Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1549/2022 28.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 may 2022ci il tarixli, 2-1(103)-1240/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 4 may 2020-ci il tarixli **********088000 saylı, **********084200 saylı, **********093200 saylı, **********080400 saylı qərarlarının ləğvi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2-1(112)-6084/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2-1(112)-6084/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
4. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-303/2021 saylı, 24 fevral 2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2-1(112)-6084/2020 nömrəli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir
5. Qərardaddan cavabdeh kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərardadının ləğv edilməsini və Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2-1(112)-6084/2020 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegi yası 2-1(102)1054/2021 saylı, 19 may 2021-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və onun icraata qəbulundan imtina edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2-1(112)-7978/2021 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
8. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 may 2022-ci il tarixli 21(103)-1240/2022 nömrəli qərarına əsasən (sədrlik edən S.İ.Bəktaşi, hakimlər A.S.Hüseynov və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2-1(112)-7978/202 1 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
10. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 may 2022-ci il tarixli 2-1(103)-1240/2022 nömrəli qərarının ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
11. İnzibati Prosessual Məcəllə Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.3. Bu Məcə llənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
12. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir.
13. Belə ki, hazırkı qərarın 11-ci bəndində göstərilən normanın məzmunundan görünür ki, iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
14. Hazırkı iş üzrə iddiaçının tələbi 4 may 2020-ci il tarixli **********088000 saylı, **********084 200 saylı, **********093200 saylı, **********080400 saylı qərarların ləğv edilməsi olmuşdur. Cavabdehin kassasiya şikayətinə əlavə olunmuş 25 dekabr 2020-ci il tarixli **********975300 nömrəli, 24 dekabr 2020-ci il tarixli, **********040700 nömrəli, 22 dekabr 2020-ci il tarixli, **********612500 nömrəli, 25 dekabr 2020-ci il tarixli, **********986700 nömrəli qərarları əsasında isə mübahisələndirilən qərarlar ləğv edilmişdir.
15. Odur ki, işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Belə olan halda, İPMin 67.3-cü maddəsinə uyğun olaraq inzibati iş üzrə icraata xitam verilməlidir.
16. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qar şı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin.