Məhkəmə qərarları › İş №2-1(102)-1549/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1549/2021

13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1549/2021 13.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı oğlunun cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (iddianın mümkün sayılmaması ) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili Vəkil1, üçüncü şəxs "xxxx" QSC-in vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: "xxxx" QSC və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya M əhkəməsinin İnzibati Kollegiyasının 07.10.2021-ci il tarixli, 2-1(103)-1671/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.İddiaçının mərhum anası X3 ilə cavabdeh arasında bağlanmış 27.12.2016-cı il tarixli müqaviləyə əsasən anasının istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom adlanan yaşayış massivində yerləşən, ümumi sahəsi 318.43 kv.m fərdi yaşayış evi, metro tunellərinin və dəmir yolu xəttinin çəkilməsi məqsədilə kompensasiya ödənilməklə dövlət ehtiyacları üçün alınmışdır.

2. Yaşayış sahəsi Binəqədi rayon İcra Hakimiyyətinin sərəncamına əsasən mərhum anasının istifadəsində olmuş, müqavilə bağlananadək mübahisə predme ti olmamışdır. Müqaviləyə əsasən cavabdeh tərəfindən həmin yaşayış sahəsi üçün 154 710 (bir yüz əlli dövr min yeddi yüz on) manat məbləğində kompensasiya ödənilmişdir. 3. "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom adlanan yaşayış massivində yerləşən X2 aid daşınmaz əmlakın 26 iyul 2016-cı il tarixinə bazar dəyəri müəyyən edilmiş, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri və Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndi nəzərə alınaraq həmin bazar dəyərinə 20% əlavə olunmaqla daşınmaz əmlak üçün cəmi 154710.00 manat kompensasiya məbləği hesablanmışdır.

4. İddiaçı iddia edir ki, dövlət ehtiyacları üçün alınmaya məruz qalmış yaşayış evinin kompensasiya məbləğinin müəyyən edilməsi zamanı qiymətləndirmə meyarı tətbiq edilərkən iqtisadi, maddi, texniki və digər xarakteristikalar üzrə oxşarlıq təşkil edən qiymətləndirmə obyektinin analoquna uyğun qiymətləndirmə aparılmamış və nəticədə əmlakın dəyərinə görə kompensasiya məbləği tam ödənilməmişdir. Odur ki, yaşayış evinin dəyərinin ödənilməyən hissəsi olan 50.718 manat məbləğində pulun ödənilməsinin cavabdehə həvalə olunmasını tələb edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı 03.02.2020-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehə qarşı (üçüncü şəxslər "xxxx" QSC və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) metro tunellərinin və dəmir yolu xəttinin çəkil məsi məqsədilə dövlət ehtiyacları üçün onun Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom adlanan yaşayış massivində yerləşən fərdi yaşayış evinin (sənədlərdə “A” tikilisi, ümumi sahəsi 141.76. kv.m) və hüquqi varisi kimi mərhum anası X2 məxsus evin (sənədlərdə “C” tikilisi, ümumi sahəsi 78.30 kv.m) qanunla müəyyən edilmiş qaydada dövlət ehtiyaclarına görə alınması üçün: kompensasiya məbləğinin müəyyən edilməsi ilə əlaqədar qiymətləndirmə meyarı tətbiq edilərkən iqtisadi, maddi, texniki və digər xarakteristikaları üzrə oxşarlıq təşkil edən qiymətləndirmə obyektinin analoquna uyğun olaraq yaşayış evinin hər kv.m sahəsi üçün 850 manat məbləğində müəyyən edilməsi, 15 kv.m zirzəmiyə görə (15 kv.m x 200 manat = 3000) 3000 manat, 20 ədəd ağaca görə (biri 60 manatdan) 1200 (min iki y üz) manat, sökülən 16 kv.m hasara görə (16 kv.m x 50 manat= 800 manat) 800 manat, sənədlərdə “A” tikilisi kimi qeyd olunan yaşayış evinə görə (141.76 kv.m x 850 manat = 120.496 manat + 20 faiz) 144595 manat, sənədlərdə “C” tikilisi kimi qeyd olunan yaşayış evinə görə (78.30 kv.m ₓ 850= 66.555 manat + 20 faizi) 79.866 manat, beləliklə də sənədlərdə “A” və “C” tikilisi kimi qeyd olunan hər iki tikilinin, zirzəminin, 20 ədəd ağacın, sökülən 16 kv.m hasarın cəmi dəyərinin (79.866+120.496+3000+1200+800) 205.428 manat olduğu nəzərə alınaraq yaşayış evinin ödənilməyən hissəsi olan (205.428 manat - 154.710 manat) 50.718 manat məbləğində pulun ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, dövlət ehtiyacları üçün alınmaya məruz qalmış əmlak ın dəyərinə görə kompensasiya məbləği tam ödənilməmişdir.

7. Birinci instansiya məhkəməsinin 03.06.2020-ci il tarixli, 2-1(112)-2967/2020 nömrəli (sədrlik edən hakim Aygün Abdullayeva) qərardadı ilə iddia mümkün sayılmamışdır.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mərhum anası ilə cavabdeh arasında müqavilə bağlanmış və iddiaçı müqavilədə qeyd edilən məbləği almışdır.İddiaçı ödənilmiş kompensasiya məbləği ilə razı olmadığı təqdirdə və ya əlavə kompensasiya ödənilməsini tələb etdiyi halda, ilk növbədə tərəflər arasında bağlanılmış 27.12.2016-cı il tarixli müqaviləni mübahisələndirməlidir. Hazırkı iş üzrə isə iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia tələbi mövcud deyildir.

9. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti ver mişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.10.2020-ci il tarixli, 21(103)-1671/2020 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Vidadi Məmmədov və Vüsalə Baxışova) qərardadı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 03.06.2020-ci il tarixli, 2-1(112)-2967/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv olunmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri

13. Kassasiy a şikayəti onunla əsaslandırılmışdır ki, alqı - satqı müqaviləsi məhkəmədə mübahisələndirilib, lakin apelyasiya instansiyası məhkəməsinin (sədrlik edən hakim Elnur Həsənov) qanuni qüvvədə olan qərardadına əsasən anasının vəfatı ilə əlaqədar iş üzrə icraata xitam verilib. Faktiki olaraq iddiaçı ilə heç bir müqavilə bağlanmayıb, lakin cavabdeh və iş üzrə 3-cü tərəf qanunvericiliklə müəyyən edilən qaydada kompensasiya ödəmədən iddiaçıdan yaşadığı evdən çıxmasını tələb edirlər. O, etiraz etdikdə isə ona kompensasiya ilə bağlı rəsmi qaydada məhkəməyə müraciət etmək təklif olunub. Bununla əlaqədar alqı - satqı müqaviləsinin məbləği məhkəmədə onun tərəfindən mübahisələndirilib. Apelyasiya instansiyası məhkəməsinin (sədrlik edən hakim Afaq Nuriyeva) qanuni qüvvədə olan 2-1 (103)-2740/2020 saylı 04.12.2019-cu il tarixli qərardadına əsasən cavabdehi dəyişdirməkdən və iddia tələbini dəqiqləşdirməkdən imtina etdiyi və iddia vermək üçün subyektiv hüququnun olmaması ilə əlaqədar həmin iddia mümkün sayılmayıb.

14. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və iş üzrə iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçının vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

17. Üçüncü şəxs "xxxx" QSC-in vəkili kassasiya şikayətinin dəlilləri ilə razı olmadığını və apelyasiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahi ş etdi.

18. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəfin və digər üçüncü şəxsin nümayəndəsi şifahi məhkəmə iclasında təmsil olunmamışdır. Onlara təqdim olunmuş məhkəmə bildirişində, məhkəmə iclasında iştirak etmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilmişdir (İPM-in 62.3-cü maddəsi). Məhkəmə kollegiyası işə cavabdeh tərəfin və digər üçüncü şəxsin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcu dluğunun yoxlanılmasını nəzərdə tutur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar”.

20. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli Qərarı: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.”

21. İnzibati Prosessual Məcəllə: Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti mümkündür. Vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədə n saxlanılmalıdır.

24. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, məhkəmə kollegiyası kassasiy a şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.

25. Məhkəmə tərəfindən iddianın hüquqi cəhətdən yoxlanılması iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə iddianın mümkünlüyü, iddia mümkün sayıldıqda isə növbəti mərhələdə onun əsaslılığı yoxlanılır. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması tələb olunmur. Bu prosessual qənaət prinsipinin məqsədlərindən irəli gəlir.

26. Konstitusiya Məhkəməsinin bu qərarın 19-ci bəndində istinad olunan qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq sub yektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqalarından müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Məhkəmə Kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə aşağıda qeyd olunmuş səbəblərdən iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur.

27. Belə ki, Nazirlər Kabinetinin 21.06.2013-cü il tarixli 158 saylı qərarının icrasını təmin etmək məqsədilə iddiaçının mərhum anası X1 istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom adlanan yaşayış massivində yerləşən, ümumi sahəsi 318.43 kv.m yaşayış evinin hazırkı cavabdeh tərəfindən metro tunellərinin və dəmir yolu xəttinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alındığı və bu barədə qeyd edilən daşınmaz əmlakın istifadəçisi X3 ilə cavabdeh arasında notarial qaydada 27.12.2016-cı il tarixli aiqı-satqı müqaviləsinin bağlandığı məhkəmələr tərəfindən müəyyən edilmişdir.

28. Bundan başqa, iddiaçı tərəfindən həmin alqı-satqıya notarial qaydada yazılı razılıq verilmiş, eyni zamanda kompensasiya cədvəli də iddiaçıya təqdim olunmuş və onun tərəfindən imzalanmışdır. Həmçinin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin yerinə yetirildiyi və həmin daşınmaz əmlakla (iddiaçının iddia etdiyi “A” və “B” tikililərinin sa həsi də nəzərə alınmaqla) bağlı müqavilədə nəzərdə tutulmuş 154710.00 manat məbləğində kompensasiyanın əmlakın istifadəçisi X1 etibarnaməsi əsasında iddiaçıya ödənildiyi də məhkəmələr tərəfindən müəyyən olunmuşdur. Həmin hallar iddiaçının özü tərəfindən də təkzib edilməmişdir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, qiymətləndirmə hesabatına əsasən iddiaçının anasına məxsus fərdi-yaşayış sahəsinin dəyəri əlavə xərclər də nəzərə alınmaqla 154710.00 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğin hesablanması zamanı qanunvericiliklə nəzərdə tutulmuş bütün digər xərclər, o cümlədən Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq 20 faiz əlavə də nəzərə alınmışdır. İddiaçı ilə cavabdeh arasında 27.12.2016-cı il tarixli notarial qaydada bağlanılmış müqaviləyə əsasən idd iaçı 154710.00 manat məbləğində kompensasiyanı almaqla müvafiq daşınmaz əmlakdan cavabdehin xeyrinə imtina etmişdir.

30. Bundan əlavə, qeyd edilməlidir ki, iddiaçı kompensasiyanın məbləği ilə razı olmadığı təqdirdə və ya əlavə kompensasiyanın ödənilməsini tələb etdiyi halda, ilk növbədə tərəflər arasında bağlanılmış 27.12.2016-cı il tarixli müqaviləni mübahisələndirməlidir. Bu zaman nəzərə alınmalıdır ki, alqı-satqı müqavilələri ilə bağlı mübahisələr mülki hüquq münasibətlərindən yarandığı üçün predmet baxımından inzibati məhkəmələrin səlahiyyətinə aid deyildir və həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, mübahisənin məhkəmə aidiyyəti iddianın mümkünlük şərtlərindən sayılır və həmin şərtin ödənilməməsi iddianın mümkün sayılmamasına səbəb olur.

31. Ali M əhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda da mövcud olmalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı, ayrı-ayrı iddia növləri üzrə tələb olunan xüsusi mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəl iyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

32. Bu qərarın 21-ci bəndində istinad olunan normaya görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

33. Məhkəmə kollegiyası qeyd edir ki, nəticə etibarı ilə haz ırkı mübahisəyə münasibətdə iddiaçının kompensasiya tələbinə dair iddiası yuxarıda qeyd olunan səbəblərdən mümkünlük şərtlərini ödəmir və bu baxımdan mümkün sayılmamalıdır.

34. Beləliklə, iş üzrə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgündür. Şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.

35. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.10.2020-ci il tarixli, 21(103)-1671/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar