Məhkəmə qərarları › İş №2-1(102)-155/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-155/2025

31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-155/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi - Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müddətsiz əlillik təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2023-cü il tarixdən üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyul 2024-cü il tarixli, 2-1(104)-466/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2002-ci il tarixli, 195 nömrəli qərarı ilə iddiaçının “Hər iki baldır sümüklərinin sınığı ilə sağ baldırın aşağı 1/3-nin dəlib-keçən güllə yaralanmasından sonra qamış sümüyünün düzgün bitişməmiş sınığı, incik sümüyünün 3 sm defekti, baldır-aşıq oynağının osteoartrozu və kontrakturası, funksiyanın mülayim dərəcədə pozulması ilə. Sol baldırın yuxarı 1/3-nin yumşaq toxumalarının dəlib-keçən güllə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları” diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir.

2. TSEK-in müayinə aktından çıxarışlardan görünür ki, xx.xx.2003-cü il, xx.xx.2004cü il, xx.xx.2005-ci il və xx.xx.2006-cı il, xx.xx.2007-ci il, xx.xx.2008-ci il, xx.xx.2009-cu il, xx.xx.2010-cu il, xx.xx.2011-ci il, xx.xx.2012-ci il, xx.xx.2013-cü il tarixlərdə iddiaçının Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlilliyi müəyyən edilmişdir. 3. 21 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2013-cü il tarixli, 256 nömrəli müayinə aktına əsasən, həmin tarixdən iddiaçının Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar müddətsiz üçünc ü dərəcə əlilliyi müəyyən edilmişdir.

4. İddiaçıya xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, diaqnoz: “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə zədələnmələr, hər iki baldır sümüklərinin sınığı. Sağ baldırın aşağı 1/3-nin dəlib-keçən odlu güllə yaralanmasından sonra qamış sümüyünün qeyri-düzgün bitişmiş sınığı. Sol baldırın yuxarı 1/3-nin yumşaq toxumalarının dəlib keçən odlu güllə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları. Stenokardiyanın digər formaları, ÜİX: Gərginlik stenookardiyası İİİ fs. Ekstrasistolik aritmiya. Qan dövranı çatmamazlığı İİ dərəcə” kimi qeyd edilmişdir.

5. Tibbi- Sosial Ekspert Komissiyasına göndərilməsi üçün iddiaçı barəsində Bərdə rayon Mərkəz i Xəstəxanası tərəfindən xx.xx.2023-cü il tarixli, G00099721VİN nömrəli göndəriş tərtib edilmişdir.

6. Həmin göndərişə əsasən, TSEK-ə göndəriş zamanı iddiaçının əsas diaqnozu: XBT 10 S82.2 “Qamış sümüyü cisminin (diafizinin) sınığı, Odlu silahla yaralanmadan sonra sol baldırın yuxarı 1/3-nin arxa və iç sağ baldırın orta aşağı 1/3-nin iç-dış səthlərində dartıcı çapıq toxumaları, Sağ qamış sümüyünün orta 1/3-nin kobud döyənəklə bitişmiş sınığı, incik sümüyünün orta-aşağı 1/3-nin (2 sm) sümük defekti”, ağırlaşmaları Y36.4 “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silahla yaralanmadan sonra sol baldırın yuxarı 1/3-nin arxa və iç sağ baldırın orta aşağı 1/3-nin iç-tış səthlərində dartıcı çapıq toxumaları, Sağ qamış sümüyünün orta 1 /3-nin kobud döyənəklə bitişmiş sınığı, incik sümüyünün orta-aşağı 1/3nin (2 sm) sümük defekti” M24.5 “Oynaqların kontrakturası, sağ aşıq baldır oynağının açıcı-bükücü kontrakturası (açma 100, bükmə 90 dərəcə) Daimi ağrı sindromu ilə”, R52.2 “Digər daimi ağrı sindromu ilə” qeyd edilmişdir.

7. Həmin göndəriş TSEK-də xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş, “Diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi ilə iddiaçıya əlilliyin təyin olunmasından imtina edilmişdir.

8. İddiaçının imtina barədə qərardan verdiyi şikayətə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə baxılaraq, onun əyani müayinəsi həyata keçirilmiş və xx.xx.2023cü il tarixdə barəsində diaqnozun əlillik əlaməti təyin etməməsi barədə 3-17-4/3-317456/2023 nömrəli qərar qəbul edilmişdir.

9. Bərdə rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-xx.xx.2020-ci il tarixli ambulator kitabçadan çıxarışlarında iddiaçının diaqnozu “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə zədələnmələr, hər iki baldır sümüklərinin sınığı. Sol baldırın aşağı 1/3-nin dəlib-keçən odlu güllə yaralanmasından sonra qamış sümüyünün qeyridüzgün bitişmiş sınığı. Sol baldırın yuxarı 1/3-nin yumşaq toxumalarının dəlib keçən odlu güllə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları” kimi, xx.xx.2022 - xx.xx.2022-ci il və xx.xx.2023 - xx.xx.2023-cü il tarixli ambulator kitabçadan çıxarışlarında “Hər iki baldırın dəlib-keçən silah yarası, sağ qamış sümüklərinin qeyri-düzgün bitişmiş sınığı, Sağ baldır oynağının kontrakturası, yerişin pozulması, daimi ağrı sindromu” kimi qeyd edilmişdir.

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, ********** nömrəli arayışında iddiaçının diaqnozu “Odlu silahla yaralanmadan sonra sol baldırın yuxarı 1/3-nin arxa və iç, sağ baldırın orta-aşağı 1/3-nin iç-dış səthlərində dartıcı çapıq toxumaları, sağ qamış sümüyünün orta 1/3-nin kobud döyənəklə bitişmiş sınığı, incik sümüyünün orta aşağı 1/3-nin (2 sm) sümük defekti, sağ aşıq baldır oynağının açıcıbükücü kontrakturası (açma 100%, bükmə 90%) daimi ağrı sindromu ilə” kimi qeyd edilmişdir.

11. Bərdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Şüa-Diaqnostika şöbəsinin iddiaçı barəsində xx.xx.2023-cü il tarixli, 2194 nömrəli rentgenoqramma nəticəsində qeyd edilir ki, sağ baldır nahiyyəsi 2 proyeksiyada rentgenoqr ammada qamış sümüyünün orta 1/3-də köhnə qeyri-düzgün bitişən sınıqdan sonrakı döyənəkləşmə, incik sümüyünün aşağı 1/3-də köhnə bitişməyən sınıq və defekt sahəsi izlənilir.

12. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X3 DOST Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-177/2-D-39032/2023 nömrəli arayışına əsasən, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2008-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 2-ci dərəcə əlilliyə görə Prezide nt təqaüdü almışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

13. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2023-cü il tarixdən üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1992-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı xx.xx.2002-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərar ı verilmişdir. xx.xx.2003-cü il tarixdən xx.xx.2013-cü il tarixədək müddətli, xx.xx.2013-cü il tarixdən səhiyyə müəssisəsinin göndərişi ilə cavabdeh tərəfindən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün nüdafiəsi ilə əlaqədar 3-cü dərəcə müddətsiz əlillik təyin edilmişdir. xx.xx.2018-ci il tarixdə səhhətində olan ağırlaşmalarla bağlı ona tibbi göndəriş əsasında cavabdeh tərəfindən 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə, yəni xx.xx.2023-cü ilədək əlillik təyin edilmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixdə ona əlillik təyin edərkən 2013-cü ildən müddətsiz əlil olmağını nəzərə almadan müddətli əlillik təyin etmiş və təkrar əlillik təyinatı ilə bağlı tibb müəssisəsinin göndərişinə əsasən xx.xx.2023-cü ildə ona əlillik təyinatınd an imtina etmişdir. Bütün bunları qeyd etməklə cavabdehin hərəkətini qanunsuz hesab edir. 2023-cü ilin may ayında Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinə barədə məlumatın verilməsi ilə bağlı elektron sistemə baxış keçirən zaman ona məlum olmuşdur ki, müddətsiz əlilliyi elektron sistemdə əsassız olaraq imtina edilib kimi göstərilmişdir. Hesab edir ki, onun xx.xx.2013-cü ildən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3-cü qrup müddətsiz əlilliyi elektron sistemdə bərpa edilməlidir. Çünki, o, 2013-cü ildən müddətsiz əlildir, əlilliyinin bərpa edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, sonuncu dəfə 2003-cü ildə qiymətləndirilmişdir və həmin ildən 3-cü qrup müddətsiz əlildir.

15. Cavabdeh inzibati orqan yazılı etirazını belə əsaslan dırmışdır ki, iddiaçıya inzibati orqan tərəfindən verilmiş 2013-cü il imtinası mübahisə predmetidir. Qeyd edilən qərarın ləğv edilməsi ilə bağlı iddia mümkünsüz iddiadır. İddiaçı yalnız 10 ildən sonra məhkəməyə müraciət etmişdir. Cavabdehin tibbi-sosial ekspert komissiyası xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 18 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən onların əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinə zamanı sağ baldırın orta 1/3-də, sol baldırın yuxarı 1/3-də çapıqlar i zlənmiş, hərəkətləri sərbəst və tam həcmdə olmuş, nisbi qısalıq qeyd edilməmişdir. Bərdə rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023 - xx.xx.2023-cü il tarixli çıxarışında diaqnoz “Hər iki baldırın dəlib-keçən silah yarası, sağ qamış sümüklərinin qeyri-düzgün bitişmiş sınığı. Sağ baldır oynağının kontrakturası, yerişin pozulması, daimi ağrı sindromu” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixi, ********** nömrəli arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra, sol baldırın yuxarı 1/3-nin arxa və iç, sağ baldırın orta-aşağı 1/3-nin iç və dış səthlərində dartıcı-çapıq toxuması, sağ qamış sümüyünün orta 1/3-nin kobud döyənəklə bitişmiş sınığı, incik sümüyünün orta aşağı 1/3-nin (2 sm) sümük defekti, s ağ aşıq-baldır oynağının açıcı-bükücü kontrakturası (açma 100 dərəcə, bükmə 90 dərəcə), daimi ağrı sindromu ilə” kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Şikayətlərinə əsasən, cavabdehdə xx.xx.2023-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Ürək kameraları normal ölçüdədir. Septumun cüzi hipertrofiyası (1.2 sm). Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb. (LVEF=62%), Aortal və Mitral qapaqlar fibrotikdir. Min MR, Min TR. Perikard təmizdir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na müvafiq olaraq “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.

16. Gəncə İnzibati Məhkəməsinin (hakim: G.T.Əliyeva) 04 aprel 2024-cü il tarixli 21(114)-752/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

17. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının xəstəliyi onun əlilliyinin qiymətləndirildiyi zaman – xx.xx.2023-cü il tarixdə qüvvədə olmuş “Əlilliyin müəyyən olunması Meyarları”nda nəzərdə tutulmuş hər hansı bəndə uyğun gəlmədiyi üçün cavabdeh orqanın ona əlillik təyin etməkdən imtina barədə qərarı (hərəkətləri) qanuni olmuşdur. Belə ki, iddiaçıya əvvəlki dövr üzrə ikinci dərəcə əl illiyin təyini zamanı onun göndərişində həm hazırkı göndərişdə qeyd edilmiş diaqnoz - “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Hər iki baldır sümüklərinin sınığı, Sağ baldırın aşağı 1/3-nin dəlib-keçən güllə yaralanmasından sonra qamış sümüyünün qeyri-düzgün bitişmiş sınığı, Sol baldırın yuxarı 1/3-nin yumşaq toxumalarının dəlib-keçən güllə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları”, həm də qan dövranı sisteminin xəstəlikləri – “Stenokardiyanın digər formaları, ÜİX: Gərginlik stenokardiyası İİİ fs. Eksrasistolik aritmiya. Qan dövranı çatmamazlığı İİ dərəcə” olmuş və həmin xəstəliklərdən əlillik təyinatına əsas verən xəstəliyi qan dövranı sisteminin xəstəlikləri (ürəklə bağlı) ilə bağlı olmuşdur. Eyni zamanda, iddiaçıya xx. xx.2013-cü il tarixdən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlilliyin hansı diaqnoz (XBT kodu) əsasında təyin olunduğu iş materialları ilə müəyyən edilmir. İddiaçıya “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Hər iki baldır sümüklərinin sınığı, Sağ baldırın aşağı 1/3-nin dəlib-keçən güllə yaralanmasından sonra qamış sümüyünün qeyri-düzgün bitişmiş sınığı, Sol baldırın yuxarı 1/3-nin yumşaq toxumalarının dəlib-keçən güllə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları. Stenokardiyanın digər formaları, ÜİX: Gərginlik stenokardiyası İİİ fs. Eksrasistolik aritmiya. Qan dövranı çatmamazlığı İİ dərəcə” diaqnozu üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikasının müdafi əsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilməsinin əsası isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin (2022-ci il iyulun 1-dək qüvvədə olmuş) 2.2.1-ci bəndi (2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13- İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33)) olmuşdur. Yəni, iddiaçıya əvvəlki dövr üzrə ikinci dərəcə əlilliyin təyini zamanı onun göndərişində həm hazırkı göndərişdə qeyd edilmiş diaqnoz - “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Hər iki baldır sümüklərin in sınığı, Sağ baldırın aşağı 1/3-nin dəlib-keçən güllə yaralanmasından sonra qamış sümüyünün qeyri-düzgün bitişmiş sınığı, Sol baldırın yuxarı 1/3-nin yumşaq toxumalarının dəlib-keçən güllə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları”, həm də qan dövranı sisteminin xəstəlikləri – “Stenokardiyanın digər formaları, ÜİX: Gərginlik stenokardiyası İİİ fs. Eksrasistolik aritmiya. Qan dövranı çatmamazlığı İİ dərəcə” olmuş və həmin xəstəliklərdən əlillik təyinatına əsas verən xəstəliyi qan dövranı sisteminin xəstəlikləri (ürəklə bağlı) ilə bağlı olmuşdur.

18. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

19. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kol legiyasının (hakimlər: A.V.Bayramov /sədrlik edən və məruzəçi/, R.Z.Mamedov və A.V.İsgəndərova) 02 iyul 2024-cü il tarixli, 2-1(104)-466/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, yeni qərar çıxarılaraq, iddia tələbi təmin edilmiş, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 40-60 faiz pozulmasına görə müddətsiz əlillik dərəcəsinin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

20. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçıya əlillik təyini üçün əsas olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilm iş “Əlilliyin müəyyən olunması Meyarları”nın 6.4.2.1-ci bəndi orqanizm funksiyasının pozulması faizi 40-60 faiz olmaqla, müddətsiz əlillik təyin edilməsi üçün əsasdır. İddiaçı iddia tələbində əlilliyin sonuncu göndərişin tarixindən deyil, sonuncu göndəriş üzrə verilmiş xx.xx.2023-cü il tarixli imtinanın tarixindən təyin edilməsini xahiş etdiyi üçün əlillik təyinatı da məhz həmin tarixdən aparılmalıdır. İddiaçının əlilliyinin səbəb əlaqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə bağlıdır. Belə ki, Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2002-ci il tarixli, 195 saylı qərarından da görünür ki, iddiaçının travmasının səbəbi – “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən almışdır” kimi qeyd edilmişdir. Həmçinin, iddiaçıya xx.xx.2003-cü il tarixdən aparılm ış bütün qiymətləndirmələr zamanı əlilliyin səbəb əlaqəsi kimi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” göstərilmişdir. Odur ki, iddia tələbində əlilliyin səbəb əlaqəsinin göstərilməsi qeyd edilməsə belə, məhkəmə tərəfindən əlliliyin müəyyən edilməsi zamanı səbəb əlaqənin göstərilməsi tələbdən kənara çıxma kimi qiymətləndirilə bilməz.

21. Cavabdeh qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

22. Cavabdeh kassasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2ci. bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.2.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüquq və vəzifələrinə daxildir. “Əlilliyin qiymətləndirilməsi Qaydası” nın 1.2-ci bəndində eyni xarakterli səlahiyyət Agentliyə həvalə olunmuşdur. Göründüyü kimi, Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur. Həmçinin, qanunvericiliyə uyğun olaraq Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilmişdir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələrinə dair anamnestik məlumatlar obyektiv qiymətləndirilmişdir. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar etmişdir. Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla, yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxs barədə əlillik təyin etmişdir. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməs i prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbi əsasları ehtiva edən qanunvericiliklə tənzimlənmiş proseduralar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

22. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək şikayətin təmin olunmamasını xahiş etmişdir. TƏTB İQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”: Bənd 1.2. TSEK öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və qərarlarını, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnaməni, bu Əsasnaməni və digər hüquqi aktları rəhbər tutur. 1.3. TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. 1.4. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funk siyalarını həyata keçirən Xidmət müəyyən edir. 1.5. Əlillik müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən müəyyən edilir.... 4.1. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır.... 4.3. Göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir.... 4.9. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibb i-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və X4 (bundan sonra - TSERAS) ötürülür. 4.9-1. TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir.... 4.16. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcn əbilərə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsini tənzimləyir.... 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstəri lən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Bənd 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticə lərini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir.... 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə təd birləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X2na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. 2.6. Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”

26. Azərbaycan Respublikasının İnzibat i Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsas landırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən, apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

30. Hazırkı iş üzrə iddiaçının tələbi ona xx.xx.2023-cü il tarixdən üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsinə nail olmaqdan ibarətdir.

31. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını ləğv edərək iddianı təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nın 6.4.2.1-ci bəndində əsasən, aşıq-baldır oynağında bükücü-açıcı kontraktura diaqnozu orqanizm funksiyasının pozulması faizi 40-60 faiz olmaqla müddətsiz əlillik təyin edilməsi üçün əsasdır.

32. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, meyarların 6.4.2.1-ci bəndində göstərilən, məhkəmənin istinad etdiyi xəstəlik XBT-10 G80.1 kodlu “ Diplegik spastik serebral iflic” xəstəliyidir. Hansı ki, məhkəmə həmin xəstəlik əsasında iddiaçıya əlilliyin təyin edilməli olması qənaətinə gəlmişdir, halbuki, həmin kodlu xəstəlik iddiaçı barəsində tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə qeyd edilməmiş, eləcə də, ümumiyyətlə onda heç vaxt aşkar edilməmişdir.

34. Belə ki, iddiaçı barəsində müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, G00099721VİN nömrəli göndərişdə (Forma-088) onun əsas diaqnozu S82.2, ağırlaşmaları Y36.4, M24.5 və R52.2 kodlu xəstəliklər göstərilmişdir.

35. M24.5 kodlu xəstəlik “Oynaqların kontrakturası, sağ aşıq baldır oynağının açıcıbükücü kontrakturası (açma 100, bükmə 90 dərəcə) Daimi ağrı sindromu ilə” diaqnozlu xəstəlikdir.

36. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, “Əlilliyin müəyyən olunması Meyarları”nın 6.4.2.1-ci bəndinə əsasən, G80.1 kodlu xəstəlik mülayim dərəcəli aşağı spastik paraparez, patoloji, ayağın ön-xarici kənarına dayaqla spastik yeriş (funksional cəhətdən əlverişli mövqe), diz oynaqlarında qatlayıcı kontraktura, aşıq-baldır oynağında bükücü-açıcı kontraktura; pəncələrin deformasiyası, mürəkkəb hərəkətlərin çətinləşməsi; oynaqlarda hərəkətin fizioloji amplitudadan (normadan) 50 faiz azalması (1/2-i qədər); yaş və sosial vərdişlərin mümkünlüyü; mülayim statodinamik pozuntularla müşahidə olunan hallarda əlilliyin təyin edilməsinə əsas verir.

37. Apellyasiya məhkəməsi G80.1 kodlu xəstəliyin qiymətləndirmə meyarı olan “aşıq-baldır oynağında bükücü-açıcı kontraktura” diaqnozunu iddiaçının göndərişində qeyd edilən M24.5 kodlu xəstəliklə e yniləşdirərək, qeyd olunan nəticəyə gəlmişdir.

38. Halbuki, “X2 XBT-10”- dan da görünür ki, M24.5 və G80.1 kodlu xəstəliklər tamamilə ayrı-ayrı xəstəliklərdir. Belə ki, M24 (M24 Oynaqların digər spesifik zədələnmələri) Oynaqların digər zədələnmələri (M20-M25) bölməsinin, G80 (Serebral iflic) isə Serebral iflic və digər paralitik sindromlar (G80–G83) bölməsinin xəstəliyidir. 39. “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının yuxarıda sadalanan normalarının tələblərindən müəyyən edilir ki, göndərişdə şəxsin sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri olaraq aşkar edilən əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar göstərilir. 40. “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.1-ci bəndinə görə, şəxsin əlilliyinin q iymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.

41. Yəni, şəxsin əlilliyi göndərişdə qeyd edilən xəstəliklər əsasında qiymətləndirilir, məhz həmin xəstəliklər qanunvericiliyin tələbinə əsasən əlilliyin təyin edilməsinə əsas verdiyi halda, əlillik təyinatı aparılır.

42. Apellyas iya məhkəməsi isə bu qaydanın tələblərinə zidd olaraq, göndərişdə olmayan xəstəlik əsasında iddiaçıya əlilliyin təyin edilməli olması nəticəsinə gəlmişdir.

43. Hətta, G80.1 kodlu xəstəliyin iddiaçıda aşkar edildiyi halında belə, məhkəmə iddiaçıya tibb müəssisəsindən həmin xəstəliyin qeyd edildiyi yeni göndərişin alınması ilə bağlı hüquqlarını izah etməli idi.

44. Kollegiya qeyd edir ki, iddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, G00099721VİN nömrəli göndərişdə qeyd edilən xəstəliklərin heç biri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nın tələblərinə əsasən əlilliyin təyin edilməsinə əsas verən xəstəlik deyildir.

45. Bundan əlavə, işdən görünür ki, iddiaçıya 2003-cü il dən 2023-cü ilədək olan müddətdə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar ikinci və üçüncü dərəcə əlilliklər təyin edilmişdir.

46. Hazırda isə iddiaçı tələbində xx.xx.2023-cü il tarixdən ona üçüncü dərəcə əlilliyin müddətsiz təyin olunmasını xahiş etmiş, lakin təyin olunmasını tələb etdiyi əlilliyin səbəbli əlaqəsini göstərməmişdir.

47. Həmçinin, işdən görünür ki, cavabdeh tərəfindən sonuncu dəfə - xx.xx.2018-ci il tarixdə iddiaçıya ürək xəstəlikləri əsasında (Stenokardiyanın digər formaları, ÜİX: Gərginlik stenookardiyası İİİ fs. Ekstrasistolik aritmiya. Qan Dövranı çatmamazlığı İİ dərəcə) Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

48. Lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2002-ci il tarixli, 195 nömrəli qərarında “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəbli əlaqəsi kimi müəyyən edilən diaqnozlar içərisində bu xəstəliklər göstərilməmişdir.

49. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, işə təkrar baxılarkən apellyasiya məhkəməsi tərəfindən iddiaçının hüquqi marağı aydınlaşdırılaraq, ümumi xəstəliklə, yoxsa Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi ilə bağlı iddia tələbi dəqiqləşdirilməli, bundan sonra işin sadalanan halları nəzərə alınaraq iddia tələbinə hüquqi qiymət verilməlidir.

50. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, barəsində şika yət verilən məhkəmə qərarı ləğv edilməli, İPM-in 12.1 və 58.7-ci maddələrinin tələblərinin yerinə yetirilməsi üçün iş təkrar apellyasiya baxışına göndərilməlidir. QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyul 2024-cü il tarixli, 21(104)-466/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar