Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-155/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına qarşı işi üzrə QƏRARİ Açar sözlər: əlilliyə məhkumların cəzaçəkmə dövründə stajına hesablanması. görə əmək pensiyasının təyin edilməsi, işlədikləri vaxtın onların ümumi iş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl iyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına qarşı “iyul 1985-ci il tarixdən may 1990-cı il tarixədək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi, əlilliyə görə əmək pensiyasının 01.06.2011-ci il tarixdən təyin edilməsi və 01.06.2011-ci il tarixdən hazırkı iddia tələbi ilə bağlı məhkəmənin qərarı icra edildiyi ana qədər ödənilməmiş əmək pensiyasının ona birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-510/2021 nömrəli, 23 sentyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşa ğıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. O, 10.11.1975-ci ildən əmək fəaliyyətinə başlamış, 1976-1978-ci illərdə hərbi xidmətdə olmuş, 05.03.1985-ci ilədək müxtəlif işlərdə və vəzifələrdə işləmiş, 05 mart 1985-ci ildən 24 noyabr 1992-ci ilə qədər cəzaçəkmə müəssisəsində cəza çəkməklə yanaşı, 1985-ci ilin iyul ayından 1990-cı ilin may ayınadək həmin cəzaçəkmə müəssisəsində işləmiş və əmək haqqı almış, həbsdən çıxandan sonra 31.08.2000-ci ildən 23.06.2003-cü il tarixədək Xaçmaz “Orbita-Serviz” texniki mərkəzdə işləmişdir.
2. Tibbi Sosial Ekspert Komissiyasının SER TSE-01 seriyalı, 135353 nömrəli ilkin müayinə aktına əsasən, ona 01.06.2011-ci il tarixdən ikinci dərəcəli əlillik təyin edilmiş, Tibbi Sosial Ekspert Komissiyasının sonrakı müayinə aktına ə sasən 21.09.2016-cı il tarixdən ona ümumi əlilik səbəbindən üçüncü qrup əlillik verilmişdir.
3. İddiaçı əliliyə görə pensiyasının təyin olunması barədə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh 29 iyun 2020-ci il tarixli, **********1 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, ona əliliyə görə əmək pensiyası təyin edilməsi üçün 15 il 8 ay sığorta stajı və 28200 manat pensiya kapitalı tələb olunur. Lakin onun təqdim etdiyi iş stajını təsdiq edən sənədlərə əsasən, tələb edilən sığorta stajı və pensiya kapital olmadığından ona əliliyə görə əmək pensiyası təyin edilə bilməz. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyə görə əmək pensiyasının 0 1.06.2011-ci il tarixdən təyin edilməsi və 01.06.2011-ci il tarixdən hazırkı iddia tələbi ilə bağlı məhkəmənin qərarı icra edildiyi ana qədər ona ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “iyul 1985-ci il tarixdən may 1990-cı il tarixədək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi, əlilliyə görə əmək pensiyasının 01.06.2011-ci il tarixdən təyin edilməsi və 01.06.2011-ci il tarixdən hazırkı iddia tələbi ilə bağlı məhkəmənin qərarı icra edildiyi ana qədər ödənilməmiş əmək pensiyasının ona birdəfəlik öd ənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 01.06.2011-ci il tarixdən ikinci qrup əlil olmağına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 38 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının 01.06.2011-ci il tarixli, SER TSE-01 seriyalı, №135353 nömrəli müayinə aktını, şəxsiyyət vəsiqəsinin notariat kontorunda təsdiq edilmiş surətini, 15 yanvar 1975-ci il tarixli əmək kitabçasının notariat kontorunda təsdiq edilmiş surətini, 08 may 1976-cı il tarixli, H3 № ******* nömrəli hərbi biletini və azadlıqdan məhrum edilmə yerindən azad olmağı ilə bağlı 05 aprel 1993-cü il tarixli, № 038396 nömrəli arayışın notarial qaydada təsdiq edilmiş surətlərini cavabdeh Azərba ycan Respublikası Cavabdehnə təqdim edərək, ona əlilliyə görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan ona əlilliyə görə əmək pensiyası təyin olunmasından imtina etmişdir. Bu səbəbdən pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Hazırki iddia tələbi ilə əlaqəli qanuni qüvvəyə minmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 11 may 2018-ci il tarixli, № 2-1(85)-1002/2018 saylı qərarı ilə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla onun pensiya təyinatına yenidən baxılması məsələsi DSMF-nin Quba rayon şöbəsinin üzərinə qoyulmuşdur. Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkumların azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu dövrlərdə ödənişli əməyə cəlb edilib-edilməməsi halını araşdırmadan cavabdeh əsassız olaraq əlilliyə görə pensiya təyin olunmasından imtina etmişdir.
7. Cavabdeh iddia ərizəsində etiraz təqdim etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil edir.
8. Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2-1(118)-445/2021 saylı qərarı ilə (hakim: V.E.Əzizova) iddia təmin edilmiş, iddiaçının iyul 1985-ci il tarixdən may 1990-cı il tarixədək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssissində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək əlilliyə görə əmək pensiyasının 01.06.2011-ci il tarixdən təyin edilməsi və 01.06.2011-ci il tarixdən məhkəmənin qərarı icra edildiyi ana qədər ödənilməmiş əmək pensiyasının ona birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir k i, iddiaçının cəzaçəkmə müəssisəsində işlədiyi dövr də nəzərə alındıqda onun sosial sığorta stajı tələb olunan 13 ildən artıq təşkil edir ki, bu hal cavabdehin ona əmək pensiyasının təyin olunmasından imtinasının əsassızlığına dəlalət edir.
10. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-510/2021 nömrəli iş üzrə 23 sentyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: R.Ə.Ağayev, hakimlər: H.Ç.Babayeva və İ.K.Dəmirov) apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2-1(118)-445/202 1 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddia tələbini təmin edərkən, apelyasiya instansiyası məhkəməsi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 28.05.2020-ci il tarixli, 17/181317 nömrəli arayışına istinad etmişdir. Halbuki, iddiaçının 1985-ci ilin iyul ayından 1990-cı ilin may ayınadək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsində işləməsi faktı belə özlüyündə ümumi iş stajı kimi qəbul edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.2.8-ci maddəsinə əsasən şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət sığorta stajına daxil edilir.
15. Bundan əlavə, iddiaçının 11 il 07 ay 03 gün sosial sığorta stajı var. Qanunvericilikdə sosial sığorta stajını təsdiq edən sənədlərin siyahısına arayışlar aid edilməmişdir. Bu səbəbdən 28.05.2020-ci il tarixli, 17/181317 nömrəli arayışda əks olunan illərin iddiaçının sosial sığorta stajına əlavə olunması qanuna uyğun hesab edilə bilməz.0
16. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsini n İnzibati Kollegiyasının 08.10.2020-ci il tarixli, 03/2020 saylı qərardadına əsasən, iddiaçıya pensiya yalnız müraciət etdiyi tarixdən əvvəlki 3 (üç) il ödənilə bilər. İddiaçı 14.06.2020-ci ildə inzibati orqana müraciət etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən 01.06.2011-ci il tarixdən məhkəmənin qərarı icra edildiyi ana qədər ödənilməmiş əmək pensiyasının ona birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin qanunsuz qərarını qüvvədə saxlamaqla, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair 13.10.2020-ci il tarixli, 03/2020 saylı qərardadında qeyd olunan göstərişləri nəzərə almamışdır. Bununla da, Su mqayıt Apellyasiya Məhkəməsi mübahisəli hüquqi məsələyə dair hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi tələblərini kobud şəkildə pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsi: Maddə 96.4. Məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt ümumi əmək stajına daxil edilir. Əmək stajının hesablanması təqvim ilinin yekununa əsasən, cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən aparılır.
19. Azərbaycan Respublikasının İslah Əmək Məcəlləsi: Maddə
50. Məhkumların azadlıqdan məhrumetmə yerl ərində cəza çəkdikləri dövrdə işlədikləri vaxt ümumi əmək stajına daxil edilir. 20. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
67. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... k) azadlıqdan məhrumedilmə müddətində məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt;... Maddə
69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş sta jını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin normanın “Qeyd” hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Maddə 12.1 Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı old uqda təyin edilir. (01.07.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyası). 13.3. Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakter indən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tə rəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 9 4.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hes ab edilmişdir.
26. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə tərkibi kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək bu qənaətə gəlir ki, cavabdehin şikayəti əsassızdır.
28. Əvvəla şikayət müəllifi bildirir ki, iddiaçının 1985-ci ilin iyul ayından 1990-cı ilin may ayınadək cəzaçəkmə müəssisəsində istehsalat sahəsində fəaliyyət göstərməsi əmək kitabçasında qeyd edilmədiyindən iddia tələbi əsassızdır.
29. Bu dəlili əsassız hesab edən məhkəmə tərkibi bildirir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə müəssisəsinin 29.05.2020-ci il tarixl i, 17/18/1317 nömrəli məktubundan görünür ki, iddiaçı 1985-ci ilin iyul ayından 1990-cı ilin may ayınadək cəza çəkərkən müəssisədə fəaliyyət göstərən istehsalat sahəsində işləmiş və əmək haqqı almışdır.
30. İddiaçının cəza çəkdiyi dövrdə qüvvədə olan “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndində, eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır.
31. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək ki tabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Eyni zamanda, iddiaçının təqdim etdiyi məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur. 32. “Azərbaycan Respublikası Konstitusiyasının 25, 35, 38 və 71-ci maddələri ilə əlaqədar Azərbaycan Respublikası İslah-Əmək Məcəlləsinin 50-ci maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 aprel 2000-ci il tarixli qərarında göstərilmişdir ki, məhkumların cəzaçəkmə dövründə işlədikləri vaxtın onların ümumi iş stajına hesablanmasını nəzərdə tutan Azərbaycan Respublikası İslah-Əmək Məcəlləsinin 50-ci maddəsinin beşinci hissəsinin müddəası 1997-ci il fev ralın 7-nə qədər azadlıqdan məhrumetmə yerlərindən azad edilmiş şəxslərə də şamil edilməlidir.
33. Odur ki, cavabdehin iddiaçının cəzaçəkmə dövründə işlədiyi vaxtın onun ümumi iş stajına hesablanmalı olmaması ilə bağlı dəlilləri əssazdır.
34. Qeyd olunmalıdır ki, xx.xx.1957-ci il təvəllüdlü iddiaçıya 01.06.2011-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən sığorta stajı 13 il 2 ay (53,5 yaş - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü=38,5 yaş x 4 ay =158 ay: 12 ay = 13 il 2 ay) təşkil edir ki, iddiaçının 1985-ci ilin iyul ayından 1990-cı ilin may ayınadək cəzaçəkmə müəssisəsində işlədiyi vaxt onun ümumi iş stajına daxil edildikdə bu tələb tam ödənilir.
35. Kassasiya şikayətində digər mübahisə edilən məsələ iddiaçının müraciət etmə tarixi ilə bağlıdır. Cavabd eh qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair 13.10.2020-ci il tarixli, 03/2020 saylı qərardadında qeyd olunan göstərişləri nəzərə almamış, bununla da, mübahisəli hüquqi məsələyə dair hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, iddiaçı 14.06.2020-ci ildə inzibati orqana müraciət etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən 01.06.2011-ci il tarixdən məhkəmənin qərarı icra edildiyi ana qədər ödənilməmiş əmək pensiyasının ona birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
36. Bu dəlili də əsassız hesab edən məhkəmə tərkibi bildirir ki, iş materialları nda olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1002/2018-ci il tarixli qərarından görünür ki, məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq İddiaçı cəzaçəkmə müəssisəsində işləyib-işləməməsi halı araşdırmaqla, həmin müəssisədə işlədiyi dövrlər sosial sığorta stajı kimi nəzərə alınaraq, iddiaçının pensiya təyinatına yenidən baxılması öhdəliyinin cavabdeh DSMF-nin Quba rayon şöbəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.
37. Bu qərarın məzmunundan da görünür ki, iddiaçı ona əliliyə görə pensiya təyin edilməsi üçün 2012, 15.05.2017 və 22.06.2017-ci illərdə inzibati orqana müraciət etmişdir. Göründüyü kimi, iddiaçı hazırkı tələblə, yəni ona əlilliyə görə əmək pensiyası təyin edilməsi tələbi ilə 01.07.2017-ci il tarixədək cavabdeh inzibati orqana müraciət etmiş, əsassız ola raq ona pensiya təyin olunmasından imtina edilmişdir. Belə olan halda, iddiaçıya pensiya hüququnun yarandığı vaxtdan, yəni 01.06.2011-ci il tarixdən pensiyasının hesablanıb birdəfəlik ödənilməsi barədə məhkəmələrin gəldiyi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair 13.10.2020-ci il tarixli, 03/2020 saylı qərardadında ifadə edilən hüquqi mövqeyə uyğun olmuşdur.
38. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti t əmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-510/2021 saylı iş üzrə 23 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.