Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1549/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 22.08.2024 Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 sayl ı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-29/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər İcra Hakimiyyəti X1 İnkişafı və İstismar Birliyinin (Nardaran bağlar sahəsindəki 205 saylı kooperativ) 27 saylı orderi ilə İddiaçı Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1990-cı il tarixli, 6/290 saylı qərarına əsasən Nardaran bağlar sahəsində 205 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1209b saylı bağ ayrılmışdır.
2. Bağ sahəsinin ayrılması haqqında müqavilə cavabdeh idarənin arxivində mövcud olmasa da, Azərbaycan Respublikası Dövlət Arxivinin Bak ı Filialının arxivində aşkar edilmişdir. 3. 205 nömrəli BTK-nın cavabdeh idarənin arxivində saxlanılan siyahısında iddiaçının adı mövcuddur.
4. İddiaçı cavabdehə müraciət edərək Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 1209 “B” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasnı xahiş edib. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iddiaçının xahişini təmin etməkdən imtina edib və iddiaçıya xx.xx.2020-ci il tarixli məktubla cavab verərək bildirib ki, torpağa hüququn qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində müəyyən edilmiş sənədlə təqdim edilməmişdir. Həmçinin göstərilən hasarlanma və mərzçəkmə işlərinin aparılmadığı ərazinin bir hissəsi Xəz ər dənizinin mühafizə zolağında yerləşir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti X1 İnkişafı və X4 bağlar sahəsindəki 205 saylı kooperativinin 27 saylı orderinə əsasən sahəsi 0,12 ha olan 1209b saylı bağ sahəsinə aid plan ölçünün tərtib edilməsi və dövlət reyestrindən onun adına çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha ola n 1209 b saylı bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti X1 İnkişafı və X4 bağlar sahəsindəki 205 saylı kooperativinin 27 saylı orderinə əsasən İddiaçı sahəsi 0.12 ha olan 1209 b saylı bağ sahəsi ayrılmışdır. İddiaçı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. İlkin imtinanın əsası kimi sözügedən ünvanda yerləşən bağ sahəsinə dair çöl ölçmə işlərinin aparılması üçün idarənin mütəxəssisinə şərait yaradılmaması, son imtinanın əsası kimi isə qeyd olunan torpaq sahəsinə dair sənədlərin qanunvericiliyin tələblərinə uyğun olmaması və həmin torpaq sahəsinin Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu zolağının altına düşməsini göstərilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. 8. “X6 və Ekspertiza Mərkəzi” MMC tərəfindən xx.xx.2021-ci il tarixli 86 nömrəli məktubla məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli 83 nömrəli mütəxəssis rəyində qeyd olunur: Bakı şəhər İcra Hakimiyyətinin (Bakı şəhər Soveti İcraiyyə Komitəsi) xx.xx.1990-cı il tarixli, 6/290 saylı qərarına əsasən İddiaçı ayrılmış (Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti X1 İnkişafı və X3 bağlar sahəsindəki 205 saylı kooperativi, 27 saylı order) Nardaran bağlar sahəsində 205 saylı BTK nəzdində 0,12 ha sahəsi olan 1209b saylı bağ sahəsinin koordinatları müəyyən edilərkən məlum oldu ki, həmin koordinatlar naturaya uyğundur və rəyə əlavə edilmiş sxemdə qeyd edilir. Qeyd olunan torpaq sahəsi Xəzər dənizinin mühafizə zolağına düşmür. Qeyd olunan torpaq sahəsi digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/1444 nömrəli ekspert rəyində göstərilir ki, Bakı şəhər İcra Hakimiyyətinin (Bakı şəhər Soveti İcraiyyə Komitəsi) xx.xx.1990-cı il tarixli, 6/290 saylı qərarına əsasən İddiaçı ayrılmış (Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti X1 İnkişafı və X3 bağlar sahəsindəki 205 saylı kooperativi, 27 saylı or der) Nardaran bağlar sahəsində 205 saylı BTK nəzdində 0,12 ha sahəsi olan 1209b saylı bağ sahəsinin koordinatları müəyyən edilmişdir və qeyd olunan torpaq sahəsinin yaşayış məntəqələrinin hüdudları daxilində yerləşməklə Xəzər dənizinin 050 metrlik mühafizə zolağına düşmədiyi, eyni zamanda həmin torpaq sahəsinin digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Eyni zamanda rəyin əsaslandırıcı hissəsində qeyd edilir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli mütəxəssis arayışına əlavə edilmiş mübahisəli torpaq sahəsinin faktiki yerləşmə sxemindən görünür ki, torpaq sahəsi yaşayış məntəqələrinin hüdudları daxilində yerləşməklə Xəzər dənizinin 0-50 metrlik mühafizə zolağına düşmür.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-257/2 022 nömrəli, 19 may 2022-ci il tarixli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilmişdir.
11. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən həmin bağ sahəsinin başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən orderin həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Həmin order ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. Həmin order «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-29/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər: A.Oruczadə - sədrlik edən və məruzəçi, X.Cəmilova və R.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, müvafiq bağ sahəsi iddiaçının faktiki istifadəsində deyil. Belə ki, iddiaçı tərəfindən şərti olaraq göstərilən sahə Bilgəh-Nardaran (Bakı-dairəvi) yolunun qumsallıq ərazisidir, hasarlanma və mərzçəkmə işlərinin aparılmadığı ərazinin bir hissəsi Xəzər dənizinin mühafizə zolağında yerləşir (Xalq çim ərliyi üçün ayrılmış ərazilərdir). Müvafiq torpaq sahəsi rayon icra hakimiyyəti tərəfindən metal məhəccərlərlə hasarlanaraq mühafizə və nəzarət edilir və həmin əraziyə giriş-çıxış yoxdur. Bundan başqa, dənizkənarı qumsallıq ərazidə hər hansı bir digər bağ sahəsi faktiki olaraq yoxdur və sözügedən torpaq sahəsi indiyədək iddiaçının faktiki olaraq istifadəsində olmamışdır.
17. İdarənin arxiv məlumatlarında iddiaçı tərəfindən təqdim olunan orderin arxiv nüsxəsi aşkar olunmamışdır. Həmçinin ərizəyə əlavə olunmuş sənədlərdə iddiaçının ata adı “ Həşim” qeyd olunsa da, İdarənin arxiv əsaslarında mövcud olan siyahıda “ Həsən” göstərilmişdir.
18. İddia olunan bağ sahəsi Xəzər dənizinin mühafizə zolağında yerləşir (Xalq çimərliyi üçün ayrılmış ərazilərdir).
19. İddiaçının faktiki istifadəsində olmayan və şərti göstərilən bağ sahəsinin faktiki yeri sxematik xəritəyə əsasən uyğunsuzluq təşkil edir. Belə ki, faktiki göstərilən ərazidə sxematik xəritəyə əsasən heç bir bağ sahəsi mövcud deyildi r. Sxematik xəritədə qeyd olunan 1209 saylı bağ sahəsi isə iddia olunan bağ sahəsindən tamamilə fərqli yerdə yerləşir və həmin bağ sahəsi üzərində yerləşən bağ evi ilə birlikdə vahid daşınmaz əmlak olaraq **********08-11301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Apellyasiya instansiyası məhkəməsi isə göstərilən sübutları düzgün qiymət verməmiş, əsassız və qanunsuz qərar qəbul etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 146.2. daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 157.1. mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
21. «Daşınmaz əmlakın Respublikası Qanunu: dövlət reyestri haqqında» Azərbaycan Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlə t tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır Maddə 8. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolund an çıxarış; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranma sı barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanunun normalarına əsasən qeydiyyata alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. 22. “Torpaq islahatı haqqında” Qanunu: Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliy indəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə
10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətənd aşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Maddə
25. Bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir.
23. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təm in edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövl ükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. X8 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnı z ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Bununla belə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
30. Hazırkı işdə iddiaçının hüquqi marağı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan 1209 b saylı bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi ilə bağlıdır.
31. Cavabdeh tərəfindən bağ sahəsinin daşınmaz əmlakın hüquqi qeydiyyata alınması üçün daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin əsillərinin (icarə müqaviləsi, order, üzvlük kitabçası və ya protokoldan çıxarış və icarədar dünyasını dəyişdiyi təqdirdə vərəsəlik işinin açılması ilə əlaqədar notariusun məktubu) təqdim edilməməsi, həmçinin göstərilən hasarlanma və mərzçəkmə işlərinin aparılmadığı ə razinin bir hissəsi Xəzər dənizinin mühafizə zolağında yerləşməsi və Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu zolağının 20-25 metrlik zolağının altında olan dövlətin mülkiyyətində olan torpaqlar olması əsası ilə imtina edilmişdir.
32. Məhkəmə kollegiyası cavabdehin ərizəyə əlavə olunmuş sənədlərdə iddiaçının ata adı “Həşim” qeyd olunsa da, idarənin arxiv əsaslarında mövcud olan siyahıda “Həsən” kimi göstərilməsi dəlilini əsassız hesab edərək qeyd edir ki, İdarə tərəfindən təqdim edilmiş arxiv qovluğundakı siyahıda iddiaçının ata adı “Həsən” kimi qeyd edilsə də, üzərinə xətt çəkilərək “Həşim” kimi göstərilmişdir. Bu Siyahını da iddiaçı deyil, eyni zamanda arxiv saxlayıcı qismind ə çıxış edən cavabdeh inzibati orqan təqdim etmişdir. Göründüyü kimi, cavabdehin arxivində saxlanılan siyahıda düzəliş edilmişdir. Odur ki, qeyd edilən halla iddiaçının birbaşa bağlılığı və təqsiri olmamışdır.
33. Bundan başqa məhkəmə kollegiyası cavabdehin digər dəlilinə münasibətdə apellyasiya məhkəməsinin araşdırmalarını əsaslı hesab edərək qeyd edir ki, ekspert rəyinə əsasən İddiaçı 1209 b saylı bağ sahəsi kimi iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin Xəzər dənizinin 0-50 metrlik mühafizə zolağından kənarda yerləşir və Xalq çimərliyinə ayrılmış sahə ilə üst-üstə düşmür.
34. Eyni zamanda apellyasiya məhkəməsi qərarında qeyd etmişdir ki, 24 noyabr 2023-cü il tarixli məhkəmə iclasında ekspert qismində dəvət edilmiş X5 izahatında bildirmişdir ki, Mərkəzdə olan bağ sahələrinin x əritəsinə əsasən həmin ərazi Nardaran bağ sahələrinin ərazisinə uyğun gəlir. Həmçinin əraziyə baxış keçirilən zaman müəyyən olundu ki, həmin ərazi Xəzər dənizindən 70 metr kənarda yerləşir. Xəzər dənizinin mühafizə zonası isə dənizdən 50 metrədək olan məsafədir. Həmin ərazinin Xalq Çimərliyinin ərazisinə düşməsindən söhbət gedə bilməz. Xalq Çimərliyinin ərazisi qeyd edilən ərazidən kənarda yerləşir və bu əraziyə heç bir aidiyyəti yoxdur. Bu bizdə olan kadastrdan çıxarışdan da aydın müəyyən edilir. Həmin kadastrdan çıxarışı növbəti məhkəmə iclasında təqdim edə bilər.
35. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Re yestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir.
36. Eyni zamanda qeyd edilməlidir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.
37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, torpaq sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi iddiaçının idarəsindən asılı olan hal deyil, iddiaçı buna görə məsuliyyət daşımır.
38. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cav abdehin imtinası və kassasiya şikayətinin dəlilləri əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
39. Nəticə etibarı ilə məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-29/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.