Məhkəmə qərarları › İş №2-1(102)-1550/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1550/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1550/2024 30.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: plan və ölçünün dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X11) qarşı “plan və ölçünün dəyişdirilməsi və s.” tələbinə dair iş üzrə Bakı Apell yasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-10/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsində ibarət olan 742a/1089 saylı bağ sahəsi X2 xüsusi mülkiyyətinə verilmişdir.

2. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X5 Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsində ibarət olan 742a/1089 saylı bağ sahəsini X1. MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çı xarışdan müəyyən olunur ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsində ibarət olan 742a/1089 saylı bağ sahəsi X7 xüsusi mülkiyyətinə verilmişdir.

3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsində ibarət olan 1086 saylı bağ sahəsi X3 xüsusi mülkiyyətinə verilmişdir. 4. 26.12.2009-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X6 Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsində ibarət olan 1086 saylı bağ sahəsini X1. 5. hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəla n qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsində ibarət olan 1086 saylı bağ sahəsi X7 xüsusi mülkiyyətinə verilmişdir. 6. 560 nömrəli xx.xx.1983-cü il tarixli “Bağın icarəyə verilməsi haqqında” Müqaviləyə əsasən Şüvəlan qəsəbəsində yerləşən 0,19 ha sahədən ibarət 1108 saylı bağ sahəsi X4 istifadəsinə verilmişdir. 7. 560 nömrəli xx.xx.1994-cü il tarixli “Bağın icarəyə verilməsi haqqında” Müqaviləyə əsasən Şüvəlan qəsəbəsində yerləşən 0,19 ha sahədən ibarət 1108 saylı bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. 8. 560 nömrəli xx.xx.2004-cü il tarixli “Bağın icarəyə verilməsi haqqında” Müqaviləyə əsasən Şüvəlan qəsəbəsində yerləşən 0,19 ha sahədən ibarət 1108 saylı bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

9. İ ddiaçı cavabdehə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Şüvəlan qəsəbəsində yerləşən 0,19 ha sahədən ibarət 1108 saylı bağ sahəsinin qonşuluğunda yerləşən və hal-hazırda X7 adına qeydiyyatda olan Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1086 saylı və 742a/1089 saylı bağ sahələrinin plan ölçüsünün tərtib edilməsi zamanı yol verilmiş səhvlərin aradan qaldırılaraq, plan və ölçünün dəyişdirilməsi və həmin bağ sahələrinin koordinatlarının yenidən müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi arasında bağlanmış 14 iyul 1994-cü il tarixli “Bağın icarəyə verilməsi” haq qında Müqaviləyə əsasən Şüvəlan qəsəbəsində yerləşən 0,19 ha sahədən ibarət 1108 saylı bağ sahəsi 10 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Müqavilənin müddəti bitdikdən sonra onunla Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi arasında 06 avqust 2004-cü il tarixdə Şüvəlan qəsəbəsində yerləşən 0.19 ha sahədən ibarət 1108 saylı bağ sahəsinə dair yeni müqavilə bağlanmış və həmin bağ sahəsi daha 10 il müddətinə onun istifadəsinə verilmişdir. Bağ sahəsi 1947-ci ildən onun ailəsinin istifadə və sahibliyindədir. Həmin bağ sahəsinin qanunvericiliyə uyğun olaraq özəlləşdirilməsi məqsədi ilə cavabdehə müraciət olunmuşdur. Xidmətin mütəxəssisləri tərəfindən dəfələrlə yerində ölçü işləri aparılmış və son nəticədə müəyyən edilmişdir ki, onun sahiblik və is tifadəsinə verilmiş bağ sahəsinin ölçüsü sənəd üzərində 1900 kv. metr olmasına baxmayaraq, hal-hazırda bağ sahəsinin ölçüsü faktiki 1770 kv. metrdir. Sahənin azaldılması barədə onun hər hansı bir razılığı olmamışdır. Qonşu bağ sahələri tərəfindən isə onun bağ sahəsinə gediş-gəliş yolu ayrılmamışdır. Məhz bu səbəblərdən ona məxsus bağ sahəsinin özəlləşdirilməsindən cavabdeh imtina etmişdir. Qonşuluqda 6 bağ sahəsinin olmasına baxmayaraq, həmin bağlar bir hasarla hasarlanmış və bu bağlara bir giriş qapısı qoyulmuşdur. Belə olan halda müəyyən edilir ki, onun bağ sahəsinin 130 kv. metr hissəsi qonşular tərəfindən zəbt edilmiş və onun bağına gedən yol da öz növbəsində qonşular tərəfindən tutulmuşdur. Halbuki, 2001-ci ilə qədər onun bağına birbaşa yol mövcud olmuş və o, mütəmadi olaraq həmin yol dan istifadə etmişdir. Hal-hazırda isə bağına gedən yol tam şəkildə zəbt edilmişdir. Onda olan məlumata görə həmin bağ sahələrindən yalnız ikisi - Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1086 saylı və 742a/1089 saylı bağ sahələri dövlət reyestrində qeydiyyatdan keçmiş və hal-hazırda X7 adınadır. Digər dörd bağ sahəsinə dair Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən müvafiq müqavilələr bağlansa da, dövlət reyestrində qeydiyyatdan keçməmişlər. Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli, 2186 N-li Sərəncamına əsasən 1996-cı ildə qəbul edilmiş “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alınaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədi ilə Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilməsi qərara alınmışdır. Həmin Sərəncamla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçirilməsinin təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələlərin qanunvericiliyə uyğun olaraq həll edilməsi; bu sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətind ə olan bağ sahələrinin “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9- cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görülməsi tapşırılmışdır. Qanunvericiliyin tələblərini nəzərə alaraq, Şüvəlan qəsəbəsində yerləşən 0,19 ha sahədən ibarət 1108 saylı bağ sahəsinin 130 kv. metr hissəsinin kim tərəfindən, yəni hansı qonşu tərəfindən zəbt edilməsinin müəyyən olunması məqsədi ilə cavabdehə müraciət edərək, bağ sahəsinin yerləşdiyi ərazinin sxematik xəritəsinin və onun bağ sahəsinə bitişik olan digər qonşuların müqavilələrinin təsdiq edilmiş surətlərinin ona verilməsini xahiş etmişdir. Digər tərəfdən cavabdeh tərəfindən hal-hazırda X7 adına qeydiyyatda olan Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1086 saylı və 742a/1089 saylı bağ sahələrinin plan və ölçüsü tərtib edilərkən səhvə yol verilmişdir. Belə ki, həmin bağ sahələrinin plan və ölçüsü tərtib edilərkən torpaq sahələrinin koordinatları onun və digər bağlara gedən yolun üzərinə salınmışdır. Bu halı nəzərə alaraq, o, cavabdehdən öz müraciətində həm də, Şüvəlan qəsəbəsində yerləşən 0,19 ha sahədən ibarət 1108 saylı bağ sahəsinin qonşuluğunda yerləşən və hal-hazırda X7 adına qeydiyyatda olan Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1086 saylı və 742a/1089 saylı bağ sahələrinin plan və ölçüsünün tərtib edilməsi zamanı yol verilmiş səhvlərin aradan qaldırılaraq, plan və ölçünün dəyişdirilməsi və həmin bağ sahələrinin koordinatlarının yenidən müəyyən edilməsini xahiş etmişdir. Lakin, cavabdeh onun müraciətinə 21 fevral 2019-cu il tarixli imtina məktubu ilə cavab vermiş və hətta həmin məktubda müraciətində göstərilən məsələlərin bir qisminə ümumiyyətlə toxunmamışdır.

11. Bakı İnzibati Məhkəməsinin 2 noyabr 2021-ci il tarixli, 2-1(112)-125/2021 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia rədd edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş 1086 saylı və 742a/1089 saylı bağ sahələrinin İddiaçı istifadəsinə verilmiş 1108 nömrəli bağ sahəsinə gedən yolun üzərində yerləşməsi, həmçinin 1108 nömrəli bağ sahəsinin bir hissəsinin (154 kv.metr hissəsi) məhz X7 mülkiyyətində olan 1086 saylı və 742a/1089 saylı bağ sahələrinin ərazisinə düşməsi öz təsdiqini tapmamışdır.

13. İddiaçı həmin qərardan apellyasiya ş ikayəti verərək, qərarın ləğv edilməsini, iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-10/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər: A.Hüseyn /sədrlik edən və məruzəçi/, V.Baxışova və R.Qurbanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi arasında bağlanmış 14 iyul 1994-cü il tarixli «Bağın icarəyə verilməsi» haqqında Müqaviləyə əsasən Şüvəlan qəsəbəsində yerləşən 0,19 ha sahədən ibarət 1108 saylı bağ sahəsi 10 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Müqavilənin müddəti bitdikdən sonra onunla Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi arasında 06 avqust 2004-cü il tarixdə Şüvəlan qəsəbəsində yerləşən 0.19 ha sahədən ibarət 1108 saylı bağ sahəsinə dair yeni müqavilə bağlanmış və həmin bağ sahəsi daha 10 il müddətinə onun istifadəsinə verilmişdir. Bağ sahəsi 1947-ci ildən iddiaçının ailəsinin istifadə və sahibliy indədir. Həmin bağ sahəsinin qanunvericiliyə uyğun olaraq özəlləşdirilməsi məqsədi ilə cavabdehə müraciət olunmuşdur.

18. Xidmətin mütəxəssisləri tərəfindən dəfələrlə yerində ölçü işləri aparılmış və son nəticədə müəyyən edilmişdir ki, iddiaçının sahiblik və istifadəsinə verilmiş bağ sahəsinin ölçüsü sənəd üzərində 1900 kv. metr olmasına baxmayaraq, hal-hazırda bağ sahəsinin ölçüsü faktiki 1770 kv. metrdir. Sahənin azaldılması barədə onun hər hansı bir razılığı olmamışdır. Qonşu bağ sahələri tərəfindən isə onun bağ sahəsinə gediş-gəliş yolu ayrılmamışdır. Məhz bu səbəblərdən ona məxsus bağ sahəsinin özəlləşdirilməsindən cavabdeh imtina etmişdir. Qonşuluqda 6 bağ sahəsinin olmasına baxmayaraq, həmin bağlar bir hasarla hasarlanmış və bu bağlara bir giriş qapısı qoyulmuşdur. Belə olan halda m üəyyən edilir ki, iddiaçının bağ sahəsinin 130 kv. metr hissəsi qonşular tərəfindən zəbt edilmiş və onun bağına gedən yol da öz növbəsində qonşular tərəfindən tutulmuşdur. Halbuki, 2001-ci ilə qədər iddiaçının bağına birbaşa yol mövcud olmuş və o, mütəmadi olaraq həmin yoldan istifadə etmişdir. Hal-hazırda isə bağına gedən yol tam şəkildə zəbt edilmişdir.

19. Cavabdeh tərəfindən hal-hazırda X7 adına qeydiyyatda olan Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1086 saylı və 742a/1089 saylı bağ sahələrinin plan və ölçüsü tərtib edilərkən səhvə yol verilmişdir. Belə ki, həmin bağ sahələrinin plan və ölçüsü tərtib edilərkən torpaq sahələrinin koordinatları iddiaçının və digər bağlara gedən yolun üzərinə salınmışdır. Bu halı nəzərə alaraq, o, cavabdehdən öz müraciətində həm də, Şüvəlan qəsəbəsində yerləşən 0,19 ha sahədən ibarət 1108 saylı bağ sahəsinin qonşuluğunda yerləşən və hal-hazırda X7 adına qeydiyyatda olan Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1086 saylı və 742a/1089 saylı bağ sahələrinin plan və ölçüsünün tərtib edilməsi zamanı yol verilmiş səhvlərin aradan qaldırılaraq, plan və ölçünün dəyişdirilməsi və həmin bağ sahələrinin koordinatlarının yenidən müəyyən edilməsini xahiş etmişdir.

20. İş materiallarından olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il Tarixli, 10/422 nömrəli ekspert rəyində aşağıdakılar göstərilmişdir: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məs ləhətçisi Salman Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, sözügedən bağ sahəsi Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinə aid Şüvəlan bağlar massivi ərazisində yerləşir. Bağ sahəsinin naturada yerləşməsi bağların bölgüsünə dair sxematik xəritəyə uyğundur. Sxematik xəritəyə əsasən Şüvəlan qəsəbəsində yerləşən 0.19 ha sahədən ibarət 1108 saylı bağ sahəsinə gedən yolun üzərində bağ sahələri mövcuddur. Lakin həmin bağ sahələrinin hansılar olduğu mütəxəssis tərəfindən cavablandırılmamışdır.

21. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi Salman Hümbətlinin tərtib et diyi mütəxəssis rəyində göstərilmişdir ki, Şüvəlan qəsəbəsində yerləşən 0.19 ha sahədən ibarət 1108 saylı bağ sahəsinin ərazisi faktiki olaraq 1746 kv.metr təşkil edir. Buda sənəd üzrə göstərilən 1900 kv.metr sahədən 154 kv.metr azdır. Bağ sahəsinin ərazisinin hansı bağ sahəsinə əlavə edilməsi mütəxəssis tərəfindən cavablandırılmamışdır. Göründüyü kimi iddiaçı tərəfindən irəli sürülən dəlillər (ona məxsus torpaq sahəsinə gedən yolun üzərində bağ sahəsinin olması və ona məxsus bağ sahəsinin ərazisinin başqa bağ sahəsinə əlavə edilməsi) öz təsdiqini tapmışdır. Məhkəmə isə sonradan cavabdehin mütəxəssis rəyləri əsasında tərtib edilmiş və yenə də natamam olan ekspert rəylərinə istinad etmişdir.

22. İş materiallarında olan və hazırki kassasiya şikayətinə də əlavə edilmiş ərazinin SXEMATİK XƏRİT ƏSİN-dən görünür ki, iddiaçıya məxsus 1089 saylı bağa yol 1085, 1086, 1087 və 1088 saylı bağların arasından keçir. İş materiallarında olan və hazırki kassasiya şikayətinə də əlavə edilmiş 1982-ci ilin aprel ayında Bakı şəhər Bağlar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktdan görünür ki, 1108 və 1106 saylı bağlara yol 1089 saylı bağın Xəzri tərəfindən eni 3 metr və uzunluğu 71 metr olan sahə kəsilərək verilmişdir. Apellyasiya instansiya məhkəməsi bu sübutu ümumiyyətlə nəzərə almamış, ona heç bir hüquqi qiymət verməmişdir. Məhkəmə cavabdeh inzibati orqanın nümayəndələrinin etirafedici izahatlarını belə məhkəmə qərarına salmamış, bu izahatların video çəkilişlə qeydiyyata alınmasına baxmayaraq, məhkəmə qərarında izahatlara istinad edilməmiş və qiymət verilməmişdir. b) Kassasiya şik ayətlərinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə

10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerqurul uşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən ed ilir. Maddə 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qe ydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

26. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini y oxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən s axlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraa t çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT

29. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

30. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliy ə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaçının müraciətindən imtinanın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaq la qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

33. Məhkəmə kollegiyası işin mübahisələndirilən hallarına münasibətdə qeyd edir ki, X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş 1086 saylı və 742a/1089 saylı bağ sahələrinin İddiaçı istifadəsinə verilmiş 1108 nömrəli bağ sahəsinə gedən yolun üzərində yerləşməsi, həmçinin 1108 nömrəli bağ sahəsinin bir hissəsinin (154 kv.metr hissəsi) məhz X7 mülkiyyətində olan 1086 saylı və 742a/1089 saylı bağ sahələrinin ərazisinə düşməsi öz təsdiqini tapmamışdır.

34. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya məhkəməsinin qə rarında qeyd edilmiş ekspert rəylərinə əsasən, iddiaçının faktiki sahibliyində olan bağ sahəsinin çıxış yolunun 3-cü şəxsin bağ sahəsi hesabına məhdudlaşdırılması müəyyən edilmir.

35. Göründüyü kimi apellyasiya məhkəməsinin mövqeyini haqlı hesab edərək məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1108 saylı bağ sahəsinin və həmin bağ sahəsinin yerləşdiyi ümumi sahənin bölgüsünə dair sxematik xəritənin surətində 3-cü şəxsə məxsus bağ sahələrinin ərazisindən iddiaçıya məxsus 1108 saylı bağ sahəsinə gedən yolun mövcud olması müəyyən edilməmişdir.

36. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun sayılmalıdır. Mübahisələndirilən məhkəm ə qərarı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli və apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-10/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar