Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1553/2019 27.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Yasamal rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1553/2019 Bakı şəhəri 27 iyun 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı vəkili XXXnın iştirakları ilə, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Yasamal rayon şöbəsinin müdiri XXX tərəfindən Bakı Apellyasiy a Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 fevral 2019-cu il tarixli, 2-1(103)-45/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Yasamal rayon şöbəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dövlət qulluğu vəzifəsində qulluq stajına görə əlavənin yenidən hesablanaraq dövlət qulluqçusu təqaüdünün dövlət qulluğu vəzifəsindən əmək pensiyasına çıxdığı tarixdən ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona dövlət qulluğu pensiyasının təyin edilməsi vəzifəsinin ca vabehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyində müxtəlif rəhbər vəzifələrdə işləmiş, 05 may 2016-cı il tarixdə yaşa görə əmək pensiyasına çıxmış, habelə 01 iyun 2018-ci il tarixdə pensiya yaşına çatması ilə əlaqədar onun dövlət qulluğuna xitam verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.11.3-cü maddəsinin iddiaçının əmək pensiyasına çıxdığı dövrdə qüvvədə olmuş tələblərinə əsasən, dövlət qulluğu vəzifəsində 10 ildən artıq qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin döv lət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Qanunun göstərilən müddəası onun yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixdə qüvvədə olduğundan onun əmək pensiyası həmin norma əsasında hesablanaraq təyin edilməlidir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etiraz təqdim etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli, 2-1(81)3601/2018 saylı qərarı ilə (hakim Elçin Məmmədov) iddia təmin edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01 iyul.2017-ci il tarixdə edilmiş dəyişiklik nəzərə alınmadan iddiaçıya yaşa görə dövlət qulluğu pensiyasının təyin edilməsi vəzi fəsi cavabehə həvalə edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının əmək pensiyası hüququ 05 may 2016-cı il tarixdə yarandığından, onun yaşa görə dövlət qulluqçusu pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa 01 iyul 2017-ci il tarixdə edilmiş dəyişikliklər nəzərə alınmadan hesablanaraq təyin edilməlidir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar yeni qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 fevral 2019-cu il tarixli, 2-1(103)-45/2019 saylı qərarı ilə (sədrlik edən Səriyyə Seyidova, hakimlər Vidadi Məmmədov və Bayram Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya mhəkəməsinin qərarı dəyişdirilmədən saxlanılm ışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları öz qərarında təkrarlamış və bildirmişdir ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa 01 iyul 2017-ci il tarixdə edilmiş dəyişiklik nəzərə alınmadan pensiya təyin edilməlidir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 22.2, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.11.1, 20.11.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə t əqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, qanunvericiliyin tələblərinə əsasən dövlət qulluqçusu pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 15 ildir. İddiaçıya 05 may 2016-cı il tarixdə yaşa görə əmək pensiyası təyin edilərkən o dövlət qulluğu vəzifəsində xidmətini davam etdirdiyi üçün ona dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməmişdir. İddiaçının dövlət qulluğuna 01 iyun 2018-ci il tarixdə xitam verildikdən sonra o, 14 iyun 2018-ci il tarixdə dövlət qulluqçusu pensiyasının təyin olunması üçün müraciət etsə də, onun qanunvericiliklə tələb olunan 15 il dövlət qulluğu stajı olmadığından ərizəsi təmin edilməmişdir. Kassasiya şikayətində göstərilən dəlilin hüquqi əsası kimi cavabdeh “Dövlət qulluqçularına pensiy a təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 5, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 23.1, 23.2, 20.1.7-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək onun rədd edilməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı 16 sentyabr 2005-ci il tarixdə Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin Kreditləşmə layihələrin maliyyələşdirilməsi şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir (əmr № 190 16.09.2005). 15 noyabr 2008-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2003cü il tarixli 911 nömrəli fərmanı ilə təsdiq edilmiş "İnzibati və yardımçı vasitələrin təsnifat toplusu"nun 3.2.7 maddəsinə əsasən 3-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir (əsas № 11-K 15.09.2008). 16 sentyabr 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2003-cü il tarixli 911 nömrəli fərmanı ilə təsdiq edilmiş "İnzibati və yardımçı vasitələrin təsnifat toplusu"nun 3.2.7-ci maddəsinə əsasən 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir (əsas: əmr № 208 16.09.2010). 23 noyabr 2010-cu il tarixdə “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsində göstərildiyi kimi Dövlət qulluğunda staj və sınaq müddəti bitmiş qulluqçılarına attestasiyanın keçirilməsi zamanı attestasiyadan müvəffəqiyətlə keçmiş və növbəti 5 (beş) il ərzində tutduğu vəzifəyə komissiya üzvləri tərəfindən uyğun sayılmışdır. (əsas: əmr № 256 11.11.2010 və 25.11.2010-cu il tarixli yekun protokolu). 17 oktyabr 2012-ci ildə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 16.2.8-ci maddəsinə əsasən 1-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi veri lmişdir (əsas: əmr № 77-K 17.10.2012). 03 oktyabr 2013-cü ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin baş direktorunun müavini vəzifəsinin müvəqqəti icrası Dövlət Agentliyinin Kreditləşmə və Layihələrin maliyyələşdirilməsi sektorunun müdirinə həvalə edilmişdir. (əsas:AR KTN-nin 313K nömrəli 03.10.2013). 18 oktyabr 2013-cü il tarixdə tutduğu vəzifədən azad edilməklə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin baş direktorunun müavini vəzifəsinə təyin edilmişdir. (əmr № 323-K 18.10.2013). 23 sentyabr 2015-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisin müavini təyin edilmişdir (əmr 402-K 23. 09.2015). 01 fevral 2016-cı il tarixdə “Dövlət qulluğunun kiçik müşaviri” ixtisas dərəcəsi verilmişdir (əmr 35-K 01.02.2016). 9) 01 iyun 2018-ci ildə pensiya yaşına çatması ilə əlaqədar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən dövlət qulluğuna xitam verilmişdir (əmr 177-K 30.05.2018). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Yasamal rayon şöbəsi tərəfindən verilmiş 12/7107 saylı, 25 sentyabr 2018-ci il tarixli arayışdan görünür ki, iddiaçı DSMF Yasamal rayon şöbəsindən 05 may 2016-cı il tarixdən yaşa görə 297,02 manat məbləğində pensiya alır. DSMF-nin Yasamal rayon şöbəsinin İddiaçı ünvanladığı 01 iyul 2018-ci il tarixli, **********0 saylı imtina məktubundan görünür ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01 iyul 2017-ci il tarixdən edilən dəyişikliyə görə dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxslər dövlət qulluğu pensiyası almaq hüququ verilir. İddiaçıya dövlət qulluğunda 15 il stajı olmadığına görə ərizənin təmin edilməsindən imtina edilmişdir. İddiaçıya cavabdeh tərəfindən 05 may 2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilsə də, iddiaçı 15 sentyabr 2008-ci il tarixdən 01 iyun 2018-ci il tarixədək dövlət qulluqçusu kimi müxtəlif vəzifələrdə çalışmışdır və pensiya yaşına çatması ilə əlaqədar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən dövlət qulluğuna xitam verilmişdir. Dövlət qulluğuna xitam verildikdən sonra dövlət qulluqçusu kimi pensiya alması barədə cavabdehə müraciət etsə də, cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01 iyul 2017-ci il tarixdən edilən dəyişikliyə görə dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxslərlə dövlət qulluğu pensiyası almaq hüququnun olması əsası ilə ərizənin təmin edilməsindən imtina etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiy ini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya 2016-cı ildən yaşa görə əmək pensiyası təyin edildiyindən, ona dövlət qulluqçusunun qulluq stajına görə əmək pensiyasına əlavə qanuna 01 iyul 2017-ci il tarixə qədər edilmiş dəyişiklik nəzərə alınmadan müəyyən edilməlidir. Bu mövqeyi cavabdeh o əsasla mübahisələndirmişdir ki, iddiaçıya 05 may 2016-cı il tarixdə yaşa görə əmək pensiyası təyin edilərkən o, dövlət qulluğu vəzifəsində xidmət ini davam etdirdiyi üçün ona dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməmişdir. İddiaçının dövlət qulluğuna 01 iyun 2018-ci il tarixdə xitam verildikdən sonrakı dövrdə isə qanunvericiliklə tələb olunan 15 il dövlət qulluğu stajı olmadığından onun ərizəsi təmin edilməmişdir. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. İşin hallarına görə iddiaçıya ümumi əsaslarla 05 may 2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və o, dövlət qulluğunda xidmət etməkdə davam etmişdir. Həmin dövrə münasibətdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra mətndə Qanun): - 4.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; - 4.2-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: baza hissəsindən; sığorta hissəsindən; yığım hissəsindən; - 20.1-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə (...) Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); - 20.11-ci maddəsinə əsasən, bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərz indəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: (ən azı 5 ilqulluq stajı illərindən başlayaraq müvafiq olaraq dövlət məvacibinin orta aylıq məbləğinin faiz nisbi miqdarında). Göstərilmiş maddələrin mənasına görə, qanunda müxtəlif növ pensiyalar müəyyən edilmiş, onların sırasında yaşa görə əmək pensiyası nəzərdə tutulmuşdur ki, həmin pensiyanın tərkib hissələrini baza, sığorta və yığım hissələri təşkil edir. Göstərilmiş hissələrin hesablama qaydası qanunun sonrakı maddələri ilə tənzimlənmişdir. Bununla yanaşı, qanunun 20-ci maddəsində müəyyən kateqoriya şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması müəyyən edilmişdir. Bu şəxslərə həmçinin dövlət orqanlarında inzibati və yard ımçı vəzifələr tutan şəxslər aiddir ki, zəruri olan sığorta stajını topladıqları halda, onların dövlət məvacibinin orta aylıq məbləği əsasında əmək pensiyasına əlavə hesablanmalıdır. Lakin istinad edilmiş əlavə o halda hesablana bilər ki, əgər pensiya yaşına çatmış şəxsin dövlət qulluğuna xitam verilmişdir. Məhkəmə kollegiyası cavabdehin dəlilləri ilə razılaşaraq qeyd edir ki, işin hallarından göründüyü kimi, iddiaçıya yaşa görə pensiya təyin edilmiş, lakin həmin məbləğə dövlət qulluqçusu kimi qulluq stajına görə əmək pensiyasına əlavə hesablanmamışdır, çünki iddiaçı dövlət qulluğunu davam etmişdir. Qeyd edilmiş hal isə Qanunun 20.1.7-ci maddəsində nəzərdə tutulmuş istisnanı təşkil etidiyindən, Qanunun 20.11-ci maddəsi iddiaçıya münasibətdə tətbiqini mümkünsüz etmişdir və bu zaman iddiaç ının topladığı dövlət qulluğu illəri əhəmiyyətə malik olmamışdır. Bu səbəbdən iddiaçıya ödənilmiş pensiya məbləği ümumi əsaslarla hesablanmışdır. İşin hallarından göründüyü kimi, daha sonra 01 iyun 2018-ci il tarixində pensiya yaşına çatması ilə əlaqədar iddiaçının dövlət qulluğuna xitam verilmiş və o, pensiyanın qövlət qulluqşusu kimi hesablanması üçün müraciət etmişdir. Həmin tarixə qüvvədə olan Qanunun: - 4.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir:4.1.1. yaşa görə əmək pensiyası; - 4.2-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: sığorta hissəsindən; yığım hissəsindən; - 20.1-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensi yası yaşına çatmış və ya (...) Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); - 20.11-ci maddəsinbə əsasən,bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə — dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında. Qanunvericiliyin göstərilmiş müddətə qüvvəyə minmiş tələblərindən göründüyü kimi, yaşa görə əmək pensiyasının növü saxlanılmaqla, onun tərkib hissələrinin yalnız sığorta və yığım hissələrindən ibarət olduğu müəyyən edilmiş və digər maddələrdə onların hesablama qaydası göstərilmişdir. Habelə, dövlət qulluqçularına yaşa görə əmək pensiyaları təyin edilərkən onların dövlət qulluğuna xitam verildiyi halda, qulluq stajının ən azı 15 il toplandığı təqdirdə dövlət qulluqçusuna dövlət məvacibinin orta aylıq məbləği əsasında əmək pensiyasına əlavənin hesablanması nəzərdə tutulmuşdur. İşin hallarından göründüyü kimi, iddaiçının dövlət qulluğu 16 sentyabr 2005-ci il tarixindən başlamaqla 01 iyun 2018-ci il tarixədək davam etdiyi üçün, qulluq stajına görə əmək pensiyasına əlavənin alınmasını zəruri edən şərt -15 il qulluq stajı toplanmadığından, cavabdeh tərəfindən istinad edilən müddə alar tətbiq olunmamışdır. Məhkəmə kollegiyası cavabdehin bildirdiyi dəlillərlə razılaşaraq hesab edir ki, apellyasiya məhkəməsinin apardığı qiymətləndirmə işin hallarına uyğun olmamışdır. Çünki məhkəmənin qanunun zamana görə müddəaların tətbiqi ilə bağlı bildirdiyi hüquqi mövqeyi o əsasla düzgün deyildir, iddiaçıya münasibətdə 01 iyul 2017-ci il tarixinə qədər olan redaksiyada Qanunun 20.1.7 və 20.11-ci maddələrin tətbiq edilməməsinin əsasları həmin maddələrdə nəzərdə tutulmuş şərtlərin 05 may 2016-cı il tarixinə ödənilməməsi ilə bağlıdır. Yəni 2016-cı ildə iddiaçıya dövlət qulluqçusu kimi pensiya təyin edilmədiyindən, həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin tələbləri 2018-ci ildə ona münasibətdə tətbiq edilə bilməzdi. Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsinə əsasən şikayəti n əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Həmin Məcəllənin 96.9-cı maddəinə görə isə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Yasamal rayon Şöbəsinin müdiri XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 fevral 2019-cu il tarixli, 2-1(103)-45/2019 saylı qərarı ləğv edilsin. İddiaçı dövlət qulluğu pensiyasının təyin edilməsi vəzifəsinin cavabehə həvalə edilməsi barədə iddia tələbi təmin edilməsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-1553/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1553/2019
27.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver