Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1553/2021 06.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRAR DADİ Açar sözlər: kasasiya şikayətinin mümkünlüyü, şikayətin nəzərdə tutulmaması Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 və vəkili Vəkil2 Nəzər oğlunun iştirakı ilə, İddiaçı (bu ndan sonra mətndə iddiaçı) cavabdehlər Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı artıq ödənilmiş məbləğin qaytarılması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-966/2021 saylı, 9 mart 2021-ci il tarixli qərardadından cavabdehin verdiyi kasasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı inzibati məhkəməyə müraciət edərək artıq ödənilmiş 52 484,60 manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz olaraq əlavə olaraq ödənilməsi barədə rəyin verilməsi və artıq ödəmənin geri qaytarılması barədə vəzifənin aidiyyəti üzrə cavabdehlərin üzərinə qoyulmasını xahiş etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3211/2019 saylı, 10.09.2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2686/2019 saylı, 4 dekabr 2019-cu il tarixli qərardadı ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 sentyabr 2019-cu il tarixli, 2-1(82)- 3211/2019 saylı qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınm ışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)645/2020 saylı, 3 mart 2020-ci il tarixli qərardadı ilə cavabdehin kasasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-2686/2019 nömrəli, 4 dekabr 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
5. Bakı İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2-1(112)-5019/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası iddiaçının apelyasiya şikayətini qismən təmin edib Bakı İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 21(112)-5019/2020 nömrəli qərardadının ləğv edilməsi və inzibati işin təkrar baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə 9 mart 2021-ci il tarixdə qərardad qəbul etmişdir.
7. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərardadından kasasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apelyasiya məhkəməsinin hazırkı qərardadından kasasiya şikayətinin verilməsini mümkün hesab edərək şikayətin mümkün sayılmasını və təmin edilməsini xahiş etmişdir.
9. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsin in mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq
10. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. (-). 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə
90. Kasasiya şikayəti vermək hüququ 90.1. Apelyasiya instansiyası məhkəməsinin q ərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. 90.2. Apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə
96. Ali Məhkəmədə icraat (-). Maddə 96.3. Kasasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kasasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apelyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni q üvvəyə minir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü ilə bağlı kasasiya məhkəməsinin mövqeyi
11. Cavabdehin kasasiya şikayətinin mümkün sayılması üçün əsaslar olmamışdır. Ona görə də şikayət mümkün sayıla bilməz. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
12. İPM-in 35.1 və 35.3-cü maddələrinin tələbinə görə iddianın mümkün sayılmaması barədə qərardaddan şikayət verilə bilər.
13. Həmçinin İPM-in 90.1 və 90.2-ci maddələrinin tələbinə görə İPM-də kasasiya şikayəti verilə bilən qərardadlar sadalanmış, inzibati məhkəmə icraatının iştirakçılarının yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malik olması nəzərdə tutulmuş və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlar dan şikayət verilməsinin mümkünlüyü bildirilmişdir.
14. Normaların əlaqəli təhlilindən göründüyü kimi məhkəmə qərardadlarından o halda şikayət verilə bilər ki, onların müstəqil mübahisələndirilməsi İPM-də nəzərdə tutulmuş olsun, həmçinin o şəxslər şikayət vermək hüququna malikdirlər ki, onların tələbləri təmin edilməmiş olsun.
15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmamasına dair qərardadını ləğv edərək işi iddianın mümkünlük şərtlərinin yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərməklə, cavabdehin tələbinin rədd olunmasına yönəlik qərar qəbul etməmişdir.
16. Qanunverici bu halda apelyasiya məhkəməsinin qərardadından kasasiya şikayəti verilməsini istisna etmişdir.
17. Odur ki, cavabdehin kasasiya şikayəti mümkün sayılmamalı, ş ikayətin qəbulundan imtina edilməlidir.
18. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.2, 96.3, 96.10 və 98.1-cü maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-966/2021 saylı, 9 mart 2021-ci il tarixli qərardadından verdiyi şikayət üzrə kasasiya mümkün sayılmasın. Kasasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.