Məhkəmə qərarları › İş №2-1(102)-1553/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1553/2020

21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1553/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehə və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın etibarsızlığı) 21.10.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdehin nümayəndəsi X1 və vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdehnə (3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 21(103)-1925/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2007-ci il tarixli, 18/03-8/5974 saylı razılıq məktubuna əsasən Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisində yerləşən pavilyon Cavabdeh Başçısının xx.xx.2007-ci il tarixli 328 nömrəli sərəncamı ilə İddiaçı adına rəsmiləşdirilmişdir.

2. Cavabdeh Başçısının xx.xx.2012-ci il tarixli 246 nömrəli sərəncamı ilə Cavabdeh Başçısının xx.xx.2007-ci il tarixli 328 nömr əli sərəncamının 2-ci bəndində qismən dəyişiklik edilərək, həmin bəndin “Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisində yerləşən pavilyonun vətəndaş X3 adına rəsmiləşdirilsin” kimi oxunması qərara alınmışdır.

3. Həmin sərəncamın verilməsinə əsas kimi İddiaçı onun adına rəsmiləşdirilmiş pavilyonun vətəndaş X3 adına rəsmiləşdirilməsi barədə ərizəsi və X3 ərizəsi göstərilmişdir. 4. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində iddiaçının hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınaraq, iddiaçıya bu barədə RX seriyalı ******* saylı çıxarış verilmişdir.

5. Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2016-cı il tarixli 01 nömrəli sərəncamı ilə Cavabdeh Başçısının xx.xx.2007-ci il tarixli 328 nömrəli sərəncamı və xx.xx.2012-ci il tarixli 246 saylı sərəncamı etibarsız hesab edilmişdir.

6. İddiaçı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2016-cı il tarixli 01 nömrəli sərəncamının qismən, yəni xx.xx.2007-ci il tarixli 328 saylı sərəncamının etibarsız hesab edilməsi hissəsində ləğv olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2-1(81)-182 saylı qərarı ilə iddia tələbi təmin olunmamışdır. İddiaçının həmin iş üzrə apelyasiya və kassasiya şikayətləri təmin olunmamış, birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə minmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı xx.xx.2018-ci il tarixdə Cavabdehnə qarşı iddia ərizəsi i lə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli 01 nömrəli sərəncamının qismən, yəni xx.xx.2007ci il tarixli 328 saylı sərəncamının etibarsız hesab edilməsi hissəsində etibarsız sayılmasl barədə qəbul edilməsini xahiş etmişdir. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(81)-3451/2018 saylı qərarı ilə (hakim E.Məmmədov) iddia tələbi təmin edilməmişdir.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçı hazırda qismən etibarsız hesab edilməsini tələb etdiyi sərəncamın eyni əsaslarla ləğv edilməsini məhkəmə qaydasında tələb etmiş və həmin sərəncamın qanuni olması artıq qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən öz təsdiqini tapmışdır. Həmçinin Cavabdeh Başçısının xx.xx.2016-cı il tarixli 01 nömrəli sərəncamının “İnzibati icraat haqqında” Qanunun 65-ci ma ddəsində qeyd edilən əsaslardan birinə uyğunluğu məhkəmə tədqiqatında müəyyən olunmadığından iddia tələbi əsaslı deyildir.

10. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. İş üzrə yuxarı instansiya məhkəmələrindəki icraat

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-475/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)3451/2018 saylı xx xxxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Həmin qərardan iddiaçı kassasiya şikayəti vermişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-2092/2019 saylı xx.xx.2019-cu il tar ixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Ali Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının məhkəmə iclasında iştirakını təmin etmədən, tərəflərin çəkişmə prinsipini pozmaqla qərar qəbul etmişdir. Bundan başqa, məhkəmə iddianı rədd edərkən “İnzibati icraat haqqında” Qanunun yalnız 65.1.5-ci maddəsinə istinad etmişdir. Lakin iddia tələbi həmin qanunun 65-ci maddəsinin digər şərtləri də nəzərə alınmaqla həll olunmalıdır.

14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(103)-1925/2019 saylı qərarı ilə (hakimlər M.Tağızadə (sədrlik edən və məruzəçi), A.İmanov və X.Sarıyev) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətində göstərilir: 16.1. İnzibati aktlar mülki münasibətlərə müdaxilə edə bilməz. İnzibati orqanın etibarsızlığı tələb olunan inzibati aktın qəbulundan sonrakı hərəkətləri məhz bilavasitə iddiaçının mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindəki qeydin xitamına yönəlmişdir. Bununla, inzibati aktın qəb ul olunmasının, həmin inzibati aktın ünvanlandığı şəxsin ümumi (publik) hüquq münasibətinə aid olmayan, xüsusi hüquq münasibəti ilə qorunan maraqlarına birbaşa müdaxilə ilə nəticələndiyi görünür. Həmçinin, qəbul olunmuş bu cür inzibati akt müvafiq dövlət qeydiyyatı orqanının (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin) fəaliyyətinin nəticələrinin də mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməsinə yol açmışdır ki, bu da inzibati aktın hüquqi statusundan kənara çıxma kimi qiymətləndirilməlidir. 16.2. Nəzərə alınmalıdır ki, Cavabdeh başçısı vəzifəli şəxs olaraq, “İnzibati icraat haqqında” Qanunla və Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamə ilə malik olduğu hüquqlar çərçivəsində faktiki icra olunaraq hüquqi nəticələr yaratmış inzibati aktın etibarsızlığına dair sərəncam vermək səlahiyyətinə malik deyil. 16.3. Sərəncamın məzmunundan göründüyü kimi, əvvəlki sərəncamların etibarsız sayılmasına «əsas kimi», Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 57 və 75-ci maddələrinin pozulması göstərilmişdir. Məcəllənin istinad olunan müddəaları tikintiyə dair tələblər və tikintiyə icazə verilməsinə dair sənədləri əks etdirir. İddiaçı tərəfindən mövcud pavilyonun yenidən qurulması Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin təsdiq etdiyi eskiz və texniki sənədlər, verilmiş razılıq məktubu əsasında həyata keçirilmişdir ki, bununla da tikintiyə dair bütün norma və tələblərə əməl olunmuşdur. 16.4. Cavabdeh başçısı subordinasiya baxımından özündən yuxarı icra hakimiyyəti orqanının - Bakı Şəhər İcra Hakimyyətinin icazəsi və təsdiqlədiyi layihə əsasında qurulmuş və rəsmiləşdirilmiş tikilinin, guya bu tələblərə uyğun olmadığına dair rəy vermək səlahiyyətində deyildir. Digər tərəfdən qeyri-yaşayış sahəsinin iddiaçının adına rəsmiləşdirilməsinə dair Nəsimi rayon İH başçısının 328 saylı sərəncamının qəbul edildiyi xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikasının «Şəhərsalma və Tikinti Məcəlləsi» qəbul olunmamışdı. Bu Məcəllənin qüvvəyə mindiyi günədək artıq yuxarıda göstərilən 328 saylı xx.xx.2007-ci il tarixli sərəncam icra olunmuş və hüquqi nəticələr də yaratmışdır. Bununla Nəsimi rayon İH başçısının xx.xx.2016-cı il tarixli sərəncamının əsası kimi Şəhərsalma və Tikinti Məcəlləsinin 57 və 74-cü maddələrinə istinad özü də - bu sərənca mın «hüquqi əsasının» etibarsız olduğunu göstərir. 16.5. xx.xx.2019-cu il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak etməmişdir. Çünki vəkili və nümayəndəsi iş üzrə zəruri olan sənədlərin alınıb işə əlavə edilməsi barədə vəsatət vermiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin məhkəmə vəsatəti təmin etməmiş, hüquqi yardım göstərməli olduğu halda bunu etməmişdir. b. Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı tərəf və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə iddiaçı tərəfin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri hald a da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iclasında cavabdehin vəkili kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “İnzibati icraat haqqında ” Qanun Maddə

65. İnzibati aktın etibarsız sayılmasının əsasları. Maddə 65.1.1 hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; Maddə 65.1.2 müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; Maddə 65.1.3 qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; Maddə 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb e dən inzibati akt; Maddə 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; Maddə 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Maddə 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Maddə 67.1 inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.3 qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunl arı ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 19. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə Bənd 3.11.1. Müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək yerli icra hakimiyyəti başçısının vəzifəsidir.

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə ( həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. İddiaçının kassasiya şikayətinin əsas dəlillərindən biri ondan ibarətdir ki, inz ibati orqannın, özünün verdiyi inzibati aktı, xüsusilı artıq faktiki olaraq icra olunmuş və hüquqi nəticələr törətmiş inzibati aktı etibarsız hesab edə bilməz.

24. İddiaçının bu dəlili “İnzibati icraat haqqında” Qanunun müddəaları əsasında təhlil olunmalıdır. Həmin qanunun 65.3-cü maddəsində inzibati aktı qəbul etmiş inzibati orqanın üzərinə vəzifə kimi qoyulur ki, bu qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə, öz təşəbbüsü ilə bu aktın etibarsız olduğunu təsdiq etsin. Qanunun bu göstərişindən o nəticə hasil olur ki, inzibati orqanın özünün verdiyi inzibati qərarı təkcə ləğv etmək deyil, həm də etibarsız sayılması barədə qərar vermək səlahiyyəti vardır.

25. Qanunda inzibati akt artıq icra edildiyinə görə həmin inzibati aktın etibarsız sayılmasının mümkünsüzlüyü barədə göstəriş yoxdur. Buna görə də cavabdehin sözügedən inzibati aktı qəbul etməyə salahiyyətli olmadığı barədə iddiaçının dəlili əsassızdır.

25. Mübahisələndirilən inzibati aktın etibarsız sayılması barədə dəlilləri apelyasiya məhkəməsi tərəfindən təhlil olunmuş və məhkəmə bildirmişdir ki, “İnzibati icraat haqqında” Qanun inzibati aktın ləğv edilmə və etibarsız sayılma əsaslarını müstəqil qaydada nizamlamışdır. “İnzibati İcraat haqqında” Qanunun “İnzibati aktlar” adlanan 6-cı fəslində inzibati aktın forması, İnzibati akta dair ümumi tələblər, yazılı inzibati aktın rekvizitləri, inzibati aktda əlavə müddəaların (göstərişlərin) nəzərdə tutulması, inzibati aktın əsaslandırılması, inzibati aktın qəbul olunması haqqında məlumat verilməsi qaydaları nəzərdə tutulmuşdur ki, həmin qaydaların poz ulması qəbul olunan inzibati aktın Qanunun 67.1-ci maddəsinə əsasən inzibati icraat haqqında hüquq normalarının pozulması ilə qəbul olunan qanunsuz inzibati akt kimi qiymətləndirməklə ləğv edilməsinə əsas verir. İddiaçının mübahisələndirdiyi xx.xx.2016-cı il tarixli sərəncamın etibarsızlığı üçün iddia etdiyi hallarsərəncamının adında nizama saldığı və həll etdiyi məsələnin dəqiq göstərilməməsi, eləcə də yazılı inzibati aktın rekvizitlərinin göstərilməməsi, aparılmış inzibati icraat barəsində ona hər hansı formada məlumat verilməməsi inzibati orqanın sərəncamının etibarsızlığı üçün deyil, Qanunun 67-ci maddəsinin tələbləri baxımından ləğv edilməsi üçün əsaslardır. Eləcə də, iddiaçının qeyd etdiyi “tikinti norma və qaydaları pozulmuş olsaydı belə bu verilmiş sərəncamın etibarsızlığına deyil, tikinti obyektinə dair müəyyən tədbirlər görməyə əsas olması barədə” dəlili də sərəncamın etibarsızlığı üçün deyil, ləğv edilmə üçün irəli sürüləcək dəlillərdir. Mübahisə predmeti olan inzibati aktın ləğv edilməsi əsaslarına isə məhkəmə artıq qanuni qüvvəsini almış qərarı ilə hüquqi qiymət vermişdir.

26. Apelyasiya instansiyası məhkəməsi daha sonra qeyd etmişdir ki, iddiaçının iddia etdiyi xx.xx.2007-ci il tarixli 328 nömrəli sərəncamının faktiki icra olunmaqla yenidən qurulmuş qeyri-yaşayış sahəsinin istismarına icazə alınması xx.xx.2016-cı il tarixli inzibati aktın etibarsızlığına əsas vermir. Hazırki mübahisə predmeti cavabdehin xx.xx.2016-cı il tarixli sərəncamıdır və həmin sərəncam üzrə Qanunun yuxarıda sadalanan 65-ci maddəsinin tələblərinə əsasən sözügedən inzibati aktın etibarsız sayılmasının əsasları müəyyən olunmur.

27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin bu əsaslandırması əsaslı və qanunauyğundur. İş üzrə mübahisələndirilən aktın etibarsız sayılması üçün “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində əksini tapmış əsaslar müəyyən olunmur.

28. İddiaçının apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixdə keçirilmiş məhkəmə iclasının təxirə salınması və Nəsimi RİH Başçısının xx.xx.2007-ci il tarixli sərəncamının verilməsinə əsas olmuş sənədlər toplusunun alınmasının təmin olunması barədə vəsatətin təmin olunmaması ilə əlaqədar dəlili şikayətin təmin edilməsinə əsas vermir. Çünki apelyasiya instansiyası məhkəməsi həmin vəsatəti tərəflərin iştirakı ilə araşdırmış və iddiaçının sübutları təqdim etməsi üçün kifayət q ədər vaxtı olduğuna istinad etməklə vəsatəti rədd etmişdir. Həmçinin iş materiallarından görünür ki, verilmiş iddianın həlli üçün əhəmyyət kəsb edən lazımi sənədlər işə əlavə olunmuşdur.

29. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(103)-1925/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar