıda qeyd olunan hallar və eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olması, müvafiq daşınmaz əmlaka dair qanunvericiliyin tələblərinə uyğun olan hər hansı hüquqmüəyyənedici sənədin olmaması apelyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, apelyasiya instansiya məhkəməsi qərarın əsaslandırma hissəsində sübut kimi yalnız qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənəd kimi göstərilməyən sənədlərə - mənzil istismar sahəsi tərəfindən verilmiş “2 saylı forma” arayışına və “sxem”ə istinad etmiş, qanunvericili yin tələblərini kobud şəkildə pozmuş, həmçinin İdarə tərəfindən verilmiş vəsatətlər təmin edilməmiş, məhkəmə tərəfindən ekspertiza təyin edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qe yd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola b ilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin iddiaçıya ünvanladığı 20.09.2013-cü il tarixli məktubunda “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin hə lli haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2001-ci il tarixli 562 nömrəli Fərmanının müddəaları izah edilmiş və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8 və 10-cu maddələrinə uyğun olaraq fərdi yaşayış və torpaq sahəsi üzərində mülkiyyət hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışla rəsmiləşdirilməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Reyestri Xidmətinin ərazi idarələrinə müraciət etməsi tövsiyyə edilmişdir. “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Azərbaycan Respublikası Preziden tinin 22 avqust 2001-ci il tarixli 562 nömrəli Fərmanının 2-ci bəndində qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, müvafiq şəhər və rayon icra hakimiyyətləri, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Dövlət Tikinti və Arxitektura Komitəsi ilə birlikdə Naxçıvan Muxtar Respublikası, Bakı şəhəri və respublikanın digər rayonlarının ərazilərində qaçqınların məskunlaşdıqları yerlərdə ayrı-ayrı və imkan olduğu hallarda qaçqınların yığcam yerləşdirilməsi üçün qəsəbə şəklində fərdi yaşayış evlərinin tikilməsi məqsədilə Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin təqdim edəcəyi siyahı əsasında həmin ərazilərdə nəzərdə tutulmuş normalara uyğun müvafiq torpaq sahələrinin ayrılmasını təmin etsinlər. Həmin Fərmanın 7-ci bəndinə gö rə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırmışdır ki, yerli icra hakimiyyətləri orqanları ilə birlikdə 1988-1992-ci illərdə erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Ermənistan Respublikasından çıxarılan və Azərbaycan Respublikasında məskunlaşan vətəndaşların yaşadıqları tikililərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrinin əvəzsiz olaraq həmin vətəndaşların mülkiyyətinə verilməsini təmin etsin. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 avqust tarixli 562 nömrəli Fərmanının 7-ci bəndi 25 may 2006-cı il tarixli 412 nömrəli Fərmanla (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 410) qüvvədən düşmüş hesab edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Fərman ümumən erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Ermənistan Respublikasından çıxarılan qaçqın statusu almış Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasında məskunlaşması problemlərinin həlli məqsədilə qəbul edilmiş, həmin Fərmanla (o cümlədən, Fərmanın 7-ci bəndi ilə) qaçqınların ölkə ərazisində daimi yerləşmələrinin təmini ilə bağlı xüsusi tələblər, o cümlədən, onların məskunlaşdıqları ev və ya torpaq sahəsi ilə bağlı mütləq qaydada hüquqmüəyyənedici sənədlərin olması nəzərdə tutulmamışdır. İşdən də görünür ki, iddiaçı “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2001-ci il tarixli 562 nömrəli Fərmanının 7-ci bənd i qüvvədən düşənə kimi, yəni 25.05.2006-cı ilədək ünvan 1 ünvanında yerləşən yaşayış evində məskunlaşmış və həmin tarixədək həmin ünvanda qeydiyyata düşmüşdür. Həmçinin, cavabdehin 10.12.2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, İ.Abışov küçəsi 25/4 saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsinə dair məlumat (sənəd) idarənin arxivində aşkar edilməmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırki iş üzrə mübahisəli daşınmaz əmlakla bağlı hər hansı üçüncü şəxsin adına qeydiyyat aparılmadığından iddiaçının məskunlaşdığı ev və onun altında yerləşən torpaq sahəsinə mülkiyyət hüququ bilavasitə “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2001-ci il tarixli 562 nömrəli Fərmanı əsasında yaranmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü abzasına əsasən, «Fərdi yaşayış evlərinin, həyətyani sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir». "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 12-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyə ti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Müvafiq tikilinin yaxınlıqdan keçən (10.3 metr) dəmir yolu xəttinin mühafizə zonasında yerləşməsi ilə bağlı kassasiya şikayətində mübahisələndirilən dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən bu məsələ araşdırılmış və müəyyən edilmişdir ki, sözügədən fərdi yaşayış evinin yaxınlığından vaxtilə dəmir yolu xətti keçsə də, hazırki halda reyslər sökülmüş və həmin sahə yaşayış massivinə çevrilmişdir. Kassasiya şikayətində həmçinin qeyd edilir ki, müvafiq daşınmaz əmlak barədə əvvəllər də dəfələrlə məhkəmə mübahisələri olmuş və 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2(82)-368/2012 saylı, 11.04.2012-ci il tar ixli məhkəmə qərarına və digər qərar və qərardadlarına əsasən sözügedən tikiliyə dair hər hansı hüquqmüəyyənedici sənəd olmaması səbəbilə iddiaçının iddia tələbləri rədd edilmişdir. Lakin buna baxmayaraq, apelyasiya instansiya məhkəməsi qanunsuz olaraq eyni iddia predmeti üzrə, eyni tərəflər arasında və eyni iddia tələbi üzrə inzibati işə dair iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir. Bu dəlili əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2(82)-368/2012 saylı, 11.04.2012-ci il tarixli məhkəmə qərarında iddia tələbi fərdi yaşayış evinə dair texniki pasportun tərtib edilməsi, hazırki işdə isə iddia kimi fərdi yaşayış evinə və onun altındakı torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsi barədədir. Yəni hazırki iş üzrə id dia tələblərinin eyni olmasından söhbət gedə bilməz. Şikayətdə qeyd edilən dəlillərdən biri də ondan ibarətdir ki, müvafiq inzibati işlə bağlı sonuncu - 27.12.2018-ci il tarixdə keçirilmiş məhkəmə iclası barədə apelyasiya instansiya məhkəməsinin bildirişi İdarəyə - cavabdehə göndərilməmişdir. Bu dəlili də əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, 26.12.2018-ci il tarixdə keçirilmiş məhkəmə prosesində cavabdehin nümayəndəsi X1 iştirak etmiş, işin 27.12.2018-ci il tarixə, saat 10:45-a təxirə alınması barədə iclasın sonunda bütün proses iştirakçıları kimi ona da məlumat verilmiş və o, bu barədə müvafiq məhkəmə qəbzinə imza etmişdir. (iş vər 114) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 188.2-ci maddəsində qeyd edilir ki, işə baxılması təxirə salındıqda, proses iştira kçılarını çağırmaq və ya sübutlar tələb etmək üçün zəruri olan vaxt nəzərə alınmaqla, məhkəmə iclasının yeni günü təyin edilərək, gəlmiş şəxslərə imzalatmaqla, bu barədə xəbər verilir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2018-ci tarixli, 2-1(103)-2671/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar