Məhkəmə qərarları › İş №2-1(102)-1552/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1552/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1552/2023 22.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi (bağ) üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirl iyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X6) qarşı “torpaq sahəsi (bağ) üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2023-cü il tarixli, 2-1(103)-1173/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər X4 İcraiyyə Komitəsinin 20 oktyabr 1989-cu il tarixli, 11/409 nömrəli qərarı ilə iddiaçıya Ləhiş 122 nömrəli bağlar-tikinti kooperativləri üzvlərinin siyahısına əsasən bağ sahəsi ayrılmışdır.

2. Azərbaycan SSR Bakı şəhər İcra iyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin verdiyi 122 nömrəli orderə əsasən, Bakı şəhər X4 İcraiyyə Komitəsinin 20 oktyabr 1989-cu il tarixli, 11/409 nömrəli qərarı ilə iddiaçıya Ləhiş bağlar sahəsindəki 122 nömrəli BTK nəzdində 0.12 hektar torpaq sahəsi olan 2225a nömrəli bağ sahəsi ayrılmışdır.

3. İddiaçı sözügedən bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.

4. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********85 nömrəli imtina məktubunda bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən, koordinatlarla göstərilən bağ sahəsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən bağ sahəsi sxematik xəritəyə əsasən digər bağların ərazisinə uyğundur.

5. Cav abdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********06 nömrəli imtina məktubunda bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətə xx.xx.2021-ci il tarixli, **********85 nömrəli məktubla cavab verilmişdir və həmin məktubda qeyd olunan iradlar aradan qaldırılmamışdır. Həmçinin, sənəd üzrə bağ sahəsinin ölçüsü 1200 kv.m qeyd edilsə də, faktiki ölçüsü 1102 kv.m təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2225a saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun həmin sahənin 0.11 ha olan faktiki ölçüsünə uyğun olaraq daşınmaz əmlakın d övlət reyestrində qeydiyyat alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2225a saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh 17 fevral 2022-ci il tarixli **********06 saylı məktubla hüquqlarının qeydiyyata alınmasından imtina etmişdir. Buna səbəb kimi, bağ sahəsinin sənəd üzrə ölçüsünün 1200 kv.m, faktiki ölçüsünün isə 1102 kv.m. təşkil etməsi qeyd edilmişdir. Lakin bağ sahəsinin həmin hissəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması əsaslandırılmamışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır.

8. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktublarının məzmunu ilə eynilik təşkil edir.

9. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, **********78 nömrəli məktubla 122 nömrəli BTK üzvlərinin siyahısı, Ləhiş bağ massivində yerləşən 2225a saylı bağ sahəsinə dair sənədlərin surəti, eləcə də, sxematik xəritədən çıxarış məhkəməyə təqdim edilmişdir. Təqdim edilən sənədlərə əsasən, 122 nömrəli BTK üzvlərinin siyahısında iddiaçının adı 20-ci cərgədə göstərilmişdir.

10. Bundan başqa, təqdim edilən sənədlərdən görünür ki, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2005-ci il tarixli, 02/701 nömrəli qərarından çıxarışa əsasən, X1 Nardaran qəsəbəsi, “Ləhiş” baş massivi, sahə 10, yer 2225A ünvandan 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi üzərində mülkiyyət hüququnu xx.xx.2016-cı il tarixdə qeydiyyata aldıran X2 həmin torpaq sahəsini xx.xx.2016-cı il tarixdə X5, sonuncu da xx.xx.2021-ci il tarixdə üçüncü şəxsə satmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2225A saylı bağ sahəsi üzərində üçüncü şəxsin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

11. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq “X7 və Ekspertiza Mərkəzi” MMC tərəfindən xx.xx.2022-ci il tarixli, 133 nömrəli məktubla verilmiş mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Sab unçu rayonu, Ləhiş bağ massivində yerləşən 2225 a saylı bağ sahəsinin konfiqurasiyası ərazinin bağ torpaq sahələrinin sxeminə uyğundur, koordinatları müəyyən edilərək rəyə əlavə edilmiş sxemdə qeyd edilir, sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyəti uyğundur, dövlət mülkiyyətində olmaqla yaşayış məntəqəsinin torpaqlarına aiddir, torpaq sahəsində hər hansı tikili yoxdur, faktiki sahəsi sənəd üzrə olan sahədən 90 kv.metr azdır.

12. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən “X7 və Ekspertiza Mərkəzi” MMCnin xx.xx.2022-ci il tarixli, 156 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən, iddiaçıya məxsus və 23 may 2022-ci il tarixli, 133 nömrəli mütəxəssis rəyində əks edilən 2225A nömrəli torpaq sahəsi və DƏDRX tərəfindən təqdim edilən üçüncü şəxsə məxsus sahə arasında olan məsaf ə 1774 metr təşkil edir.

13. Məhkəmə qərardadı əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/4530 nömrəli ekspert rəyində göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2225a saylı bağ sahəsi hasar daxilində çoxbucaqlı formasında olmaqla 0.11 ha təşkil edir. Torpaq sahəsi dövlət mülkiyyətində olmaqla yaşayış məntəqəsinin torpaqlarına aiddir və koordinatları müəyyən edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********85 saylı mütəxəssis rəyinə əsasən, Ləhiş bağ sahəsində ümumi ərazidə hasarlama işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından, iddiaçıya ayrılmış bağ torpaq sahəsinin ölçülərinin və yerləşməsinin bağların bölgüsünə dair sxematik xər itəyə uyğun gəlmədiyi müəyyən edilir. xx.xx.2022-ci il tarixli ekspert vəsatətində qeyd olunan baza məlumatları təqdim olunmadığından və təqdim olunmuş mütəxəssis rəyində iddiaçıya ayrılmış bağ torpaq sahəsinin digər bağların ərazisinə düşüb-düşməməsi barədə hər hansı məlumat olmadığından, sözügedən bağ sahəsinin digər bağların ərazisinə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır.

14. Bakı İnzibati Məhkəməsinin (hakim M.C.Qarayeva) 26 oktyabr 2022-ci il tarixli, 2-1(112)-7250/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2225a saylı bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun həmin sahənin 0.11 ha olan faktiki ölçüsünə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsi cavabdehə həvalə edilmi şdir.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhər X4 İcraiyyə Komitəsinin 20 oktyabr 1989-cu il tarixli, 11/409 nömrəli qərarı ilə iddiaçıya Ləhiş 122 nömrəli bağlar-tikinti kooperativləri üzvlərinin siyahısına əsasən ayrılmış bağ sahəsi heç bir başqa torpaq sahəsi ilə üst-üstə düşmür. Cavabdehin üçüncü şəxsin adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldığı torpaq sahəsi iddiaçıya məxsus 2225A nömrəli torpaq sahəsindən 1774 metr məsafədə yerləşir. Buna görə, cavabdehin bu barədə dəlilləri əsassızdır. Məhkəmə araşdırması zamanı ekspert və mütəxəssis rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul etmişdir.

16. Cavabdehin torpaq sahəsinin fakt iki ölçülərinin sənəd üzrə ölçülərindən az olmasını əsas gətirərək iddiaçının tələbinin təmin edilməsindən imtinaya münasibətdə məhkəmə hesab etmişdir ki, iddiaçı hazırki iddiasında torpaq sahəsinin faktiki ölçüləri üzrə mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etdiyi üçün cavabdehin bu dəlilləri də əsassızdır. Belə ki, bağ sahəsinin faktiki ölçülərə uyğun qeydiyyatı iddiaçını qane etdiyi üçün mübahisəyə səbəb olan hal aradan qalxmış olur.

17. Cavabdehin “ayrılmış bağ torpaq sahəsinin ölçüləri və yerləşməsi bağların bölgüsünə dair sxematik xəritəyə uyğun gəlmədiyi müəyyən edilir” dəlili ilə bağlı məhkəmə qeyd etmişdir ki, müvafiq bağ sahəsinin sxematik xəritəyə uyğun gəlməməsi iddiaçının təqsiri hesab edilə bilməz və bu hal, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Res publikası Qanununun 15-ci maddəsinə uyğun olaraq imtina üçün əsas deyildir.

18. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və P.A.Hüseynov) 10 mart 2023-cü il tarixli, 21(103)-1173/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2-1(112)-7250/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq apellyasiya instansiyası məhkəməsi cavabdeh inzibati orqan ın “iddiaçı tərəfindən təqdim edilən orderin arxiv nüsxəsinin İdarənin arxivində aşkar olunmadığı” barədə dəlilini qəbul etməmiş və qeyd etmişdir ki, iddiaçı tərəfindən Ləhiş bağ massivində yerləşən 2225a saylı bağ sahəsinin orderi məhkəməyə təqdim edilmişdir. Həmin sənədin mötəbər olmaması cavabdeh tərəfindən sübuta yetirilməmiş, eyni zamanda məhkəmə araşdırması zamanı da təqdim edilən sənədlərin mötəbərliyini sübhə altına alan hallar müəyyən edilməmişdir. Qeyd edilən orderin arxiv nüsxəsinin İdarənin arxivində aşkar edilməməsi iddiaçının təqsiri ucbatından baş verən hal deyil. Yəni, həmin arxiv cavabdehin nəzarətində olmaqla, orda olan sənədlərin qorunub saxlanılması da cavabdehin vəzifəsidir.

21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

22. Cavabdehin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7, 11.1 və 23-cü maddələrinə, Torpaq Məcəlləsinin 55, 67 və 68-ci maddələrinə istinad etdiyi kassasiya şikayətinin dəlilləri imtina məktublarının, iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

23. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə

68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilmə sindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.... 25. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzs iz olaraq onların mülkiyyətinə verilir. Maddə

10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mül kiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. 26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırı lmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... Maddə

7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir.... Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində ola n bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;... Maddə

12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” por talında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınma z əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, o nların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olun duğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmi n edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi nin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanu nvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktublarının, iddia tələbinə dair etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Cavabdehin kassasiya şikayətinin təkrarlanan dəlillərinə əsasən, mübahisələndirilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşki l edir və iddiaçı tərəfindən təqdim edilən orderin arxiv nüsxəsi idarədə aşkar edilməmişdir.

34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması üçün əsasların dairəsini konkret müəyyən edir. Hazırkı işin halları üzrə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, faktiki ölçüsü 0.11 ha torpaq sahəsindən ibarət olan 2225a saylı bağ sahəsi iddiaçıya məxsusdur. Qanunla qanuni istifadəçi kimi iddiaçının mülkiyyətinə verilmiş həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün əsaslar mövcud deyil.

35. Belə ki, həmin bağ sahəsi Bakı şəhər X4 İcraiyyə Komitəsinin 20 oktyabr 1989cu il tarixli, 11/40 9 nömrəli qərarına əsasən iddiaçıya verilmiş və onun adına Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən122 nömrəli order yazılmışdır. Həmin qərar və order səlahiyyətli dövlət orqanı tərəfindən verilmişdir və hal-hazıradək qüvvədədir. Həmin qərarın və orderin ləğv edilməsi, dəyişdirilməsi və ya qüvvədən düşməsi barədə, yəni onun qüvvədə olmasını şübhə altına alan hər hansı sübut yoxdur. 36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələbinə əsasən isə həmin order iddiaçının mübahisəli bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun İİ fəslində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılması qaydası, 8 -ci maddəsində isə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir.

37. Həmin Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün əsasdır. Analoji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsində də nəzərdə tutulmuşdur.

38. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinası ilə bağlı gətirdiyi dəlillər, yəni sözügedən bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi və iddiaçı tərəfindən təqdim edilən orderin arxiv nüsxəsinin idarədə aşkar olunmaması hazırkı iddianın təmin edilməməsi üçün tutarlı əsas sayıla bilməz. Çünki, həmin hallar iddiaçının iradəsindən asılı deyil və bu uyğunsuzluğun aradan qaldırılması da cavabdehin səlahiyyətlərindədir.

39. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən işin hallarına görə, cavabdehin imtinasının əsasını təşkil edən digər dəlil – “2225a” bağ nömrəsinin X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması da əsassızdır. Belə ki, torpaq sahələrinə dair sənədlər məhkəməyə daxil olduqdan sonra aparılmış məhkəmə araşdırması zamanı bu torpaq sahələrinin bir-biri ilə bağlı olmadığı, ayrı-ayrı yerlərdə yerləş diyi və iddia olunan torpaq sahəsi ilə bağlı iddiaçı və həmin şəxs arasında mübahisənin olmadığı müəyyən edilmişdir.

40. Belə olan halda, apellyasiya məhkəməsinin cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilməsi barədə mövqeyi əsaslı olmuşdur.

41. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kol legiyasının 10 mart 2023-cü il tarixli, 21(103)-1173/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar