Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1550/2020 29.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qar şı ona 57 yaşı tamam olduğu 20.09.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)433/2020 nömrəli iş üzrə 28.02.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 29 iyul 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1956-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdaf iəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon Şöbəsinə qarşı onun 25.09.1973-cü ildən 25.08.2004-cü ilə qədər Yevlax rayon X1 Mingəçevir filialında Xırdalan qarajında qaynaqçı işində işlədiyi işləri sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə Bakı şəhərində doğulmuşdur. 25.09.1973-cü ildən 25.08.2004-cü ilə qədər Yevlax rayon X1 Mingəçevir filialında Xırdalan qarajında fəhlə, 20.11.1973-cü ildən 25.08.2004-cü ilə qədər qaynaqçı vəzifəsində işləmişdir. Pensiyaya çıxmaq üçün DSMF-nin Nəsimi rayon Şöbəsinə müraciət etsə də, onun m üraciəti təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin 23.10.2019-cu il tarixli, 2-1(81)-1718/2019 nömrəli (sədrlik edən hakim Tahirə Əsədova) qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon Şöbəsini əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilməsi qərara alınmışdır. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək ona 57 yaşı tamam olduğu 20.09.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 14.10.2019-cu il tarixli, 2-1(81)-1718/2019 nömrəli (sədrlik edən hakim Tahirə Əsədova)qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 57 yaşı tamam olduğu 20.09.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 14.10.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməməsi barədə yeni qərarınqəbu l edilməsiniməhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 28.02.2020-ci il tarixli, 2-1(103)-433/2020 nömrəli (hakimlər Səriyyə Seyidova - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Afaq Nuriyeva) qərarı ilə birinci instansiya məhkəməsinin 14.10.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının 1973-2004-cü illərdəki iş stajını müəyyən etmək mümkün olmamış, buna baxmayaraq, məhkəmə hesab etmişdir ki, iddiaçının qanunvericiliklə tələb olunan 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajı mövcuddur.İddiaçının 25.08.2004-cü ildə işdən çıxmasının səbəbi kimi idarə tərəfindən verilən arayışda “müqavilə vaxtı qurtardığı üçün göstərilmiş olmasına baxmayaraq, əmək kitabçasında “öz ərizəsinə əsasən” yazılıb, deməli, ikisindən biri yalandır. İddiaçının əmək kitabçasında 10.07.1980 - 25.08.2004-cü illərdəki vəzifəsi “qaynaqçı” kimi göstərilsə də, ona mövcudluğu öz təsdiqini tapmayan idarə tərəfindən verilmiş 15.12.2015-ci il tarixli arayışda Nazirlər Kabinetinin müvafiq siyahılarında “ümumi peşələr” bölməsindəki “akkumlyatorçular” peşəsinə istinad olunmuşdur. Deməli, iki sənəddən birindəki məlumat yalandır. İddiaçının əmək fəaliyyətinə 25.09.1973-cü ildən başladığı iddia edilsə də, əmək kitabçası 14.05.1996-cı il tarixlidir. Bu belə izah edilir ki, guya müəssisədə 1996-cı ildə yanğın olduğundan, iddiaçının əmək kitabçası yenidən tərtib edilmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən iddianın təmin olunmasına dair qərar qəbul edilməsi mövcud qanunvericiliyə tamamilə zidd olmuşdur. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 28.02.2020-ci il tarixli, 2-1(103)433/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan q anunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 28.02.2020-ci il tarixli qərarı ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiyainstansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, iddiaçının 1973-2004-cü illərdəki iş stajını müəyyən etmək mümkün olmamış, buna baxmayaraq, məhkəmə hesab etmişdir ki, iddiaçının qanunvericiliklə tələb olunan 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajı mövcuddur. İddiaçının 25.08.2004-cü ildə işdən çıxmasının səbəbi kimi idarə tərəfindən verilən arayışda “müqavilə vaxtı qurtardığı üçün göstərilmiş olmasına baxmayaraq, əmək kitabça sında “öz ərizəsinə əsasən” yazılıb, deməli, ikisindən biri yalandır. İddiaçının əmək kitabçasında 10.07.1980 - 25.08.2004-cü illərdəki vəzifəsi “qaynaqçı” kimi göstərilsə də, ona mövcudluğu öz təsdiqini tapmayan idarə tərəfindən verilmiş 15.12.2015-ci il tarixli arayışda Nazirlər Kabinetinin müvafiq siyahılarında “ümumi peşələr” bölməsindəki “akkumlyatorçular” peşəsinə istinad olunmuşdur. Deməli, iki sənəddən birindəki məlumat yalandır. İddiaçının əmək fəaliyyətinə 25.09.1973-cü ildən başladığı iddia edilsə də, əmək kitabçası 14.05.1996-cı il tarixlidir. Bu belə izah edilir ki, guya müəssisədə 1996-cı ildə yanğın olduğundan, iddiaçının əmək kitabçası yenidən tərtib edilmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən iddianın təmin olunmasına dair qərar qəbul edilməsi mövcud qanunvericiliyə tam amilə zidd olmuşdur. Ali Məhkəmənin İnzibati Kollegiyası iş materiallarını araşdıraraq və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq, belə qənaətə gəlmişdir ki, apelyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən həmin maddi normaların tətbiqində səhvə yol vermiş və bununla da düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki,apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşarkənqeyd etmişdir ki, iddiaçının qaynaqçı vəzifəsində işləməsi, işlədiyi qaynaqçı peşəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının XXXİİİ ümumi peşələr bölməsində (23200000-11620), həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qər arının bölməsinin "35" ümumi peşələr bölməsinin 19cu sətir yarımbölməsində qeyd edildiyindən və iddiaçıya məxsus əmək kitabçasına və iş materiallarında olan arayışla iddiaçının əmək stajının 25 ildən artıq olması öz təsdiqini tapdığından cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarına əsasən "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" təsdiq edilməsi ilə yanaşı Azərbaycan Respublikası Nazirlər Kab inetinin "Uzun müddət xidmətə görə pensiya təyinatına hüquq verən sahə, peşə və vəzifələrin Siyahılarının təsdiq edilməsi haqqında" 1992-ci il 21 dekabr tarixli 676 nömrəli qərarının 1-ci, 4-cü və 6-cı bəndləri, "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli və "Uzun müddət xidmətə görə pensiya təyinatına hüquq verən sahə, peşə və vəzifələrin Siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 21 dekabr tarixli 676 nömrəli qərarına əlavə edilməsi barədə" 1996-cı il 24 sentyabr tarixli 128 nömrəli qərarları qüvvədən düşmüş hesab edilməsini də qərara almışdır. İş materiallarına əlavə edilmiş və apelya siya instansiyası məhkəməsi yekun nəticəyə gələrkən sübut olaraq istinad etdiyi “Azəravtonəqliyyat” X3 “xxxx” Respublika İstehsalat Birliyi Mingəçevir X1 dairəvi və künc ştampının əksini daşıyan 15.12.2015-ci il tarixli 18 saylı “güzəştli arayışın” birinci hissəsində və iddiaçının əmək kitabçasında onun “qaynaqçı” işində işlədiyi vurğulansa da, həmin arayışın digər hissəsində onun Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının XXXİİİ ümumi peşələr bölməsində (2320000010047) və Azərbaycan Respublikası Nazirlər Kabinentinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarının bölməsinin “35“ ümumi peşələr bölməsinin 19-cu sətir yarımbölməsində, yəni “akkumulyatorçu” işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, apelya siya instansiyası məhkəməsiiş üzrə yekun nəticəyə gələrkən cavabdehin apelyasiya şikayətində dəlil olaraq irəli sürdüyü, iddiaçı tərəfindən iddia tələblərinin əsaslarından biri olaraq istinad etdiyi və sonradan məhkəmə tərəfindən məhkəmə aktında sübut olaraq əsaslandığı arayışında olan məlumatlar arasında ciddi ziddiyyətlərin olmasına heç bir münasibət bildirməmiş, sübutların araşdırılmasına və onlara düzgün hüquqi qiymət verilməsinə səthi yanaşmışdır. Bununla yanaşı birinci instansiya məhkəməsinin tərəfindən 23.10.2019-cu il tarixli, 2-1(81)-1718/2019 nömrəli qərardadı ilə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində Qaradağ rayon İcra Hakimiyyəti cəlb olunmuşdur, lakin apelyasiya instansiyası məhkəməsiüçüncü şəxsin cəlb edilməsi əsalarında irəli çıxaraq qeyd olunan cəlb edilmə halını da nəzərə almamışdır. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqu halda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq Apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə yenidən baxılarkən yuxarıda qeyd olunan hallar hərtərəfli və tam araşdırılmalı, mübahisənin prosessual hüquqi əsası düzgün müəyyənləşdirilməli, i şdəki sübutlar əlaqəli, məcmu halda qiymətləndirilməli, tərəflər arasında münasibətlərin yarandığı dövrdə qüvvədə olmuş maddi və hal hazırda qüvvədə olan prosessual qanunvericiliyin tələbləri düzgün tətbiq edilməlidir. Qeyd olunanlara əsasən cavabdehin kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 28.02.2020-ci il tarixli, 2-1(103)-433/2020 nömrəli qərarı ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68,69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.02.2020-c i il tarixli,21(103)-433/2020 nömrəli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin.
Məhkəmə qərarları › İş №2-1(102)-1550/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1550/2020
29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver