Məhkəmə qərarları › İş №2-1(102)-1552/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1552/2021

26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1552/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil2 və cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabde h Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-219/2021 nömrəli, 11 mart 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür.

2. İddiaçı 12 noyabr 1980-ci ildən 08 dekabr 1982-ci ilə qədər Sovet Ordusu sıralarında hərbi xidmət keçmiş, 1977-1979-cu illərdə “M.F.Axundov” adına kolxozda işləmiş, 07.01.1983 - 21.05.1984-сü il tarixlərdə Azərbaycan Dövlə t Xəzər Gəmiçiliyində matros, 01.11.1984 - 01.04.1988-ci il tarixlərdə “Каспийское-1” gəmisində 1-ci dərəcəli matros, 01.04.1988 - 14.04.1988-ci il tarixlərdə «Вецани» gəmisində 2-ci dərəcəli motorçu, 2-ci dərəcəli matros və 1-ci dərəcəli elektrik, 10.11.1990 - 05.03.1992-ci il tarixlərdə “Апшеронская” gəmisində 2-ci dərəcəli matros, 05.03.1992 - 20.12.2002-ci il tarixlərdə “Бакинская-3” və “Бакинская-1” gəmilərində kapitan köməkçisi, kapitan və kapitanın növbə köməkçisi, 15.07.2003 - 05.07.2004-cü il tarixlərdə “Müh-B.Məmmədov” gəmisində baş kapitanın 3-cü köməkçisi, 05.07.2004 - 01.04.2013-cü il tarixlərdə “Abşeronskaya” gəmisində böyük mexanik - kapitanın növbə köməkçisi, 01.04.2013 05.02.2015-ci il tarixlərdə “Abşeronskaya-6” gəmisində kapitanın növbə köməkçisi - növbə mexaniki, 05.02. 2015-15.10.2016-cı il tarixlərdə X2 üzücü heyətdə nəqliyyat donanmasında kapitan vəzifələrində işləmişdir və 16.10.2016-cı il tarixdən hal-hazıradək “Abşeronsakaya-6” gəmisində kapitan vəzifəsindədir. 3. “Azərbaycan X7” QSC Dəniz Donanmasının AM 03/02-746 №-li, 23.07.2019-cu il tarixli arayışından görünür ki, iddiaçı həqiqətən 07.01.1983-cü il tarixdən 21.05.1984-cü il tarixədək, 01.11.1984-cü il tarixdən 20.12.2002-ci il tarixədək, 15.07.2003-cü il tarixdən 15.10.2016-cı il tarixədək Azərbaycan Dövlət Xəzər Gəmiçiliyinin üzücü heyətinin nəqliyyat donanması gəmilərində matros, motorçu, elektrik, kapitanın baş köməkçisi, kapitanın növbə köməkçisi, bagermeyster - kapitanın 3-cu köməkçisi, kapitanın növbə köməkçisi - növbə mexaniki, kapitan vəzifələrində işləmişdir. Onun işlədiyi vəzifələr üz ücü heyətə və çalışdığı gəmilər yük daşıyan dəniz nəqliyyatı donanmasına aid edilir. O gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti -yardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı Sədrəddin oğlunun gəmiçiliyin üzücü heyətində nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 24 il 00 ay 12 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli,12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 21.2 bəndinin "b" yarımbəndinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiq edilmiş 2 №-li siyahının XXVİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod ********) uyğundur. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli 6 №-li və 10.01.2014-cü il tarixli 213 №-li sərəncamlarına əsasən, Azərbaycan Dövlət X3 və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X5 yenidən təşkili yolu ilə "Azərbaycan X7" Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəliklərı Cəmiyyətə keçmişdir. 4. “Azərbaycan X7” QSC Dəniz Donanmasının AM 03/02-438 №- li, 18.08.2020-ci il tarixli arayışından görünür ki, iddiaçı həqiqətən 07.0.1983-cü il tarixdən 21.05.1984-cü il tarixədək, 01.11.1984-cü il tarixdən 20.12.2002-ci il tarixədək, 15.07.2003-cü il tarixdən 15.10.2016-cı il tarixədək Azərbaycan Dövlət Xəzər Gəmiçiliyin in üzücü heyətinin nəqliyyat donanması gəmilərində matros, motorçu, elektrik, kapitanın baş köməkçisi, kapitanın növbə köməkçisi, bagermeyster - kapitanın 3-cü köməkçisi, kapitanın növbə köməkçisi - növbə mexaniki, kapitan vəzifələrində işləmişdir. Onun işlədiyi vəzifələr üzücü heyətə və çalışdığı gəmilər yük daşıyan dəniz nəqliyyatı donanmasına aid edilir. O gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti yardımçı, gəzinti - səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı Sədrəddin oğlunun gəmiçiliyin üzücü heyətində nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 32 il 09 ay 03 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li qərarı ilə təs diq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 21.2 bəndinin “b” yarımbəndinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiq edilmiş 2 №-li siyahının XXVİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod ********) uyğundur. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli 6 №-li və 10.01.2014-cü il tarixli 213 №- li sərəncamlarına əsasən Azərbaycan Dövlət X3 və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X5 yenidən təşkili yolu ilə "Azərbaycan X7" Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir. 5. “Azərbaycan X7” QSC Dəniz Donanmasının 01/ 17-304 №-li, 09.12.2020-ci il tarixli arayışından görünür ki, iddiaçı 01.11.1984-cü ildən (01.11.1984-cü il tarixli 84/n nömrəli əmr) 10.10.2013-cü ilə kimi (25.10.2013-cü il) X3 X8 İdarəsinin “Abşeronskaya-4”, “Abşeronskaya-6”, “Bakinskaya-3”, “Bakinskaya-1” gəmilərində motorçu-matros, kapitanın növbə köməkçisi vəzifələrində işləmişdir. Onun 2002-2003-cü illər üzrə orta aylıq əmək haqqı 3.920.471 manat təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.1998-ci il tarixli 154 nömrəli qərarına əsasən, X7 Azərbaycan Dövlət X7 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli, 6 nömrəli və 10.01.2014-cü il tarixli, 213 nömrəli Sərəncamlarına əsasən, Azərbaycan Dövlət X3 və Xəzər X5 yenidən təşkili yolu ilə “Azərbaycan X7” Qapalı Səhmdar Cəmiyyət i yaradılmışdır.

6. İddiaçı 04.06.2019-cu il tarixli ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etmiş, cavabdeh **********4 saylı, 08 yanvar 2020ci il tarixli məktubla iddiaçıya pensiya təyin etməkdən imtina edərək bildirmişdir ki, 01.01.2006-cı il tarixədək 12 il 6 aydan çox güzəştli iş stajı olmadığından ona pensiya təyin edilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. İddiaçı ərizəsində göstərmişdir ki, o, cavabdehə 20.12.2019-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciət etmiş, 08 yanvar 2020-ci il tarixli, **********4 nömrəli güzəştli şərtlərlə pensiya təminatından imtina haqqında qərarla müraciəti təmin olunmamışdır. İmtinaya səbəb kimi 01.01.2006-cı il tarixədək güzəştli iş stajının 12 il 6 aydan az təşkil etməsi göstərilmişdir. İmtina üçün heç bir əsasın mövcud olmamasına baxmayaraq, ona formal olaraq imtina cavabı verilmişdir. Halbuki, “Azərbaycan X7” QSC X2 tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, o, 07.01.1983-cü il tarixdən 21.05.1984-cü il tarixədək, 01.11.1984-cü il tarixdən 20.12.2002-ci il tarixədək, 15.07.2003-cü il tarixdən 15.10.2016-cı il tarixədək “Azərbaycan Dövlət X7”nin üzücü heyətinin nəqliyyat donanması gəmilərində matros, motorçu, elektrik, kapitanın baş köməkçisi, kapitanın növbə köməkçisi, kapitan vəzifələrində işləmişdir. Onun işlədiyi vəzifələr üzücü heyətə və çalışdığı gəmilər yükdaşıyan dəniz nəqliyyatı donanmasına aid edilir. Onun işlədiyi gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzinti səyahət, şəhərətrafı və şəhərdaxili, su yollarında işləyən gəmilər hesab edilmir. Beləliklə, onun gəmiçiliyin üzücü heyətində nəqliyyat donanması gəmilərində iş stajı 24 il 0 ay 12 gün təşkil etməkdədir.

9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3230/2020 saylı, 24 avqust 2020-ci il tarixli qərarı ilə (hakim: Ş.A.Həsənova) iddia təmin edilərək, iddiaçıya 57 yaşdan, 2 6.07.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı “Azərbaycan X7” QSC-yə məxsus yükdaşıyan gəmilərdə işləmiş və onun işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 2 №-li Siyahının XXVİİİ Bölməsinin 23003010 şifrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.2-ci bölməsinə uyğun ol duğundan, eləcə də onun 26 il 00 ay 12 gün ümumi və 21 il 11 ay 19 gün güzəştli iş stajı mövcud olduğundan iddia tələbi əsaslıdır.

12. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-219/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: V.M.Məmmədov və N.Ş.Cəfərov) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3230/2020 saylı, 24 avqust 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçının ümumi və güzəştli iş stajı qanunvericiliyin tələblərinə uyğun deyildir. Yəni, onun güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün tələb edilən 25 il ümumi və 12 il 6 ay xüsusi stajı yoxdur.

17. Daha sonra qeyd edilir ki, iddiaçının 01.11.1984 - 20.12.2002 və 15.07.200301.01.2006-cı illər ərzində işlədiyi peşələr Azə rbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısına uyğun deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

19. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

20. İddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilm iş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həm in işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 23. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq oluna n 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;... Maddə

69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. 24. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

25. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017- ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları» Bənd 4.1.3 Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Bənd 4.1.10 Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin ed ilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; Bənd 4.1.11 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllən in 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.

1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 57 yaşdan güz əştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

31. Apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, cavabdeh isə apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq qərardan kassasiya şikayəti vermişdir.

32. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün tələb edilən 25 il ümumi və 12 il 6 ay xüsusi stajı yoxdur. Belə ki, onun 01.11.1984 - 20.12.2002 və 15.07.2003 - 01.01.2006-cı illər ərzində işlədiyi peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrə Qərarı ilə təs diq edilmiş "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısına uyğun deyildir.

33. Bu dəlillə əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, yuxarıda sadalanan qanunvericilik normalarına əsasən, iddiaçının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən, 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün şəxs qeyd edilən yaş həddinə çatmalı, 01.01.2006-cı il tarixədək ən azı 25 il ümumi iş stajı olmalı və bu müddətin ən azı 12 il 6 ayını 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli, yəni göstərilən tarixədək 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajına mövcud malik olmalıdır.

34. İddiaçının işlədiyi peşələrin Azərb aycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda qeyd edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının X3 X8 İdarəsinin “Abşeronskaya-4”, “Abşeronskaya-6”, “Bakinskaya-3”, “Bakinskaya-1” gəmilərində, “Azərbaycan X7” QSC-nin Xəzər X5 “Salyut” gəmisində işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 2 №-li Siyahının XXVİİİ Bölməsinin 23003010 şifrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2 007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.2-ci bölməsinə uyğun olmuşdur.

35. Bu hal, “Azərbaycan X7” QSC Dəniz Donanması tərəfindən verilmiş arayışlarla da təsdiq edilir.

36. Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli, 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6cı bəndində deyilir ki, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, Qaydalara 2 nömrəli Əla vədə göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

37. Beləliklə, iddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun güzəştli iş stajına dair arayı ş təqdim edildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin b) bəndinə əsasən, onun 57 yaşdan (26.07.2019-cu ildən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

38. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilmədən, mübahisə edilən qərar dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-219/2021 saylı iş üzrə 11 mart 2021-ci il tarixli qərarı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar