Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1551/2023 19.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şə rtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 21(103)-598/2023 nömrəli, 2 mart 2023-cü il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Texniki Universitetinin xx.xx.2021-ci il tarixli arxiv arayışına əsasən İddiaçı xx.xx.1977-ci il tarixdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (hal-hazırki Azərbaycan Texniki Universiteti) əyani şöbəsinə qəbul olmuş, xx.xx.1982-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Radiotexnika” fakültəsinin əyani şöbəsinin “Çoxkanallı elektrik rabitəsi ” ixtisası üzrə tam kursu bitirərək, ona elektrik rabitəmühəndisi diplomu verilmişdir.
2. İddiaçıya məxsus əmək kitabçasının sürətindən görünür ki, xx.xx.1982-ci ildə gənc mütəxəssis kimi telemexanika və əlaqədar qrupuna qəbul edilmiş, xx.xx.1984-cü ildə 30- cu maddənin 5-ci bəndinə müvafiq olaraq “Asuqaz metrologiya” İBSİ köçürülmə qaydasında işdən azad edilmiş, xx.xx.1984-cü ildə “Orta Asiya qaz Nəqliyyatı” İB MİİEL köçürülməsi qaydasında 5 saylı sahəyə sazlayıcı mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.1987-ci il tarixdə əmək haqqının ödənilməsinə görə yeni tarif şərtlərinin daxil edilməsi ilə əlaqədar olaraq 2-ci dərəcəli texnik vəzifəsi müəyyən edilmiş, xx.xx.1988-ci ildə "xxxx" ASC mərkəzinə köçürülməsi qaydasında RSFSR ƏM 29-cu maddəsinin 5-ci bəndi ilə işdən azad edilmişdir. xx.xx. 1988-ci il tarixdə "xxxx" Mərkəzi Sazlayıcı mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.1990- cu il tarixdə 2-ci dərəcəli sazlayıcı mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.1993-cü il tarixdə 1 saylı sahə müdirinin müavini vəzifəsini icra edən vəzifəsinə keçirilmiş, xx.xx.1993-cü il tarixdə 1 saylı sahə müdirinin müavini vəzifəsinə təyin edilmiş, xx.xx.1995-ci il tarixdə 1 saylı sahənin müdiri vəzifəsinə təyin edilmişdir..
3. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün ərizə ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir.
4. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiy i "xxxx" ASC-nin 25 yanvar 2022-ci il tarixli NN 01/09 nömrəli nömrəli arayışında xx.xx.1993-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə sahə rəisi və sahə rəisinin müavini vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı’ nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) Qazma yarımbölməsindəki (10 1) neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifəsinə uyğun deyil. Bundan başqa sözügedən arayı şda qeyd olunan xx.xx.1988xx.xx.1990-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin 1 saylı sahəsində işlədiyi sazlayıcı-mühəndis vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nda nəzərdə tutulmamışdır. 5. "Şelfneftqazavtomatika” ASC-nin qeyd olunan xx.xx.2022-ci il tarixli arayışına əsasən, "Şelfneftqazavtomatika” Mərkəzində işlədiyi rəis və rəis müavini vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstə ricilərin 1 №-li Siyahısı”nda nəzərdə tutulan «Neft-qaz və qaz kondensatının hasilatı» bölməsində b)rəhbərlərvə mütəxəssislər bəndinin 110000-24125 koduna (neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri) uyğun gəlir ki, həmin vəzifələrdə onun 12 il 6 ay 10 gün iş stajı vardır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.2012-ci il tarixdən (52 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1977-ci ildən 1982-ci ilə kimi Azərbaycan Po litexnik İnstitutunda əyani təhsil almışdır. xx.xx.1982-ci ildə "Sredastranqaz" X1 İstilik-Elektrik laboratoriyasına gənc mütəxəssis kimi telemexanika qrupuna mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.1984-cü ildə köçürmə yolu ilə idarəyə keçmiş, eyni tarixdə sazlayıcı-mühəndis vəzifəsinə keçmiş, xx.xx.1987-ci ildə 2-ci dərəcəli texnik vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci ildə köçürmə yolu ilə "xxxx" Mərkəzinə keçmiş, xx.xx.1988-ci ildə sazlayıcı-mühəndis vəzifəsinə təyin olunmuş, xx.xx.1990-cı ildə 2-ci dərəcəli SazlayıcıMühəndis dərəcəsi verilmiş, xx.xx.1993-cü ildə 1 saylı sahəyə şahə rəisinin müavininin səlahiyyətlərinin icraçısı təyin olunmuş, xx.xx.1993- cü ildə 1 saylı sahənin sahə rəisinin müavini vəzifəsinə, xx.xx.1995-ci ildə 1 saylı sahəyə sahə rəisi vəzifəsinə təyin olunmuşdur. xx.xx.1997.ci il tarixdə "xxxx" Mərkəzi ARDNŞ-nin Dənizdə Neft və Qazçıxarma" İstehsalat Birliyinin tabeliyinə verilmişdir. xx.xx.2021-ci il tarixdə isə "xxxx" Mərkəzi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. xx.xx.2007-ci ildə Texniki İstehsalat sexinin rəisi vəzifəsinə, xx.xx.2008-ci ildə İstehsalat üzrə direktor müaviniistehsalat sexinin rəisi vəzifəsinə, xx.xx.2010-cu ildə "xxxx" ASC-nin direktorunun səlahiyyətlərinin icraçısı vəzifəsinə, xx.xx.2010-cu ildə "xxxx" ASC-nin direktoru vəzifəsinə təyin olunmuşdur. Hazırda "xxxx" ASC-nin direktoru vəzifəsində işləyir. İdiaçının güzəştli şərtlərlə pensiya çıxmaq üçün etdiyi müraciətə müvafiq orqan tərəfindən imtina cavabı verilib. İşlədiyi vəzifə (sahə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı, 21 iyun 1993-cü il tarixli “ Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” qərarının X bəndinin (********) “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı" b yarımbəndindəki (kod 1100000b) Rəhbərlər və mütəxəssislər, 1100000b-24125 neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifələri ilə eynidir. xx.xx.2021-ci ildə ümumi iş stajı 32 il 5 ay, güzəşt hüququ verən vəzifə üzrə sosial sığorta stajı təkcə xx.xx.1993-cü ildən xx.xx.2007-ci ilə qədər olan dövrü hesablamaqla 14 il 7 ay 10 gün təşkil edir.
8. Cavabdeh iddia qarşı təqdim etdiyi etirazın dəlilləri ilə i mtina məktubunun məzmunu eynidir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6550/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir..
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 1 nömrəli siyahısında nəz ərdə tutulan peşələrdə güzəştli iş stajı 18 ildən çox və ümumi iş stajı 32 ildən çox olduğu üçün onun 52 yaşı tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul etməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər C.A.Yusifovsədrlik edən məruzəçi, P.A.Hüseynov və N.Ş.Cəfərov) 2-1(103)-598/2023 nömrəli, 2 mart 2023-cü il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6550/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı, nəticə hissədə “əmək pensiyasının təyin edilməsi” sözlərindən sonra, “müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki üç il üçün (yəni xx.xx.2019-cu il tarixdən) hesablanıb ödənilməsi” sözləri əlavə edilməklə, dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi möv qeyi ilə razılaşmışdır. Əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq iddiaçıya pensiya hüqununun yarandığı 52 yaşından, yəni, xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini cavabdehə həvalə etsə də Qanunun qeyd olunan normasına müvafiq olaraq, qərarında pensiyanın hesahesalanıb ödənilməsi qaydasına münasibət bildirməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən boşluq aradan qaldırılmalıdır. Cavabdehin işə əlavə olunmuş iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixi im tina məktubundan isə görünür ki, iddiaçının peniya təyinatı ilə bağlı ərizəsi cavabdeh Filiala xx.xx.2022-ci il tarixində daxil olmuşdur. Belə olan halda, Qanunun 32.1-1-ci maddəsinin tələbi baxımından, müraciət etdiyi həmin tarixdən əvvəlki 3 il üçün hesablanıb ona ödənilməlidir.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kasasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayətində göstərmişdir ki, iddiaçının xx.xx.1988xx.xx.1990-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin 1 saylı sahəsində işlədiyi sazlayıcı-mühəndis vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəl i Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nda nəzərdə tutulmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 5 5 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 18. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər — 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;...
17. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnı z apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYA ŞİKAYƏTİNİN MÜMÜKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qərarı bütövlükdə mü bahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad et məklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. İddiaçının təhsil müddəti, hərbi xidmət müddəti və əmək kitabçasındakı iş illəri nəzərə alındıqda, o, 2006-cı il 1 yanvar tarixə 20 ildən artıq ümumi, o cümlədən 10 ildən artıq əmək şərait i xüsusilə zərərli və ağır olan işlərdə iş stajına malikdir.
24. İddiaçının "Şelfneftqazavtomatika” Mərkəzində işlədiyi rəis və rəis müavini vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda nəzərdə tutulan «Neft-qaz və qaz kondensatının hasilatı» bölməsində b)rəhbərlərvə mütəxəssislər bəndinin 110000-24125 koduna (neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri) uyğun gəlir ki, həmin vəzifələrdə onun 12 il 6 ay 10 gün iş stajı var.
25. Göründüyü kimi, iddiaçı "xxxx" Mərkəzində sahə rəisi və onun müavini kimi məhz, 1 nömrəli Siyahıda 1100000b-24125 kodunda nəzərədə tutulan «neft, qaz və kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətində çalışmışdır.
26. İddiaçının 52 yaşının 2006-cı il 1 yanvar tarixdən sonra tamam olduğuna dair şikayətin dəlilinə gəldikdə, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin məzmunundan göründüyü kimi, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Başqa sözlə, qanunverici güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını toplamış şəxslərin həmin stajın tam toplandığı vaxtd a qüvvədə olan qanuna əsasən müəyyən edilmiş stajı və yaşı nəzərə alır. Hazırkı işdə iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajına 2006-cı il yanvarın 1-dək malik olduğundan o, Qanunla həmin tarixədək müəyyən edilmiş 52 yaşdan (xx.xx.2012-ci ildən) güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququnu qazanmışdır.
27. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-598/2023 nömrəli, 2 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.