Məhkəmə qərarları › İş №2-1(102)-1550/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1550/2019

15.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1550/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidentinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1550/19 Bakı şəhəri 15 may 2019-cu il 15.05.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun iştirakı ilə, tərəflərin iştirakı olmadan İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 fevral 2019-cu il tarixli, 2-1(103)-3151/2018 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Prezidentinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyanın ekspertiza vasitəsilə hesablanması, maddi və mənəvi ziyanın dövlət tərəfindən ödənilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 62, 8ci mərtəbə, 22 saylı mənzilin balkon sahəsinin 3 kv.metr artırılması, orada yenidən qurulmuş su, kanalizasiya, qaz, elektrik xətlərinin, yeni tikilmiş balkon-mətbəx otağının ətrafda və aşağı mərtəbələrdə yaşayanlar üçün təhlükəsizliyin təmin edilməsinə dair rəsmi sənədin verilməsi üçün öhdəliyin icrası barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 108 mənz illi, 5 bloklu, 9 mərtəbəli binanın 1-ci blokunun 8-ci mərtəbəsində yerləşən 22 saylı mənzildə 28 iyun - 29 avqust 2018-ci il tarixlərdə özbaşınalıqla, dövlət tikinti norma və qaydalarına əməl etmədən mətbəx otağı sökülmüş, balkon sahəsi 3 (1x3) kv.metr artırılmaqla orada yeni mətbəx tikilmişdir. Bu zaman su-kanalizasiya, qaz, elektrik xəttləri yenidən, qurulan zaman yol verilmiş pozuntu nəticəsində 29 avqust 2018-ci il tarixdə qəza baş vermiş və ondan aşağıda yerləşən mənzillərə 30 gün ərzində su axması nəticəsində ziyan dəymişdir. Hesab edir ki, “xxxx” ASC tərəfindən vaxtında tədbirlər görülmüş olsa idi, onun məzilinə bərpa olunmaz ziyanın qarşısını almaq mümkün olardı. Bununla bağlı müvafiq qurumlara müraciət etmiş, lakin ona laqeyd münasibət göstərilmişdir. Cavabdeh iddia ərizəsinə mün asibət bildirməmiş və etirazını təqdim etməmişdir 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli, 2-1(81)4490/2018 saylı qərardadı (hakim Aygün Abdullayeva) ilə iddia mümkün sayılmamışdır. Həmin məhkəmə hesab etmişdir ki, iş üzrə tərəflər subyektiv tərkiblərinə görə inzibati orqan olmadığından, mövcud mübahisə inzibati məhkəmə icraatının predmeti deyildir. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddiaya mahiyyəti üzrə tam həcmdə baxılması və tələbin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 dekabr 2018-ci il tarixli, 2-1(103)-3151/18 saylı qərardadı ilə (sədrlik edən hakim Mirzə Tağızadə, hakimlər Ülvi Mayılov və Kəmalə Abiyeva) iddiaçının ape llyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ərizə ilə apellyasiya məhkəməsinə müraciət edərək, qərardaddan kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 fevral 2019-cu il tarixli, 2-1(103)-3151/18 saylı qərardadı ilə (sədrlik edən hakim Mirzə Tağızadə, hakimlər Ülvi Mayılov və Kəmalə Abiyeva) iddiaçının ərizəsi təmin edilməmişdir. Apellyasiya məhkəməsi bildirmişdir ki, iddiaçı ərizəsinə aztəminatlı olmasını təsdiq edən sübutları əlavə etməmişdir. Ərizəyə əlavə edilmiş DSMF-nin Nəsimi rayon şöbəsindən verilmiş arayışa əsasən onun pensiyaçı olması isə, iddiaçının vəkillə müqavilə bağlamağa maddi imkanının olm amasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 61, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.5, 67.1, 67.2, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 20,-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardaddan iddiaçı kassasiya şikayəti verərək, onun ləğv edilməsi, iddiaya qanunla müəyyən edilmiş qaydada mahiyyəti üzrə baxılması və hakimlər barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində bildirmişdir ki, apellyasiya məhkəmə si tərəflərin məhkəmə iclasına çağırılması ilə bağlı prosessual qanunvericiliyin tələblərini pozmuş, habelə qərardadda onun pensiya məbləğinə münasibət bildirilməmiş, əsassız olaraq DSMF-nin Nəsimi rayon şöbəsi tərəfindən verilmiş arayışı sübut hesab etməmişdir. Dəlilin hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2, 8.5, 12.2, 35.1, 62.1, 62.2, 82, 87.8, 92.0.4, 372.7 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3, 263.6, 418.1.5, 418.4.7-ci maddələrinə istinad olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasını iddiaçı hər hansı bir səbəb olmadan və əsas göstərmədən tərk etdiyi üçün, habelə baxılması zəruri olduğundan məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə onun iştirakı olma dan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı 21 yanvar 2019-cu il tarixdə ərizə ilə etdiyi müraciətdə 70 yaşlı veteran olduğu, vəkil tutmağa maddi imkanının olmadığının nəzərə alınmasını xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərardadın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərardadın tam olaraq mad di və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayarkən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya məhkəməsinin qeyd etdiyi əsaslar qanunamüvafiqdir. Apellyasiya məhkəməsinin mövqeyinə görə, iddiaçı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitinin olmadığını sübuta yetirə bilməmişdir. Bu mövqeyi mübahisələndirən iddiaçının dəlilinə görə, onun aldığı pensiyanın məbləği az olduğundan, dövlət hesabına vəkillə təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.3-cü maddəsinə əsasən, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair t ələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. 67.1-ci maddəsinə əsasən, kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassa siya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. 67.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. 121.2-ci mаddəsinə əsаsən, bu Məcəllənin 67-ci mаddəsində nəzərdə tutulmuş əsаslаrlа işdə iştirаk edən vəkil mаddi vəziyyətinə görə öz hesаbınа vəkil tutmаq imkаnınа mаlik olmаyаn şəxslərə hüquqi yаrdımı məhkəmənin qərаrı ilə pulsuz, Azərbаycаn Respublikаsı dövlət büdcəsinin vəsаiti hesаbınа göstərir. Sаdаlаn аn normаlаrın təhlilindən göründüyü kimi, məhkəmə tərəfindən vəkilin şəxsə pulsuz, Azərbаycаn Respublikаsı dövlət büdcəsinin vəsаiti hesаbınа hüquqi yаrdım göstərməsi bаrədə qərаrı yаlnız o hаldа qəbul edilə bilər ki, həmin şəxsin mаddi vəziyyətinə görə öz hesаbınа vəkil tutmаq imkаnı olmаsın. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının dövlət büdcəsi vəsaiti hesabına pulsuz hüquqi yardım göstərilməsi barədə ərizəsini təmin etmək üçün əsaslar yoxdur. Çünki, iddiaçı mаddi vəziyyətinin аğırlığınа görə öz hesаbınа vəkil tutа bilməməsini təsdiq etmək üçün məhkəməyə sübut təqdim etməmişdir. Onun аğır mаddi vəziyyətinə görə öz hesаbınа vəkil tutmаq imkаnının olmаmаsı iş mаteriаllаrı ilə öz təsdiqini tapmamışdır. Kassasiya şikayətində iddiaçı tərəfindən göstərilən DSMF-nin Bakı şəhəri Nəsimi ray on şöbəsi tərəfindən verilmiş arayışın apellyasiya məhkəməsi tərəfindən sübut kimi qəbul edilməməsinin əsassız hesab edilməsi ilə bağlı qeyd etdiklərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları bildirir. İddiaçının istinad etdiyi DSMF-nin Bakı şəhəri Nəsimi rayon şöbəsi tərəfindən verilmiş 21 yanvar 2019-cu il tarixli arayışında göstərilir ki, iddiaçı işləməyən əmək pensiyaçısı kimi yaşa görə pensiyaçısıdır. Pensiya müddəti ömürlükdür. 01 yanvar 2018-ci il tarixdən ayda 228,67 manat məbləğində pensiya alır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qeyd olunan arayışın iddiaçının vəkillə müqavilə bağlamağa maddi imkanının olmamasını təsdiq edən sübut hesab etməməsi ilə bağlı gəldiyi nəticəni düzgün hesab edir. Çünki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikas ı Qanunun 20-ci maddəsinin birinci hissəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət işləri üzrə müttəhimlərə və məhkəmədə hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Dövlət hesabına ödənilən hüquqi yardımın məbləği və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd olunan norma kimlərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardımın dövlət hesabına həyata keçirildiyini birbaşa göstərir: 1) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət işləri üzrə müttəhimlərə; 2) Məhkəmədə hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərə. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunun: 1.0.1-ci maddəsinə əsasən, ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir. 1.0.5-ci maddəsinə əsasən, aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailədir. Bu baxımdan, “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. Normaların əlaqəli təhlilindən göründüyü kimi, pensiyaçılar üçün 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 149 manat müəyyən edilmişdir. Bu halda belə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun tələbinə görə, iddiaçı minimum məbləğdən artıq pensiya aldığı üçün, yalnız bu əsas ilə dövlət hesabına vəkillə təmin edilə bilməz. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərardadın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəs inə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 fevral 2019-cu il tarixli, 2-1(103)-3151/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Sədrlik edən Sevda Hüseynova Hakimlər İlqar Dadaşov Kəmaləddin Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar