Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1552/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Rzayev Elvin Rəşid oğlunun, Cavabdehin nümayəndəsi x2, Cavabdehin vəkili Musayev Xəqani Zakir oğlunun iştirakları ilə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Pirallahı rayon Şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 25 yanvar tarixli 2-1(103)-55/2019 nömrəli qərarından iddi açı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1959-cu il xx.xx. tarixdə doğulmuş, 1977-ci il 5 avqust tarixdə əmək fəaliyyətinə başlamış, ona 57 yaşdan, yəni 2016-cı il 25 noyabr tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh 2017-ci il 11 avqust tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsala tların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 2007-ci il 23 yanvar tarixli 12 saylı siyahısı üzrə) çalışan kişilərin 57 yaşı olduqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır. İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələbinə uyğun olaraq 2016-cı il 25 noyabr tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı 2018-ci il 26 yanvar tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən 2009-cu il 25 noyabr tarixdən, 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, 2009-cu il 25 noyabr tarixdən 2016-cı il 25 noyabr tarixinə qədər olan müddət üçün əmək pensiyasının məbləğinin və həmçinin 2016-cı il 25 noyabr tarixdən bu günə qədər ona ödənilən əmək pensiyasında yaranacaq məbləğ fərqinin “Əmək pensiyaları haqqında” Qanunun 10-cu maddəsinin 10.2-ci bəndinin və 27-ci maddəsinin 2009-cu il 25 noyabr tarixində qüvvədə olan tələbləri əsasında hesablanıb birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə müvafiq olaraq 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. 1997-ci ilin avqust ayının 1-i tarixinədək iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyul tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahısı”na əsasən 10 ildən çox zərərli əmək sahəsində əmək stajı və 20 ildən çox ümumi əmək stajı toplamışdır. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 22 fevral tarixli 2-1(82)1254/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən 2009-cu il 25 noyabr tarixdən, 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, 2009-cu il 25 noyabr tarixdən 2016-cı il 25 noyabr tarixinə qədər olan müddət üçün əmək pensiyasının məbləğinin və həmçinin 2016-cı il 25 noyabr tarixdən bu günə qədər ona ödənilən əmək pensiyasında yaranacaq məbləğ fərqinin “Əmək pensiyaları haqqında” Qanunun 10-cu maddəsinin 10.2-ci bəndinin və 27-ci maddəsinin 2009-cu il 25 noyabr tarixində qüvvədə olan tələbləri əsasında hesablanıb birdəfəyə ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 20 ildən çox ümumi əmək stajı olmaqla bərabər 10 ilini əmək şəraiti zərərli işlərdə işləmiş, lakin cavabdeh ona 50 yaşdan pensiya təyin etməkdən əsassız olaraq imtina etmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Ape llyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 31 may tarixli 2-1(103)-1170/2018 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 30 oktyabr tarixli 2-1(102)-1931/2018 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 31 may tarixli qərarı ləğv edilmiş və iş təkrar bax ılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyul tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahı”ya uyğun iddiaçının güzəştli staja və ümumi staja malik olduğunu bildirsə də, iddiaçının əmək kitabçasında qeyd edilən sahə və peşənin həmin Siyahıda olan sahə və peşəyə uyğunluğunu tam araşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 25 yanvar tarixli 2-1(103)-55/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı ona iddia etdiyi məzmunda güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün zəruri olan staja malik olmadığından iddia təmin oluna bilməz. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 6 fevral tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 28 fevral tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərini səhv təfsir etmiş və nəticədə maddi hüquq normalarını kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə həmin göstərişləri formal olaraq sadalamış, Ali Məhkəmə tərəfindən göstərilən halı, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahıda olan kodları araşdırmaq əvəzinə, qanunsuz və əsassız olaraq digər hüquq normalarına istinad etməklə qərarı ləğv etmişdir. Hətta məhkəmə səhvən bu qənaətə gəlmişdir ki, guya ki, iddiaçı 52 yaşından yaranmış fərqi tələb edir, halbuki, onun tələbi 50 yaşdan olan fərqin tələbidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissələrinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla m üəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pen siyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə müvafiq olaraq yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən təyin olunur. Həmin Qanunun 23.2-ci maddəsinə görə, 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Göstərilən normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəs i və vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4cü maddələri). Şikayət qismən təmin olunmalı, iddia mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Əmək pensiyaları haqqında” Qanunun 30.1-ci maddəsinə əsasən, əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkü nlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. İddiaçının şəxsiyyət vəsiqəsinə əsasən, onun daimi yaşayış yeri Bakı şəhəri, Sabunçu rayonunun inzibati ərazisinə aiddir. Buna görə də, “Əmək pensiyaları haqqında” Qanunun 30.1-ci maddəsinə əsasən, iddiaçının pensiya hüququnun reallaşdırılması həmin rayonun müvafiq icra hakimiyyəti (DSMF-nin Sabunçu rayon Şöbəsi) tərəfindən həyata keçirilə bilər. Hazırkı halda iddiaçı DSMF-nin Pirallahı rayon Şöbəsinə qarşı tələb irəli sürmüşdür. “Əmək pensiyaları haqqında ” Qanunun 30.1-ci maddəsinin tələbi nəzərə alındıqda, DSMF-nin Pirallahı rayon Şöbəsi iddiaçının tələbi ilə bağlı qərar qəbul etmək səlahiyyətinə malik olmadığından onun iddiaçı qarşısında hazırkı məzmunda öhdəliyi olmadığından yoxdur. Öz növbəsində, məhkəmə həmin inzibati orqanın üzərinə onun səlahiyyətinə aid olmayan öhdəlik qoya bilməz. Beləliklə, iddiaçının hazırkı cavabdehə qarşı iddia olunan məzmunda tələb hüququ yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 25 yanvar tarixli 2-1(103)-55/2019 nömrəli qərarı ləğv edilir. İddia mümkün sayılmır. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1552/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1552/2019
08.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver