Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1550/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 57 yaşına çatmış kişiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması; nəqliyyat; elektrovoz/teplovoz maşinistləri və maşinist köməkçiləri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının k atibliyi, İddiaçı, onun vəkili Vəkil və cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-488/2021 nömrəli, 16 mart 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtl ərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
2. Cavabdeh 22 noyabr 2019-cu il tarixli, **********5 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, iddiaçının işlədiyi sahə dəmiryol nəqliyyatına aid olmadığından, həmçinin onun 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun DT-İ 772175 saylı 30.06.1982-ci il tarixli diplomda qeyd edilmiş 01.09.1978-30.06.1982-ci ilə kimi olan təhsil müddəti sosial sığorta stajına daxil edilməklə, ona 57 yaşdan, yəni hüququnun ya randığı 15.08.2019-cu il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iş üzrə məhkəmə qərarının icra ediləcəyi günədək alınmamış pensiya məbləğinin hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, 01.09.1978-30.06.1982-ci illərə kimi SSRİ Yollar Nazirliyinin Bakı Dəmiryol Nəqliyyatı texnikumunda “Dəmir yollarının elektrikdartma təsərrüfatı” ixtisası üzrə təhsil almış, 05.11.1982-11.12.1984-cü illər ərzində hərbi xidmətdə olmuşdur. 17.09.1982-ci il tarixdən etibarən əmək fəaliyyətinə başlamaqla müxtəlif müəssisələrdə işləmişdir. Məhkəməyə təqdim etdiyi diplomdan, hərbi bi letdən və əmək kitabçasından da görünür ki, iddiaçının təhsil müddəti, hərbi xidmət müddəti də daxil olmaqla və müxtəlif vəzifələrdə çalışmaqla 01.01.2006-cı il tarixədək ümumilikdə, 25 ildən artıq sosial sığorta stajı var və bu müddətin 12 il 6 aydan artıq bir müddətini güzəştli şərtlərlə pensiya hüququ verən əmək şəraitində işləmişdir. İddiaçı cavabdehə ərizə ilə rəsmi qaydada müraciət edərək, ona güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdeh təşkilat onun müraciətini təmin etməmiş və güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyinatı üçün tələb olunan 25 ildən az ümumi iş stajının olduğunu və 12.12.1986-cı il tarixdən indiyədək "Azərkimya” İB-nin “EtilenPolietilen" zavodunun Dəmir yolu xəttində teplovoz maşinisti, teplovoz maşinisti köməkçisi işlədiyi sahənin dəmir yolu nəqliyyatına aid olmadığını göstərmişdir. İddiaçı hesab edir ki, cavabdeh DSMF-nin Xüsusi şərtlərlə təyinat idarəsinin ona güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etməsi, qanunsuz və əsassızdır. Həmçinin, bu imtina onun sosial təminat kimi konstitusion hüquqlarını kobud şəkildə pozur.
5. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçının işlədiyi vəzifələr ona güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid olmadığından iddia rədd edilməlidir.
6. Bakı İnzibati Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2759/2020 saylı qərarı ilə (hakim: M.C.Qarayeva) iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan sənədlərə əsasən, iddiaçının 01.01.2006-cı il tarixə dək 25 ildən artıq ümumi iş stajı, həmçinin, “Azərkimya” İB “Etilenpolietilen” zavodu tərəfindən verilmiş 222, 223 və 224 saylı arayışlara və iddiaçıya məxsus əmək kitabçasına əsasən qeyd edilən tarixədək teplovoz maşinisti və maşinist köməkçisi vəzifələrində iş stajı 12 il 6 aydan artıq təşkil etsə də, sonuncu qeyd edilən müddət güzəştli iş stajı kimi nəzərə alına bilməz. Ona görə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”nın XXVİİİ. Nəqliyyat bölməsinin 23001000—1424 1 şifr kodu altında “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri” vəzifələri nəzərdə tutulsa da, iddiaçının teplovoz maşinisti və maşinist köməkçisi vəzifələrində işlədiyi sahə dəmiryol nəqliyyatına aid deyildir.
8. İddiaçı birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-488/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: V.İddiaçı və N.Ş.Cəfərov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2759/2020 saylı qərarı d əyişdirilmədən saxlanılmışdır.
10. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, apelyasiya məhkəməsi iddiaçının işlədiyi sahənin nə üçün dəmiryol nəqliyyatına aid olmamasını öz qərarında əsaslandırmamışdır... Qanunda “əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara,” ifadəsi vardır və buna xüsusi diqqət yetirilməlidir. Çünki, i ddiaçının işlədiyi teplovoz, elektovoz maşinistləri və maşinist köməkçisi vəzifələrinin xüsusiyyətləri hansı müəssisədə olmasından asılı olmayaraq, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağırdır. Digər tərəfdən isə teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçisi vəzifələri dəmiryol nəqliyyatı sahəsindən başqa heç bir sahədə mövcud deyildir... Yəni işəgötürənin kim olması və ya hansı təşkilat olması, ya iddiaçının işlədiyi dəmiryol sexinin Kimya zavodunun, yaxud da Azərbaycan Dəmiryolları QSC-nin balansında olması, həmin sexdə işləyənlərin əmək şəraitinin ağır və ya yüngül olmasını şərtləndirə bilməz.
13. Daha sonra qeyd edilir ki, iş materiallarında olan əmək kitabçasının surətindən, “Etilen-Polietilen” zavodu tərəfindən verilmiş 09.10.2019-cu il tarixli 222 saylı, 223 saylı və 224 saylı arayışlardan görünür ki, iddiaçı 12.12.1986-cı ildən 30.04.1988-ci ilə kimi ( 1 il 4 ay 18 gün), 01.05.1988-ci ildən 31.10.1994-cü ilə kimi ( 8 il 5 ay 29 gün) və 01.11.1994-cü ildən 31.12.2005-ci ilə kimi (11 il 1 ay 20 gün) “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunun dəmiryolu nəqliyyatı sexində teplovoz maşinisti, teplovoz maşinistinin köməkçisi işləmişdir. Göstərilən peşələr isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin’’ 2 №-li Siyahısındaki «teplovoz maşinistləri və maşinist köməkçiləri»nə, həmçinin Azərbay can Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 21 bölməsinin 21.4-cü bəndində nəzərdə tutulan teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçilərinə güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
15. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər.
16. Cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbayca n Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 19. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilə r— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsini n qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsasızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
24. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
25. Həm birinci, həm də apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsassız hesab edərək bildirmişlər ki, iddiaçının “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunun dəmiryolu nəqliyyatı sexində işlədiyi teplovoz maşinisti, teplovoz maşinistinin köməkçisi vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərə aid olmadığından iddia əsaslı sayıla bilməz.
26. İddiaçı apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq ondan kassasiya şikayəti vermiş və bildirmişdir ki, işlədiyi peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ v erən işlərə aid olmasına baxmayaraq məhkəmələr əsassız olaraq iddianı təmin etməmişlər. Bu zaman iddiaçı iddia tələbinin əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na əsaslanmışdır.
27. İddiaçının tələbinin əsası kimi istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilə rin 2 nömrəli Siyahısı”nda qeyd olunan (23000000 XXVİİİ. Nəqliyyat
1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər. 23001000—14241 teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri) istehsalat, iş, peşə və vəzifələrlə əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, iddiaçının teplovoz maşinisti və maşinist köməkçisi vəzifələrində işlədiyi sahə dəmiryol nəqliyyatına aid deyildir. Həmin Siyahının quruluşundan da göründüyü kimi, ilk növbədə “istehsalat” sahələri aşkar surətdə fərqləndirilmiş, yalnız bundan sonra həmin istehsalat sahəsinə aid iş, peşə və vəzifələr təsbit olunmuşdur.
28. İddiaçının bilavasitə çalışmış olduğu “iş, peşə və vəzifə” isə dəmiryolu nəqliyyatına deyil, digər istehsalat sahəsinə aid olmuşdur. Başqa sözlə, iddiaçının icra etdiyi “iş, peşə və vəzifə” onun bilavasitə çalışdığı zavodda istehsal prosesinin tərkib hissəsi olmuşdur. Bunun əksini təsdiq edə bilən hər hansı sübut (iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə normativ aktda /Siyahıda/ bilavasitə nəzərdə tutulan və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat sahəsi, iş, vəzifə, peşə arasındakı, habelə həmin iş, vəzifə və peşənin icra olunduğu əmək şəraitləri arasındakı uyğunluğu /eyniliyi/ təsdiq edən vəzifə təlimatları və s.) yoxdur. İddiaçının əsaslandığı – işlədiyi müəssisə tərəfindən verilmiş arayışlar isə iddiaçının əmək kitabçasında qeyd olunan istehsalat sahəsində və işdə/vəzifədə çalışması faktını təsdiq edir, lakin barəsində qeyd olunan iş, peşə, vəzifələr və onların icra olunduğu əm ək şəraiti arasındakı uyğunluğu (eyniliyi) təsdiq etmir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, burada, söhbət müxtəlif istehsalat sahələrində (hazırkı halda, nəqliyyat və istehsal sahələrində) işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin və əmək şəraitinin eyniliyinin, deməli, həm də əmək şəraitinin xüsusilə ağırlığına və zərərliliyinə dair eyni və ya oxşar əsasların, faktiki halların mövcudluğunun təsdiq olunmasından gedir. Hazırkı işdə bu, təsdiq edilmədiyindən, cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz.
30. Beləliklə, mübahisənin müəyyən olunmuş hallarına hüquq normaları apelyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, maddi və prosessual hüquq nor maları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-488/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.