Məhkəmə qərarları › İş №2-1(102)-155/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-155/2023

18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-155/2023 18.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi, növbədənkənar səyyar vergi yoxlamasının əsasları, yoxlamanın dayandırılmasının əsasları, şərti rentabellik) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.2017-ci il tarixdə qeydiyyata alınıb; VÖEN: **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiy yat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2328/2022 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 6 avqust 2020-ci il tarixli, **********138679 nömrəli qərarı ilə iddiaçı cəmiyyətdə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama nəticəsində 25 oktyabr 2021-ci il tarixli, **********139048 nömrəli “Səyyar vergi yoxlaması aktı” qəbul edilmişdir. 2. **********139048 nömrəli “Səyyar vergi yoxlaması ak tı” əsasında cavabdeh “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” 17 dekabr 2021-ci il tarixli, **********152691 nömrəli qərar qəbul etmişdir.

3. Qeyd olunan qərar ilə iddiaçıya, ümumilikdə, 1 665 041,76 manat vergi məbləği, 844 120,94 manat maliyyə sanksiyası (mənfəət vergisi: 2018-ci il üzrə 250 975,46 manat əlavə hesablama, 125 337,73 manat maliyyə sanksiyası, 2019-cu il üzrə 590 888,52 manat əlavə hesablama, 295 444,26 manat maliyyə sanksiyası; əlavə dəyər vergisi: 2018-ci il üzrə 116 622,66 manat əlavə hesablama, 69 635,58 manat maliyyə sanksiyası, 2019-cu il üzrə 444 787,73 manat əlavə hesablama, 222 629,67 manat maliyyə sanksiyası, 2020-ci il üzrə 2 53 985,63 manat əlavə hesablama, 126 992,82 manat maliyyə sanksiyası; muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi): 2020-ci il üzrə 1100,62 manat əlavə hesablama, 550,31 manat maliyyə sanksiyası; ödəmə mənbəyindən tutulan vergi: 2019-cu il 384,34 manat əlavə hesablama, 192,17 manat maliyyə sanksiyası, 2020-ci il üzrə 6596,80 manat əlavə hesablama, 3298,40 manat maliyyə sanksiyası; vergi hesabatları və arayışlarının vaxtında verilməməsinə görə isə 2020-ci il üzrə 40 manat maliyyə sanksiyası) tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı 13 yanvar 2022-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə m üraciət edərək cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” 17 dekabr 2021-ci il tarixli, **********152691 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, yoxlamanın keçirilməsi üçün bütün sənədlər yoxlamaya təqdim edildiyi halda, yoxlama zamanı “İnstagram” elanlarına isitnad edilməsi əsassız və Vergi Məcəlləsinin 67.1-ci maddəsinə zidd olmuşdur. Eyni zamanda, istinad olunan instagram səhifəsinin məhz iddiaçıya məxsus olması sübuta yetməmişdir. Belə ki, iddiaçı xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatında alınmışdır, qeyd olunan instagram səhifəsi isə xx.xx.2013-cü il tarixdə açılmışdır. Bundan əla və, instagram səhifələrində malların əksəriyyəti endirimli qiymətlə təqdim edilmişdir. Məsələn, hər hansı bir malın ilkin qiyməti 300 manat, endirimli qiyməti isə 69 manat olaraq göstərilmişdir. Həmçinin, əksər hallarda satılan məhsulların üstündə əlavə hədiyyə mallar verilir ki, bunların satışından müəssisə faktiki olaraq gəlir əldə etməsə də, vergi orqanı həmin malları da satış kimi qiymətləndirirək vergi hesablamışdır. Əlavə olaraq, müəssisənin satışları 3 istiqamət üzrə olmuşdur: elektron qaimə-faktura əsasında nağdsız qaydada; nəzarət-kassa aparatı və pos-terminallar vasitəsilə nağd qaydada; ödəniş terminalları (Milliön, e-manat və s) vasitəsilə. Bununla bağlı bütün sənədlər yoxlamaya təqdim edilsə də, şirkətə vergilər instagram elanları əsasında hesablanmışdır. Halbuki, vergilər he sablarına faktiki olaraq daxil olan pul vəsaitləri əsasında hesablanmalı idi. Vergi orqanı tərəfindən təqdim olunmuş malların məbləğinin hər il üzrə azaldılması və mal qalığının hər il üzrə artırılması yalnız vergi ödəyicisinin ərazisində (bina və anbarlarında) mal qalığının inventarizasıyasının aparılması yolu ilə baş verə bilərdi ki, səyyar vergi yoxlaması aktının 1.9.2-ci bəndində qeyd olunur ki, “Vergi ödəyicisinin əmlakının inventarizasiyası keçirilməmişdir”, 1.9.3-cü bəndində isə qeyd olunur ki, “Vergi ödəyicisinin binasına (ərazisinə) baxış keçirilməmişdir”. Vergi orqanının yanaşmasından belə çıxır ki, mal qalığı da instagrama əsasən müəyyən olunmuşdur.

6. Cavabdeh iddia tələbinə yazılı etirazında göstərmişdir ki, yoxlama zamanı Vergi Məcəlləsinin 104-cü və 108-ci maddələrinin tələb lərinə riayət edilmədiyi müəyyən edilmişdir. Belə ki, satışdan əldə edilən gəlirlər azaldılmış və gəlirin əldə edilməsi ilə bağlı xərclər artırılmışdır. Müəssisə tərəfindən 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində malların təqdim edilməsindən gəlir 19 020,00 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 4 160,65 manat (o cümlədən: əmək haqqı 2660,65 manat, icarə haqqı 1500,00 manat) olmuş, vergiyə cəlb olunan mənfəət 14 859,39 manat olmaqla 2971,87 manat mənfəət vergisi hesablanmışdır. Səyyar vergi yoxlaması ilə 2017-ci il üzrə mənfəət vergisi bəyannaməsi təqdim edilmiş sənədlərlə müqayisəli şəkildə yoxlanarkən kənarlaşma aşkar edilməmişdir. Müəssisə tərəfindən 2018-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində malların təqdim edilməsindən gəlir 2886492,29 manat, xarici valyutanın manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərq 3163,10 manat, çıxılmalardan sonra ümumi gəlir 2883329,19 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 2515976,45 manat (o cümlədən: əmək haqqı 113060,67 manat, sosial sığorta haqları 25438,65 manat, malın dəyəri 2174312,50 manat, icarə haqqı 107100,00 manat, enerji xərcləri 22427,97 manat, yanacaq xərcləri 468,00 manat, rabitə xərcləri 1578,40 manat, bank xidməti üzrə xərclər 28991,17 manat, reklam xərcləri 655,47 manat, sair xərclər 37740,00 manat, faizlərlə əlaqədar xərclər 2667,30 manat, amortizasiya ayırmaları 1250.0 manat, sığorta fəaliyyəti üzrə xərclər 286,32 manat) olmuş, vergiyə cəlb olunan mənfəət 367352,74 manat olmaqla 73470,55 manat mənfəət vergisi hesablanmışdır. Hesablama vergi ödəyicis i tərəfindən təqdim edilmiş sənədlərə və vergi ödəyicisi tərəfindən “EVFEMİYA LLC (@karaca_azerbaycan)” instagramda yerləşdirdiyi elanlara əsasən hesablanmışdır. Belə ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş malın hərəkəti cədvəlinə mənbəyi bəlli olan məlumatlara əsaslanmış ticarət əlavəsi tətbiq edilməklə hesablanmışdır. Səyyar vergi yoxlaması ilə malların təqdim edilməsindən gəlir 3591178,63 manat, əmlakın icarəyə verilməsindən gəlir 508,47 manat, xarici valyutanın manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərq 3163,10 manat, çıxılmalardan sonra ümumi gəlir 3588524,00 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 1967793,95 manat (o cümlədən: əmək haqqı 113060,67 manat, sosial sığorta haqları 25438,65 manat, malın dəyəri 1626130,00 manat, icarə haqqı 107100,00 manat, enerji xərcləri 22427,97 manat, yanacaq xərcləri 468,00 manat, rabitə xərcləri 1578,40 manat, bank xidməti üzrə xərclər 28991,17 manat, reklam xərcləri 655,47 manat, sair xərclər 37740,00 manat, faizlərlə əlaqədar xərclər 2667,30 manat, amortizasiya ayırmaları 1250,0 manat, sığorta fəaliyyəti üzrə xərclər 286,32 manat) olmuş, vergiyə cəlb olunan mənfəət 1620730,05 manat olmaqla 324146,01 manat mənfəət vergisi hesablanmışdır. Müəssisənin özünün bəyan etdiyi 73470,55 manat mənfəət vergisi nəzərə alınmaqla (324146,01- 73470,55)=250675,46 manat mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. Müəssisə tərəfindən 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində malların təqdim edilməsindən gəlir 5242864,66 manat, daşınmaz əmlakın icarəyə verilməsindən gəlir 1525,44 manat, çıxılm alardan sonra ümumi gəlir 5244390,10 manat, gəlirin əldə edilməsi; xərclər 5215098,78 manat (o cümlədən: əmək haqqı 184050,79 manat, sosial sığorta haqları 39152,84 manat, malın dəyəri 4297763,14 manat, icarə haqqı 159720,00 manat, ezamiyyə xərcləri 3244,75 manat, enerji xərcləri 32801,22 manat, yanacaq xərcləri 13002,03 manat, su və kanalizasiya xərcləri 120,70 manat, rabitə xərcləri 6338,64 manat, bank xidməti üzrə xərclər 30636,77 manat, reklam xərcləri 17483,70 manat, sair xərclər 146226,09 manat, faizlərlə əlaqədar xərclər 48170,69 manat, amortizasiya ayırmaları 8143,12 manat, nəqliyyat xərcləri 227286,41 manat, sığorta fəaliyyəti üzrə xərclər 957,89 manat) olmuş, vergiyə cəlb olunan mənfəət 29291,32 manat olmaqla 5858,26 manat mənfəət vergisi hesablanmışdır. Səyyar vergi yoxlaması ilə malların təqdim edilməsindən gəlir 7716414,09 manat, daşınmaz əmlakın icarəyə verilməsindən gəlir 1525,44 manat olmaqla ümumi gəlir 7717939,53 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 4734205,64 manat (o cümlədən: əmək haqqı 184050,79 manat, sosial sığorta haqlan 39152,84 manat, malın dəyəri 3816870,00 manat, icarə haqqı 159720,0 manat, ezamiyyə xərcləri 3244,75 manat, enerji xərcləri 32801,22 manat, yanacaq xərcləri 13002,03 manat, su və kanalizasiya xərcləri 120,70 manat, rabitə xərcləri, 6338,64 manat, bank xidməti üzrə xərclər 30636,77 manat, reklam xərcləri 17483,70 manat, sair xərclər 146226,9 manat, faizlərlə əlaqədar xərclər 48170,69 manat, amortizasiya ayırmaları 8143,12 manat, nəqliyyat xərcləri 227286,41 manat, sığorta fəaliyyəti üzrə xərclər 957,89 manat) olmuş, vergi yə cəlb olunan mənfəət 2983733,89 manat olmaqla 596746,78 manat mənfəət vergisi hesablanmışdır. Müəssisənin özünün bəyan etdiyi 5858.26 manat mənfəət vergisi nəzərə alınmaqla (596746,78 - 5858,26) = 590888,52 manat mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. 2017-ci il üzrə mənfəət vergisi bəyannaməsi üzrə kənarlaşma aşkar edilməmiş, 2018-ci il mənfəət vergisinin 250675,46 manat, 2019-cu il mənfəət vergisinin 590888,52 manat olmaqla ümumilikdə 841563,98 manat mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin bəyannamədə göstərilən məbləği verginin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, azaldılmış 841563,98 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 420781,99 manat maliyyə sanksiyası tətb iq edilməsi təklif edilmişdir. ƏDV üzrə: səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 159-cu və 161-ci maddəsinin tələbləri pozulmuşdur. Yoxlama ilə əhatə edilən dövr üzrə büdcəyə çatası əlavə dəyər vergisinin 838516,13 manat azaldılması və 23120,11 manat artıq hesablanması aşkar edilərək, ümumilikdə büdcəyə çatası əlavə dəyər vergisinin 815396,02 manat azaldılması müəyyən edilmişdir. Hesablama vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi ödəyicisi tərəfindən “Evfemıya LLC (@karaca_azerbaycan)” instagramda yerləşdirdiyi elanlara əsasən hesablanmışdır. Belə ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş malın hərəkəti cədvəlinə mənbəyi bəlli olan məlumatlara əsaslanmış ticarət əlavəsi tətbiq edilməklə hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər ve rgisinin bəyannamədə göstərilən məbləği verginin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, azaldılmış 838516,13 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 419258,07 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlan bəyannaməsi (hesabatı) üzrə: yoxlama ilə müəssisə tərəfindən 2020-ci ilin 1-ci, 2-ci rübləri üzrə təqdim edilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinin (hesabatları) düzgünlüyü araşdırılmışdır. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 98-ci, 101-ci və 102-ci maddələrinin, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmuş və məcburi dövlət sosial sığorta məbləğinin 1100,62 manat azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta məbləğinin bəyannamədə göstərilən məbləği verginin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, azaldılmış 1100,62 manat məbləğin 50 faizi miqdarında, yəni 550,31 manat maliyyə sanksiyası tətbiq edilmişdir. ÖMV üzrə: yoxlama ilə əhatə edilən dövr üzrə ödəmə mənbəyində tutulan verginin 6981,14 manat azaldılması müəyyən edilmiş (Vergi Məcəlləsinin 124-cü maddəsinin tələbləri pozulmuşdur); Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ödəmə mənbəyində tutulan verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli ola n məbləğinə nisbətən hesabat təqdim etməməklə 6981,14 manat azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 3490,57 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2021-ci il tarixli, **********152691 nömrəli qərar qəbul edilmişdir. Qeyd olunan qərar ilə vergi ödəyicisinə, ümumilikdə, 1665041,76 manat vergi məbləği və 844120,94 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 3 mart 2022-ci il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 11 aprel 2022-ci il tarixli, 9/1612 nömrəli ekspert rəyinə əsasən cəmiyyətin yoxlama dövründə büdcədən yayındırdığı vergi məbləği aşağıdakı kimi müəyyən olunmuşdur: - 2017-ci ilin dekabr ayı üzrə ƏDV məbləği 4 507,26 manat az hesablanmışdır; - 2018-ci il üzrə ƏDV məbləği 6148,9 manat artıq hesablanmışdır; - 2019-cu il üzrə ƏDV məbləği 4 502,89 manat az hesablanmışdır; 2020-ci il yanvar-iyun ayları ərzində ƏDV məbləği 794,61 manat az hesablanmışdır; 2017-ci ilin mənfəət vergisi 5 008,19 manat məbləğində az hesablanmışdır; - 2018-ci ilin mənfəət vergisi 1 673,98 manat məbləğində az hesablanmışdır; - 2019-cu ilin mənfəət vergisi 65 699,6 manat məbləğində az hesablanmışdır.

8. Bakı İnzibati Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2-1(112)-5194/2022 nömrəli qərarı (hakim E.Ə.Əliyev) ilə iddia qismən təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 17 dekabr 2021-ci il t arixli, **********152691 nömrəli qərarı 81 019,84 manat məbləğində vergi və ona tətbiq edilmiş 40 509,92 manat məbləğində maliyyə sanksiyası hissəsində istisna olmaqla qalan hissədə ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, səyyar vergi yoxlaması aktında hesablamaya əsas kimi göstərilmiş “@karaca_azerbaycan” adlı instagram səhifəsinin iddiaçıya məxsus olması barədə hər hansı bir sübut və sənəd mövcud deyildir, instagram səhifəsində müəssisənin adı və ya hər hansı eyniləşdirmə məlumatı mövcud deyildir. Eyni zamanda yoxlama aktında həmin səhifənin məhz iddiaçıya məxsus olmasına dair mötəbər sübut göstərilməmişdir. Qeyd olunan hal üzrə digər ziddiyyətli hal odur ki, iddiaçı xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, h əmin instagram səhifəsi isə xx.xx.2013-cü il tarixdə açılmışdır. Göründüyü kimi, sübutetmə ilə bağlı Vergi Məcəlləsi və “İnzibatı icraat haqqında” Qanunun tələbləri kobud şəkildə pozularaq sübutların mötəbərliyinin müəyyən olunması üçün müvafiq tədbirlər görülməmişdir. Hətta qeyd edilən instagram səhifəsinin iddiaçıya məxsus olması ehtimal edilsə belə, səyyar vergi yoxlaması aktında qeyd olunmuşdur ki, hesablama vergi ödəyicisi tərəfindən təqdim olunmuş sənədlərə və vergi ödəyicisi tərəfindən “@karaca_azerbaycan” instagramda yerləşdirdiyi elanlara əsasən hesablanılmışdır. Bu hal ilə bağlı qeyd olunmalıdır ki, sosial şəbəkələrdə verilmiş “ELAN” qiymətinin mülki hüquq subyektlərinin alqı-satqı əməliyyatında təsdiq etdikləri qiymət kimi götürülə bilməz. Bazar iqtisadiyyatı şəraitində bazarda təşəkkül tapan qiymətlər, tələb-təklif prinsipi əsasında formalaşır və hər hansı malın ticarət əlavəsinin nə qədər olması ilə bağlı heç bir normatıv akt mövcud deyildir. Aktda qeyd olunmuş instagram səhifəsində malların vahid elan qiyməti mövcud deyildir. Belə ki, əksər malların üzərinə dövri olaraq 10-70% arası endirim qiymətləri tətbiq olunur, eyni zamanda müəyyən mallar alındıqda, üstündə hədiyyə digər malların təqdim olunması halları kifayət qədər çoxdur. İstinad olunan instagram səhifəsi müəssisə qeydiyyata alınaraq, fəaliyyətə başladığı xx.xx.2017-ci il tarixində 4 il əvvəl xx.xx.2013-cü il tarixində açılmışdır. Həmin instagram səhifəsində ümumilikdə cəmi 6 727 göndəri mövcuddur, orta hesabla 1 ilə 961 elan düşür. Lakin müəssisənin cavabdehin **********628900 nömrəli, xx.xx.2022-ci i l tarixli məktubuna əsasən təqdim olunmuş idxal olunmuş malların siyahısı cədvəlinə əsasən Cəmiyyət tərəfindən 2018-ci il ərzində 190 992 ədəd və 191 285 kq olmaqla 5 492 558,99 (ƏDV-siz) manat dəyərində, 2019-cu il ərzində 233 632 ədəd və 275 076,83 kq manat olmaqla 6 959 758,07 (ƏDV-siz) manat dəyərində, 2020-ci il ərzində isə 190 610 ədəd və 150760,91 kq olmaqla 3 752 478,19 (ƏDV-siz) manat, cəmi 614 784 ədəd, 617122,74 kq olmaqla 16 204 795,25 (ƏDV-siz) manat dəyərində müxtəlif növ mallar idxal edilmişdir ki, bu malların hamısı instagram səhifəsində yerləşdirilməmişdir. Səyyar vergi yoxlaması aktında Vergi Məcəlləsinin hansı maddəsinə əsasən instagram qiymətlərinin tərəflərin əməliyyatda təsdiq etdikləri qiyməti kimi götürülməsi əsaslandırılmamış və hesablama aparılarkən Məcəllənin m üvafiq maddəsinə istinad edilməmişdir. Yalnız ümumi olaraq qeyd olunmuşdur ki, mənfəət vergisi üzrə Vergi Məcəlləsinin 104-cü və 108-ci maddələrinin, ƏDV üzrə isə 159-cu və 161-ci maddələrinin tələbləri pozulmuşdur. Lakin Aktda qeyd edilən maddələrin hansı bəndlərinin pozulduğu və pozuntunun nədən ibarət olması ətraflı şəkildə açıqlanmamışdır.

10. Həmçinin, məhkəmə hesab etmişdir ki, səyyar vergi yoxlamasının aparılması ilə bağlı maddi hüquq normaları ilə bağlı da kobud pozuntulara da yol verilmişdir. Belə ki, müəssisə tərəfindən satılmış malların qiymətinə dair vergi orqanında əsaslı şübhələr mövcud olduğu halda, bazar qiymətlərinin müəyyən olunması ilə bağlı Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən ekspert cəlb edilə bilərdi. Hansı ki, səyyar vergi yoxlaması aktının 1.9.4-cü bəndində qe yd olunur ki, “ekspertiza təyin edilməsi haqqında xx.xx.2020ci il tarixli, **********139526 nömrəli qərar çıxarılmışdır. Lakin cavabdehin xx.xx.2022-ci il tarixli, **********467600 nömrəli məktubunda bildirilmişdir ki, iddiaçı cəmiyyətdə keçirilən səyyar vergi yoxlaması zamanı ekspert rəyi alınmamışdır. Həmçinin, səyyar vergi yoxlaması ümumilikdə 274 gün olmaqla 9 dəfə dayandırılmış, ümumilikdə 2 dəfə olmaqla 60 gün müddətinə uzadılmış, 30 gün isə aktın tərtibi müddəti müəyyən olunmaqla 402 gün davam etmişdir. Aktın tərtibi müddətinin uzadılması üçün qanunvericiliklə müəyyən olunmuş iki haldan heç biri baş verməmişdir. Belə ki, nə ekspert və mütəxəssis rəyi alınmamış, nə də sorğuların alınma müddətinin pozulması ilə bağlı məhkəmə araşdırmasına heç bir sənəd təqdim olunmamışdır. Səyyar verg i yoxlamasının 9 dəfə 274 gün müddətində dayandırılması üçün qanunvericiliklə müəyyən olunmuş heç bir səbəb olmamışdır. Belə ki, məhkəmə araşdırmasına vergi ödəyicisinin olduğu yerin müəyyən olunmaması, əmək qabiliyyətinin itirilməsi, mütəxəssis və ekspert rəyi, xarici ölkədən sorğu alınması ilə bağlı müraciət, habelə sənədlərin təqdim olunmaması ilə bağlı Veri Məcəlləsinin 43.11-ci maddəsinə əsasən məhkəməyə müraciət ərizəsi təqdim olunmamışdır. Həmçinin səyyar vergi yoxlaması aktında qeyd olunmuşdur ki, vergi ödəyicisinin əmlakının invertarizasiyası və binasına (ərazisinə) baxış keçirilməmiş, yoxlama prosesində mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməmişdir. 1 il 2 ay ərzində yoxlamanı həyata keçirən cavabdeh inzibati orqanın vəzifəli şəxsləri heç bir prosessual hərəkət aparmadan ancaq instagram məlumatlarının araşdırılması ilə məşğul olmuşdur. Bununla da Vergi Məcəlləsinin 38-ci maddəsinin tələbləri pozulmuşdur.

11. Eyni zamanda, məhkəmə qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən malların qiyməti instagram hesabı olan internet səhifəsində yerləşdirilmiş məlumatlardan istifadə edilməklə müəyyən olunmuş və tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapması üzrə müqayisə edilməmişdir. Həmin instagram səhifəsində göstərilən malların qiymətinin yoxlamanın əhatə etdiyi hansı dövrə aid olması Akta öz əksini tapmamışdır. Malların qiymətinin instagram hesabında göstərilən rəqəmlərlə nəzərə alınıb bütün yoxlama dövrünə aid edilməsi vergi orqanının vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmamasına, yalnız vergi ödəyicisinin vəziyyətinin ağırlaşmasına yönəlmiş sübutları mötəbər sübut kimi qiymətləndirərək əsassız vergi hesablamasına gətirib çıxaran hal kimi qiymətləndirilməlidir. Hər bir halda internet səhifəsində olan məlumatların həqiqətə nə qədər uyğun olub-olmaması araşdırılmadığından, malların qiymətinin düzgünlüyünün sübut kimi qəbul edilməsi yolverilməzdir. Həmçinin malların real bazar qiymətlərinin müəyyən edilməsi üçün internet səhifəsində qeyd olunan məlumatlara istinad edilməsini, həmin məlumatlar oferta olmaqla (Mülki Məcəllə 405.2, 407.1, 408.1, 408.2, 408.7-ci maddələr), rəsmi müqavilələr və ya hesab-fakturalar əsasında təsdiqini tapmadığından, intagram hesabına istinad etməklə vergi orqanının gəldiyi nəticə əsassız hesab edilir. Mövcud hal üzrə isə vergi orqanı hətta malların satış qiymətinin öyrənilməsi məq sədi ilə ekspertiza belə keçirmədən, yoxlanılan 2 il 7 ay üzrə vahid ticarət əlavəsi tətbiq edərək vergiləri hesablamışdır. Yoxlama xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilədək olan dövrü əhatə etdiyi halda və tələblə təklifin heç də qeyd edilən dövrdə sabit qalması mümkün olmadığı halda, yəni qiymətlər göstərilən 2 il 7 ay ərzində qalxıb-enən istiqamətdə hərəkətdə olduğu halda, ümumilikdə 2 il 7 ay üçün vahid qiymətin müəyyən edilməsinin özü-özlüyündə məhkəmə üçün həmin hesablamanın əhəmiyyətinin qeyri-mötəbər olması qənaətinə gəlmək üçün əsas verir. Səyyar vergi yoxlaması aktında 2 il 7 ay üçün vahid məbləğdə qiymət müəyyən edilərkən sanki iddiaçının satdığı malların dəyərinin hər hansı qurum tərəfindən tənzimləndiyini nəzərə almışdır. Halbuki, iddiaçının satışını həyata keçirdiyi malların (qab-qacaq və ev əşyaları) satış qiyməti heç də hər hansı orqan tərəfindən tənzimlənmir, dövri tələbat mallarıdır, yeni çıxan modelə uyğun olaraq dəyişir və tərəflərin könüllü iradə ifadəsi əsasında həyata keçirildiyini nəzərə aldıqda aylar üzrə dəyişkən qiymətlər müəyyən edilməli olduğunun şübhəsiz olduğu halda, vahid qiymət müəyyən edilməklə hesablamanın əsassız olduğunu təsdiq edir.

12. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdehin 17 dekabr 2021-ci il tarixli, **********152691 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarında qeyd olunan 2018-ci il üzrə mənfəət vergisi 1 673,98 manat əlavə hesablama və 836,99 manat maliyyə sanksiyası hissəsində saxlanılmalı, 249 001,48 manat əlavə hesablama və 124 500,74 manat maliyyə sanksiyası hissəsində ləğv edilməli, 2019-cu il üzrə mənfəət vergisi 65 966,60 manat əlavə hesablama və 32 983,3 manat maliyyə sanksiyası hissəsində saxlanılmalı və 525 188,92 manat əlavə hesablama və 262 594,46 manat maliyyə sanksiyası hissəsində ləğv edilməli, əlavə dəyər vergisi 2018-ci il üzrə 116 622,66 manat əlavə hesablama və 69 635,58 manat maliyyə sanksiyası hissəsində ləğv olunmalı, əlavə dəyər vergisi 2019-cu il üzrə 4 502,89 manat əlavə hesablama və 2 251,44 manat maliyyə sanksiyası hissəsində saxlanılmalı, 440 284,84 manat əlavə hesablama və 220 378,22 manat maliyyə sanksiyası hissəsində ləğv edilməli, əlavə dəyər vergisi 2020-ci il üzrə 794,61 manat əlavə hesablama və 397,30 manat maliyyə sanksiyası hissəsində saxlanılmalı, 253 191,02 manat əlavə hesablam a və 126 595,51 manat maliyyə sanksiyası hissəsində ləğv edilməli, iddia digər hissələrdə təmin olunmamalıdır.

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2328/2022 nömrəli qərarı (hakimlər: H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/, A.V.Tanrıverdiyev və C.A.Yusifov) ilə iddiaçının və cavabdehin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2-1(112)5194/2022 nömrəli qərarı dəyi şdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmiş, daha sonra iddiaçı kassasiya şikayətindən imtina edilməsi barədə ərizə vermişdir.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ b) Cavabdehin kassasiya şikayətinin dəlilləri

19. Cavabdehin kassasiya şikayəti iddia tələbinə etiraza uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, səyyar vergi yoxlaması aktında vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin 58.1 və 57.1-ci maddələri öz əksini tapmışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə almayaraq yanlış dəlillər irəli sürmüş və hesablamaların əsaslarını süni surətdə şübhə altına almağa cəhd etmişdir. Məhkəmə kollegiyası həm də vergi qanunvericiliyinin normalarını yanlış təfsir etmiş və əsassız tələblər irəli sürmüşdür. Qeyd olunan dəlillər məhkəmənin işə qərəzli yanaşmasını bir daha sübut etməkdədir. Məhkəmə kollegiyası iş üzrə həddən artıq formalizmi tətbiq etməklə və cavabdeh üçün yüksək sübutetmə standartı müəyyən etməklə ədalətli məhkəmə araşdırması hüququnu kobud şəkildə pozmuşdur. Halbuki vergi orqanı səyyar vergi yoxlaması aktında pozuntuları müəyyən etmiş və həmin pozuntuların hüquqi əsaslandırmasını həyata keçirmişdir. Məhkəmə işin müb ahisəsiz hallarını süni şəkildə mübahisə kimi göstərmiş və yanlış gəldiyi nəticəni təhrif olunmuş dəlilləri ilə əsaslandırmağa çalışmışdır. Səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti əsaslandırılmış şəkildə uzadılmışdır. Belə ki, yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən müəyyən etmək olur ki, iş üzrə ekspertiza təyin edilməsi ilə əlaqədar olaraq səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti uzadılmışdır. Məhkəmə kollegiyası bu əsası nəzərə almamış və ya əsaslar barədə şübhələndiyi halda prosessual fəallıq prinsipinə uyğun olaraq səyyar vergi yoxlamasını həyata keçirən şəxsi obyektiv həqiqətin müəyyən edilməsi üçün şahid qismində çağırıb dindirməmişdir. İş materiallarında mövcud olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/1612 nömrəli ekspert rəyini qərarın təsviri-əsaslandırıcı hissəsində mötəbər hesab edən məhkəmə kollegiyası həmin rəy ilə müəyyən edilmiş mənfəət vergisi üzrə nəticəni əsas götürməmiş, 81.019,84 manat mənfəət vergisini təmin etməyən məhkəmə kollegiyası hansı əsasa söykəndiyi də bəlli olmamışdır. Ekspert rəyinə əsasən 72381,77 manat mənfəət vergisinin az hesablanması müəyyən olunduğu halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsini izah edərkən 81.019,84 manat mənfəət vergisinin az hesablandığı və buna görə də təmin edilmədiyi qənaətinə gəlmişdir. Göründüyü kimi məhkəmə qərarlarının əsaslandırıcı hissəsi ilə nəticəvi hissələri tamamilə ziddiyyət təşkil edir. Digər tərəfdən mötəbər sübut hesab edilmiş müvafiq ekspert rəyi ilə ƏDV-nin də azalması müəyyən olunduğu halda ƏDV ilə bağlı hissədə iddia tam təmin edilmişdir. Məhkəmələrin qərarları hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermir. Məhkəmələrin qərarlarının nəticəvi hissələri anlaşılan olmayaraq qalmışdır. Bütün bunlar məhkəmələrin iş üzrə ətraflı araşdırma aparmadığını və işə laqeyd münasibət bəslədiyini təsdiq edən faktorlardır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. İddiaçı tərəfindən cavabdehin kassasiya şikayətinə etiraz təqdim edilmiş, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə

38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarın a əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər.... 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: § nümunə kimi götürülən əşyaların tədqiqi, səyya r vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; § səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər:... 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə;... 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə;... 38.7. Yoxlama barədə qərar q əbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır):... 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; Maddə

67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uço tu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumat lar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödən ilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır....

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses i ştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

14. Sübut etmə vəzifəsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəm ə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

97. Kassasiya şikayətinin geri götürülməsi 97.1. Kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər.... Maddə

98. Ali Məhkə mənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayətləri vaxtında verilmiş, şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

24. Daha sonra iddiaçı kassasiya şikayətindən xx.xx.2023-cü il tarixli ərizə ilə imtina etmişdir. Azərbaycan Respublikası İPM-in 97.1-ci maddəsinə əsasən, kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətinin geri qaytarılması barədə ərizəsi təmin olunmalı, iddiaçının verdiyi kassasiya şikayəti üzrə icraata xit am verilməlidir.

25. Odur ki, kassasiya icraatında məhkəmə baxışının predmetini iddianın təmin edilmiş hissəsi təşkil edir (belə ki, birinci instansiya məhkəməsinin qərarı ilə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 17 dekabr 2021-ci il tarixli, **********152691 nömrəli qərarı 81 019,84 manat məbləğində (2018-ci ilin mənfəət vergisi üzrə 1673.98 manat, 2019-cu ilin mənfəət vergisi üzrə 65699.60 manat, 2019-cu ilin ƏDV üzrə 4502.89 manat, 2020-ci ilin ƏDV üzrə 794.61 manat, 2020-ci ilin muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi üzrə 1100.62 manat, 2019-cu ilin ÖMV üzrə 384.34 manat, 2020-ci ilin ÖMV üzrə isə 6596.80 manat) məbləğində vergi və ona tətbiq edilmiş 40 509,92 manat məbləğində maliyyə sanksiyası hissəsi istisna olmaqla r ədd edilmişdir) hesablanmış vergi borcu və 40509.92 manat tətbiq edilmiş maliyyə sanksiyası hissəsində rədd edilmiş, apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmışdır).

26. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı iddianın təmin olunduğu hissədə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdi rilməsi üçün əsas müəyyən olunmamışdır.

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətlərin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

30. Məhkəmə kollegiyası səyyar vergi yoxlaması və onun nəticələri üzrə cavabdeh tərəfindən aparılmış inzibati icraat zamanı qanunvericiliyin tələblərinə əməl olunmadığı qənaətindədir.

31. Belə ki, hazırkı iş üzrə cavabdeh vergi orqanı iddiaçı barəsində növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi qərarına gəlmiş və bu barəd ə 06 avqust 2020-ci il tarixli **********138679 saylı qərar qəbul etmişdir. Həmin qərarda yoxlamanın əsası kimi Vergi Məcəlləsinin 38.3.2 və 38.3.5-ci maddələrinə istinad olunmuşdur.

32. Məhkəmə kollegiyası səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə vergi orqanlarının qəbul etdiyi qərarla bağlı ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən etmişdir: növbəti və növbədənkənar. Vergi orqanı hər iki yoxlamanın keçirilməsi ilə bağlı qərar qəbul etsə də, sözügedən qərarlar inzibati akt hesab edilmirlər. Belə ki, İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək mə qsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir.

33. Vergi Məcəlləsinin 38, 39 və 49-cu maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar özü-özlüyündə vergi ödəyicisi üçün hüquqi nəticə yaratmır. Belə ki, aparılan yoxlamanın nəticələri Vergi Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilir və həmin akt əsasında vergi orqanının rəhbəri (rəhbərin müavini) Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarlardan birini qəbul edir. Göründüyü kimi, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar, həmin yoxlamanın nəticələrinin rəsmiləşdirildiyi akt hələ vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən etmir (başqa sözlə, hüquqi nəticə yaratmır), vergi məsuliyyətinin yaranması üçün vergi orqanının rəhbərinin (rəhbərin müavini) bu barədə qərarı tələb olunur. Vergi Məcəlləsinin 49-cu maddəsində isə vergi orqanının rəhbərinə (rəhbərin müavini) həm məsuliyyətə cəlbetmə, həm də məsuliyyətə cəlbetməmə barədə, həm də həmin maddədə nəzərdə tutulan digər qərarlardan birini qəbul etmə imkanı verilir. Belə olan halda isə, yalnız vergi orqanının rəhbərinin (rəhbərin müavini) vergi ödəyicisini vergi məsuliyyətinə cəlb etmə barədə qərarı ilə vergi ödəyicisi vergi məsuliyyətinə cəlb edilə bilər ki, bu da onu deməyə əsas verir ki, məhz həmin qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmış olur.

34. Qeyd edilənlərə əsasən, istər növbəti, istərsə də növbədənkənar səyyar vergi yoxlamasının keçiri lməsi barədə qəbul edilmiş qərarlar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmadığından inzibati akt hesab edilmirlər və inzibati məhkəmə icraatında müstəqil surətdə mübahisələndirilə bilməzlər. Həmin qərarlar “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi anlamında cavabdehin xidməti vəzifəsinə görə öz təşəbbüsü ilə inzibati icraatın başlanılması kimi qəbul edilməlidir.

35. Bununla yanaşı qeyd edilməlidir ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın müstəqil inzibati akt kimi mübahisələndirilə bilməməsi, həmin yoxlamanın keçirilməsinin qanuniliyini qiymətləndirmək imkanından məhrum etmir. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin nəticələrinə dair tərtib edilmiş Akt əsasında qəbul edilmiş vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar inzibati məhkəmə icraatında mübahisələndirildiyi halda, inzibati məhkəmə icraatında həm də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi və əsaslılığı yoxlanılır. Bu isə aşağıdakı səbəblərdən irəli gəlir.

36. Qeyd edildiyi kimi, səyyar vergi yoxlaması həm növbəti, həm də növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, müəyyən qanunda konkret sadalanmış hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və y a) təhrif olunmuş məlumatlar aşkar edilməsi (38.3.2), digəri isə vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edilməsidir (38.3.5).

37. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsas ları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməs ini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir.

38. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nə lərdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.

39. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarında Vergi Məcəlləsinin 38.3.2 və 38.3.5-ci maddələrinə istinad etməklə kifayətlənmiş, lakin növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (xüsusilə mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır.

40. Bundan əlavə, vergi orqanı həmin əlaqəli məlumatların nə olduğunu qərarında göstərməməklə yanaşı, səyyar vergi yoxlaması aktında da qeyd etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Bel ə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.

41. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti e htiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.

42. Növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına, o cümlədən VM-in 38.3.2 və 38.3.5-ci maddələrinə istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik pr insipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı ümumiyyətlə bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və müt ənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı məhkəmə mübahisə predmeti olan qərarın qanuna uyğunluğuna həm də cavabdeh tərəfindən istinad olunan həmin əsaslar üzərindən qiymət verır.

43. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, VM-in 38.3.5-ci maddəsinin vergi yoxlamasının başlanılması ilə bağlı vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan yan qaçmağın pərdələnmiş vasitəsi kimi istifadə olunması və vergi ödənişlərinin təmin edilməsinə yönəlmiş vergi inzibatçılığının asanlaşdırılması üçün praktik məqsədlər baxımından həmin maddəyə ümumi şəkildə istinad edilməsi yolverilməzdir.

44. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərin ə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Lakin hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsini, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu, bununla bağlı inzibati orqanın mülahizələri, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyi cavabdeh tərəfindən dəqiq və aydın şəkildə “İnzibati icraat haqqında” Qanunun 61.2-ci maddəsinə uyğun olaraq əsaslandırılmamış, yalnız məhkəmə icraatının gedişində yoxlamanın başlama əsasları barədə dəlillər irəli sürülmüşdür. Həmin dəlillərin inzibati icraatın gedişində iddiaçı müəssisəyə bildirildiyi, iddiaçı müəssisəyə həmin dəlilləri təkzib edən sübutların təqdim edilməsi üçün şərait yaradıldığı, başqa sözlə, inzibati icraat çərçivəsində inzibati orqanla vergi ödəyicisi arasında inzibati icraatın başlanğıcı və gedişatı ilə bağlı, inzibati icraat materialları ilə bağlı “kommunikasiyanın” olduğu iş üzrə sübuta yetirilməmişdir. Halbuki, VM-nin 36.2-ci və “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələbləri baxımından, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla bağlı onun mülahizələrini və arqumentlərini dinləmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

45. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi ilə bağlı normativ tənzimləmə də, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlv erişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir.

46. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliy i və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı).

47. Hazırkı mübahisəyə münasibətdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxl amanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir.

48. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrd ə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 3.4.7-ci bəndinə əsasən yoxlamanın hüquqi əsası barədə məlumatlar reyestrə daxil edilir. Hazırkı iş üzrə reyestrdən çıxarışdan görünür ki, yoxlamanın təyin edilməsi əsası kimi yalnız Vergi Məcəlləsinin 38.3.2-ci maddəsinə istinad edilmiş, 38.3.5-ci maddəyə istinad edilməmiş, bununla da qanunvericiliyin tələbləri pozulmuşdur.

49. Digər tərəfdən, səyyar vergi yoxlamasının müddəti 9 dəfə dayandırılmış, 2 dəfə uzadılmışdır. Dayandırmanın əsası kimi mütəxəssis dəvət edilməsi və ekspertiza keçirilməsi göstərilmişdir. Lakin mübahisələndirilən qərar üzrə əlavə verginin hesablanması zamanı mütəxəssis və ekspert rəyinə istinad edilməmiş, ümumiyyətlə mütəxəssis və ekspert rəyi alınmamışdır.

50. Məhkəmə kollegiyası səyyar vergi yoxlamalarının keçirilməsinin dayandırılmasına dair vergi orqanının qərarları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

51. Vergi qanunvericiliyi səyyar vergi yoxlamasının keçirilməsinin müddətlərini dəqiq müəyyən etmişdir. İnzibati orqanlar tərəfindən keçirilən icraatın konkret müddətlər ilə məhdudlaşdırılması inzibati icraatın iştirakçılarını onların hüquqlarının müdafiəsi ilə bağlı və ya onların hüquqlarına müdaxilə təşkil edə biləcək proseslərdəki həddən artıq gecikdirmələrdən (həmçinin sui-istifadə hallarından) qorumaq, o cümlədən inzibati icraatın səmərəliliyinə nail olmaq məqsədlərinə xidmət edir. Odur ki, qanunvericilikdə hər bir inzibati orqanın fəaliyyətində ağlabatan müddətlər müəyyən edilmiş və inzibati orqanların həmin müddətlər çərçivəsində hərəkət etməsi öhdəlik kimi müəyyən edilmişdir. Bununla belə, qanunvericilik, o cümlədən vergi qanunvericiliyi müddətlərlə bağlı müəyyən istisnalar da nəzərdə tutur.

52. Belə ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz və müstəsna hallarda yoxlamanın keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Cavabdeh tərəfindən yoxlama iki dəfə (47 iş günü və 53 iş gün, cəmi 100 iş günü) uzadılmaqla, qanunda nəzərdə tutulan 90 gündən artıq yoxlama aparmışdır

53. Vergi Məcəlləsinin 38.7-ci maddəsi yoxlamanın hansı hallarda dayandırıla biləcəyini təsbit edir.

54. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici dayandırmanın konkret əsaslarını göstərməklə inzibati icraatın aparılma müddətlərinə əsassız müdaxiləni məhdudaşdırmış və inzibati i craatın ağlabatan müddətdə yekunlaşmasına maneçilik tərədə biləcək halların qarşısını almışdır. Vergi qanunvericiliyində yoxlamanın dayandırılması imkanın nəzərdə tutulması obyektiv araşdırma prinsipinin və yoxlama üzrə obyektiv qərarın qəbulunun təmin olunması məqsədlərinə xələl gətirmir (əksinə, həmin məqsədlərə xidmət edir), lakin o şərtlə ki, qanunvericlikdə nəzərdə tutulan əsasların mövcudluğu öz təsdiqini tapsın. Əks hal, Vergi Məcəlləsinin 38.7-ci maddəsindən suiistifadəyə zəmin yaradar ki, bu da yolverilməzdir.

55. Lakin hazırkı iş üzrə vergi orqanı öz təşəbbüsü ilə yoxlamanı 9 (doqquz) dəfə dayandırsa da (VM-nin 38.7.3-cü maddəsi), sonda ekspert rəyi almamış və ekspert rəyinə istinad etməklə vergi hesablamamışdır. Vergi Məcəlləsinin 38.7.3-cü maddəsində “vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirilməsi” halının dayandırmaya əsas kimi göstərilməsində qanunvericinin niyyəti yuxarıda qeyd edildiyi kimi, inzibati icraatın çərçivəsində obyektiv araşdırma və obyektiv həqiqətə nail olunması kimi prinsiplərə xidmət edir ki, vergi orqanı 38.7.3-cü maddəyə istinadən yoxlamanı dayandırdıqda və sonradan ekspertiza rəyinə lüzum olmadığı nəticəsinə gəldikdə, bu halın obyektiv araşdırma prinsipinə kölgə salacağı halından (əsaslı ehtimaldan) çıxış etməlidir.

56. Bununla yanaşı, qanun konkret olaraq müəyyən edir ki, bu əsasla yoxlamanın dayandırılması məhz vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi halı mövcud olduqda mümkündür və yoxlama mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək daya ndırılır. Ona görə də, cavabdeh inzibati orqan tərəfindən yoxlamanı dayandırmaq üçün yalnız ekspertiza təyin etməsi barədə qərar qəbulu məqbul hesab oluna bilməz, məhz həqiqətən ekspert rəyinə zərurət olduğu iş üzrə təsdiqlənməlidir. Hazırkı işdə isə icraatı aparan inzibati orqan bu qaydada davranmamışdır.

57. Göründüyü kimi, hazırkı halda cavabdeh yoxlamanı dəfələrlə və eyni əsaslarla dayandırsa da, dayandırmanın əsaslarının mövcudluğunu yoxlamamış, dayandırmanın inzibati icraatın qarşısındakı məqsədlərə xidmət etməsi halından çıxış etməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, yoxlamanın 9 dəfə dayandırılması qanunvericilikdə nəzərdə tutulmayan əsaslarla aparılmışdır, bu isə inzibati icraatın səmərəli keçirilməsinə mane olmuş və prosesin yubadılmasına şərait yaratmışdır.

58. Bu nunla yanaşı qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaçının dövriyyəsi üzrə xərc sənədlərinin olmaması səbəbindən Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq etməklə mənfəət müəyyənləşdirilmiş və bunların məcmusunda əlavə vergi məbləğləri hesablanmış, eləcə də müvafiq maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh iddiaçının vergisini müəyyən edərkən Vergi Məcəlləsinin 67-ci maddəsinin ona verdiyi imkanlardan istifadə etməsinə dair hər hansı sübut təqdim etməmiş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı əsaslandırma verməmişdir. Formalaşmış məhkəmə təcrübəsinə istinad etməklə məhkəmə kollegiyası bir daha xatırladır ki, cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləm ədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz.

59. Beləliklə, cavabdeh İPM-nin 14.1-ci maddəsinə əsasən vergi orqanı mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Odur ki, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassız olduğundan, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

60. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2022-ci il tarixli, 21(103)-2328/2022 nömrəli qərarı iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. İddiaçının ərizəsinə əsasən onun verdiyi kassasiya şikayəti üzrə icraata xitam verilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar