Məhkəmə qərarları › İş №2-1(102)-1553/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1553/2023

19.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1553/2023 19.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 сavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin vəfat etmiş şəxsə məxsus olması barədə arayışın (çıxarışın) verilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət t ərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2023cü il tarixli, 2-1(103)-1098/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Bağlar İdarəsinin xx.xx.1988-ci il tarixli 19653 saylı müqaviləsinə əsasən, Bakı şəhər X3 İcraiyyə Komitəsinin 31 may 1988-ci il tarixli 5/310 saylı qərarı ilə X2 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağ massivində yerləşən 3 512 saylı, 0,14 ha bağ sahəsi ayrılmışdır.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional ASAN Xidmət Mərkəzində Notariat ofisinin 17 iyul 2021-ci il tarixli 2025 saylı məktubunda göstərilmişdir ki, Sumqayıt “ASAN Xidmət” mərkəzində xüsusi notariat ofisinə 03 may 2002-ci ildə vəfat etmiş miras qoyan X4 (doğum tarixi: xx.xx.1931-ci il tarixli) vərəsəsi oğlu-İddiaçı1 və İddiaçı2 müraciət etmiş və vərəsələr siyahısına daxil edilmişdir.

3. İddiaçılar cavabdehə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağ massivində yerləşən 3512 saylı, 0,14 ha bağ sahəsinin X2 məxsus olması barədə arayışın verilməsini xahiş etmişlər. Cavabdeh 07 sentyabr 2021-ci il tarixli, **********81 nömrəli imtina məktubu ilə bildirmişdir ki, idarənin arxivində məlumat aşkar edil məmişdir. Həmçinin bağ sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığından ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

4. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Bağlar İdarəsinin xx.xx.1988-ci il tarixli 19653 saylı müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağ massivində yerləşən 3512 saylı, 0,14 ha bağ sahəsinin X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər X3 İcraiyyə Ko mitəsinin 31 may 1988-ci il tarixli 5/310 saylı qərarına əsasən 03 may 2002-ci il tarixdə vəfat etmiş mərhum ataları X2 Bakı şəhəri Bağlar İdarəsinin xx.xx.1988-ci il tarixli 19653 saylı müqaviləsinə əsasən ünvan ünvanda yerləşən 0,14 ha torpaq sahəsi ayrılmışdır. Qeyd olunmuş torpaq sahəsinin ətrafı valideynləri tərəfindən hasarlanaraq digər bağlardan təcrid edilmişdir. Bağ sahəsi həmişə iddiaçıların sahibliyində, istifadəsində olmuşdur. Mütəmadi olaraq hər il yay aylarında bağa gedərək ərazilərinə baş çəkmişlər. 2021-ci ildə ataları X1 adına, sərəncamlarında olan bağ sahəsinə dair müvafiq sənədləri toplayaraq, hüquqmüəyyənedici sənədlərin verilməsi məqsədilə 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etmişlər. 1 saylı Bakı Ərazi İdarəsi bağ sahəsinin ayrılmasına dair xx.xx.1988-ci il tarixli 19 653 saylı müqavilənin idarənin arxivində aşkar edilməməsi və bağ sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmaması səbəbindən ərizənin icrasının mümkün olmamasını bildirərək bağ sahəsinə hüquqların dövlət qeydiyyatından imtina etmişdir.

6. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçılar tərəfindən təqdim olunan müqavilə barədə idarənin arxivində məlumat aşkar edilməmişdir. Həmçinin bağ sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Həmçinin cavabdeh etiraza əlavəsində bildirmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən iddia edilən bağ sahəsinə xx.xx.2022-ci il tarixdə yerli baxış keçirilmi ş və müəyyən edilmişdir ki, göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 3514 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir.

7. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2-1(112)-3799/2022 nömrəli qərarı ilə (hakim H.Ağalarov) iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,14 ha olan 3512 saylı bağ sahəsinə mülkiyyət hüququnun X2 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş Bağlar İdarəsi tərəfindən verilmiş müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən göründüyü kimi, mübahisə predmeti olan bağ sahəsi X2 ayrılmışdır. Belə olan halda cavabdehin arxivində müqavilənin olmaması, iddiaçıların iradəsind ən kənar olmaqla bərabər iddiaçıların müraciətinin təmin edilməsindən imtinanın əsası kimi çıxış edə bilməz. Cavabdehin mübahisə predmeti torpaq sahəsinin sxematik xəritə ilə bağlı uyğunsuzluq təşkil etməsi barədə dəlillərinə münasibətdə qeyd edilmişdir ki, məhkəmə icraatı zamanı cavabdehin mütəxəssisləri tərəfindən yenidən baxış keçirilməsinə şərait yaradılmışdır. Sxematik xəritədə 3512 nömrəli bağ nömrəsinin olmaması ilə bağlı dəlillərə münasibətdə qeyd edilmişdir ki, sxematik xəritədə bağ 3512 bağ nömrəsi olmasa da, həmin bağın 3511 və 3513 bağ nömrələri arasında nömrəsi qeyd edilməyən bağ sahəsi olması sxematik xəritədəki nömrələrin ardıcıllığına tam uyğundur.

9. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul e dilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2023-cü il tarixli, 2-1(103)-1098/2023 nömrəli qərarı ilə (hakimlər: M.Tağızadə - sədrlik edən və məruzəçi, K.Əkbərov və P.Hüseynov) apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən, Firuz Məmmədovun adına bağlanmış xx.xx.1988-ci il tarixli 19653 saylı müqavilə iddiaçıların mərhum atasının adına torpaq sahəsinə dair arayışın ve rilməsinə qanuni əsasdır. Lakin, hazırkı işin hallarından da göründüyü kimi mübahisəli bağ sahəsinə dair iddiaçılar İddiaçı1 və Gültamam Məmmədova mərhum atalarının adına arayış verilməsinə əsas olan sənəd mövcud olduğu halda cavabdeh əsassız bəhanələr gətirərək torpaq sahəsinə dair Firuz Məmmədovun adına rəsmiləşdirmə işləri aparılmasından imtina etmişdir.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayəti imtina məktubu, eləcə də iddiaya dair etiraz ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçılar tərəfindən təqdim olunan müqavilə b arədə idarənin arxivində məlumat aşkar edilməmişdir. Həmçinin bildiririk ki, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlaka keçirilən texniki baxış zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən şərti olaraq kənardan göstərilən ərazi digər fiziki şəxslər tərəfindən 3 hissəyə bölünüb, ərazinin bir hissəsində digər fiziki şəxslər tərəfindən hasarlar, bağ evi və köməkçi tikililər inşa olunub. Bundan əlavə, bağların bölgüsünə dair sxematik xəritədə sözügedən “3512” saylı bağ sahəsinin nömrəsi qeyd olunmamışdır.

14. Cavabdeh kassasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün Torpaq Məcəlləsinin 55, 67, 68-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 7, 8.0.7, 11.1-ci maddələrinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətlərinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollek tiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə mü əyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.... Maddə

22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik... 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsə nin adına rəsmiləşdirilir.

17. İnzibati Prosessual Məcəllə: Maddə

28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasib ətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etd ikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə

58. Sübutları n araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyə ti üzrə qərar qəbul etmədikdə... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirild iyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir. Odur ki, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

21. Belə ki, hazırkı iş üzrə iddiaçıların hüquqi marağı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağ massivində yerl əşən 3512 saylı, 0,14 ha bağ sahəsinin ataları X2 məxsus olması barədə arayışın verilməsinə yönəlmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi iddianı əsaslı sayaraq mövqeyini onunla əsaslandırmışdır ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən, Firuz Məmmədovun adına bağlanmış xx.xx.1988-ci il tarixli 19653 saylı müqavilə iddiaçıların mərhum atasının adına torpaq sahəsinə dair arayışın verilməsinə qanuni əsasdır.

23. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyini əsaslı hesab etməyərək kassasiya şikayətinin mübahisələndirilən qərarla bağlı dəlillərinə dair birinci növbədə qeyd edir ki, prosessual hüquq normalarının tələbləri baxımından apellyasiya instansiyası məhkəməsi öz qərarını əsaslandırmağa borcludur.

24. Belə k i, iş materiallarında olan (iş v. 86) daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd olunub ki, “yerli baxış zamanı məlum oldu ki, iddiaçı tərəfindən kənardan göstərilən ərazi digər fiziki şəxslər tərəfindən 3 hissəyə bölünüb, ərazinin bir hissəsində digər fiziki şəxslər tərəfindən hasarlar, bağ evi və köməkçi tikililər inşa olunub.

25. Cavabdeh bu barədə apellyasiya şikayətində də bildirmiş, lakin apellyasiya instansiyası məhkəməsi İPM-in 87.8-ci maddəsinin tələbinin əksinə olaraq şikayətin dəlilinə münasibət bildirməmiş, iş üzrə obyektiv nəticəyə gəlmək üçün kifayət qədər ziddiyyətli olan həmin dəlilləri İnzibati Prosessual Məcəllənin 12 və 58-ci maddələrinin tələblərinə əsasən tam, hərtərəfli və obyektiv şəkildə araşdırmamışdır.

26. Bu səbəbdən də, işə a pellyasiya instansiyası məhkəməsində təkrar baxılan zaman qeyd edilən hal araşdırılmalı, aparılan araşdırmalar nəticəsində hazırkı mübahisə predmeti olan torpaq sahəsinə zərurət olduqda yenidən iddiaçıların və mütəxəssisin iştirakı ilə birgə baxış keçirilməli, müayinə (baxış) aktında qeyd olunan torpaq sahəsinin, bağ evinin və digər tikililərin dövlət qeydiyyatına alınıb-alınmaması, alındığı halda kimə məxsus olması və məhkəmə qərarının həmin şəxslərin hüquqlarına toxunub-toxunmadığı müəyyən edilməli, bundan sonra qeyd edilən məsələyə hüquqi qiymət verilərək qanuni qərar qəbul edilməlidir.

27. Odur ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2023-cü il tarixli, 2-1(103)-1098/2023 nömrəli qərarı ləğv edilməli, iş tək rar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

28. İşə təkrar baxan məhkəmə işin hallarını Ali Məhkəmənin yuxarıda qeyd edilən hüquqi mövqeyini nəzərə almaqla təkrarən araşdırmalıdır.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən, iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan və iş üzrə mübahisənin həll edilməsi üçün əlavə araşdırmaya zərurət yarandığından hazırkı halda şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2023-cü il tarix li, 21(103)-1098/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar