Məhkəmə qərarları › İş №2-1(102)-1552/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1552/2024

13.06.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1552/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirl iyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində cəlb edilməklə) “məcburi dövlət sosial sığorta haqqı üzrə hesablanmış borcun silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 yanvar 2024-cü il tarixli 2-1(103)-426/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının təqdim etdiyi hesabatlar (2012-2018-ci illər üzrə) əsasında onun məcburi dövlət sosial sığorta haqqı üzrə 249.065,67 manat əsas borc v ə 3646,59 manat penya borcu yaranmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə xx.xx.2018-ci il tarixədək hesablanmış 252.712,26 manat (əsas borc 249.065,67 manat və 3.646,59 manat penya olmaqla) məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə borcun şəxsi hesabdan silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsi tərəfindən xx.xx.2018-ci ilə qədər əsas borc 249.065,67 manat və 3646,59 manat penya olmaqla, cəmi 252.712,26 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə əsassız borc hesablanmışdır. Bununla bağlı iddiaçı tərəfindən 3/11 nömrəli, xx.xx.2018-ci il tarixli məktubla 2012-ci ildən 2018-ci ilin 3-cü rübü də daxil olmaqla olan dövr üzrə dəqiqləşdirilmiş hesabatlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsinə göndərilmişdir. Poçt qəbzindən göründüyü kimi sözügedən hesabatlar xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsi tərəfindən heç bir əsas olmadan qəbul edilməmiş və imtinanın əsaslandıran heç bir məktub iddiaçıya göndərilməmişdir. İddiaçı tərəfindən yenidə n dəqiqləşdirilmiş hesabatların təqdim edilməsinə əsas iddiaçının mühasibatlığı tərəfindən yol verilmiş yanlışlıqla əlaqədardır. Belə ki, xx.xx.2012-ci ildən xx.xx.2018-ci ilə qədər olan dövrdə iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsi verilən rüblük və illik hesabatlarda məcburi dövlət sosial sığorta haqları üzrə hesablanmalı olan məbləğlər düzgün göstərilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsi isə həmin hesabatları qəbul etməli olduğu halda bunu etməmiş, vəzifəsini icra etməkdən yayınmış, bununla da iddiaçıya məcburi dövlət sosial sığorta haqqı üzrə borc hesablanmışdır. Bununla belə hesabatları qəbul etməkdən imtina barədə məktub cavabdehə təqdim edilməmişdir.

4. Cavabdeh iddiaya dair etiraz təqdim edərək, iddia tələbinin mümkünsüz hesab edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən silinməsi tələb edilən əsas borc məbləği iddiaçının özü tərəfindən DSMF-yə təqdim edilmiş hesabatlardan yaranır. Həmin borc məbləğinin mübahisələndirilməsi üçün qeyd olunan məbləğ ya cavabdeh orqan tərəfindən, ya da yuxarıda adı çəkilən digər orqan tərəfindən hesablanmalı idi. Lakin təqdim edilmiş məlumatdan aydın olur ki, mübahisələndirilən məbləğin əsası iddiaçının öz hesabatlarıdır. Belə olan halda iddiaçı həmin məbləğin silinməsi ilə məhkəməyə müraciət edə bilməz. İddiaçı tərəfindən borcun aid olduğu dövrə dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Lakin iddiaçı bu vəzifə nin də məhkəmə qərarı ilə realizə olunmasını tələb edir. İddiaçının silinməsini tələb etdiyi borc məbləği inzibati orqan tərəfindən hesablanmış olsa idi iddiaçı həmin borcun silinməsi ilə bağlı birbaşa məhkəməyə müraciət etməkdə haqlı olardı. Lakin hazırkı halda vəziyyətin fərqli olması nəzərə alınmalıdır. Əvvəla iddiaçının şəxsi hesab vərəqində xx.xx.2019-cu il tarixə hazırda mübahisələndirdiyi 249.065,67 manat MDSS üzrə borcu vardır. Həmin borc iddiaçının özü tərəfindən təqdim edilmiş hesabatların nəticəsində yaranmışdır. İddiaçı həmin bəyannamələrin cavabdeh orqan tərəfindən qəbul edilməsini və bəyannamələrdə qeyd olunanlara uyğun olaraq 249.065,67 manat məbləğin silinməsini məhkəmədən xahiş edir. Bundan belə nəticəyə gəlinir ki, iddiaçı bəyannamələr təqdim edildikdən sonra inzibati orq an tərəfindən həmin bəyannamələrin Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada kameral və ya səyyar qaydada yoxlanılmadan təsdiq edilməsini və həmin bəyannamələrin təsdiqi nəticəsində də 249.065,67 manat borcun azaldılmasını məhkəmə qərarı ilə təmin etməyə çalışır.

5. Bakı İnzibati Məhkəməsinin 20 iyul 2023-cü il tarixli 2-1(112)-86/2023 nömrəli qərarı ilə (hakim H.Ağalarov) iddia təmin edilmiş, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin şəxsi hesab vərəqəsindən məcburi dövlət sosial sığorta haqqı üzrə hesablanmış 252.712,26 manat (əsas borc 249.065,67 manat və 3.646,59 manat penya olmaqla) məbləğində borcun silinməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə görə mübahisələndirilən borcun yaranma əsaslarını sübut etmək vəzifəsi cavabdehə aiddir. Lakin hazırkı işdə nə cavabdeh, nə də üçüncü şəxs sözügedən borcun mövcudluğunu inandırıcı və mötəbər dəlillərlə sübut edə bilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı istər həmin borcun ödənilməsini tələb edən vergi orqanına, istərsə də borcun hesablanması ilə bağlı informasiya sistemində məlumat yerləşdirmiş orqana sorğular göndərilmiş, lakin borcun yaranma əsasları və hesablanma qaydasına dair sübutlar təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, cavabdeh sadəcə borcun mövcudluğunu bildirməklə kifayətlənə bilməz, o, həm də borcun yaranma əsaslarını mötəbər qaydada sübut etmək vəzifəsi daşıyır. Bu mənada, öz-özlüyü ndə borcun mövcud olduğunun bildirilməsi kifayət deyil, həm də onun necə yarandığı və hansı qaydada hesablandığı da əsaslandırılmalı və sübut olunmalıdır. Hazırki işdə mübahisələndirilən borcun yaranması nə cavabdeh, nə də üçüncü şəxs tərəfindən qeyd edilən qaydada əsaslandırıla bilmədiyi üçün iddia təmin edilməlidir.

7. Cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunması və iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. b. apellyasiya instansiyası məhkəməsində icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 yanvar 2024-cü il tarixli 2-1(103)-426/2024 nömrəli qərarı ilə (hakimlər: R.Səmədov – sədrlik edən və məruzəçi, X.Cəmilova və A.Oruczadə) apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya m əhkəməsinin 20 iyul 2023-cü il tarixli qərarı ləğv edilərək iddia rədd edilmişdir.

9. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən silinməsi tələb edilən əsas borc məbləği iddiaçının özü tərəfindən DSMF-yə təqdim edilmiş hesabatlardan yaranmışdır, yəni mübahisələndirilən məbləğin əsası iddiaçının öz hesabatlarıdır. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 18 noyabr 2014-cü il tarixli 04 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta haqqının toplanması qaydaları”nın (bundan sonra – Qayda) 7.16-cı bəndinə əsasən əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatdakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda sığortaedənlər tərəfindən həmin dövr üçün dəqiqləşdirilmiş hesabatlar təqdim edilməli idi. Həmin Qaydanın 7.17-ci bəndinə əsasən əvvəl təqdim edilmiş hesabat sığortaolunana dair maliyyə göstəricilərinin (məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər, ödənilmiş məcburi dövlət sosial sığorta haqqı) dəyişməsi səbəbindən dəqiqləşmə tələb edərsə, sığortaolunanlar haqqında dəqiqləşdirilmiş məlumatlar sığortaedəndə səyyar yoxlama aparılmaqla, digər səbəbdən dəqiqləşmə tələb edirsə səyyar yoxlama aparılmadan təqdim edilirdi. İddiada xx.xx.2012-ci ildən xx.xx.2018-ci ilədək, 2018-ci ilin İİİ rübü də daxil olmaqla dəqiqləşdirilmiş hesabatların qəbul edilməsi nəzərdə tutulsa da, iş materiallarının içərisində yalnız 2013-cü ilin 4 rübü və 2014-cü ilin və 2 rübü üzrə dəqiqləşdirilmiş hesabatlar (cəmi 6 rüb) öz əksini tapmışdır. Məhkəmə prosesi 2018-ci ildən bugünədək davam etsə də, heç bir mərhələdə digər dövrlər üzrə (21 rüb) dəqiqləşdirilmiş hesabatların iş materiallarının içərisinə əlavə edilməsi təmin edilməmişdir. Məhkəməyə təqdim edilmiş 2013-cü ilin 4 rübü və 2014-cü ilin İ və İİ rübü üzrə dəqiqləşdirilmiş hesabatlarla Fonda təqdim edilmiş ilkin hesabatlar üzləşdirilmiş, lakin yuxarıda qeyd edilən, dəqiqləşdirilmiş hesabatın təqdim edilməsi üçün hər hansı əsas, yəni fərqli məlumatlar (məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər, ödənilmiş məcburi dövlət sosial sığorta haqqı, işçi sayı barədə məlumatlar) aşkar edilməmişdir. Sığortaedən ilkin hesabatlarında yanlışlıq olduğunu, mövcud borcun isə bu yanlışlıq nəticəsində yarandığını iddia edərək dəqiqləşd irilmiş hesabatların qəbul edilməsi nəticəsində borcun silinməsini tələb etmişdir. Sonradan dəqiqləşdirilmiş hesabatın qəbul edilməsinin iddia tələbindən çıxarıldığı halda birinci instansiya məhkəməsi buna heç bir əsas olmadan borcun silinməsi barədə qərar vermişdir.

10. Mövqeyini hüquqi cəhətdən əsaslandırmaq üçün apellyasiya məhkəməsi “Sosial sığorta haqqında” Qanunun 1, 21-ci maddəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 18 noyabr 2014-cü il tarixli 04 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta haqqının toplanması qaydaları”nın 7.16, 7.17-ci bəndlərinə istinad etmişdir.

11. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməs ini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. cavabdehin kassasiya şikayətinin dəlilləri

12. İddiaçı hesab edir ki, apellyasiya məhkəməsinin mövqeyi əsassızdır. Belə ki, iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsi tərəfindən xx.xx.2018-ci ilə qədər əsas borc 249065,67 manat və 3646,59 manat penya olmaqla cəmi 252712,26 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə əsassız borc hesablanmışdır. Bununla bağlı iddiaçı tərəfindən 3/11 nömrəli, xx.xx.2018-ci il tarixli məktubla 2012-ci ildən 2018-ci ilin 3cü rübü də daxil olmaqla olan dövr üzrə dəqiqləşdirilmiş hesabatlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin İri Sığortaedənl ərlə İş İdarəsinə göndərilmişdir. İş materiallarında olan poçt qəbzindən göründüyü kimi sözügedən hesabatlar xx.xx.2018-ci il tarixdə Azərbaycan RespublikasıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsi tərəfindən heç bir əsas olmadan qəbul edilməmiş və imtinanın əsaslandıran heç bir məktub iddiaçıya göndərilməmişdir. İddiaçı tərəfindən yenidən dəqiqləşdirilmiş hesabatların təqdim edilməsinə əsas iddiaçının mühasibatlığı tərəfindən yol verilmiş yanlışlıqla əlaqədardır. Belə ki, xx.xx.2012-ci ildən xx.xx.2018-ci ilə qədər olan dövrdə iddiaçı tərəfindən Azərbaycan RespublikasıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsi verilən rüblük və illik hesabatlarda məcburi dövlət sosial sığorta haqları üzrə hesablanmalı olan məbləğlər düzgün göstərilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsi isə həmin hesabatları qəbul etməli olduğu halda bunu etməmiş, vəzifəsini icra etməkdən yayınmış, bununla da iddiaçıya məcburi dövlət sosial sığorta haqqı üzrə borc hesablanmışdır. Bununla belə hesabatları qəbul etməkdən imtina barədə məktub iddiaçıya təqdim edilməmişdir. İşə baxan apelyasiya instansiya məhkəməsi hətta ona istinad etmişdir ki, “Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 18 noyabr 2014-cü il tarixli 04 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta haqqının toplanması qaydalar ı”nın 7.16-cı bəndinə əsasən əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatdakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda sığortaedənlər tərəfindən həmin dövr üçün dəqiqləşdirilmiş hesabatlar təqdim edilməli idi”. Göründüyü kimi, işə baxan apelyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə almadan, iş üzrə tam və hərtərəfli araşdırma aparmadan əsassız olaraq iddianı rədd etmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 yanvar 2024-cü il tarixli 2-1(103)-426/2024 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Vergi Məcəlləsi: Maddə

85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həm in müddətlərin dəyişdirilməsi 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. 85.5-1. Bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına (bu sığorta haqları ilə bağlı tətbiq edilmiş maliyyə sanksiyaları və hesablanmış faizlər istisna olmaqla), habelə bu Məcəllənin 38.3.9-cu maddəsində nəzərdə tutulan hallara münasibətdə tətbiq edilmir. 15. “Sosial sığorta haqqında" Qanun Maddə

10. Sığortaedənlərin hüquq və vəzifələri Sığortaedənlərin vəzifələri aşağıdakılardır:... müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək;

16. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırı ldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya inst ansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

17. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsi ndə məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avro pa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Hazırkı iş üzrə iddiaçıların hüquqi marağı xx.xx.2018-ci il tarixədək hesablanmış 252.712,26 manat (əsas borc 249.065,67 manat və 3.646,59 manat penya olmaqla) məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə borcun silinməsinə yönəlmişdir.

23. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya instansiya məhkəməsi məcburi sosial sığorta haqqı üzrə borcun silinməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apelly asiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

24. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı tərəfindən silinməsi tələb edilən əsas borc məbləği iddiaçının özü tərəfindən DSMF-yə təqdim edilmiş hesabatlardan yaranır.

25. Məhkəmə kollegiyası hesab edir ki, həmin borc məbləğinin mübahisələndirilməsi üçün qeyd olunan məbləğ ya cavabdeh orqan tərəfindən, ya da yuxarıda adı çəkilən digər orqan tərəfindən hesablanmalı idi. Lakin təqdim edilmiş məlumatdan aydın olur ki, mübahisələndirilən məbləğin əsası iddiaçının öz hesabatl arıdır.

26. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 18 noyabr 2014-cü il tarixli 04 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta haqqının toplanması qaydaları”nın 7.16-cı bəndinə əsasən əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatdakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda sığortaedənlər tərəfindən həmin dövr üçün dəqiqləşdirilmiş hesabatlar təqdim edilməli idi. Həmin Qaydanın 7.17-ci bəndinə əsasən əvvəl təqdim edilmiş hesabat sığortaolunana dair maliyyə göstəricilərinin (məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər, ödənilmiş məcburi dövlət sosial sığorta haqqı) dəyişməsi səbəbindən dəqiqləşmə tələb edə rsə, sığortaolunanlar haqqında dəqiqləşdirilmiş məlumatlar sığortaedəndə səyyar yoxlama aparılmaqla, digər səbəbdən dəqiqləşmə tələb edirsə səyyar yoxlama aparılmadan təqdim edilirdi.

27. Bununla bağlı apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “iddiada xx.xx.2012-ci ildən xx.xx.2018-ci ilədək, 2018-ci ilin İİİ rübü də daxil olmaqla dəqiqləşdirilmiş hesabatların qəbul edilməsi nəzərdə tutulsa da, iş materiallarının içərisində yalnız 2013-cü ilin 4 rübü və 2014-cü ilin və 2 rübü üzrə dəqiqləşdirilmiş hesabatlar (cəmi 6 rüb) öz əksini tapmışdır. Məhkəmə prosesi 2018-ci ildən bugünədək davam etsə də, heç bir mərhələdə digər dövrlər üzrə (21 rüb) dəqiqləşdirilmiş hesabatların iş materiallarının içərisinə əlavə edilməsi təmin edilməmişdir. Məhkəməyə təqdim edilmiş 2013-cü ilin 4 rübü və 2014-cü ilin İ və İİ rübü üzrə dəqiqləşdirilmiş hesabatlarla Fonda təqdim edilmiş ilkin hesabatlar üzləşdirilmiş. lakin yuxarıda qeyd edilən, dəqiqləşdirilmiş hesabatın təqdim edilməsi üçün hər hansı əsas, yəni fərqli məlumatlar (məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər, ödənilmiş məcburi dövlət sosial sığorta haqqı, işçi sayı barədə məlumatlar) aşkar edilməmişdir.”

28. Bundan əlavə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi orqanı tərəfindən vergilərin, maliyyə sanksiyalarının və faizlərin hesablanmasının və büdcəyə ödənilməsinin təmin edilməsi müəyyən vaxtla məhdudlaşdırılmışdır. Lakin 85.5-1-ci maddəyə əsasən həmin məcəllənin 85.4-cü və 85.5ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir.

29. Göründüyü kimi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlar üzrə borcların silinməsi vergi qanunvericiliyində nəzərdə tutulmayıb.

30. Beləliklə, apellyasiya məhkəməsinin qərarı hazırkı qərarın 14-16a bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur.

31. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 yanvar 2024-cü il tarixli 21(103)-426/2024 nömrəli qərarı dəyiş

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar