Məhkəmə qərarları › İş №2-1(102)-1552/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1552/2020

31.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1552/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsildə X2rşı iş üzrə QƏRAR Açar sözlər: diplomun tanınması 31.08.2020 giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X5, X3 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı nümayəndəsi X8 və vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi X6 Agentliyinə (bundan sonra cavabdeh) qarşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati k ollegiyasının 2-1(103)-715/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Gürcüstan Respublikasının X4 tərəfindən iddiaçının adına verilmiş BD seriyalı 005916 nömrəli xx xxxx 2017-ci il tarixli diploma əsasən Hüquq və Beynəlxalq Əlaqələr fakültəsinin xx xxxx 2017-ci il tarixli qərarı ilə iddiaçıya “Sosial elmlər beynəlxalq əlaqələrində” ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir. Gürcüstan Respublikasının X4 tərəfindən iddiaçının adına verilmiş BD seriyalı 005916 nömrəli xx xxxx 2017-ci il tarixli diploma əlavəyə əsasən iddiaçı “Sosial elmlər beynəlxalq əlaqələrində” ixtisas dərəcəsi üzrə rus dilində, əyani fo rmada, kafi, qənaətbəxş, yaxşı qiymətlərlə təhsil alaraq bitirmiş, bakalavr dərəcəsi əldə etmişdir. İddiaçı diplom üzrə ixtisasının tanınması üçün öncə aidiyyəti üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət etmişdir. İddiaçıya xx.xx.2018-ci il tarixində elektron məktubla bildirilmişdir ki, araşdırma zamanı X1 tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilm əsi (nostrifikasıya) Qaydaları”nın 3.7-ci bəndinə əsasən X4 tərəfindən iddiaçının adına verilmiş BD seriyalı 005916 nömrəli xx xxxx 2017-ci il tarixli diplom üzrə ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə daxil olmuş iddiaçının xx.xx.2019-cu il tarixli ərizəsiylə əlaqədar olaraq bildirilir ki, xx.xx.2018-ci il tarixli elektron müraciətinin nəticəsi barədə ona xx.xx.2018-ci il tarixdə müvafiq elektron xidmət vasitəsilə əlavədə qeyd olunmuş məlumat verilmişdir. “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Eyni zamanda, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinə əsasən, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qəbul edilmiş qərara dair məhkəmədə iddia qaldırıla bilər. İddiaçı xx.xx.2018-ci il tarixdə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə X4 tərəfindən adına verilmiş BD 005916 nömrəli xx xxxx 2017-ci il tarixli bakalavr dərəcəsi üzrə diplomunun ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək, Gürcüstan Respublikası X4 tərəfindən adına verilmiş xx xxxxxxx 2017-cı il tarixli, BD 005916 nömrəli bakalavr diplomunun (qeydiyyat nömrəsi 05922) Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəyişdirilmiş iddia icraata qəbul edilmişdir. İddianın əsaslarına görə, iddiaçı 2013-cü ildə Gürcüstan Respublikasında yerləşən X1 “Sosial elmlər və Beynəlxalq əlaqələr” ixtisasına qəbul olmuş və 2017-ci ildə təhsilini başa vurmuşdur. İddiaçıya X4 tərəfindən xx xxxx 2017-ci il tarixli BD 005916 nömrəli diplom verilmişdir. Bundan sonra iddiaçı diplomun tanınması məqsədi ilə cavabdehə müraciət etmiş, cavabdeh isə bundan imtina etmiş və imtina ilə bağlı hər hansı səbəb göstərməmişdir. Halbuki iddiaçı əyani təhsil almış və ona məxsus xarici pasportdakı qeydlər də bunu sübut edir. Bundan əlavə, iddiaçı təhsilini başa vurduqdan sonra həbi xidmətə getmiş və onun ali təhsili olduğundan onun hərbi xidmət müddəti 12 ay olmuşdur. Göründüyü kimi, onun ali təhsili hərbi xidmətə çağırışda nəzərə alınmış və diplomu tanınmışdır. İddiaçı tələbini əsaslandırmaq üçün “Təhsil haqqında” Qanunun 44.1, 44.2-ci maddələrinə, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın İİİ, V və Vİ fəsillərinə istinad etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X16, 2-1 (82)-727/2019 saylı iş) xx xxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərəkX4 tərəfindən iddiaçıya verilmiş xx xxxxxxx 2017-cı il tarixli, BD 005916 nömrəli bakalavr diplomunun (qeydiyyat nömrəsi 05922) Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdehə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, mövcud qanunvericilikdə diplomun tanınmasından imtina üçün əsas tutulan hallar hazırkı iş üzrə mövcud olmadığından, həmçinin inzibati orqanın imtinası formal tələblərə əsaslandığından cavabdehin imtinası iddiaçının təhsil və əmək hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər X10-məruzəçi, X13 və X9, 2-1(103)-2128/2019 saylı iş) xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən X1 normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaş həmin ölkədə qısa müddət ərzində olması diploma əlavədə göstərilən tədris yükünün yerinı yetirilməsinin qeyri-mümkün olmasına dair ekspert rəyi verilmişdir. Cavabdeh tərəfindən ekspert rəyinə istinadən iddiaçıya imtina verilməsi işin hallarına, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olmuş və bu cür imtina iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikas ı Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Rəsulbəyova Nigar İmran qızı-məruzəçi, X11 və Hüseynov İlqar Kamil oğlu, 2-1(102)318/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddiaçının kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Kasasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdeh iddiaçıya Qaydaların 3.7-cı maddəsində sadalanan hansı hala görə imtina cavabı verdiyini əsaslandırmamışdır. Belə ki, iddiaçının aldığı təhsilin forması (əyani), müddəti (4 il), istiqaməti, sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında verilən təhsilin meyarlarına uyğundur. Bunun əksi isə cavab deh və apelyasiya instansiya məhkəməsi tərəfindən sübuta yetirilməmişdir. Belə ki, işə baxan apellyasiya instansiya məhkəməsi iddiaçının Gürcüstan Respublikasında olma müddətlərini diplomun əlavəsində göstərilən həcmdə tədris yükünü mənimsənilməsi üçün kifayət hesab etməsə də, iddiaçının diplomun əlavəsində göstərilən həcmdə tədris yükünü mənimsənilməsi üçün hansı müddət ərzində Gürcüstan Respublikasında olmalı olmasını qeyd etməmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X14-məruzəçi, X12 və X18, 2-1(103)-715/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etm işdir ki, iddiaçının təhsil dövründə Gürcüstan Respublikasında olma müddəti (2013-2014-cü tədris ilində – 06 ay 14 gün, 2014-2015-ci tədris ilində – 06 ay 19 gün, 2015-2016-cı tədris ilində – 03 ay 03 gün, 2016-2017-ci tədris ilində isə – 04 ay 01 gün) “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.8-ci bəndində nəzərdə tutulmuş əyani təhsil forması üzrə tədris ilinin müddətinə uyğun olmamışdır. Ona görə də, iddiaçının təhsil aldığı ölkə ərazisində qısa müddət ərzində olmasına dair cavabdehin imtinası «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın tələblərinə uyğundur. İddiaçı x xxx 2020-ci il tarixdə qərarın surətini almış, x xxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın lə ğv olunması, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)-/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplom üzrə ixtisasın tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi X6 Agentliyi ilə əvəz edilmişdir. kasasiya şikayətinin dəlilləri: Kasasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş və əlavə olaraq bildirilmişdir ki, tədris dövrü ərzində qısa müddət dərslərdə iştirak edə bilməmənin səbəbi iddiaçının göz əməliyyatı keçirməsi olmuşdur. Əgər tədris yükünü yerinə yetirə bilməsəydi ona diplom verilməzdi. Şikayətin ma ddi hüquqi əsası kimi “Təhsil haqqında” Qanunun 44.1, 44.2-ci maddələrinə, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın İİİ, V və Vİ fəsillərinə istinad edilmişdir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kasasiya şikayə ti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçının arzuladığı aktı qəbul etmək səlahiyyəti cavabdehə məxsusdur. “Təhsil haqqında” Qanunun 27.4-cü maddəsinə görə xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyə n etmək, ixtisasların tanınmasını və nostrifikasiyanı həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.278.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ix tisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə görə nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. İddiaçıya məxsus diplomda ona 2017-ci ildə Gürcüstan Respublikasının Texniki Universiteti tərəfindən sosial elmlər və beynəlxalq əlaqələr ixtisası üzrə bakalavr dərəcəsi almışdır. İddiaçı universitetin əyani şöbəsində sosial elmlər beynəlxalq əlaqələr ixtisası üzrə təhsil almışdır. İşdəki sənədlərə əsasən iddiaçı 1-ci kursda 6 ay 14 gün, 2-ci kursda 6 ay 19 gün, 3cü kursda 3 ay 3 gün, 4-cü kursda 4 ay 1 gün Gürcüstan Respublikasında olmuşdur. Apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçının əyani təhsil dövründə ali təhsil ocağının yerləşdiyi Tbilisi şəhərində bütövlükdə təhsil dövründə olması sübuta yetməmişdir. İşdə olan sərhədkeçmə ilə bağlı giriş-çıxış qeydiyyatlarından, habelə sərhəd keçmə barədə sənədlərdən iddiaçının bütövlükdə təhsil dövrü müddətində təhsil aldığı ali məktəbdə olması tam təsdiqini tapmır. Nəticədə iddiaçının Gürcüstan Respublikasının Texniki Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan ümumi tədris müddətinin əyani formada tədris alması nəzərə alınarsa, ayrı-ayrı illərdə tədris müddətinin qarşılığında normativ müddətin tələbinə əməl olunmamış, tələb olunan müddətin qarşılığında Gürcüstan Respublikasında az olmuşdur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarının 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; - 3.2-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən ed ilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Apelyasiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nö mrəli qərarının işığında mübahisəyə hüquqi qiymət verməmişdir. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyaları məhkəmələri üçün məcburidir. Apelyasiya məhkəməsi işə təkrar baxan zaman Ali Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərarında olan göstərişə əməl etməmişdir. Cavabdeh imtinasını iddiaçının Gürcüstan Respublikasında təhsil alan zaman X1 normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olması ilə əsaslandırmışdır. Kasasiya məhkəməsi qərarında bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının Gürcüstan Respublikasında olma müddətlərini diplomun əlavəsində göstərilən həcmdə tədris yükünü mənimsənilməsi üçün kifayət hesab etməsə də, iddiaçının d iplomun əlavəsində göstərilən həcmdə tədris yükünü mənimsənilməsi üçün hansı müddət ərzində Gürcüstan Respublikasında olmalı olmasını qeyd etməmişdir. Apelyasiya məhkəməsi kasasiya məhkəməsinin göstərişlərini yerinə yetirməyərək iddiaçının hansı müddət ərzində Gürcüstan Respublikasında olmalı olmasını müəyyən etməmişdir. Apelyasiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2010cu il tarixli 117 saylı qərarı ilə təsdiq edilmiş “Bakalavr təhsilinin məzmunu və təşkili Qaydaları”na istinad edərək iddiaçının Gürcüstan Respublikasında olma müddətinin bu qaydalarda nəzərdə tutulmuş əyani təhsil forması üzrə tədris ilinin müddətinə uyğun olmadığını bildirmiş, adı çəkilən Qaydaların təhsil forması üzrə tədris ilinə aid müddəalarının xarici ölkədə təhsil alan tələbələrə tətbiqin in mümkünlüyü ilə bağlı araşdırma aparmamışdır. Odur ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İddiaçı kasasiya şikayətində apelyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kasasiya icraatı zamanı iddiaya mahiyyəti üzrə baxılması üçün kifayət qədər əsaslar olmadığından iddianın təmin edilməsi barədə şikayət təmin edilə bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsini n İnzibati kollegiyasının 2-1(103)-715/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qismən təmin edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar