Məhkəmə qərarları › İş №2-1(102)-155/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-155/2019

08.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-155/2019 08.01.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı əlilliyə görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1841/2018 saylı iş üzrə 19 sentyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə ə sasən işə Ali Məhkəmənin binasında 08 yanvar 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin 13/01-5219 saylı, 24 noyabr 2017-ci il tarixli məktubu ilə İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, 01.07.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin e dilir. İddiaçı xx.xx.1971-ci il təvəllüdlüdür, əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 10 il 04 ay sosial sığorta stajına qarşı 08 il 11 ay 13 gün sığorta stajı olması səbəbindən, ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab edərək ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1971-ci il tarixdə anadan olmuşdur. O, 24.06.1988-ci il tarixdən 20.08.1990-cı il tarixədək Azərbaycan Respublikası Kənd Təsərüffatı və Ərzaq Nazirliyinin Binəqədi Təchizat Bazasında fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. 23.08.1990-cı il tarixdən 06.01.1992-ci il tarixədək Bakı Ayaqqabı fabrikində, 03.02.1992-ci il tarixdən 03. 06.1999-cu il tarixədək Kondisionerlərin yığılması sexində, 01.12.2004-cü il tarixdən 01.03.2005-ci il tarixədək 25 saylı MKİS-də süpürgəçi, 01.02.2006-28.02.2007-cı il tarixədək eyni MKİS-də yenidən süpürgəçi, 09.03.2016-cı il tarixdən 30.12.2016-cı il tarixədək Nərimanov MKTB-də fəhlə kimi işləmiş, 13.01.2017-ci il tarixdən Nərimanov MKTB-də yenidən fəhlə vəzifəsində işləyir. İddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən İİ dərəcəli əlillik verilmişdir. İddiaçı ona əlilliyə görə əmək pensiyası təyin olunması barədə ərizə ilə DSMF Nərimanov rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh qanunsuz olaraq müraciəti təmin etməkdən imtina etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 aprel 2018-ci il tarixli, 2-1(82)894/2018 saylı qərarı (hakim - L.R.Kərimli) ilə iddia tələbi təmin edilərək İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1841/2018 saylı, 19 sentyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – A.B.Nuriyeva, hakimlər – V.M.Ağayev və C.A.Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 aprel 2018-ci tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qərarını ləğv edib iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Belə ki,“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması” Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanlarının qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilməlidir. İddiaçı DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsinə pensiya təyin olunması müraciət etsə də, aparılmış ara şdırma nəticəsində onun sosial sığorta stajının olmadığı müəyyən olunmuşdur. İddiaçının 24.06.1988-ci ildən 20.08.1990-cı ilədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin Binəqədi Təchizat Bazasında fəhlə işləməsi mötəbər sübutlarla əsaslanmır. Onun iş stajı məcburi sosial sığorta haqqlarının ödənilib-ödənilməməsinin müəyyən edilməsinin mümkün olmamasına görə nəzərə alınmamalıdır. İddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 10 il 4 ay sosial sığorta stajı tələb olunduğu halda, onun 08 il 11 ay 13 gün sığorta stajı müəyyən edilmişdir. Tərəflərin izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilmə sini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. « Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. İddiaçıya ikinci dərəcəli əlillik 12 may 2017-ci il tarixdə verilmişdir. Həmin vaxt qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1ci maddəsinin redaksiyasına görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə ə mək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçının 24.06.1988-ci il tarixdən 20.08.1990-cı il tarixədək Azərbaycan Respublikası Kənd Təsərüffatı və Ərzaq Nazirliyinin Binəqədi Təchizat Bazasında, 23.08.1990-cı il tarixdən 06.01.1992-ci il tarixədək Bakı Ayaqqabı fabrikində, 03.02.1992-ci il tarixdən 03.06.1999-cu il tarixədək Kondisionerlərin yığılması sexində, 01,12.2004-cü il tarixdən 01,03.2005-ci il tarixədək 25 saylı MKİS-də yenidən 01.02.2006- 28.02.2007-cı il tarixədək eyni MKİS-də işlədiyi dövrü təsdiq edən əmək kitabçası, 24.06.1988-ci il tarixdən 20.08.1990-cı il tarixədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin Binəqədi Təchizat Baz asında fəhlə vəzifəsində işlədiyi dövrü təsdiq edən Binəqədi Təchizat bazasının 04/07 saylı, 05.02.1992-ci il tarixli arayışı mövcuddur. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının 24.06.1988-ci ildən 20.08.1990-cı ilədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin Binəqədi Təchizat Bazasında fəhlə işləməsi mötəbər sübutlarla əsaslanmır. Kollegiya həmin dəlili aşağıdakılara əsasən əsassız hesab edir. İlk növbədə nəzərə alınmalıdır ki, bununla bağlı iş materiallarında notariat qaydasında təsdiq edilmiş 24.06.1988-ci il tarixdən 20.08.1990-cı il tarixədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin Binəqədi Təchizat Bazasında fəhlə vəzifəsində işlədiyi dövrü təsdiq edən Binəqədi Təchizat bazasının 04/07 saylı, 05.02.1992ci il tarix li arayışı mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndində isə təsbit edilmişdir ki, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ 24.06.1988-20.08.1990-cı illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi işəgötürən tərəfindən verilmiş arayışla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Həmin dövr nəzərə alındığında isə iddiaçının əlilliyə görə əmək pensiyası təyin edilməs i üçün qanunvericilikdə tələb olunan sığorta stajına malik olduğu və buna görə də, əlilliyə görə əmək pensiyasını almaq hüququ yaranır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1841/2018 saylı iş üzrə 19 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar