Məhkəmə qərarları › İş №2-1(102)-1551/2020

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1551/2020

06.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1551/2020 06.08.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD (Açar söz: mümkünlük haqda qərardaddan şikayət) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Həbibova Könül Əbülfəz qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1, cavabdehin nümayəndəsi Nümayəndə, cavabdehin vəkili Vəkil, üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs: X2) “cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və qanunsuz tikintinin sökülməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-412/2020 sayl ı, xx.xx.2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin X2 tərəfindən aparılan tikinti işləri ilə əlaqədar məlumatlandırma icraatı prosedur qaydalarına müvafiq olaraq hərəkətsizliyinin qanunsuz hesab edilməsi və X2 tərəfindən məlumatlandırma icraatı qaydasında ünvan 1 ünvanın qarşısında aparılan tikintinin sökülməsi vəzifəsinin Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3740/2019 nömrəli, xx.xx.2019cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan iddia çı apelyasiya şikayəti verərək, qərardadın ləğv olunmasını və iddianın mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-412/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən, apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)- 3740/2019 saylı qərardadı qismən, iddia tələbinin Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin X2 tərəfindən aparılan tikinti işləri ilə əlaqədar məlumatlandırma icraatı prosedur qaydalarına müvafiq olaraq hərəkətsizliyinin qanunsuz hesab edilməsi hissəsində ləğv edilmiş, inzibati iş həmin hissədə müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmiş, qərardad qalan hiss ədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh, apellyasiya instansiyası məhkəməsinin qərardadının “1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-3740/2019 saylı qərardadının qismən, iddia tələbinin Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin X2 tərəfindən aparılan tikinti işləri ilə əlaqədar məlumatlandırma icraatı prosedur qaydalarına müvafiq olaraq hərəkətsizliyinin qanunsuz hesab edilərk inzibati işin həmin hissədə müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi” hissəsindən kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil1 kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qə bul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmiş, cavabdehin vəkili Vəkil əlavəsi olmadığını, cavabdehin nümayəndəsinin izahatı ilə razı olduğunu bildirmişdir. Üçüncü şəxs X2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü ə saslarını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Göstərilən normaların tələblərindən görünür ki, qanunvericiliklə yalnız iddianın mümkün sayılmaması barədə məhkəmə qərardadından yuxarı məhkəməyə şikayət verilməsi nəzərdə tutulmuşdur. Cavabdeh isə iddianın mümkün sayılması barədə apellyasiya instansiyası məhkəməsinin qərardadından şikayət vermiş, bununla da göstərilən normanın tələblərini pozmuşdur. Odur ki, cavabdehin kassasiya şikayəti mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 90, 94 və 96-cı maddələrini rəhbər tutaraq Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-412/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar