Məhkəmə qərarları › İş №2-1(102)-155/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-155/2021

17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-155/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Abşeron rayon Masazır Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Bələdiyyə qərarının ləğvi, iddianın mümkünlük şərti, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X3 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili və nümayəndəsi Vəkil, üçüncü şəxslər X8 və X9 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Abşeron rayon Masazır Bələdiyyəsinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxslər X4, X8 və X12) “Abşeron rayonu, Masazır kə ndində yerləşən sahəsi 0,10 ha olan həyətyanı torpaq sahəsinin Vəkilya ayrılması barədə cavabdehin xx.xx.2004-cü il tarixli 28 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-134/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron rayonu Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsi ilə Abşeron rayonu, Masazır kəndi küçəsində yerləşən yaşayış sahəsi 16,4 m2, köməkçi sahəsi 10,0 m2 olan bir otaqdan ibarət yaşayış sahəsi X1 adına mülkiyyət hüququ əsasında Abşeron rayon Masazır Bələdiyyə sədrinin xx xxxxxx 2004-cü il tarixli, 28 saylı sərəncamı əsasında qeydə alınmışdır.

2. Doğum haqqında şəhadətnaməyə əsasən iddiaçının oğlu-X6 xx xxxxxxx 2003-cü il tarixdə doğulmuşdur. 2004-cü ildə, yəni qeydiyyat vəsiqəsində qeyd edildiyi kimi Abşeron rayon Masazır Bələdiyyəsinin x xxxxxx 2004-cü il tarixli, 28 saylı sərəncamı verilərkən X1 1 yaşı olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı xx xxxx 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndində yerləşən sahəsi 0,10 ha olan həyətyanı torpaq sahəsinin X7 ayrılması barədə cavabdehin xx.xx.2004-cü il tarixli 28 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Masazır kəndində yerləşən 0,10 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 16,4 kv.m, köməkçi sahəsi 10 kv m olan yaşayış evi 2005-ci ilin mart ayında onun azyaşlı oğlu X1 adına Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən 37096 nömrəli reyestri kitabında və 5199 nömrəli inventar işi qeydiyyata alınmış və qeydiyyat vəsiqəsi verilmişdir. Sözügedən fərdi yaşayış evi hazıradək oğlunun mülkiyyətində və onların ailə üzvlərinin istifadəsindədir. Son vaxtlarda iddiaçıya məlum olmuşdur ki, Abşeron rayonu Masazır bələdiyyəsi xx.xx.2004-cü il tarixdə 28 nömrəli qərarla oğlunun mülkiyyətində olan evin yerləşdiyi torpaq sahəsini ünvan 1 ünvanda qeydiyyatda olan onun ögey qaynanası X5 adına qanunsuz əsaslarla ayırmışdır. Halbuki bələ diyyə mövcud qanunvericiliyin tələbinə əsasən fərdi yaşayış evi inşa etmək üçün torpaq sahəsini yalnız bələdiyyənin ərazisində qeydiyyatda olan şəxslərə ayıra bilərdi. Sudavər İsmayılova heç vaxt Abşeron rayonunda qeydiyyatda olmamışdır. Həmin qanunsuz qərar əsasında Sudavər İsmayılova bələdiyyənin və DTXK Abşeron şöbəsinin təsdiq etdiyi torpaq sahəsinin alqı-satqısına dair aktını və DTXK Abşeron şöbəsinin xx.xx.2011-ci il tarixli 173550 nömrəli torpaq sahəsinin plan və ölçü sənədini, daha sonra isə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışı almışdır. Eyni zamanda Abşeron rayonu Dövlət arxivinə müraciət edilmiş və Abşeron rayonu Dövlət arxivinin F-793 nömrəli məktubuna əsasən məlum olmuşdur ki. Masazır bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 28 saylı qərarı ilə vətəndaşlara torpaq sahəsi ayrılmamışdır və Masazır bələdiyyəsinin 2004-cü ilin qərarlarında X5 adına torpaq sahəsinin ayrılması ilə bağlı heç bir məlumat yoxdur. Beləliklə, belə məlum olur ki, Abşeron rayonu Masazır kəndində yerləşən sahəsi 0.10 ha olan həyətyanı torpaq sahəsinin X7 ayrılması barədə Masazır bələdiyyəsinin xx.xx.2004cü il tarixli 28 nömrəli qərarı saxtadır. Çünki Masazır bələdiyyəsi xx.xx.2011-ci il tarixli torpaq sahəsinin alqı-satqısına dair aktını pərdələmək üçün həmin saxta qərarı köhnə tarixlə qəbul etmişdir.

5. Birinci instansiya məhkəməsi ƏMDK yanında DƏDRX-in 4 saylı Ərazi İdarəsinə sorğu verərək Abşeron rayonu, Masazır kəndində yerləşən sahəsi 0,10 ha olan həyətyanı torpaq sahəsində yerləşən 26.4 kv.m yaşayış sahəsinə dair X1 adına q eydiyyat vəsiqəsinin verilməsinə əsas olan sənədlərin surətinin verilməsini xahiş etmişdir.

6. Həmin İdarə tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubunda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən sahəsi 0,10 ha olan həyətyanı torpaq sahəsində yerləşən 26.4 kv.m yaşayış sahəsinə dair X1 adına qeydiyyat vəsiqəsi arxivdə aşkar olunmadığı üçün sənədlərin surətlərinin göndərilməsi qeyrimümkündür.

7. Qeydiyyat vəsiqəsində evin Abşeron rayon Masazır Bələdiyyə sədrinin x xxxxxx 2004-cü il tarixli, 28 saylı sərəncamı əsasında qeydə alındığı göstərildiyindən məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Dövlət Arxivinə sorğu verilərək Abşeron rayon Masazır Bələdiyyəsinin x xxxxxx 2004-cü il tarixli, 28 saylı sərəncamının və sərəncamın verilməsinə əsas olmuş sənədlərin t əsdiq edilmiş surətinin təqdim olunması xahiş edilmişdir.

8. Abşeron Rayon Dövlət Arxivi məhkəmənin sorğusuna cavab olaraq xx xxxxxxxx 2020-ci il tarixli məktubla bildirmişdir ki, Abşeron rayon Masazır Bələdiyyəsinin x xxxxxx 2004-cü il tarixli, 28 saylı qərarı Abşeron Rayon Dövlət Arxivində aşkar edilmədi. Masazır Bələdiyyəsinin 28 saylı qərarı xx xxx 2004-cü il tarixdə verilmişdir. Həmin qərar sorğuya cavaba əlavə edilmişdir. X2 2004-cü il qərarlarında X6 ilə bağlı heç bir məlumat yoxdur.

9. Sorğuya əlavə edilmiş Masazır Bələdiyyəsinin 28 saylı qərarından görünür ki, həmin qərar xx xxx 2004-cü ildə Məmmədova (Salahova) Dilarə Aslan qızına torpaq sahəsinin satılması barədədir.

10. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin (hakim X14, 2-1(085)-1220/2019 saylı iş) xx xxxxxxx 2019-cu il tarixl i qərarı ilə iddia rədd edilmişdir.

11. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər Babayeva Hökümə Çingiz qızı-məruzəçi, X16 və X10, 2-1(103)-134/2020 saylı iş) xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

13. Apelyasiya instansiyası məhkəməsi iddianı mümkün saymamasını onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi qərarın ləğvi ilə bağlı iddia qaldırmaqda subyektiv hüququn sahibi kimi qəbul etmək doğru olmazdı, çünki iddiaç ı sözügedən torpaq sahəsinə dair hər hansı hüquq sahibi olmadığı üçün həmin torpaq sahəsinin üçüncü şəxsə ayrılması zamanı iddiaçının hər hansı hüququnun pozulması halı müəyyən olunmur. Bundan əlavə hətta iddiaçının iddia qaldırmasında subyektiv hüququnun mövcudluğu qəbul edilmiş olsa belə, iddiaçı bələdiyyə qərarının mübahisələndirilməsi üçün müəyyən olunmuş müddəti də ötürmüşdür. Yuxarıda da qeyd edildiyi kimi iddiaçı Abşeron rayonu, Masazır kəndində yerləşən sahəsi 0,10 ha olan həyətyanı torpaq sahəsinin X7 ayrılması barədə cavabdehin xx.xx.2004-cü il tarixli 28 nömrəli qərarını mübahisələndirir.

14. İddiaçı həmin qərardaddan xx xxxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi və ya iddianın təmin edilməsi barədə ye kun qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

15. İPM-nin 14.1-ci maddəsinin tələbinə görə mübahisə üzrə sübutetmə vəzifəsi cavabdeh inzibati orqanın üzərinə düşür. Lakin konkret iş üzrə bu vəzifəni faktiki olaraq məhkəmə özü yerinə yetirmiş, kollegiya cavabdehin vəkili rolunda mübahisənin içinə dalmış və son nəticədə iddianın mümkün sayılmaması barədə absurd qərardad qəbul etmişdir.

16. Məhkəmə kollegiyası hətta bununla kifayətlənməmiş, iddiaçının övladına dair qeydiyyat vəsiqəsinə, bu barədə iddia olmaya-olmaya münasibət bildirmiş, sənədə aid sorğular vermiş, cavablar almış, bu sənədi öz qərardadında qanunsuz hesab etmişdir. Məhkəmə kollegiyasının bu səlahiyyət i isə qanunla qadağan edilmişdir. İş materiallarından bilmək olmur ki, iddiaçı Bələdiyyəyə qarşı iddia qaldırıb, ya iddiaçıya qarşı kimsə iddia qaldırıb... İşdə iddiaçıya məxsus reyestrdən çıxarışın (qeydiyyat vəsiqəsi) ləğv edilməsi, ümumiyyətlə mübahisələndirilməsi barədə hər hansı məlumat yoxdur. Məhkəmə kollegiyası isə guya iddianın mümkün sayılmaması üçün ətraflı araşdırma aparmış, bu qeydiyyat vəsiqəsinin də “qanunusuzluğunu” ortaya çıxarmış, buna görə də iddia qaldırmağa subyektiv hüququn olmaması nəticəsinə gəlmişdir. Halbuki ki, qeydiyyat vəsiqəsi qanunidir, üzərindəki möhür və imzalar səlahiyyətli orqan və şəxslərə məxsusdur və həmin vəsiqə və müvafiq texniki plan və ölçü üzrə fərdi yaşayış evi mövcuddur.

17. MM-in 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

18. Bu normanın tələbləri də kollegiya tərəfindən kobud şəkildə pozulmuşdur.

19. Kollegiya iddiaçının müddət ötürməsini də “ətraflı” araşdırmış, iddia müddətinin ötürülməsi nəticəsinə gəlmişdir. Bu da tam qanunsuz yanaşmadır. İddiaçı bu qərardan konkret nə vaxt xəbər tutmasını iddia ərizəsində göstərməsinə baxmayaraq, sanki kollegiya “üçüncü şəxsin mənafeyinə uyğun” absurd araşdırma aparmış və guya bu qərardan iddiaçının daha əvvəllər xəbər tutması barədə şəxsi mülahizə əsasında nəticəyə gəlmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Üçüncü şəxs S.Rəhimov teleqram göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, kassasiya şikayətinin rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, İbrahim İsmayılov və İddiaçı onun mülkiyyətinə qəsd edir, öz mülkiyyətindən istifadə etməyə maneələr törədirlər.

22. Üçüncü şəxslər Vəkil və R.İsmayılova məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdikləri üçün çıxışlarda iştirak etməmişlər.

23. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirak ı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi).. Tətbiq edilən hüquq

24. İnzibati Prosessual Məcəllə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır; Maddə 38.1 Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şi kayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərd ə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümk ünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

26. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

27. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. İddiaçının şikayətinin dəlilinə görə apelyasiya məhkəməsi qərardad qəbul edərkən prosessual normaların tələbinə əməl etməmişdir.

30. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

31. İddiaçı cavabdeh bələdiyyənin üçüncü şəxsə torpaq sahəsi ayrı lmasına dair x xxx 2004-cü il tarixli qərarını mübahisələndirir.

32. İddiaçıya görə həmin torpaq sahəsinin yerləşdiyi mənzil 2005-ci ildən onun oğluna məxsusdur, oğlu 2003-cü ildə doğulmuşdur.

33. Nəzərə alınmalıdır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisələndirilən qərarın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və x xxxxxxxx 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyə ti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu.

34. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, x xxxxxx 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti x xxxxxx 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl mə hkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

35. Odur ki, inzibati orqanların x xxxxxx 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin qərarların mübahisələndirilməsi imkanı aradan qaxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.

36. İPM-in 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetm ə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. 37. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarında olan tövsiyələri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir.

38. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddia müddəti buraxıldığına görə mümkünlük şərtlərinə cavab vermədiyindən iddia haqlı olaraq mümkün sayılmamışdır.

39. Apelyasiya instansiyası məhkəməsi həm iddiaçının subyektiv hüquqa malik olmadığına görə, həm də iddia müddəti buraxıldığına görə iddianı mümkün hesab etməmişdir.

40. Məhkəmə kollegiyası hesab edir ki, iddia müddəti buraxıldığına görə iddia mümkün sayılmamalıdır.

41. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgün olduğundan Ali Məhkəmə şikayəti təmin etmir.

42. Odur ki, kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

43. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayət i təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-134/2020 saylı, xx xxxxxxxx 2020-ci tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar